Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2212/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəsində saxlanması və aliment tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 atası İddiaçı himayəsində saxlanılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə hər ay 175 manat alimentin 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin həcminin artırılaraq 29 mart 2010-cu il tarixdə doğulmuş X3 İddiaçı himayəsinə verilməsi və uşağın saxlanması üçün hər ay 175 manat alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 29 mart 2010-cu il tarixdə Nurcan adlı uşaqları doğulmuşdur. Nikahları məhkəmə qətnaməsi qaydasında pozulmuşdur. Nikah pozularkən uşaq cavabdehin himayəsində yaşayırdı. Lakin, 23 iyun 2020-ci il tarixdən uşaq onun himayəsində yaşayır, onun bütün qayğılarını o, çəkir. Qızının onun himayəsində yaşadığını Zaqatala rayon Mənzil İstismar İdarəsinin verdiyi 15 mart 2021-ci il tarixli 211 nömrəli arayış da təsdiq edir. Bundan başqa, cavabdeh məhkəməyə müraciət edərək qızının özünün himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə iclası zamanı uşaq cavabdehin himayəsində yaşamaq istəmədiyini, onun himayəsində yaşamaq istədiyini bildirmişdir. Uşaq tələbinə dair iddia ərizəsinin təmin olunmayacağını başa düşən cavabdeh məhkəməyə ərizə təqdim edərək uşaq tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Uşaq azyaşlı olduğundan və onun himayəsində yaşadığından, eyni zamanda cavabdehin də bir valideyn kimi uşağa baxmaq da, böyütmək də vəzifə borcu olduğundan uşağın saxlanması üçün aliment tələb etmək qərarına gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, 29 mart 2010-cu il tarixdə doğulmuş X3 onun himayəsinə verilməsini tələb edir. Eyni zamanda, göstərdi ki, onun uşağın saxlanması üçün yetərincə maddi imkanı var. Onun cavabdeh tərəfindən verilən pul məbləğinə ehtiyacı yoxdur. Sadəcə qanunda göstərilən hüuqlarından istifadə edərək uşağın saxlanması üçün cavabdehdən aliment də tələb edir. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onunla İddiaçı arasında olan nikah pozulmuşdur. İddiaçı ilə nikahları pozulduqdan sonra birgə nikahlarından anadan olmuş 29 mart 2010-cu il təvəllüdlü Nurcan adlı qızları onun yanında saxlanılmışdır. Hazırda uşaq 23 iyun 2020-ci il tarixdən iddiaçının yanındadır. Onun yanında saxlanılır. Uşağın atasının yanında qalmasını istəməsi səbəbindən uşaq atasının yanındadır. O, da bir ana kimi qızının cəmiyyətdə normal bir insan kimi formalaşmasında övladının yaşayış tərzi ilə mütəmadi maraqlanmaq, onun təlim-tərbiyəsi ilə məşğul olmaq istəyir. Uşağın ona verilməsini tələb edir. Uşaq atasının yanında saxlanıldığı təqdirdə hər hansı məbləğdə aliment də ödəməyəcəkdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamənin aliment hissəsindən narazıdır. Belə ki, qətnamədə göstərilmişdi ki, onun uşağın saxlanılması üçün yetərincə maddi imkanı vardır, sadəcə qanunda göstərilən hüquqlardan istifadə edərək aliment tələb edir. O, məhkəmə iclasında belə ifadə işlətməmişdir. O, uşağın onun himayəsində saxlanılmasını və cavabdehdən aliment tutulmasını tələb etdiyini bildirmişdir. Məhkəmə iddianın aliment hissəsini təmin etməməkdə Ailə Məcəlləsinin 78-ci maddəsinin müddəalarını təhlil edərək əsas göstərmişdir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması və aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması alimentin təyin edilməsinə əsas verən başlıca hüquqi faktdır. Məhkəmə qətnamədə göstərmişdir ki, uşağın hazırki təminat səviyyəsi əvvəlki təmina səviyyəsindən heç də aşağı deyil və iddiaçının cavabdehdən az təminatlı olması da məhkəmə iclasında öz təsdqini tapmır. Məhkəmə öz-özündən sübut toplayaraq belə qərara gəlmişdir ki, iddiaçının, yəni, onun maddi imkanı cavabdehin maddi imkanından daha yaxşıdır və onun cavabdeh tərəfindən veriləcək alimentə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə uşağın hazırki təminat səviyyəsinin daha da yaxşılaşmasını deyil, cavabdehin mənafeyini güdmüş və iddianı rədd etmişdir. Bununla da məhkəmə həm onun, həm də uşağın hüquqlarını pozaraq ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə Mülki Məcəllənin 560-cı maddəsinə istinad etmişdir, ancaq ailə münasibətlərində Mülki Məcəllənin deyil, Ailə Məcəlləsinin maddələrinə istina edərək qətnamə qəbul olunmalı idi. Ona görə də hesab edir ki, məhkəmə işi hər tərəfli araşdırmamış, maddi və prosessual hüqu normalarını pozaraq düzgün olmayan qətnamə çıxarmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)- 691/2021 nömrəli qətnaməsinin alimentə dair hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)- 691/2021 nömrəli qətnaməsi Cavabdeh 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay 175 manat alimentin ödənilməsinə dair iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı 29 mart 2010-cu il tarixdə doğulmuş X3 İddiaçı himayəsinə verilməsi və uşağın saxlanması üçün hər ay 175 manat alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddiası həmin hissədə qismən təmin olunmalı, 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulmasının əvvəli hazırki iş üzrə iddianın verildiyi 8 iyun 2021-ci il tarixdən hesablanmalı, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli AZ-T seriyalı 167089 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 29 mart 2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07 may 2010-cu il tarixdə 125 nömrə ilə qeyd edilmişdir. Onun atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(033)- 985/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 iyul 2009-cu il tarixli nikah qeydinin pozulması, nikahın pozulması Qeydiyyat Şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun İddiaçı tutulması, Cavabdeh dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 anası Cavabdeh himayəsində saxlanılması, tərəflərin birgə nikahından 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 avqust 2019-cu il tarixdən hesablanmaqla, hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İ 366686 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019- cu il tarixli 2(033)-985/2019 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 28 oktyabr 2019-cu il tarixdə xitam verilmişdir İşdə olan Zaqatala rayon Mənzil İstismar İdarəsinin verdiyi 15 mart 2021-ci il tarixli 211 nömrəli arayışından görünür ki, X5 23 iyun 2020-ci il tarixdən atası İddiaçı yanında yaşayır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanının 10 avqust 2021-ci il tarixli 3/1108 nömrəli rəyindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin qərardadına əsasən İddiaçı Cavabdeh qarşı azyaşlı uşağın kimin yanında saxlanılması uşağın mənafeyinə uyğunluğu barədə işə RİH yanında Qəyyumluq və Himayə Orqanının iclasında baxılmışdır. Həmin iclasda 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 anası ilə görüşüb ünsiyyətdə olmaları təmin edilmişdir və hüquqşünas və psixoloqun iştirakı ilə dinlənilmişdir. Söhbət zamanı uşaq anasını və atasını çox sevdiyini, onların barışmalarını istədiyini, hazırda atası ilə birgə yaşadığını və atasının ona yaxşı baxdığını, atasına daha çox bağlı olduğunu, ancaq atasına məxsus evdə atasının razılığı ilə anası Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri görüşüb ünsiyyətdə olmaq istədiyini bildirmişdir. İddiaçı qızının izahatını öz imzası ilə təsdiq edərək həmin evdə qızının və anasının hər həftənin şənbə və bazar günləri görüşüb ünsiyyətdə olmalarına etirazının olmadığını bildirmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanı tərəfindən İddiaçı yaşadığı evə baxış keçirilmiş, müayinə aktı tərtib edilmiş və onun həyat şəraitinə qənaətbəxş rəyi verilmişdir. Cavabdeh yaşadığı evə baxış keçirilmiş və həyat şəraiti müayinə edilmiş, akt tərtib edilmişdir. Akta əsasən cavabdehin həyat şəraitinə qənaətbəxş rəyi verilmişdir. RİH yanında Qəyyumluq və Himayə Orqanı yuxarıda qeyd olunanlara əsasən 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 fikrini nəzərə alaraq atası İddiaçı himayəsində saxlanılması uşağın mənafeyinə uyğun olduğu rəyindədir. «Uşаq hüquqlаrı hаqqındа» Konvensiyаnın 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. İnsan hüquqları üzrə Avropа Məhkəməsinin Elsholzun işi ilə bağlı qərarında qeyd etmişdir ki, “uşаğın mаrаqlаrı ilə vаlideynlərin mаrаqlаrı аrаsındа ədаlətli tаrаzlıq yаrаtmаq zəruridir. Məhkəmə belə qərаrа gələrkən uşаğın mаrаqlаrınа xüsusi əhəmiyyət verir. Çünki uşаğın mаrаqlаrı öz təbiətinə və əhəmiyyətinə görə vаlideynlərin mаrаqlаrındаn üstündür. Azərbаycаn Respublikаsı «Uşаq Hüquqlаrı» hаqqındа qаnunun 5-ci mаddəsinə əsasən dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, normаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. İnsаn Hüquqlаrı üzrə Avropа Konvensiyаsının tələbinə görə Uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bu şərtlə ki, bu, ən yaxşı halda uşağın mənafelərinə zidd olmasın. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı Prinsipində müəyyən olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 9cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 29 mart 2010-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər məhkəmənin qətnaməsinə əsasən ayrılmışlar, faktiki olaraq da ayrı yaşayırlar. Uşaq hazırda 23 iyun 2020-ci il tarixdən etibarən İddiaçı himayəsindədir. Hazırda atası İddiaçı yanında onunla yaşayır. İddiaçı uşağın onun himayəsində saxlanılmasını və aliment ödənilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. RİH yanında Qəyyumluq və Himayə Orqanı isə 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 fikrini nəzərə alaraq atası İddiaçı himayəsində saxlanılması uşağın mənafeyinə uyğun olduğu rəyindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin olunmalı, 29 mart 2010-cu il təvəllüdlü X5 atası İddiaçı yanında saxlanılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidır. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması məsələsini uşaqların hüquq və mənafelərini, onların istəyini, valideynlərdən hər birinə olan bağlılığını, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını nəzərə almaqla həll edir. Uşağın mənafeyi ictimai maraq kəsb edir və valideynlərin hüququndan daha üstündür. Məhkəmə 29 mart 2010-cu il təvəllüdlü X3 valideynlərindən hansının yanında qalması məsələsini müzakirə edərkən Zaqatala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanının rəyini, həmin uşağın hal-hazırda doğulub böyüdüyü evdə atasının yanında olmasını, uşağın izahatını və fikrini, uşağın mənafeyini, iddiaçının uşağının öz yanında qalmasını tələb etməsini nəzərə alaraq belə hesab edir ki, həmin uşağın atasının yanında qalması məqsədə müvafiqdir. İddia tələbi bu hissədə təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 29 mart 2010-cu il tarixdə anadan olmuş X5 atası İddiaçı himayəsində saxlanılmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 78-ci maddəsinin müddəalarını təhlil etdikdə görünür ki, qanun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin müəyyən edilməsi üçün zəruri olan aşağıdakı dispozisiya şərtlərini müəyyən etmişdir: 1. Аliment ödənilməsi barədə saziş olmaması; 2. Tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması; 3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması. Bu şərtlərin hər hansı birinin mövcud olmaması alimentin artırılması barədə iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtlərinin ikincisi və üçüncüsü mövcud deyildir. Hansı ki, «tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması;
3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması» alimentin təyin edilməsinə əsas verən başlıca hüquqi faktdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. İşin hallarından da görünür ki, iddiaçının uşağın saxlanması üçün yetərincə maddi imkanı var. Onun cavabdeh tərəfindən verilən pul məbləğinə ehtiyacı yoxdur. Sadəcə qanunda göstərilən hüquqlarından istifadə edərək uşağın saxlanması üçün cavabdehdən aliment də tələb edir. Göründüyü kimi, uşağın hazırki təminat səviyyəsi əvvəlki təminat səyyəsindən heç də aşağı deyil və iddiaçının cavabdehdən az təminatlı olması da məhkəmə iclasında öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmamış Cavabdeh 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə hər ay 175 manat alimentin ödənilməsinə dair hissəsində gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 175 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğdə 80 manatdan daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmaması barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmamış Cavabdeh 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə hər ay 175 manat alimentin ödənilməsinə dair hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi Cavabdeh 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə hər ay 175 manat alimentin ödənilməsinə dair hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı 29 mart 2010-cu il tarixdə doğulmuş X3 İddiaçı himayəsinə verilməsi və uşağın saxlanması üçün hər ay 175 manat alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddiası həmin hissədə qismən təmin olunmalı, 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulmasının əvvəli hazırki iş üzrə iddianın verildiyi 8 iyun 2021-ci il tarixdən hesablanmalı, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi iddianın təmin olunmamış Cavabdeh 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə hər ay 175 manat alimentin ödənilməsinə dair hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı iddiasının 29 mart 2010-cu il tarixdə doğulmuş X1 üçün hər ay 175 manat alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair hissəsi qismən təmin olunsun. 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki iş üzrə iddianın verildiyi 8 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov