Məhkəmə qərarları › İş №2(107)-231/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-231/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-231/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair (Açar sözlər: iddia- aliment) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu, X3 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-2231/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsini verdiyi vaxtdan hesablanmaqla birgə nikahlarından doğulmuş 27 oktyabr 2007-ci il təvəllüdlü Emil adlı uşaqlarının saxlanılması üçün sabit məbləğdə, hər ay 200 manat alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından üç övladları olmuşdur. Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, nikah pozularkən uşaqlardan Elnur və Emil onun yanında, Elmir isə anasının yanında qalmışdır. İki uşağın onda qalmasına baxmayaraq, Elmirin saxlanlması üçün o aliment ödəyir. Hazırda Elnur yetkinlik yaşına çatmış və ali təhsil alır. Emil isə onun yanındadır. Elnurun təhsilinə də xərci çox çıxır. Bu səbəbdə də onun yanında olan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tаrixli, (039)-2231/2022 saylı qətnaməsi ilə (R.Əlizadə) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından üç övladları olmuşdur. Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, nikah pozularkən uşaqlardan Elnur və Emil onun yanında, Elmir isə anasının yanında qalmışdır. İki uşağın onda qalmasına baxmayaraq, Elmirin saxlanlması üçün o aliment ödəyir.Hazırda Elnur yetkinlik yaşına çatmış və ali təhsil alır. Emil isə onun yanındadır. Elnurun təhsilinə də xərci çox çıxır. Bu səbəbdə də onun yanında olan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh rəsmi evlənərək ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşaqların ikisi İddiaçı, biri isə yəni X2 Arzu Yusif qızının himayəsində saxlanılmış və onun saxlanılması üçün aliment İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldırıraq maddi vəziyyəti ağır olduğu üçün onun himayəsində qalmış və yetkinlik yaşına çatmamış Emil adlı uşağın saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə daha təminatlı valideyindən alimentin tutulması nəzərdə tutulmuşdur. İddiaçı maddi vəziyyətinin ağır olduğunu bildirsə də, işin bu hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1, 78.1-ci və 78.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2231/2022 saylı qətnaməsi ilə iddia tələbim rədd edilmişdir. O, həmin qətnamə ilə aşağıda göstərilənlərə əsasən razılaşmır. Belə ki, həmin qətnaməni qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə qətnamə çıxararkən yalnız cavabdehin izahat və etirazına əsaslanmışdır. Belə ki, o Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, həmin birgə nikahdan xx.xx.2003-cü il tarixdə Elnur, xx.xx.2007-ci il tarixdə Emil və xx.xx.2012-ci il tarixdə isə Elmir adlı uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, Emil və Elmirin analarının Elnurun isə onun himayəsində saxlanılması və ondan hər iki uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş. Şəki Apellyasiya Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək oğlumuz Elmirin anasının yanında saxlanılması və bununla bağlı atasından aliment tutulması hissəsində ləğv edilərək həmin hissədə cavabdehin iddiası rədd edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. X11 Müəllimlər İnstitutunun İİİ kurs tələbəsi olmaqla illik təhsil haqqı 1300 manatdır. Digər oğlu Emil isə X9 və Texnologiya Kollecinin əyani şöbə «Meşə və park» ixtisasına 9 illik təhsil bazasından ödənişli əsaslarla qəbul olmuş, hazırda 1-ci kursda əyani təhsil almaqla illik təhsil haqqı 500 manatdır. Eləcə də hər iki oğlu oxuduqları yerdə kirayədə yaşamaqla kirayə haqqı ödəyir. Eləcə də onların yemək və içməklərinə, pal-paltarlarına pul xərcləyir. Bununla bağlı maddi vəziyyətində çətinlik yaranmışdır. Lakin məhkəmə işə baxarkən bunları nəzərə almamışdır. O, hər iki uşağının təhsil haqqını, kirayə haqqını, yeməkiçməklərini ödədiyi halda Cavabdeh isə yalnız Elmirə baxır, üstəlik ondan aliment də alır. Eləcə də məhkəmə qətnamə qəbul edərkən Elmirin xəstə olmasına dair Cavabdehnm izahatını əsas götürərək onun iddia tələbini rədd etmişdir. O, məhkəmədə işə baxılarkən vəsatət verərək ekspertiza təyin olunub Elmirin hansı xəstəlikdən əziyyət çəkdiyini və müalicəyə ehtiyac olub-olmadığını müəyyən edilməsini xahiş etsə də, onun bu vəsatəti məhkəmə tərəfindən təmin edilmədi. O, 12 noyabr 2022-ci il tarixdə Respublika Reabilitasiya Mərkəzinə həm telefon vasitəsilə, həm də ərizə ilə müraciət edərək oğlu Elmirin xəstəliyi barədə məlumat verilməsini xahiş etmişdir. Lakin cavab ala bilmədiyinə görə cavabı apellyasiya şikayətinə əlavə edə bilmir. Məhkəmə qətnamədə göstərmişdir ki, o, hər ay 300 (üç yüz) manat vəsait alır. Lakin buna dair məhkəməyə nə o, nə də Cavabdeh heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2-ci maddələrinin tələblərini pozaraq işə birtərəfli, səthi baxaraq araşdırma aparmadan işin faktik hallarını tam araşdırmadan sözügedən qətnaməni çıxarmışdır. Məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O bunu sübut etdiyi halda, Cavabdeh isə heç bir sübut təqdim etməmiş və etirazının əsası kimi istinad etdiyi halları belə sübut etməmişdir. Eləcəcə də bunlarla yanaşı məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmin maddənin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının MPMnin 88-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2231/2022 saylı qətnamənin ləğv edilməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2231/2022 saylı qətnamənin ləğv edilməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2231/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2231/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2231/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh rəsmi evlənərək ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşaqların ikisi İddiaçı, biri isə yəni X2 Arzu Yusif qızının himayəsində saxlanılmış və onun saxlanılması üçün aliment İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(039)-793/2020 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 ilə əlaqədar cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə iddiası təmin edilmişdir. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(107)-409/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Yevlax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(039)-793/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(102)- 3805/2021 saylı qərarından məlum olur ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(107)-409/2021 saylı qətnaməsindən verdiyi kasasiya şikayəti təmin edilməmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2-ci maddələrinin tələblərini pozaraq işə birtərəfli, səthi baxaraq araşdırma aparmadan işin faktik hallarını tam araşdırmadan sözügedən qətnaməni çıxarmışdır. Məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O bunu sübut etdiyi halda, Cavabdeh isə heç bir sübut təqdim etməmiş və etirazının əsası kimi istinad etdiyi halları belə sübut etməmişdir. Eləcəcə də bunlarla yanaşı məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmin maddənin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının MPMnin 88-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, aliment təyin edilərkən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyəti nəzərə alınır. Belə ki, qanunuvericilikdə öz əksini tapan müvafiq normaların tələblərindən irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, aliment maddi vəziyyəti yaxşı olan tərəfdən alınaraq maddi vəziyyəti aşağı olan tərəfə ödənilməlidir. Göründüyü kimi hazırki vəziyyətdə apellyator qarşı tərəfin maddi vəziyyəti ilə bağlı hər hansı bir sübütu məhkəməyə təqdim edə bilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, iddiaçı tərəf apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(039)-2231/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(039)-2231/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar