Məhkəmə qərarları › İş №2(107)-236/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-236/2022

16.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-236/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı “pul tələbi"nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(025)- 1043/2021 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(025)-1043/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) ilk iddia təmin olunmuş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********75; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 09.09.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin onun hesabına sökülməsi və həmin torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıdan 11.000 (on bir min) manat pulun alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Qəbələ rayonunun Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Cavabdeh ********** qeydiyyat nömrəli, 09 sentyabr 2017-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,45 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində qanunsuz inşa etdiyi tikililərin onun öz hesabına sökülməsinə və həmin torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin ********** qeydiyyat nömrəli, 09 sentyabr 2017-ci il qeydiyyat tarixli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına və torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçının xüsusi öhdəliyi icra etməmişdir. Hazırda iddiaçı “Beh Müqavilə”sinin 2-ci bəndinə əsasən cavabdehdən xüsusi mülkiyyətində olan 0.45 hektar torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsini və torpaq sahəsindən çıxarılmasını ondan tələb etsə də, o həmin torpaq sahəsindən könülllü çıxmamış, əksinə torpaq sahəsində tikililəri davam etdirir. 07.07.2021-ci il tarixdə Cavabdeh məhkəməyə İddiaçı qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı ona qarşı olan “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiasının təmin edilməməsinə və onun “əqdin bağlanmış hesab edilməsi tələbinə dair” qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. 29.07.2021-ci il tarixdə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı 22000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24.08.2021-ci il tarixdə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə 20 000 (iyirmi min) manat real ziyan və 16 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36000 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinin artırılmasına dair ərizəsində Cavabdeh bildirmişdir ki, Ceyhun ilə aralarında torpaq alqı-satqısı olmuşdur. Ceyhunun mülkiyyətində Qəbələ rayonunun Nohurqışlaq kəndində 0,45 ha torpaq sahəsi olmuşdur. O, həmin torpaq sahəsini ona almağı təklif etmiş, o da həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Torpaq sahəsini cavabdeh 20000 manat qiymətləndirmişdir. Onlar razılaşmışlar, lakin onun nəğd 20000 manat pulu yox imiş. Nəğd 5000 manat pulu var imiş. Ona görə də belə qərara gəlmiş ki, ona 5000 manat beh vermiş. 15000 manatı isə bir il ərzində ödəmişdir. Bu səbəbdən 21 avqust 2019-cu il tarixdə cavabdehlə aralarında beh müqaviləsi bağlanmış və həmin müqavilə 21 avqust 2019-cu il tarixdə Bakı şəhəri, notarius ofisində 3M-885 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Beh müqaviləsinin 1.1.1-ci maddəsində qeyd edilmişdir ki, birinci tərəf İddiaçı, özünə məxsus olan ünvan 1i ünvanında yerləşən mülkiyyətində olan 0.45 ha torpaq sahəsini ikinci tərəf Cavabdeh 20000 (iyirmi min) manata satır. Ödəniləcək məbləğ tam hazır olmadığı üçün notariat qaydasında alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilinmir. Beh olaraq ikinci tərəf birinci tərəfə 5000 (beş) manat notariusun depozit hesabı vasitəsilə ödəyir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə kimi ödəniləcək və ödəniş başa çatdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdiriləcək. Həmçinin beh müqaviləsində Azərbaycan Respublikası MM-nin 491- 492-ci maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Həmçinin onların danışıqlarında, eləcə də beh müqaviləsi bağlanarkən Ceyhunun atası Gülməmmədov Mahmud iştirak etmişdir. Aralarında olan müqavilə rəsmi olaraq Ceyhunla bağlanmış olsa da bütün danışıqlar və sövdələşmələr onun atası ilə olmuşdur. Beh müqaviləsində göstərilmiş bir il müddət ərzində də hər dəfə cavabdehin atası ilə danışıqlar aparılmışdır. Aralarında beh müqaviləsi bağlandıqdan sonra 02 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notarius ofisində cavabdehə notarial qaydada 3000 manat pul ödəmişdir. Bundan başqa 26 yanvar 2020-ci il tarixdə də 3000 manat ödəmişdir. Həmin ödəniş 02 noyabr 2019-cu il tarixdə notarial qaydada ödədiyi sənədin (ərizənin) aşağısında daha 3000 manat ödəməsi hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Ondan sonra beh müqaviləsində göstərilən bir il ərzində Cehunun atasına dəfələrlə pul ödəmişdir. Ümumiyyətlə cavabdehin atasına 17000 (on yeddi) min manat pul ödəmişdir. Qalıq 3000 (üç) min manat pulu da vermək üçün dəfələrlə dəvət etsə də, müxtəlif bəhanələrlə onlar gəlməkdən imtina etmişlər. Belə ki, gah demiş ki, pandemiyadır, çölə çıxa bilmirlər, gah da demişlər ki xəstələri var. Ümumiyyətlə müxtəlif bəhanələrlə pulu almaqdan imtina etmişlər ki, beh müqaviləsində göstərilən bir il müddət başa çatsın. Cavabdeh bunu qəsdən etmişdir ki, beh müqaviləsinə guya əməl edilməməsinə görə o məsuliyyət daşısın. Bu barədə cavabdehin atasının onunla telefon danışığı var və o, həmin danışığı diskə köçürmüşdür. Diski Ceyhunun ona qarşı Qəbələ rayon Məhkəməsində “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsinə əlavə etmişdir. Belə olan halda hesab edir ki, İddiaçı notariusa gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən qəsdən yayınmaq üçün ona qarşı əsassız iddia qaldırır və iddia ərizəsində qeyd etdiklərinin çoxu həqiqətə uyğun deyildir. O, beh müqaviləsində göstərilən şərtlərə əməl etmiş, lakin cavabdeh tərəf həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olmuşlar. Onların mane olmaları telefon danışıqları ilə təsdiq olunur və cavabdehin yeganə marağı torpaq sahəsini adına rəsmiləşdirilməsindən boyun qaçırmaqdır. Torpağın adına rəsmiləşdirilməsi üçün onları dəfələrlə dəvət etmişdir, lakin cavabdeh ona qarşı olan iddia ərizəsində qeyri-səmimi olaraq göstərdiklərini bəhanə edərək gəlməkdən imtina etmişdir. Bir sözlə cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, nəticədə ondan aldığı 17000 (on yeddi min) manatı əsassız olaraq özündə saxlamışdır. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə cavabdeh ona əvvəlcədən ona beh kimi verdiyi 5000 (beş min) manat pulun iki mislini qaytarmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda cavabdehin qarşılıqlı iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 07.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsini təxmini 2017-ci ilin sonları 2018-ci ilin əvvəlləri almışdır. Torpaq sahəsini alarkən hər şey normal olmuşdur. Lakin torpaq sahəsini almamışdan öncə torpaq sahəsinin sənədləri qaydasında deyilmiş. O da buna görə torpaq sahəsini aldığı insanlara sənədləri qaydasına qoymaq üçün bir miqdar pul ödəmişdir. Onlar torpaq sahəsinə çıxarış aldıqdan sonra alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getmişlər. O vaxt torpağı aldığı şəxslərlə arasında sadəcə 20.000 manat pul qalmışdır. Artıq onlara 20.000 manata yaxın pul ödəmişdir. Alqısatqını 20.000 manatla rəsmiləşdirmişlər. Bundan sonra torpağın sahibi X10 və onun həyat yoldaşı ilə problemlər yaranmağa başlamışdır. Belə ki, həmin torpaq sahəsində meyvə ağacları əkmiş və bağa su çəkdirmişdir. Lakin nə meyvələri yığa bilmiş, nə də bağa girə bilməmişdir. Bağa girmək üçün yol və giriş qapısı yoxdur. Həyətə qonşunun həyətindən girib-çıxırmış. Orada olan mübahisələrdən icra, polis və Bələdiyyənin də məlumatı olmuşdur. Bundan əlavə Ağayev Oktay torpaq sahəsini ona satmamışdan öncə həmin torpaq sahəsinin bir hissəsini qardaşı oğlu Cavabdeh söz ilə satıb və yaxud bağışlamışdır. Həmin torpaq sahəsini isə sonra onlara sənəd ilə satmışdır. Onlar torpaq sahəsini alandan sonra onlara məlum olmuşdur ki, həmin torpaq sahəsində mübahisə var. Cavabdeh atası onlarla mübahisə edir ki, onlar bu torpaq sahəsinə pul ilə çıxarış almışlar. Onlar da bu mübahisələrdən qurtarmağın tək yolunu həmin torpaq sahəsini Qəbələ rayon Nohurqışlaq kəndindən bir şəxsəmi və yaxud başqa bir şəxsə satmaqda görmüşdür. Buna görə onlar Qəbələ rayon əmlak işinən məşğul olanlara müraciət etmişlər. Torpaq sahəsinə baxmaq üçün alıcı gəlirmiş. X16 həyat yoldaşı Fazilə xanım alıcılara torpaq sahəsini özləri aldıqlarını bildirərək həmin alıcıları oradan kənarlaşdırmışdır. Sonda onlar məcbur qalmışlar ki, həmin torpaq sahəsini Cavabdeh 20.000 manata satsınlar. Pərvizlə atası Gülməmmədov Mahmud əlaqə saxlamışdır. Pərviz ilə danışmışlar, razılaşmışlar, ortaq məxrəcə gəlmişlər və torpaq sahəsini ona satmaq qərarına gəlmişlər. İlkin danışıqları atası aparmış, lakin torpaq sahəsini o satmışdır. Pərvizlə 2019-cu ilin avqust 22-də, 1 il müddətinə müqavilə bağlamışlar. O və qarşı tərəf müqavilə üzrə öz öhdəliklərini bilirmişlər. Bundan sonra ölkədə pandemiya başlamışdır. Hamı kimi onun da pula ehtiyacı olmuşdur. İlkin ödəniş 5.000 manat olmuş və Pərviz pulu notariatda ödəmiş, o da həmin 5.000 manatı Muğam Bankın kassasından götürmüşdür. Qalan 3.000 və 3.000 manatı isə öz aralarında kağıza imza ataraq qəbul etmişlər. Ondan sonra artıq pandemiya başlamış və o, ödəniş görməmişdir. Ona heç vaxt gəl qalan pulu götür deyə zəng gəlməmişdir. 2020-ci ilin payız aylarında atası ona demişdir ki, alqı-satqını etsin. O da atasına öz öhdəliyini bildiyini və artıq planlarını dəyişdiyini bildirmişdir. O, bir il ərzində maddi və mənəvi çox zərər çəkmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbini qəbul etməyərək göstərmişdir ki, aralarında olan müqavilə rəsmi olaraq İddiaçı ilə bağlanmış olsa da, bütün danışıqlar və sövdələşmələr onun atası ilə olmuşdur. Beh müqaviləsində göstərilmiş bir il müddət ərzində də hər dəfə cavabdehin atası ilə danışıqlar aparılmışdır. Aralarında beh müqaviləsi bağlandıqdan sonra 02 noyabr 2019-cu il tarixdə cavabdehə notarial qaydada 3000 manat pul ödəmişdir. Ondan sonra beh müqaviləsində göstərilən bir il ərzində cavabdehin atasına dəfələrlə pul ödəmişdir. Ümumiyyətlə cavabdehin atasına 17000 (on yeddi) min manat pul ödəmişdir. Qalıq 3000 (üç) min manat pulu da vermək üçün dəfələrlə dəvət etsə də, müxtəlif bəhanələrlə onlar gəlməkdən imtina etmişlər. Belə ki, gah demiş ki, pandemiyadır çölə çıxa bilmirlər, gah da demişdir ki, xəstələri var. Ümumiyyətlə müxtəlif bəhanələrlə pulu almaqdan imtina etmişlər. Bu barədə cavabdehin atasının telefon danışığı var və o həmin danışığı diskə köçürmüşdür. Cavabdehin (ilk iddia üzrə iddiaçı) təqsiri üzündən almış olduğu 0,45 ha torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Belə olan halda hesab edir ki, cavabdeh notariusa gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən qəsdən yayınmaq üçün ona qarşı əsassız iddia qaldırır və iddia ərizəsində qeyd etdiklərinin çoxu həqiqətə uyğun deyildir. O, beh müqaviləsini göstərilən şərtlərə əməl etmiş, lakin cavabdeh tərəf həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olmuşlar. Onların mane olmaları telefon danışıqları ilə təsdiq olunur və cavabdehin yeganə marağı torpaq sahəsini adına rəsmiləşdirilməsindən boyun qaçırmaqdadır. Torpağın adına rəsmiləşdirilməsi üçün onları dəfələrlə dəvət etmişdir. Lakin cavabdeh iddia ərizəsində qeyri-səmimi olaraq göstərdiklərini bəhanə edərək gəlməkdən imtina etmişdir.Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilkin iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X2 göstərmişdir ki, əvvəlki qarşılıqlı iddia tələbində texniki səhv olara 17 min manat pul ödənildiyi qeyd olunub və 22 min manat tələb olunubdur. Hazırda iddia tələbini dəqiqləşdirmişlər. Belə ki, 17000 manat yox Cavabdeh behlə birlikdə 15000 manat pul ödəyibdir. 10000 manatı beh müqaviləsinin sonrakı şərtlərinə uyğun olaraq ödənilən 3000, 3000 və 4000 manat. (bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilibdir.) 5000 manat da beh. Onlar həmin behi qanunvericiliyin tələblərinə uyğun olaraq öhdəlik əks tərəf tərəfindən pozulduğu üçün, üzərinə götürdükləri öhdəlikləri icra etmədiyi üçün beh nəticəsində aldığı pulun iki qat mislini ödəməli olduğundan 10000 manat tələb edirlər. Əlavə olaraq ilkin iddia tələbində həmin ərazidə aparılmış qanunsuz tikilinin sökülməsi tələbi irəli sürülübdür. Yəni həmin ərazidə tikili olduğunu tərəf özü də qəbul edir. Lakin həmin tikili qanunsuz tikilməyibdir, beh müqaviləsinin şərtlərinə uyğun olaraq şəxs həmin torpaq sahəsini özünkü hesab edərək, öz qanuni istifadəsində olduğunu əsas götürərək orada 16000 manat xərc çəkərək tikinti aparıbdır. Onlar 16000 manat tikiliyə çəkilən xərcin, cəmi 36000 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Şahid Bünyad qızı şahid qismində vediyi ifadəsində göstərmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin anasıdır. Onlar torpaq sahəsini alan gündən problemli günləri başlamışdır. Həmin torpaq sahəsini alan gündən onlar aldanmışlar. Torpaq sahəsini onlara satmışlar, lakin onlara həmin torpaq sahəsinə giriş üçün yol yeri verməmişlər. Torpaq sahəsini alarkən onlara bildirilmiş ki, o, öz həyətindən yol yeri verəcəkdir. Tövləni sökərək onlara yol verəcəkdir. Alqı-satqıya kimi onları yubatmışlar. Dəfələrlə Bakı şəhərindən Qəbələ rayonuna alqı-satqı üçün gedib gəlmişlər. Ancaq sənədləri qaydasında olmadığı üçün alqı-satqı edə bilməmişlər. Alqı-satqı olduqdan sonra torpaq sahibi onlara veridiyi sözün üzərində durmamış, tövləsini sökməmiş və onlara yol yeri verməmişdir. Həmin yol yerini onlara (0.02ha) satmışdır. Lakin bu günə kimi onlar həmin torpaq sahəsinə daxil olub oradan meyvələri yığa bilmirlər. Su çəkmişlər, suyu kəsmişlər. Torpaq sahəsinin pulunu xərcləyib qurtardıqdan sonra onu satdıqlarına peşman olmuşlar və onlara bildirmişlər ki, torpaq sahəsi onlarındır və onları həmin sahəyə buraxmırlar. Onlara bildirmişlər ki, pullarını geri qaytarsınlar və onlar da torpaq sahəsini geri qaytaracaqlar. Lakin onlar pullarının olmadığını bildirmişlər. Bu mübahisədən Qəbələ rayon İcra, Bələdiyyə və Polis şöbəsinin də məlumatı var. Daha sonra Pərvizin atası onlara bildirmiş ki, həmin torpaq sahəsinin bir hissəsi onun oğlu Pərvizə məxsusdur. Həmin 0.45 ha torpaq sahəsinin yarı məhsulunu Ağayev Oktay, yarı məhsulunu isə Pərvizin atası yığır. Daha sonra onlar həmin torpaq sahəsini satmağı qərara almışlar və həmin sahəyə alıcılar gəlməyə başlamışdır. X22 və onun həyat yoldaşı gələn alıcıları oradan qovmuşdur. Onlar məcbur qalmışlar ki, torpağı aldıqları qiymətdən ucuz, yarı qiymətinə, yəni 20.000 manata Cavabdeh satsınlar. O, Pərvizə zəng vurmuşdur. Pərviz dəonu yubatmışdır. Gah ona Dağıstanda olduğunu bildirmiş, gah da telefonuna başqa şəxslər cavab vermişdir. Bundan sonra onlar onun keçmiş həyat yoldaşı (onunla 2006-cı ildə rəsmi qaydada ayrılmışlar), oğlu İddiaçı atası Gülməmmədov Mahmudun telefon nömrəsini taparaq onunla əlaqə saxlamışlar ki, alqı-satqını onunla etsinlər. Çünki o, torpaq sahəsini aldıqları qiymətə satmaq istəmirmiş. Lakin onlar bununla razı qalmamışlar və ona görə də keçmiş həyat yoldaşı ilə danışıb torpaq sahəsini daha ucuz almışlar. O, Pərvizə torpaq sahəsinin 0.01 ha 750 manatdan satmağı təklif etmiş, lakin o, razılaşmamışdır. Çünki ilkin olaraq alqı-satqı olan vaxt onlara qiyməti 20.000 manat yazdırmışdırlar. Pərvizin əmisi torpaq sahəsinin yarısının onun, yarısının isə qardaşı oğlu Pərvizin olduğunu onlara dəfələrlə bildirmişdir. Belə olduqda onlar AR ƏMDK yanında DƏDƏRX Qəbələ rayon 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarını torpaq sahəsinə dəvət edərək torpaq sahəsinin yerini müəyyənləşdirməyi xahiş etmişlər. Əməkdaşlar torpaq sahəsini ölçmüş və ağacda işarə edərək həmin sahənin onlara məxsus olduğunu onlara bildirmişdir. Lakin yenə də onlar həmin sahənin Pərvizin olduğunu bildirmişlər. Torpaq sahəsi sənədlə onlara məxsus olsa da, məhsulu Pərviz yığır, qanunsuz tövlə və qala tikibdir. Məhkəmə iclasında X11 şahid qismində vediyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh əmisidir. O, Cavabdeh məxsus torpaq sahəsində tövlə tikmişdir. Tikintiyə 2020ci ilin iyun ayında başlamış, avqust ayının sonları qurtarmışdır. Tövlənin tikintisi zamanı 4.100 manat əməkhaqqı almışdır. Tövlənin uzunu 30 m, eni isə 8 m imiş. Divarını mişar daşından, üstü isə şifeldən tikmişlər. Həmin torpaq sahəsi ilk dəfə ona məxsus olmuşdur. Torpaq sahəsini 37.000 manata yox, 24.000 manata İddiaçı satmışdır, 1500 manatını isə kəsmişlər və ödəməmişlər. Əvvəlcədən 0.01 ha 500 manata razılaşmışlar. 1500 manatını ödəmədiyi üçün onları həyətə buraxmamışdır. GedişTorpaq sahəsinin bir hissəsini, 0.10 ha hissəni qardaşı oğlu Pərvizə satmışdır. Lakin satdığı 0.45 ha daxil deyilmiş. Məhkəmə iclasında X13 şahid qismində vediyi ifadəsində göstərmişdir ki, Cavabdeh əmisidir. O və qardaşı Tövləni hazırlayıb Pərvizə təqdim etmişlər. Tövlənin uzunluğu 30 m, eni isə 8 m olmuşdur. 2020-ci ilin iyununda başlayıb avqustunda qurtarmışlar. Pərviz torpaq sahəsini aldığını onlara bildirmişdir. Lakin sənədlərinin hələ almadığını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mülki qanunvericiliyin normalarından aydın görünür ki, beh iki halda və formada qaytarıla bilər; birinci halda öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalı, ikinci halda isə əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini qaytarmalıdır. Göründüyü kimi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilə aramızda bağlanmış müqavilə üzrə icraata xitam verilməmiş, müqavilənin şərtləri tərəfimdən pozulmamışdır. Qarşı tərəf həmin halların baş verməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, beh müqaviləsi üzrə müqavilə müddəti başa çatan günə mənə beh müqaviləsi üzrə borclu olmasını etiraf etmişdir. İşə baxan məhkəmə qarşılıqlı iddianın “ödənilmiş behin qaytarılması” hissəsində təmin etməklə səhv nəticəyə gəlmiş, qarşılıqlı iddianın həmin hissədə təmin edilməsini ətraflı əsaslandırmamış, sübutları əlaqəli şəkildə şərh etməmiş, beh müqaviləsinin şərtlərinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən pozulduğunu müəyyən etsə də, behin qaytarılmasının səbəblərini qətnaməsində ətraflı əsaslandırmamışdır. Bununla da işə baxan məhkəmə nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnaməsini qəbul etmişdir. Qəbələ Rayon Məhkəməsi tərəflər arasında bağlanmış beh müqaviləsinin mötəbərliyini tanısa da və onun birmənalı şərtlərinin behin bir il ərzində ödənilməməsi halında behin batması, bir il ərzində ödəniləcəyi halda isə alqı-satqı müqaviləsinin bağlanacağı barədə dəqiq şərtlər göstərilməsinə baxmayaraq özünün formal mülahizələrinə əsasən ondan ödənilmiş 11000 manat behin qaytarılması qənaətinə gəlmişdir. Beləliklə beh müqaviləsinin şərtlərini heçə saymışdır və adi borc müqaviləsi kimi yanaşmışdır. Halbuki, beh müqaviləsi özünün konkret şərtləri ilə tərəfləri məsuliyyətli olmağa çağırır, hər bir tərəfin götürdüyü öhdəliyi vaxtında və tam şəkildə icra etməyə sövq edir. Beh müqaviləsinin şərtləri mülki Məcəllədə dəqiq göstərilmişdir. Söhbət burada behin məbləğindən getmir, beh müqaviləsi üzrə ödənlən məbləğ bir manatla və ya milyon manatlarla ifadə oluna bilər, burada beh müqaviləsinin məqsədi tərəflərin razılaşdırılmış şərtlərlə müqaviləni vaxtında və tam icra edilməsinə məsuliyyət daşıdıqlarını vurğulmaqla behin ikiqat qaytarılması və ya behin batması sonluğu ilə nəticələnəcəyi ilə xəbərdar edir. Qəbələ Rayon Məhkəməsi Geyhun Gülməmmədovdan ödənilmiş 11000 manat behin alınaraq Cavabdeh verilməsi qənaətinə gələrkən beh müqaviləsi üzrə pulun verilməsinin icra yeri və üsulunun göstərilmədiyinə əsaslanmışdır. Halbuki, tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, müqavilə bağlandıqdan sonra Cavabdeh İddiaçıla iki dəfə görüşmüş. Birinci dəfə notariat ofisində ona 3000 manat, iki dəfə öz aralarında yazmaqla təkrar 3000 manat beh ödəmişdir. Bundan sonra Pərviz tərəfindən ödəniş dayandırılmışdır. Cavabdeh izahatına görə o behin qalan hissəsini vermək üçün İddiaçı pandemiya səbəbindən əlaqə saxlaya bilməmişdir. Halbuki, Cavabdeh qalıq behi poçt və ya bank vasitəsi ilə Geyhun Gülməmmədova göndərə bilərdi, həmçinin onun iş yerinə və yaşayış yerinə gedib behi ona verə bilərdi və yaxud istənilən digər formada behin ödənilməsini həyata keçirə bilərdi. Tərəflərin ünvanları və əlaqə vasitələri beh müqaviləsində də qeyd olunmuşdur və Cavabdeh təeəfindən behin yuxarıda qeyd olunan vasitələrlə ödənilməsi əsaslı sayılardı və müqavilənin Cavabdeh tərəfindən icra edilməsi sübut oluna bilərdi. Məhkəmənin behin qaytarılmasının əsası kimi icra üsulunun və yerinin müəyyən olunmamasına istinad etməsi işin yuxarıda qeyd olunan həqiqi hallarına uyğun gəlmir. Ona görə də, ilkin iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “Qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” 2(025)-1043/2021 saylı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın “beh müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması” hissəsinə münasibətdə ləğv edilməsini və qarşılıqlı iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(025)-1043/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə beh göstərilsə də, o, İddiaçı torpaq sahəsini gələcəkdə almaq məqsədilə əvvəlcədən 5000 manat avans vermişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(025)-1043/2021 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş 5000 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh İddiaçı qarşı 36000 manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi 5000 manata aid hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X3, X11, X4 şəxsində “satıcılar” olaraq onunla “alıcı” İddiaçı arasında 09.02.2017-ci il tarixdə bağlanmış AN-İ N nömrəli «Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcılar ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,67 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən müqavilədə göstərilən hissəni (hissələri) “Alıcının” mülkiyyətinə verirlər: fərdi yaşayış evi və torpaq sahəsinin qalan hissəsi mülkiyyətçilərdə qalır. Müqavilənin 4-cü maddəsinə əsasən satıcı(lar) daşınmaz əmlakı 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********75) danışmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin İddiaçı adına 07.09.2017-cı il tarixdə tərtib etdiyi A №185555 saylı «Torpaq sahəsinin planı və ölçüsü»nün surətindən müəyyən edilir ki, 0,45 ha torpaq sahəsinin M 1:24000 miqyasında ölçü planı göstərilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21avqust 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş beh müqaviləsinə görə alıcı satıcıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsini 20 000 manat dəyərində gələcəkdə almağı öhdəsinə götürür və bu məqsədlə Satıcıya 5 000 (beş min) manat məbləğində beh verir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə kimi ödəniləcək və ödəniş başa çatdıqdan sonra alq-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir. Qeyd müqavilənin 2-ci bəndinə əsasən müqavilə rəsmiləşdirildiyi gündən bir il müddətinə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki məslini ödəməlidir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş və 01 noyabr 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh ilə 19 saylı notariat ofisində aralarında bağlanılan 21.08.2019-cu il tarixli 3M-885 reyestr nömrəli beh müqaviləsinə əsasən Cavabdeh 3000 manat pulu nağd şəkildə almışdır. Eyni zamanda həmin ərizədə 26.01.2020-ci il tarixdə ““aldı” İddiaçı, “verdi” Cavabdeh” qeyddən görünür ki, 26.01.2020-ci il tarixdə X20 Gülməmmədova 3000 manat pulu vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış 07.06.2019-cu il tarixli məktubda göstərilmişdir ki, rayon icra hakimiyyətinin nümayəndələri bir neçə dəfə qeyd olunan ərazidə olmuş, Nohurqışlaq kənd sakinləri X12, X3 və X9 ilə söhbət aparılmış, satılmış 0,45 ha torpaq sahəsinin mülkiyətçiyə təhvil verilmələri və həmin torpaq sahəsinə daxil olmaq və ondan istifadə etmək üçün maneələri aradan qaldırmaları tövsiyyə olunmuş, lakin aparılmış danışıqlara baxmayaraq vətəndaşlar hər dəfə özlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmış və torpaq sahəsini təhvil verməkdən imtina etmişlər. Bu səbəbdən qeyd edilən məsələ mülki məsələyə aid olduğunda məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 04.09.2018-ci il tarixli məktubda X10 barəsində mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 152, 157.2, 157.4, 324, 385.1, 386.1, 386.2, 389.1, 425, 491.1, 491.2. 491.3, 492.1 və 492.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququəmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsini İddiaçı Cavabdeh satmaq barədə razılaşmışlar. Razılaşmaya uyğun olaraq Bakı şəhəri 19 saylı notaiat ofsində rəsmiləşdirilmiş 3M-885 reystr nömrəli, 21 avqust 2019-cu il tarixli “Beh Müqavilə”sinə əsasən İddiaçı 0,45 ha torpaq sahəsini 20000 (iyirmi min) manata Cavabdeh satmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə görə, iddiaçı özünə məxsus Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən 0.45 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsini 20000 (iyirmi min) manata Cavabdeh satır. Ödəniləcək məbləğ tam hazır olmadığına notariat qaydasında alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilinmir. Beh olaraq ikinci tərəf, yəni Cavabdeh birinci tərəfə, yəni iddiaçıya 5000 (beş min) manat notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə ödəniləcək və ödəniş başa çatdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir. Daha sonra isə Cavabdeh tərəfindən 2 dəfəyə ümumilikdə 6000 manat İddiaçı ödənilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Ağayev X1 Ceyhun Mahmud oğlu ilə 21.08.2019-cu il tarixdə bağlanmış beh müqaviləsinin tələblərinə onun tərəfindən əməl edildiyini, lakin İddiaçı beh müqaviləsinin icra edilməsindən yayındığını, bu səbəbdən İddiaçı beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə 20 000 (iyirmi min) manat real ziyan və 16 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36000 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsini xahiş etmişdir. Göründüyü kimi, hal-hazırda ilkin və qarşılıqlı iddia ərizələrindən, ilkin və qarşılıqlı iddiaçının, onların vəkillərinin məhkəmə iclaslarında verdikləri ifadələrindən müəyyən olunur ki, hər bir tərəf beh müqaviləsinin şərtlərinin digər tərəfdən pozulduğunu iddia edirlər. Belə ki, ilkin iddiaçı beh müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməyini, məhz bu səbəbdən beh müqaviləsi bağlanarkən və ondan sonra ödənilmiş məbləğlərin Cavabdeh qaytarılmasından imtina edir. Qarşılıqlı iddiaçı Cavabdeh isə beh müqaviləsinin şərtlərinə İddiaçı tərəfindən riayət edilmədiyini, bu səbəbdən beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə İddiaçı 20 000 (iyirmi min) manat real ziyan və 16 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh beh müqaviləsinin şərtlərinə İddiaçı tərəfindən əməl edilməməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh beh müqaviləsində göstərilən şərtlərə əməl etdiyini, lakin cavabdeh tərəfin həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olduğunu bildirsə də, bunu təsdiqləyəcək faktları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəməyə İddiaçı atası ilə apardığı telefon danışıqlarını sübut kimi təqdim etmişdir. Lakin məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin telefon danışıqlarını mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Beləliklə, tərəflər arasında 21 avqust 2019-cu il tarixdə bağlanmış beh müqaviləsində Cavabdeh 5000 (beş min) manatı ilkin olaraq, 15000 (on beş) min manatı isə 1 il ərzində ödəmək barədə öhdəlik götürsə də, 15000 (on beş) manat öhdəliyin icra üsulu və yeri barədə tərəflər arasında hər hansı bir şərt göstərilməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, ilkin İddiaçı Cavabdeh beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında beh müqaviləsindən irəli gələn qalan 15000 manat öhdəliyin 1 il ərzində hansı qaydada və hansı yerdə ödənilməsi (bank vasitsəsiilə, əlbəəl və s. formada) barədə razılıq olmamışdır. Eyni zamanda beh müqaviləsinin icra edilməsinə görə İddiaçı Cavabdeh xəbərdarlığın edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə Cavabdeh beh müqaviləsinin şərtlərini yerinə yetirmək istədiyini, lakin İddiaçı bundan yayınmasını bildirsə də, beh müqaviləsinin onun tərəfindən icrasına yönəlmiş hərəkətlərin nədə ifadə olunması ilə bağlı sübut təqdim etməmişdir. Göstərilən bu hallar beh müqaviləsinin icra edilməməsində İddiaçı və Cavabdeh hər ikisinin məsuliyyət daşıdığını, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmələrini göstərir. Beh, müqavilənin bağlanmasını təsdiq etməklə yanaşı icranı təmin etmək məqsədilə razılığa gələn tərəflərin birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir və beh, müqavilə öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Behlə təmin edilmiş öhdəliyin icra edilməməsi, belə pozuntuya yol verən tərəflərdən hansının yol verdiyindən asılı olaraq məhz həmin tərəf üçün əlverişsiz əmlak nəticələri yaradır. Bu baxımdan hazırki iddia tələbi ilə sübuta yetirilmişdir ki, behlə təmin edilmiş öhdəliyin icrası həm ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən, həm də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təmin edilməmişdir. Belə olan halda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən beh müqaviləsinə əsasən İddiaçı ödənilmiş 11.000 (on bir min) manat pul alınaraq Cavabdeh ödənilməlidir. Bu zaman məhkəmə o halıda nəzərə alır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış beh müqaviləsinin bağlanması səbəbi Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur ki, hazırkı mülki iş üzrə və ilkin iddia üzrə həmin torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində beh müqaviləsinə əsasən İddiaçı ümumilikdə 17000 (on yeddi min) manat ödədiyini qeyd etsə də, 17000 manat ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş beh müqaviləsindən, İddiaçı tərəfindən verilmiş və 01 noyabr 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş ərizədən və həmin ərizədə 26.01.2020-ci il tarixdə edilmiş qeyddən Cavabdeh tərəfindən İddiaçı 11000 (on bir min) manatın verilməsi müəyyən olunur ki, Ceyhun Gülmməmdov tərəfindən də həmin məbləğ etiraf edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ağayev X7 Gülmməmədovun atası Mahmud Gülməmmədova beh müqaviləsinə əsasən əlavə olaraq 4000 (dörd min) manat verdiyini bildirsə də, Mahmud Gülməmmədov hazırki iş üzrə cavabdeh olmadığından, Ceyhun Məmmədovun isə bundan xəbəri olmadığını və başqasına ödənilmiş hər hansı pul məbləğinə görə məsuliyyət daşımadığını qeyd etdiyindən, məhkəmə həmin məsələyə münasibət bildirmir və Cavabdeh izah edir ki, həmin məsələ ilə bağlı İddiaçı atası Mahmud Gülməmmədov qarşı ayrı iddia qaldıra bilər. Bundan başqa, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 16 (on altı min) manat tikiliyə çəkdiyi xərcin ödənilməsini tələb edir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, hazırki iş üzrə Ceyhun Gülmmədov ilə Cavabdeh arasında Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi deyil, həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı beh müqaviləsi bağlanmışdır. Məhz beh müqaviləsinin şərtlərinə əməl etmədən və tərəflər arasında alqısatqı müqaviləsi bağlamadan Cavabdeh tərəfindən sözügedən torpaq sahəsində tikilmiş tikintiyə görə məsuliyyəti İddiaçı daşıya bilməz. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilmişdir. Beləliklə İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikili aparıldığına görə qarşılıqlı iddia tələbi 16 (on altı min) manat tikiliyə çəkdiyi xərcin ödənilməsi hissəsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********75; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 09.09.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər onun hesabına sökülməli və həmin torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, Qarşılıqlı iddia qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıdan 11.000 (on bir min) manat pul alınaraq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1- ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10(on) manat dövlət rüsumu, həmçinin qarşılıqlı iddia tələbi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən yanlış maddi hüquq normasına istinad etdiyi üçün Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(025)-1043/2021 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş 5000 manata aid hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı mаddəsinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda o cümlədən bu Məcəllənin 419.2-ci maddəsinə nəzərdə müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilmirsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə kolelgiyası hesab edir ki, hazırki halda Cavabdeh tərəfindən İddiaçı 21 avqust 2019-cu il tarixli müqavilə əsasında ödənilmiş 5000 manat pul beh kimi deyil, avans kimi nəzərdən keçirilməlidir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh İddiaçı əvvəlcə depozitə qoymaq yolu ilə 5000 manat, sonra isə ayrı-ayrı vaxtlarda 2 dəfə 3000 manat – cəmi 6000 manat ödəniş etmişdir. Daha sonra hər iki tərəfin günahı üzündən cavabdeh tərəfindən əlavə ödənişlərin edilməsi baş tutmamışdır. Beh, öhdəliklərin yerinə yetirilməsi üçün müəyyən bir zəmanət olmasına baxmayaraq, daşınmaz əmlakla bağlı müqavilələr həyata keçirilərkən müqavilənin bağlanmasının təmin edilməsinin ən geniş yayılmış üsulu praktikada avans hesab olunur. Avans ödənişinin qanunvericilikdəki populyarlığı kiçik olduğu qədər də rolu böyükdür. Mülki qanunvericiliyin heç bir maddəsində avans ödənişi nəzərdə tutulmadığına baxmayaraq daşınmaz əmlakın alqı-satqısı zamanı ilk növbədə bu hal baş verir. Alıcının torpağı almaq niyyətini qeydə almaq üçün ilkin müqaviləyə əsasən torpağın dəyərinin bir neçə faizinə ekvivalent pul məbləği ondan qəbul edilir ki, bu məbləğ də avans adlanır və tərəflər onun verilməsini avans sazişi ilə təsbit etməli və eyni zamanda nəzərdə tutulan əqdin bütün incəliklərini müzakirə etməlidirlər. Avans - görülən işlərin, göstərilən xidmətlərin ödənilməsi ilə bağlı qarşıdakı xərcləri ödəmək üçün qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi və ya fiziki şəxsə əvvəlcədən verilən pul məbləğidir. Avans ödənişi hesablaşmaların ilkin üsuludur. Avans behdən fərqli olaraq yalnız ödəniş funksiyasını yerinə yetirir. Ölçüsü əmlakın tam dəyərinin hansısa hissəsini təşkil etməsinə baxmayaraq, onun tətbiqi nəzərdə tutulan əqdin ilkin mərhələsində əhəmiyyətli rol oynayır. Avans - hesablaşmaların ilkin üsuludur və qanunla əgər əqd baş tutmamışdırsa, o, istənilən halda qaytarılmalıdır. Avans artıq çəkilmiş xərclər çıxılmaqla qaytarılır (mətbuatda reklam, sənədlərin toplanması və yoxlanılması və s.). Belə ki, əgər alıcı (avans verən tərəf) əqdin aparılmasından imtina edirsə, onda avans satıcıda qalır. Əgər satıcı (avans qəbul etmiş tərəf) əqdi aparmaqdan imtina edirsə, avans tam həcmdə qaytarılmalıdır. Avans hər zaman xərclər çıxılmaqla qaytarılır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın qismən təmin edilməsini qət etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən qarşılıqlı iddianın təmin olunmuş 5000 manata aid hissəsində maddi hüquq normaları pozulduğuna görə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(025)-1043/2021 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş 5000 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh İddiaçı qarşı 36000 manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi 5000 manata aid hissədə təmin edilməli, 5000 manat Cavabdeh alınıb İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(025)-1043/2021 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş 5000 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı qarşı 36000 manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi əvvəlcədən ödənilmiş 5000 manata aid hissədə təmin edilsin. 5000 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar