Məhkəmə qərarları › İş №2(107)-2243/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2243/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2243/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər - X13 və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh2 iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-580/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-580/2020 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh2 148.64 manat reyestr xidmətinə ödənilmiş pul, 2200 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X4 münasibətdə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X4 qarşı cavabdehlərdən müştərək qaydada 300 manat reyestr xidmətinə ödədiyi pulun, 2200 manat torpağın alınması üçün verilmiş pulun və ödənilmiş 30 manat dövlət rüsümu məbləğinin tutularaq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 sakini Cavabdeh2 2017-ci ildə ona müraciət edərək üç qardaş bir bacı Dövlət aktı ilə paylarına düşən 2.2025 ha torpaq sahəsini satdıqlarını bildirmişlər. Ona torpaq sənədlərini hazırlamaqla notariat kontorunda alqı-satqı edilməsini bildirmişdir.Cavabdeh2 torpaq sənədlərinin itdiyini, ona sənədlərinin alınmasında köməklik edilməsini bildirmişdir. Sənədin itmiş kimi qeydiyyata salınması üçün ərizə ilə polisə müraciət etmək lazım olduğunu söyləmişdir. Cavabdeh2 üç qardaş və bir bacı adından bütün işlərin həll edilməsi üçün ona etibarnamə vermişlər.Bundan sonra onların bütün sənədlərini almağı öz öhdəsinə götürmüşdür. Belə ki, torpağın Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çıxarışı almağa görə 300 manat pulu Reyestr xidmətinə ödəmişdir. Bundan sonra həmin torpaq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi YanındaDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, Azərbaycan Respublikası Əmlak Məsələləri DövlətKomitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12 Torpaq sahəsinin planı və ölçüsü, Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair 02/10799 saylı arayış Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdehlər 2.2025 ha torpaq sahəsinin müqabilində birdəfəlik satmaq şərti ilə də ondan 2200 manat pul almışlar. Hər dəfə cavabdehlərə Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən vərəsəlik arayışı alınmasını deyəndə başqa bəhanələr gətirərək 2019-cu ilə kimi onu get-gələ salıb süründürmüşlər. Cavabdehlər elə həmin ildə də xəbəri olmadan mülki işləri aparmağı, bu işlərin yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək barədə verdikləri etibarnaməni notariat kontoruna gedib qüvvədən salmışdırlar. Hal-hazırda cavabdehlər pulunu qaytarmır, nədə ki, torpağın sənədləşməsinə gəlmirlər. Torpaq sahəsinin həmin ildən də bu yana hazırkı dövrə qədər əkir. Torpaq adına keçmədiyi üçün də torpağın subsidiyasını da ala bilmir.Belə ki, 2017-ci il tarixdə Çaparlı kənd sakinləri Cavabdeh1 Mizəxan oğlu və Cavabdeh2 Mizəxan oğlu, Cavabdeh3 və 2019-cu il tarixdə isə X2 ümumilkdə 2 ha20 sot pay torpağını 2200 manata almağını Ağsu rayon icra hakimiyyəti başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli 190 saylı arayışında öz əksini tapır.Cavabdehlər torpağı icarəyə verdiklərini bəhanə edirlər. Onu da göstərmək istəyir ki, torpaq icarəyə veriləndə icarə müqaviləsi ilə verilir. Daha mülki işləri aparmağı, bu işlərin yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək barədə verdikləri etibarnamə ilə yox.Dəfələrlə evlərində olmuş, telefonla zəng etsə də heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, 2200 manat pulu Cavabdeh2 vermişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini 2016-cı ildə 1000 manat pul müqabilində İddiaçı icarəyə vermişdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin torpaq sahəsi ailə üzvlərinin ümumi birgə mülkiyyətlərindədir. Torpaq kənd təsərrüfatı təyinatlı torpaq olmaqla 2.20 ha-dır. Həmin torpaq sahəsi 2016-cı ildə İddiaçı icarəyə verilmişdir. Sonuncu da bunun müqabilində onlara 1000 manat icarə haqqı vermişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə digər cavabdehlər Cavabdeh1 və X3 iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə dindirmək üçün şahid kimi gətirdiyi X5 şər, böhtan və yalan dolu ifadəsinə inanmış və ərazi icra nümayəndəliyiyinin saxta arayışını nəzərə almışdır. Halbuki o, yeri iddiaçıya satmamışdır və onunla heç bir danışığı olmamışdır. O, yeri Tofiq Abddullayevə icrəyə vermişdir və ona 4 il üçün 1000 manat pul vermişdir. O da 2019-cu ildə icarə müqaviləsinin müddəti qutardığı üçün torpaq sahəsindən özü istifadə edir. Etibarnaməni də iddiaçıya Tofiqin xahişi əsasında vermişdir. Hal-hazırda kənd ərazisində yerləşən torpaq sahələrinin 1.0 hektarı 200 manatdan yuxarıdır. İddiaçını etibarnamə verən zaman və məhkəmə iclasında görmüşdür. İddiaçı ona 2200 manat pul verməmişdir. 1000 manat pulu o, Tofiq Abdullayevdən almış və ona da torpaq sahəsini icarəyə vermişdir. İddiaçının qeyd etdiyi kimi aralarında heç bir alqı-satqı olmamışdır. Torpaq sahəsinin sənədləşməsinə ödəniləcək dövlət rüsumunu şəxsən özü ödəmişdir. Məhkəmə əsassız olaraq ödənilmiş dövlət rüsumunu da ondan tutmuşdur. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-580/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-580/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-580/2020 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)- 580/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci ildə verilmiş, reyestrdə 7E-2695 nömrə ilə qeyd edilmiş AR-İ seriyalı 518540 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, bir çox hərəkətlər etməyi, o cümlədən DƏDRX-nin Ərazi İdarəsində onu təmsil etməyi, çıxarış almağı, çıxarış aldıqdan sonra sərəncam verməyi almağı, satmağı və digər hərəkətləri etməyiİddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci ildə verilmiş, reyestrdə 7E-3417 nömrə ilə qeyd edilmiş AR-İ seriyalı 518546 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, bir çox hərəkətlər etməyi, o cümlədən DƏDRX-nin Ərazi İdarəsində onu təmsil etməyi, çıxarış almağı, çıxarış aldıqdan sonra sərəncam verməyi almağı, satmağı və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu ildə verilmiş, reyestrdə 7E-324 nömrə ilə qeyd edilmiş AR-İ seriyalı 553710 nömrəli etibarnamənin surətindən görünür ki, X6 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, bir çox hərəkətlər etməyi, o cümlədən DƏDRX-nin Ərazi İdarəsində onu təmsil etməyi, çıxarış almağı, çıxarış aldıqdan sonra sərəncam verməyi almağı, satmağı və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.202430 ha torpaq sahəsi Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh1, X8 və X7 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair 02/10799 saylı arayışla xx.xx.2019-cu il tarixli ********** nömrəli ərizəyə və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X17 tərəfindən Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-cu il tarixinə bazar dəyəri 2200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra Hakimiyyəti başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 190 saylıxx xxx 2020-ci iltarixliarayışdan görünür ki, İddiaçı 2017-ci il tarixdə Çaparlı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və 2019-cu il tarixdə isə X2 ümumilikdə 2 ha 20 sot pay torpağını 2200 manata almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X17 tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1ində yerləşən **********33 reyestr nömrəli 2.2025 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı X12 Ağsu rayon şöbəsinə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X3 adlarından Ağsu rayon Dövlət notariat kontoru tərəfindən verilmiş etibarnamələr əsasında İddiaçı müraciət etmiş, qeyd olunan torpaq sahəsinə tərtib olunmuş reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin işlənməsi üçün onun tərəfindən 50 manat dövlət rüsumu, 98.64 manat xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı oğludur. 2017-ci ildə Çaparlı kəndində torpaq sahəsi almaq istəyəndə həmin kənd sakini Cavabdeh2 xahiş etmişdir ki, onun torpaq sahəsini alsınlar. Odur ki, qeyd edilən torpaq sahəsini 2200 manata almaları üçün razılaşmışlar. Pul onlara verilmiş, oğlu torpaqla bağlı sənədləşməni həyata keçirmək üçün cavabdehlərdən etibarnamə də almışdır. Lakin pulu aldıqları halda torpaq sahəsini onlara verməmiş, oğlunun adına sənədləşmə olmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçı ilə aralarında 2017-ci ildə bağlanmış şifahi müqaviləyə əsasən ünvan 1ində yerləşən özlərinin eləcədə X8 və X7 ümumi birgə mülkiyyətlərindəki 2.202430 ha torpaq sahəsini iddiaçıya satmışlar və buna görə iddiaçı cavabdehlərdən Cavabdeh2 2200 manat pul vermişdir. Cavabdehlər torpaq sahəsinə dair iddiaçıya etibarnamələr versələr də, sonradan həmin etibarnamələri ləğv etdirmişlər. Cavabdeh2 isə iddiaçının torpaq sahəsinə görə verdiyi 2200 manatı ona geri qaytarmamışdır. İddiaçı eyni zamanda Cavabdeh2 tapşırığı ilə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 148.64 manat xərc çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Göründüyü kimi, tərəflər ünvan 1ində yerləşən cavabdehlərin eləcədə X8 və X7 ümumi birgə mülkiyyətlərindəki 2.202430 ha torpaq sahəsinə dair alqı satqı müqaviləsini Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağladıqlarından həmin müqavilə etibarsızdır və onlar etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar və Cavabdeh2 tapşırığını icra etmiş iddiaçının çəkdiyi xərclərinin əvəzini ödəməlidir. Odur ki, iddiaçının torpaq sahəsinin dəyəri üzrə Cavabdeh2 ödədiyi pul vəsaiti və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkdiyi 148.64 manat xərc, ödədiyi 30 manat dövlət rüsumunun əvəzi iddiaçıya verilməlidir. Digər tərəfdən, Mülki Məcəllənin 1091.1-1092.2-ci maddələrinə görə, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək, torpaq sahəsinin dəyəri üzrə 2200 manat, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş 148.64 manat xərcin əvəzi Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-580/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-580/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar