Məhkəmə qərarları › İş №2(107)-2186/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2186/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2186/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı artıq ödənilmiş vəsaitin qaytarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(033)-624/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(033)-624/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin olunmuş, cavabdeh "xxxx" ASC-dən 2449,60 (iki min dörd yüz qırx doqquz manat altmış qəpik) manat artıq ödənilmiş pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 faizli enerji təchizatı şəbəkəsinə qoşulmaya görə artıq ödənilmiş 2449,60 manat məbləğində vəsaitin cavabdeh “X13 Cəmiyyətindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı və cavabdeh “X13 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və ona məxsus olan torpaq sahəsində 3 fazalı 10 kvt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün 16.09.2020-ci il tarixdə Balakən regional "ASAN xidmət" mərkəzində "xxxx" ASC-yə ərizə ilə müraciət etmişdir. Həmin ərizə-müraciətdə torpaq sahəsində gələcəkdə kənd təsərrüfatı məhsullarının satışı üçün anbar qurulmasının nəzərdə tutulduğu bildirilmişdir. Ərizə ilə birlikdə tələb olunan sənədləri təqdim etmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində "xxxx" ASC-nin nümayəndələri tərəfindən qoşulma haqqı olaraq 1800 manat ödənilməsi bildirilmiş, həmin məbləğdə qoşulma haqqı onun tərəfindən ödənildikdən sonra 26.10.2020-ci il tarixdə "xxxx" ASC-nin işçiləri tərəfindən 10 kvt gücündə sayğacın quraşdırılması təmin olunmuşdur. 07.11.2020-ci il tarixdə yenidən "xxxx" ASC-yə müraciət edərək əlavə 18kvt gücündə (ümumilikdə 28 kvt) elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulmaq tələb olunduğunu bildirmişdir. Bunun üçün ona "xxxx" ASC tərəfindən əlavə olaraq 7996 manat qoşulma haqqının ödənilməsinə dair bildiriş təqdim olunmuşdur. Onun tərəfindən 8023,20 manat pul ödənilmiş, qəbzi “Azərişıq" ASC-nin əməkdaşlarına təqdim etmişdir. Onunla 23.11.2020-ci il tarixli EQTSA16047301S4629 saylı müqavilə bağlanmış, həmin müqavilənin 5-ci bəndində Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası hissəsində-Kənd təsərrüfatı təyinatlı obyektlər üçün qeyd olunmuşdur. 17.11.2020-ci il tarixli məktubla həyat yoldaşı X6 "xxxx" ASC-nin rəhbəri Vüqar Əhmədova müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə Sahibkarların tələb olunan gücü 150 kvt-a qədər (150 kvt da daxil olmaqla mövcud 0,4 kVlıq şəbəkədən) elektrik enerjisinə qoşulması üçün müvafiq məbləğlərin müəyyənləşdirildiyini, həmin qərarda məbləğlər müəyyənləşdirilərkən 3 kateqoriya- kənd təsərrüfatı təyinatlı obyektlər, sənaye obyektləri və ticarət, ictimai-iaşə və digər xidmətlər nəzərdə tutulduğunu, ona məxsus olan və Balakən rayon ərazisində yerləşən həyətyanı torpaq ərazisində Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə güzəştli layihə çərçivəsində soyuducu anbar quraşdırıldığını, həmin obyektdə 28 kvt güc tələb olunduğunu nəzərə alaraq konkret olaraq nə qədər pul ödənilməli olduğunu sorğulamışdır. 04.12.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən həmin sorğuya cavab gəlmişdir. Cavab məktubunda göstərilir ki, enerji təchizatı şəbəkəsinə qoşulması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq tələb olunan gücə görə diferensiallaşdırılmış qaydada müəyyən edilmiş qoşulma haqqı məbləği "xxxx" ASC-nin bank hesabına ödənilməli olduğu və bununla əlaqədar “ASAN Xidmət” mərkəzlərinə müraciət olunması tövsiyyə olunmuşdur. X11 Azərişıq ASC-nin sorğu məktubuna aydın cavab vermədiyinə, öz sorğu məktubunda qeyd etdiklərini təkrar olaraq ona cavab kimi göndərdiyinə və məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət etmişdir. Energetika Nazirliyi tərəfindən müraciət araşdırılmış, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialının nümayəndələri yerində məsələni araşdırmış, tələb olunan sənədlərin surətlərini götürmüşlər. 28.01.2021-ci il tarixli AERA-28-28-28-71/21 nömrəli məktubla müraciət yenidən cavablandırılmışdır. Cavab məktubunda “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli qərarına əsasən 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, X2 ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edildiyi, həmin məbləğ onun tərəfindən ödənildiyi, bununla da 2449,60 manat artıq vəsait ödənildiyi bildirilmişdir. Bu faktla bağlı onun tərəfindən artıq ödənilmiş 2449,60 manat vəsaitin geri qaytarılması üçün zəruri tədbirlərin görülməsi üçün "xxxx" ASC-yə məktub göndərildiyi qeyd edilmişdir. Lakin "xxxx" ASC məktubunda vətəndaş tərəfindən təqdim edilmiş sənəddə torpağın kateqoriyasının yaşayış olduğunu əsas gətirərək ondan “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri" üçün nəzərdə tutulmuş haqqın alındığını, yəni əlavə məbləğ alınmadığını və əgər narazıyıqsa məhkəməyə müraciət etməyimiz tövsiyyə edilmişdir. Faktiki olaraq elektrik enerji təchizatı şəbəkəsinə qoşulma haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə tənzimlənir ki, həmin qərarda müraciət edən şəxslər üçün 3 kateqoriya müəyyənləşdirilmişdir: Kənd təsərrüfatı təyinatlı obyektlər, Sənaye obyektləri və Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri. Kənd təsərrüfatı təyinatlı obyektlərin 28 kvt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinəqoşulma haqqı müvafiq qərarla-7348,6 manat, sənaye obyektləri üçün 8165,2 manat, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün isə həmin məbləğ 9798,2 manat müəyyənləşdirilmişdir. "xxxx" ASC heç bir qanuna istinad etmədən ona məxsus torpaq sahəsinin yaşayış məntəqəsi olduğunu nəzərə alaraq vətəndaşın mənafeyinə zidd, öz mənafeləri xeyrinə olaraq ən yüksək həddə ödəmə haqqı tələb etmişdir. 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, ondan ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edilmiş, həmin məbləğ onun tərəfindən ödənilmiş, bununla da 2449,60 manat artıq vəsait ödənilərək "xxxx" ASC onun hesabına həmin 2449,60 manat məbləğdə əsassız varlanmış və ona 2449,60 manat məbləğdə maddi ziyan vurmuşdur. Eyni zamanda qeyd etmək istəyir ki, vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma haqqı müəyyənləşdirilərkən yalnız onun ərizədə göstərdiyi təyinat nəzərə alınmalıdır. Çünki vətəndaş müraciət edən zaman onun torpaq sahəsində heç bir tikili və ya avadanlıq olmur (praktiki olaraq elektrik təchizatı olmadığından mümkün deyil). Yalnız vətəndaşın müraciəti əsasında onun kateqoriyası müəyyənləşdirilir, həmin kateqoriyaya uyğun şəkildə məbləğin ödənilməsi həyata keçdikdən sonra 20 gün müddətində vətəndaşın ərizədə göstərdiyi torpaq sahəsində elektrik təchizatı ilə təmin olunur. Gələcək dövrlərdə "xxxx" ASC nəzarət nəticəsində vətəndaşın elektrik enerjisindən təyinatı üzrə istifadə etdiyini müəyyənləşdirilir. Yəni heç bir qanunda yaşayış məntəqələrinin torpaqlarında ticarətlə və ya ictimai iaşə ilə məşğul olmaq olar, kənd təsərrüfatı ilə məşğul olmaq olmaz kimi məhdudiyyət yoxdur. Həyətində soyuducu anbar quraşdırılmış digər bir vətəndaşın qoşulma haqqı müəyyənləşdirilərkən kənd təsərrüfatı kateqoriyasına uyğun ödəmənin həyata keçirildiyinə dair məlumatlar vardır ki, bu da yanaşma deməkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən 27 avqust 2021-ci il tarixli qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, ünvan 2 ünvanında yaşayan X4 tərəfindən 16.09.2020-ci il tarixində "Elektrik Enerjisindən istifadə Qaydaları"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 234 saylı, 27.08.2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydalarfna uyğun olaraq, ünvan 3 ünvanında yerləşən qeyri-əhali obyekti olan anbarın elektrik enerjisi ilə təchiz edilməsi və üç fazlı sayğac-uçot dəstinin quraşdırılması məqsədilə Texniki Şərt alınması üçün EQTSA**********1154 saylı müraciətlə Balakən "ASAN Xidmət" Mərkəzinə müraciət edilmişdir. Müraciət əsasında obyektin yerləşdiyi reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan torpaq sahəsinin sənədləri "xxxx" ASC-nin "ASAN Xidmət"lə İş və Elektron İdarəetmə Departamenti Elektron Xidmətlər İdarəsinin portalına yüklənmişdir. 28.09.2020-ci il tarixində X4 tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 234 saylı, 27.04.2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş 1 nömrəli əlavəyə əsasən, Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün 10 kVt gücə uyğun 1817 AZN (1802 AZN dövlət rüsumu və 15 AZN yük hesabatı) qoşulma haqqı məbləği "xxxx" ASC-nin müvafiq bank hesabına ödənilmişdir. X4 tərəfindən müvafiq ödəniş edildiyinə görə 26.10.2020-ci il tarixdə X9 tərəfindən obyekt elektrik enerjisi ilə təchiz edilmiş, obyektə 3 fazlı sayğac-uçot dəsti quraşdırılmış və X5 abonent bazasında **********9 kodu ilə qeydiyyata alınmşdır. X4 tərəfindən 07.11 2020-ci il tarixində yenidən ünvan 3 ünvanında yerləşən, X5 abonent bazasında **********9 kodu ilə qeydiyyatda olan qeyri-əhali obyekt olan soyuducu anbara verilmiş mövcud 10 kVt gücündə Texniki Şərtin obyektin tələbatını tam ödəməməsi səbəbindən əlavə 18 kVt gücündə Texniki Şərt verilməsi üçün EQTSA**********9629 saylı müraciətlə Balakən "ASAN Xidmət" Mərkəzinə müraciət edilmişdir. Müraciət əsasında əlavə 18 kVt gücündə Texniki Şərt verilmişdir. 07.11 2020-ci il tarixində X4 tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 234 saylı, 27.04.2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş 1 nömrəli əlavəyə əsasən, Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün əlavə 18 kVt gücə uyğun 8023.2 AZN qoşulma haqqı məbləği "xxxx" ASC-nin müvafiq bank hesabına ödənilmişdir. Belə ki, 28 kVt-a uyğun rüsum 9798.2 AZN dövlət rüsumu və 42 AZN yük hesabatı olmalı idi. Lakin, X4 əvvəlki EQTSA**********1154 saylı müraciətlə müraciət edən zaman 1817 AZN (1802 AZN dövlət rüsumu və 15 AZN yük hesabatı) qoşulma haqqı məbləği "xxxx" ASC-nin müvafiq bank hesabına ödəniş etdiyi üçün X4 EQTSA**********9629 saylı müraciətlə müraciət edən zaman 8023.2 AZN qoşulma haqqı ödəmişdir. X1 "ASAN Xidmət" Mərkəzinə EQTSA**********1154 saylı müraciətlə müraciət edən zaman hesabat X3 müraciəti ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 234 saylı, 27.04.2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş 1 nömrəli əlavəyə əsasən. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün nəzərdə tutulmuş rüsum ilə aparılmış və növbəti EQTSA**********9629 saylı müraciəti ilə isə buna əsasən güc artımının hesabatı aparılmamışdır. Göründüyü kimi X4 tərəfindən şəxsi ərizə əsasında yalnız güc artımı üçün müraciət edilmişdir. Yəni obyektin hər-hansı təyinat dəyişikliyi üçün müraciət edilməmişdir. İddiaçı X3 cavabdeh "Azərişıq” ASC-yə qarşı hazırkı tələblə Zaqatala rayon Məhkəməsinə müraciət etməsi və Zaqatala rayon Məhkəməsinin iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarması tamamilə qanunsuz olmuş və məhkəmə aidyyatı ilə bağlı prosessual normalar pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(033)-624/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarasınız. Ona görə də, İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş 2449,60 (iki min dörd yüz qırx doqquz manat 60 qəpik) manatın "xxxx" ASC-dən alınıb ona ödənilməsi” tələbi üzrə Zaqatala Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(033)-624/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(033)-624/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialının 28.01.2021-ci il tarixli AERA-28-28-28-71/21 nömrəli məktubundan görünür ki, 07 noyabr 2020-ci il tarixində İddiaçı tərəfindən ünvan 5 ünvanında yerləşən ona məxsus torpaq sahəsində yerləşən 28 kVt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulması üçün “Asan Xidmət” mərkəzi vasitəsilə enerji təchizatı müəssisəsinə müraciət edilmişdir. Həmin müraciət EQTSA**********629 nömrə ilə qeydiyyata götürülmüş və vətəndaşa bundan əvvəl 28 sentyabr 2020-ci il tarixdə 10 kVt güc üçün ödənilmiş 1802 manat nəzərə alınmaqla 7996,20 manat vəsaitin ödənilməsi haqqında bildiriş verilmişdir. Sözügedən vəsait 07 noyabr 2020-ci il tarixdə 68-20 nömrəli mədaxil orderi vasitəsilə "xxxx" ASC-nin hesabına ödənilmişdir. Bundan sonra, “Asan Xidmət” mərkəzi tərəfindən vətəndaşa Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kvt da daxil olmaqla mövcud 0,4 kV-lıq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyeklərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən "xxxx" ASC tərəfindən elektron formada hazırlanmış “Texniki şərtlər” verilmiş, eyni zamanda elektrik enerjisindən istifadəyə dair müqavilə təqdim edilmişdir. Həmin müqavilənin 5-ci bəndində (Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası) sözügedən obyektin kənd təsərrüfatı təyinatlı obyekt olduğu qeyd olunmuşdur. “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğin”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən sifarişçi İddiaçı ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edilmiş və həmin məbləğ onun tərəfindən ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, sifarişçidən “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğin ödənilməsi tələb edilmiş və nəticədə 2449,60 manat artıq vəsait ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən vətəndaş İddiaçı tərəfindən artıq ödənilmiş 2449,60 manat vəsaitin geri qaytarılması üçün zəruri tədbirlərin görülməsi məqsədilə onlar tərəfindən "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin cavab məktubunda bildirilmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə “Asan Xidmət” mərkəzində qeydiyyata götürülmüş EQTSA**********1154 müraciət zamanı vətəndaş tərəfindən təqdim edilən daşınmza əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən torpağın kateqoriyası yaşayış məntəqələrinin torpaqları olaraq göstərildiyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq onun tərəfindən “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün qoşulma haqqı məbləğinə uyğun olaraq 1802 manat məbləğində ödəniş edilmiş, tikinti quraşdırılma işləri yerinə yetirilərək İddiaçı adına **********9 nömrəli abonent kodu açılmış və tikinti obyekti enerji təchizatı şəbəkəsinə qoşulmuşdur. Tələbat gücünün 18 kVt artırılaraq ümumilikdə 28 kVt-a çatdırılması üçün texniki şərtlərin verilməsi məsədilə vətəndaşın EQTSA**********9629 nömrəli, 07 noyabr 2020-ci il tarixli müraciəti zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinin və ya torpaq sahəsində inşa edilmiş tikinti obyektinin təyinatının dəyişdirilərək kənd təsərrüfatı təyinatlı olması haqqında sərəncam və ya çıxarış təqdim edilmədiyindən qoşulma haqqının məbləği yenə də mövcud qaydaların tələblərinə uyğun olaraq “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğə uyğun hesablanmış və vətəndaşa verilən bildirişdə düzgün olaraq 7996,20 manat qeyd olunmuşdur. 07 noyabr 2020-ci il tarixdə sifarişçi tərəfindən bildirişdə qeyd olunan məbləğ ödənilmiş və sifariş yerinə yetirilmişdir. İşdə olan müqavilələrdən görünür ki, Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası Kənd təsərrüfatı təyinatlı obyektlər üçün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 443.1, 443.2, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin: 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğin”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən sifarişçi İddiaçı ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edilmiş və həmin məbləğ onun tərəfindən ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, sifarişçidən “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğin ödənilməsi tələb edilmiş və nəticədə 2449,60 manat artıq vəsait ödənilmişdir. İddiaçı həmin pulun ona qaytarılmasını tələb edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı müasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Faktiki olaraq elektrik enerji təchizatı şəbəkəsinə qoşulma haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə tənzimlənir ki, həmin qərarda müraciət edən şəxslər üçün 3 kateqoriya müəyyənləşdirilmişdir: Kənd təsərrüfatı təyinatlı obyektlər, Sənaye obyektləri və Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri. Kənd təsərrüfatı təyinatlı obyektlərin 28 kvt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulma haqqı müvafiq qərarla-7348,6 manat, sənaye obyektləri üçün 8165,2 manat, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün isə həmin məbləğ 9798,2 manat müəyyənləşdirilmişdir. Cavabdeh orqan isə qoşulma haqqını “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğə uyğun hesablamış, lakin bu qaydada hesablamalarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdeh "xxxx" ASC-yə iddiaçının 2449,60 manat məbləğində pulu artıq ödəməsi və həmin pulun cavabdeh tərəfindən qaytarılmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilərək cavabdeh "xxxx" ASC-dən 2449,60 manat artıq ödənilmiş pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi işə aidiyyat qaydalarına riayət etməklə apellyasiya şikayətində göstərilən məsələlərin hər biri barədə araşdırma apararaq düzgün nəticəyə gəldiyindən cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdikləri inandırıcı deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(033)-624/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(033)-624/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar