Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2180/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh İnqilab oğlunun iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-593/2020 saylı qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X1 Cavabdeh İnqilab oğluna qarşı - xx.xx.2019-ci ildən başlayaraq cavabdehdən xx.xx.2013-cü ildə anadan olmuş Təhminə və xx.xx.2015-ci ildə anadan olmuş Leylanın yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə hər ay sabit pul məbləği ilə 340 manat aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-593/2020 saylı qətnaməsi ilə iddiа qismən təmin edilmiş, xx xxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İnqilab oğlundan xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində, sabit pul şəklində aliment tutularaq X2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İnqilab oğlundan alınaraq dövlət büdcəsinə ödənilməsi və qətnamə dərhal icra edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən X1 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx.xx.2013-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Təhminə və xx.xx.2015-ci il tarixdə isə Leyla adlı iki qızları anadan olmuşdur. 2019-cu ilin fevral ayından cavabdeh bu günə onun və azyaşlı uşaqlarının saxlanılması üçün heç bir yardım etmir. Aliment 340 manat məbləğində müəyyən edilməlidir. Həmçinin alimentin tutulması tarixi məhəkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-593/2020 saylı qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İnqilab oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 2(016)-593/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində yöstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah xx.xx.2013-cü il tarixdə qeyd edilmiş, onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Daha sonra Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-112/2020 saylı qətnaməsinə əsasən Cavabdeh İnqilab oğlu ilə X5 arasında xx xxxx 2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 423 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx xxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxx 2015-ci il təvəllüdlü X11 anaları X3 yanında qalması qət edilmişdir. Ailə Məcəlləsinin 75.4-cü mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci mаddəsinə əsаsən, vаlideynlər аrаsındа yetkinlik yаşınа çаtmаyаn uşаqlаrа аliment ödənilməsi bаrədə sаziş yoxdursа, eləcə də аliment verməyə borclu olаn vаlideynin qаzаncı (gəliri) qeyri-müntəzəm, dəyişən olаrsа, yа qаzаncın (yəlirin) hаmısını və yа bir hissəsini həmin vаlideyn nаturа və yа xаrici vаlyutа ilə аlırsа, yаxud onun qаzаncı və yа sаir gəliri yoxdursа, hаbelə аlimentin vаlideynin qаzаncındаn (gəlirindən) müəyyən hissə kimi tutulmаsı mümkün olmаdığı, çətinlik törətdiyi və tərəflərdən birinin və yа mаrаğının əhəmiyyətli dərəcədə pozulduğu bаşqа hаllаrdа, uşаqlаrın sаxlаnmаsı üçün vəsаit tutulmаsını tələb edən şəxsin xаhişi ilə аlimentin miqdаrı məhkəmə tərəfindən hər аy ödənilməli olаn sаbit pul məbləğində və yа eyni zаmаndа həm sаbit pul məbləğində, həm də bu Məcəllənin 76-cı mаddəsinə uyğun olаrаq qаzаncın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci mаddəsinin tələbinə əsаsən, sаbit pul məbləğinin miqdаrı tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq olаn diyər hаllаr nəzərə аlınmаqlа, uşаğın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbаycаn Respublikаsındа 2020-ci il üçün yаşаyış minimumu hаqqındа» Azərbаycаn Respublikаsının qаnununа əsаsən 2020-ci ildə uşаqlаr üçün yаşаyış minimumu 170 mаnаt müəyyən olunmuşdur. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı alimentin tutulması tarixinin xx xxxxxx 2020-ci ildən başlanılmalı olduğunu bildirsə də, iş materiallarında olan iddia ərizəsində görünür ki, iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx xxxx 2020-ci il tarixində müraciət etmiş, iddia ərizəsi həmin tarixdə də məhkəmənin icraatına qəbul edilmişdir. Bundan əlavə iddiaçı aliment məbləğinin 340 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, məhkəmə kollegiyası onun diqqətinə çatdırır ki, alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüququ və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bundan əlavə iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki Cavabdeh İnqilab oğlu 2-ci qrup əlildir və 233.20 manat məbləğində əmək pensiyası alır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-593/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-593/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2180/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2180/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver