Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2252/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-125/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-125/2020 nömrəli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, ərizənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh ər-arvad münasibətlərindən xx xxxxxx 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonunun Qazma kənd sakini Cavabdeh oğulları - xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxx 2018-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmişlər. Onunla birgə yaşadıqları dövrdə xx.xx.2018-ci ildə X5 adında bir uşaqları anadan olmuşdur. xx xxx 2019-cu il tarixdən Dilqəmdən ayrı yaşayır. Oğlu Əmrah onun himayəsindədir. Ağır maddi şəraitdə yaşayır, heç yerdə işləmir. Dilqəm uşağın saxlanmasında ona heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çox çətindir. Buna görə də Dilqəmdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Dilqəm fərdi əməklə məşğul olur. Onun müəyyən qazancı vardır. Dilqəmin oğlu Əmrahın baxılıb saxlanılması üçün qanunauyğun miqdarda aliment ödəmək imkanı vardır. Dilqəmin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Məhkəmə-genetik ekspertizasının rəyinə əsasən Cavabdeh oğlu X4 bioloji atası olması təsdiq olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək, Əmrah Bağırovun atası olmadığını, buna görə ona aliment verməyə borclu olmadığını, Əmrah Bağırovun atası olmamasının məhkəmə-genetik ekspertizası ilə asan müəyyən olunacağını və məhkəmə-genetik ekspertizasının keçirilməsi üçün 3-4 min manat ekspertiza xərcini ödəməyə maddi imkanının olduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək, Cavabdeh saxlanması üçün aliment tələb edilən Əmrah Bağırovun atası olmadığını, buna görə ona aliment verməyə borclu olmadığını, bu işlə bağlı müvafiq ekspertizanın təyin edilməli olmasını və Cavabdeh məhkəmə-genetik ekspertizasının keçirilməsi üçün 3-4 min manat ekspertiza xərcini ödəməyə maddi imkanının olduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-125/2020 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianın qismən təmin edilməsi hissəsində ləğv edib həmin hissədə ərizənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı ilə onun ər-arvad münasibətlərindən xx xxxxxx 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)- 125/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə teleqramla məhkəmə kollegiyasına müraciət edərək Balakən Rayon Məhkəməsində xx xxxxxx 2020ci il tarixə təyin edilmiş məhkəmə prosesində iştirak etməsi ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə göndərdiyi teleqram məhkəmə icraatını yubandırmaq məqsədi daşıyır, onun hazırkı məhkəmə iclasında iştirakının mümkünsüzlüyü hər hansı sübutla təsdiqini tapmır. Digər tərəfdən, cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmasa belə, cavabdehin özünün məhkəmə iclasında iştirakı kifayət edərdi, lakin sonuncu da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdeh və nümayəndəsinin (vəkilinin) apellyasiya baxışında iştirak etməməsinin səbəblərini üzrsüz hesab edir. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdeh və nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)- 125/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh ər-arvad münasibətlərindən xx xxxxxx 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 28,33 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Belə ki, işdə olan Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 369227 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2019cu ilin sentyabr ayının 25-i günündə 164 № ilə qeyd aparılmışdır. İşdə olan Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 347142 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx xxxxxx 2018-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 76/2020-MTBŞ nömrəli rəyindən görünür ki, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası X3 olan Bağırov (Abdullayev) Əmrah Dilqəm oğlu barəsində Cavabdeh atalıq faktı inkar olunmur. İşdə olan məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli, 477/2020-MTBŞ nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə cəlb olunan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övladvalideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq Cavabdeh ekspertizaya təqdim olunmuş X7 adlı uşağın bioloji atası olması təsdiq olunur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxx 2018-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmişlər. Birgə yaşadıqları dövrdə onların xx.xx.2018-ci ildə X5 adında bir uşaqları anadan olmuş, Cavabdeh xx.xx.2018-ci ildə doğulmuş X2 atası olması qeydə alınmışdır. İddiaçı xx xxx 2019-cu il tarixdən Cavabdeh ayrı yaşayır. Məhkəmə-genetik ekspertizasının rəyinə əsasən Cavabdeh X4 bioloji atası olması faktı təsdiq olunmuşdur. Uşaq anasının yanında və himayəsindədir. Cavabdeh uşağın saxlanmasına görə iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də iddiaçı cavabdehdən onun xeyrinə hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşаq hüquqlаrı hаqqındа» Kоnvensiyаnın 3-cü mаddəsinə görə, sоsiаl təminаt məsələləri ilə məşğul оlаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti оrqаnlаr, yаxud qаnunvericilik оrqаnlаrı tərəfindən həyаtа keçirilib-keçirilməməsindən аsılı оlmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnunun 3-cü mаddəsinə görə, uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. “Аzərbаycаn Respublikаsındа 2020-ci il üçün yаşаyış minimumu hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununа əsаsən, 2020-ci ildə uşаqlаr üçün yаşаyış minimumu 170 mаnаt müəyyən оlunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh 2020-ci ildə uşaqlar üçün qanunla müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını qət etməkdə düzgün qərar qəbul etmişdir. Uşaqlara ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olmayan maddi təminat vermək valideynlərin borcudur. İddiaçı uşağı bilavasitə saxlamaqla, onun qidalanma, təhsil, geyimlə təminat və başqa kommunal-məişət qayğısını çəkməklə bir valideyn kimi uşağı qarşısında daha çətin və əziyyətli vəzifələri yerinə yetirir. Həmin vəzifələrin yerinə yetirilməsi onun əmək fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək imkanlarını məhdudlaşdırır. Belə vəziyyətdə uşağın maddi təminatını da ananın (iddiaçının) öhdəsinə buraxmaq ədalətsiz olar. Ona görə də atadan (cavabdehdən) daha yüksək məbləğdə aliment ödənilməsinin tələb olunması təbii və başa düşüləndir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin alimentin miqdarına (məbləğinə) etirazının dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayır. Bundan başqa, birinci instansiya məhkəməsi alimentin miqdarını 170 manat məbləğdə müəyyən edərkən o faktı da nəzərə almışdır ki, Cavabdeh məhkəmə-genetik ekspertizasının keçirilməsi üçün 3-4 min manat ekspertiza xərcini ödəməyə maddi imkanının olduğunu bildirmiş və heç də az olmayan həmin ekspertiza xərcini ödəmişdir. Bu da Cavabdeh hər ay göstərilən məbləğdə alimenti ödəmək üçün maddi imkana malik olduğuna və həmin aliment ödənişinin onun üçün çətinlik, yaxud ağır maddi məhrumiyyətlər yaratmayacağına dəlalət edir. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-125/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-125/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2252/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2252/2020
25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver