Məhkəmə qərarları › İş №2(107)-2274/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2274/2020

26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2274/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1450/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1450/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “sabit pul miqdarında aliment” tələbinə dair iddiası qismən təmin edilərək, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 90 (doxsan) manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, xx xxxxxx 2020-ci il tarixdən tutulması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) birgə nikahlarından doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü Aysu adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx xxxxxx 2012-ci ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü Aysu, xx xxxxxxx 2014-cü il təvəllüdlü Mehparə, xx xxxxxx 2015-ci il təvəllüdlü Gülay adlı üç uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikahları məhkəmə qaydasında pozulmuş, övladlarından Mehparə və Gülay cavabdehin, Aysu isə onun yanında qalmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ondan Mehbarə və Gülay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 110 manat məbləğində alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Ondan hər ay cəmi 220 manat məbləğində alimentin tutulması qət edilərkən onun yanında qalan digər övladı Aysunun tələbatının ödənilib-ödənilməməsi nəzərə alınmamışdır. O, cavabdehin yanında qalan digər iki uşaqlarına aliment ödədikdə, özünün himayəsində qalan övladının tələbatını tam ödəyə bilmir. Onun daimi iş yeri yoxdur. Ayrıayrı adamların həyətində işləməklə qazandığı pulla uşaqların alimentini ödəməkdə, yanındakı uşağı saxlamaqda çətinlik çəkir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Cavabdeh də əmək qabiliyyətlidir. İşləyib uşaqların saxlanılmasına kömək edə bilər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddaçı ilə xx xxxxxx 2012-ci ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü Aysu, xx xxxxxxx 2014-cü il təvəllüdlü Mehparə, xx xxxxxx 2015-ci il təvəllüdlü Gülay adlı üç uşaqları olmuşdur. İddiaçı ilə aralarında olan nikahları məhkəmə qaydasında pozulmuş, övladlarından Mehparə və Gülay onun, Aysu isə iddiaçının yanında qalmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan Mehbarə və Gülay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin iddiaçı alimenti vaxtında və tam ödəmir. Özü işləmir, uşaqlarına baxmaqda çətinlik çəkir. İddiaçının tələbi əsassız olduğuna görə rədd olunmasını xahş edir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)- 1450/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1450/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qətnamə ləvğ olunmalıdır. Ona görə ki, o, heç bir yerdə işləmir. Atası ürək xəstəsidir, qardaşı isə Qarabağda döyüşlərdə olduğu üçün onlara heç kim baxmır. 90 manat məbləğində təyin edilmiş alimentin 60 manat məbləğinə azaldılmasına dair qətnamə çıxarılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 valideynləri İddiaçı və Cavabdehdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahı xx xxxxxx 2019-cu ildə ləğv edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)-1909/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı xx xxxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat məbləğində alimentin tutulub, Gülnar Bəhərçinovaya verilməsi müəyyən edilmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Onların birgə nikahından xx xxxxxx 2013-cü il təvəllüdlü X6, xx xxxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X5 adlı üç övladları dünyaya gəlmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlardan Mehbarə və Gülayın anasının, Aysu adlı uşağın isə atasının himayəsində qalması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı xx xxxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat məbləğində alimentin tutulub, Gülnar Bəhərçinovaya verilməsi qət edilmişdir. Bundan sonra iddiaçı Mingəçevir Şəhər Məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü Aysu adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bəyan edir ki, o, analarının himayəsində qalan digər iki uşaqlarına aliment ödədikdə, özünün himayəsində olan övladının tələbatını tam ödəyə bilmir. Ona görə də cavabdehdən aliment tutulmasına zərurət var. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etsə də də, apellyasiya şikayətinin əsaslandırma hissəsində 90 manat məbləğində təyin edilən alimentin 60 manat məbləğinə azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini özünün işləməməsi, heç bir qazancının olmaması, atasının ürək xəstəsi olması, qardaşının isə hazırda Qarabağda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etdiyi üçün onlara heç kimin baxmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X10” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X10 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. X1 xx xxxxxx 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. X10 Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və X10 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X10” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İstinad olunan qanunvericilik normalarından və Ali Məhkəmənin Plenumunun qərarından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin borcudur, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsi üstün tutulmalıdır. Eyni zamanda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını nəzərə alaraq qeyd edir ki, uşaqları saxlamaq iddiaçının valideyn kimi borcu olduğu kimi cavabdehin də borcudur. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda marağı Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iki nəfər azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan Cavabdeh xeyrinə hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat məbləğində tutulan alimentin məbləğinin azaldılmasıdır. İddiaçının həmin marağının təmin edilməsi üçün hazırkı iddianı qaldırmaq əvəzinə ondan tutulan alimentin məbləğinin azaldılması barədə məhkəmədə iddia qaldırması daha məqsədəuyğun olardı. Lakin iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi də qanunvericiliyə uyğundur. Məhkəmə verilən tələb üzrə işə baxır. Ona görə də birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. Cavabdehin daimi iş yerinin olmaması, atasının xəstə olması onu uşağı saxlamaq vəzifəsindən azad etmir. Eyni zamanda, məhkəmə hesab edir ki, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin faktiki hallarından görünür ki, cavabdeh heç yerdə işləmir. İddiaçı Cavabdeh işləməsi, qazancının olması və ya onlar ayrıldıqdan sonra maddi vəziyyətində müsbət dəyişiklik olması barədə sübutlar təqdim edə bilməmişdir. Kollegiyanın qənaətinə görə, cavabdehdən tutulmalı olan alimentin məbləğinin hər ay 90 manat sabit pul məbləğində müəyyən edilməsi Cavabdeh maddi vəziyyətinə uyğun olmamaqla bir qədər yüksək məbləğdir. Cavabdeh həmin məbləğdə alimentin tutulması onun himayəsində olan iki nəfər azyaşlı uşaqların maddi təminatında çətinliklər yarada bilər. Birinci instansiya məhkəməsi bunları nəzərə almayaraq cavabdehdən tutulmalı olan alimentin miqdarını 90 manat məbləğində müəyyən etməklə səhv etmişdir. Kollegiya göstərilənləri, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay hər 60 (altmış) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X11 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı qeyd olunanları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1450/2020 nömrəli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməli, Cavabdeh sabit pul məbləğində tutulmalı olan alimentin məbləği azaldılaraq hər ay 60 (altmış) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1450/2020 nömrəli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilsin. Cаvаbdeh Cavabdehndаn xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün tutulmalı olan alimentin miqdarı azaldılaraq, hər ay sabit pul məbləğində 60 (altmış) mаnаt miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar