Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2231/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1578/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr ayının 15dən X1 üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(075)-2927/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 100 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1578/2020 saylı qərardadı ilə (hakim Cahid İmanov) İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “aliment borcunun ailinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından şikayət verərək şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin sözü gedən qərardadını ləğv edərək iddianın icraata götürülməsini xahiş etmişdir. Şəkayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1578/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1578/2020 saylı qərardadının ləğv edilərək iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1578/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(075)-2927/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat məbləğində alimentin silinməsini xahiş etsə də, iddia tələbində həmin qətnamə üzrə yığılmış məbləğ barədə hər hansı bir fikir bildirməyərək qeyri-dəqiq iddia tələbi irəli sürmüşdür. Həmçinin iddia tələbi 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda iddiaçı qanunvericiliklə nəzərə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbzin əslini iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Ona görə də, məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsinin qərardaddı qanuni və əsaslı olduğundan şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsi üçün yetərli deyildir. Ona görə də, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1578/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1578/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2231/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2231/2020
10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver