Məhkəmə qərarları › İş №2(107)-2218/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2218/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2218/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işi ilə bağlı 03 may 2018-ci il tarixli, 56330/10 nömrəli, İ.H.Ü Avropa Məhkəməsinin Qərarının icra olunmaması ilə əlaqədar dəymiş mənəvi zərərə görə 624 000 (altı yüz iyirmi dörd min) manatın cavabdeh tərəfindən ödənilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(024)-851/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq işi ilə bağlı 03 may 2018-ci il tarixli 56330/10 nömrəli İ.H.Ü. Avropa Məhkəməsinin Qərarının icra olunmadığına görə ona dəymiş mənəvi zərərə görə 624000 (altı yüz iyirmi dörd min) manatın Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(024)-851/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “işi ilə bağlı 03 may 2018-ci il tarixli 56330/10 nömrəli İ.H.Ü. Avropa Məhkəməsinin Qərarının icra olunmadığına görə ona dəymiş mənəvi zərərə görə 624000 (altı yüz iyirmi dörd min) manatın Cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı Cavabdehnə qarşı “işi ilə bağlı 03 may 2018-ci il tarixli, 56330/10 nömrəli, İ.H.Ü Avropa Məhkəməsinin Qərarının icra olunmaması ilə əlaqədar dəymiş mənəvi zərərə görə 624 000 (altı yüz iyirmi dörd min) manatın cavabdeh tərəfindən ödənilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(024)-851/2021 saylı qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işi ilə bağlı X3 Avropa Məhkəməsinin verdiyi 3 may 2018-ci il tarixli, 56330/10 nömrəli Qərarı üç il altıncı aydır ki, icra olunmur. Qərarın icra olunmasına görə cavabdeh hökümətə vaxtında və dəfələrlə müraciət etmişdir. Qərar icra olunmamışdır. Ona görə də ona olmuş mənəvi zərəri cavabdeh Hökümətdən tələb edir. Mənəvi zərərin açıqlaması belədir Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən cavabdeh tərəfin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində buraxılmış müddət ücün (ödəniş) maddi və mənəvi zərər ödənilməlidir. Cavabdeh hökümətin hərəkətləri və hərəkətsizliyi nəticəsində O, 13 ildir ki, işsizdir. Sərbəst Güləş üzrə Dünya Çempionu olduğu ücün hər ay təxminən ən azı (1000) min manatdan cox əmək haqqı almalı idi bu da 13 ildə 156 000 manat edir. O, isə işsiz qaldığı 13 ildə hər ay 1000 manatı borc alıb ailəsinə xərcləmişdir. Çünki təlabat ödənilməlidir. 13 ildir aldığı bocları qaytarmadığı ücün faizi də bugünə qədər iki özü qədər olub 156 000 manatın da iki qatı 312 000 manat edir ki, bu da ona vurilmuş maddi zərərdir, Mənəvi zərər isə ən azı maddi zərərin iki qatı qədər qiymətləndirilir. Maddi zərərinin 312 000 manatın iki qatı da 624 000 manat yəni, ona ən azı 624 000 manat mənəvi zərər dəymişdir. Qax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(024)-851/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini geri qaytarır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsini bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verməmişdir. Birinci instansiya məhkəməsi Məcəllənin 149-cu maddəsinin tələblərini iddiaçıya izah etməmiş eyni zamanda iddiaya cavab verməli hüquqi şəxsi dəqiqləşdirməmişdir. Belə ki, hazırkı iddiaya cavab verməli Azərbayca Höküməti deyil, Maliyyə Nazirliyidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(024)-851/2021 saylı qərardadı ləğv edilməli və İddiaçı Cavabdehnə qarşı “işi ilə bağlı 03 may 2018-ci il tarixli, 56330/10 nömrəli, İ.H.Ü Avropa Məhkəməsinin Qərarının icra olunmaması ilə əlaqədar dəymiş mənəvi zərərə görə 624 manatın cavabdeh tərəfindən ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi və sonrakı hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər: Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(024)-851/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “işi ilə bağlı 03 may 2018-ci il tarixli, 56330/10 nömrəli, İ.H.Ü Avropa Məhkəməsinin Qərarının icra olunmaması ilə əlaqədar dəymiş mənəvi zərərə görə 624 000 (altı yüz iyirmi dörd min) manatın cavabdeh tərəfindən ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi və sonrakı hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin materialları Qax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar