Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-236/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mənzil mübahisələri - istifadə hüququnun tanınması, evə köçürülmə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X23 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 oğlunun, Cavabdehin digər nümayəndəsi - Nümayəndə3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)- 704/2024 saylı qətnаməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 fevral 2002ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı 404241 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 02 fevral 2002-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2002-ci ilin fevral ayının 2 günündə 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada İbrahimova soyadı verilmişdir.
2. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(019)-930/20222 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İbrahimova (Bodurova) Nəfisət Asadullah qızı arasında Balakən rayon Qeydiyyat Şöbəsində xx.xx.2002-ci ildə 23 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
3. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən Rayon vəkil bürosuna ünvanlanmış 03 aprel 2024-cü il tarixli, 789 nömrəli məktubda göstərilmişdir ki, Vəkillilik fəaliyyəti ilə əlaqədar ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi barədə və Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlaklar haqqında ətraflı məlumatın verilməsi ilə baglı sorğunuza "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik huquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Sorgunuzun icrası olaraq məlumat veririk ki, ünvan 3 ünvanında 0,0640 ha həyətyanı torpaq sahəsi uzərində yerləşən fərdi yaşayış evi JN-1611A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" sənədinə, keçmiş DTİ və MHQİ-nin 1133 nömrəli qeydiyyat vəsiqəsinə, Balakən rayon DNK-nun xx.xx.2005-ci il tarixli, 3M-152 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən 07. 09. 2009-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X15 adına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. ünvan 4 ünvanında 0,1054 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi JN-540 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə, Balakən RİHB-nın zəlzələdən zərərçəkmiş vətəndaşların 01-1633 nömrəli siyahısına, Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli, 1115 nömrəli arayışına əsasən xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına ərazi idarəsində qeydiyyata alınmışdır. Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0,0513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon DNK-nun xx.xx.2023-cü il tarixli, 2V-1363 və 2V-1361 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» sənədlərinə əsasən xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət üzrə (½ hissə) Cavabdeh adına qeydiyyata alınmışdır. Ləğv edilmiş DTXK-nın Balakən rayon Şöbəsi tərəfindən idarəmizə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında Cavabdeh adına Balakən rayonu, Mahamalar kəndi ərazisində JN-933 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı sənədində qeyd olunan 0. 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir.
4. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.1051 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi tam daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 952 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 oktyabr 2023-cü il tarixdə verilmiş inventar nömrəsi 4721 olan Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, həmin pasport Cavabdeh (ünvan 6 ünvanı: Mahamalar kəndi) adına verilmişdir.
5. İş materiallarında olan Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli 1924 nömrəli arayışdan görünür ki, İddiaçı Balakən şəhəri Z.Əliyeva küçəsi 4 saylı ünvanda qeydiyyatdadır. İbrahimova X6 şəhəri Z.Əliyeva küçəsi 4 saylı ünvanda qeydiyyatda olan həmin ünvanda təsərrüfat başçısı olan Cavabdeh ilə birgə nikahdan olmuşdur. Evli olduqları müddətdə yaxın qonşuları, ünvan 9 ünvanda yaşayan X9, ünvan 10da yaşayan X1, X10 və ünvan 11 ünvanda yaşayan X2 yazılı 06 noyabr 2024-cü il tarixli ərizələrinə görə 2001-ci il tarixdə İddiaçı yuxarıda göstərilən ünvanda doğulub və yaşayan Cavabdeh ilə rəsmi nikahla evləndikdən sonra təsərrüfatda olan köhnə evdə yaşamışdırlar. Təsərrüfatda olan ikinci ev isə zəlzələ zamanı yararsız hala düşmüş və dağılmışdır. Dağılmış fərdi yaşayış evinin yerində yenidən FHN-yi tərəfindən yeni fərdi yaşayış evi inşa edilmiş və yuxarıda adları qeyd edilmiş qonşuların yazılı ərizələrində qeyd edirlər ki, İddiaçı həmin evdə yaşamamışdır. İddiaçı yaşadığı həmin köhnə ev hal-hazırda da yuxarıda göstərilən ünvanda mövcuddur.
6. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X14 Agentliyi tərəfindən Nümayəndə1 ünvanlanmış 31. 05. 2024-cü il tarixli, 3- 18-2/2-5744/2024 saylı məktubda göstərilmişdir ki, “Sizin, İddiaçı məxsus Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı Fövqaladə Hallar Nazirliyinə ünvanladığınız 22 aprel 2024-cü il tarixli, 104/2024-03 nömrəli sorğu Nazirliyin Tikinti X14 Agentliyində araşdırılmışdır. Bildiririk ki, Zaqatala, Balakən və Qax rayonlarında baş verən zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən Nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində yerli icra orqanların təqdim etdiyi siyahılar əsasında zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən X3 həyat yoldaşı Cavabdeh məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar ona qəzalı evin sahəsinə uyğun olaraq, icra orqanları ilə razılaşdırılmış torpaq sahəsində yeni 2 (iki) otaqlı fərdi yaşayış evi tikilmiş və istismara qəbul edilərək, Rayon İcra Hakimiyyətinin balansına təhvil verilmişdlir.
7. İş materiallarında olan keçmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində 0,0699 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 66,2 kv/m fərdi yaşayış evi Cavabdeh və X7 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.
8. İş materiallarında olan Şəki 1 saylı Mediasya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞŞ/MT001/2024-00753 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat İMS xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ünvan 12 ünvanı Mahamalar kəndi) yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən İddiaçı istifadə hüququnun tanınması, İddiaçı ünvan 13 ünvanı Mahamalar kəndi) yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, o, 16 yanvar 2000-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmiş, onun ailəsinə məxsus , ünvan 14 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evə gəlin köçmüşdür. O, həmin evdə, əri Habil, ərinin valideynləri, ərinin əvvəlki nikahdan 23 avqust 1999-cu il tarixdə doğulmuş qızı Bika ilə birlikdə yaşamağa başlamışdır. Həmin həyətdə yaşadıqları evdən əlavə bir otaq və mətbəxdən ibarət başqa bir ev də olmuş, həmin evdə kirayəşinlər yaşamışlar. 28 noyabr 2001-ci il tarixdə onların Ramazan adlı övladları anadan olmuşdur. Onlar nikahlarını 02 fevral 2002-ci il tarixdə rəsmiləşdirmişlər. 2001-ci ildə qaynanası, 2004-cü ildə isə qaynatası vəfat etmişdir. Onlar yaşadıqları ev 2012-ci ildə zəlzələdən yararsız hala düşmüş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş, bundan sonra o,oğlu Ramazan və Habilin əvvəlki nikahından olan qızı Bika ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Habil çox vaxt Rusiyada olmuşdur. Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(019)-930/2022 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, lakin o, yenə də həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. 2024-cü ilin mart ayında cavabdeh evin qıfılını dəyişərək onu evə buraxmamışdır. Həmin vaxtdan da cavabdeh onun həmin evdə yaşamasına imkan vermir.Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediatora müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun daimi yaşayış yeri həmin evdir, həmin evdə qeydiyyatdadır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 oğlu iddianı etiraf etməyərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində bir çox faktları təhrif etməklə qeyd etmişdir.Belə ki, iddia ərizəsində iddiaçının 1998-ci ildə qeyrirəsmi nikahla cavabdehlə evlənməsi qeyd olunur. Halbuki, iddiaçı 2001-ci ildə qeyri-rəsmi nikahla ona ərə gəlmişdir. Bika iddiaçının qızı deyil, Habilin əvvəlki nikahından olan qızıdır. Həmçinin, iddia ərizəsində qeyd olunur ki, gəlin köçdüyü vaxtdan Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən evdə yaşamış, həmin ev 2013-cü ildə zəlzələdən dağılmışdır. İddiaçının qeyd etdiyi kimi onun gəlin köçdüyü ev dağılmamış və cavabdehin tam mülkiyyət hüququ əsasında ona məxsus həyətyanı torpaq sahəsində yerləşir. Həmin ev cavabdehə və bacısı Muradova Firəngizə mərhum ataları İbrahimov Budeydən miras qalmışdır. Həmin iddiaçının gəlin köçdüyü ev 1972-ci ildə tikilmiş və 2013-cü ilə qədər cavabdeh və Nəfısət İbrahimova həmin evdə yaşamışlar. Həmin vaxtı hökumət zəlzələdən dağılmış evi sökməmiş təzə ev tikmirdi. Təzə tikilən ev isə mərhum atasının dağılmış evinin yerində tikilib. Nəfisətin gəlin gəldiyi ev hələdə durur. Digər həyətdə olan 2013-cü ildə dövlət tərəfindən tikilən ev isə Cavabdeh və bacısı X12 məxsus ev olmuşdur. Həyətdə 2 təsərrüfat olub və həmin təsərrüfatda köhnə 1917-ci ildə tikilən ev var idi. Zəlzələdən həmin ev dağılıb, dağılan ev mərhum atası X4 adına olmuşdur. İddiaçının isə təzə tikilən evdə heç bir hüququ yoxdur. 2014-cü ildən cavabdeh, iddiaçı və oğlu Ramazan, digər həyat yoldaşından olan qızı Bikə həmin evdə yaşamağa başlamışlar. Son dövrlərdə isə onlar 2022-ci ildə boşandıqdan sonra o, həmin evi tərk edib, atası Bodurov Asadullahın evinə getmişdir. Boşandıqdan sonra iki ildir ki, həmin evdə yaşamır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 iddianı etiraf etməyərək göstərmişdir ki, Habil onun doğma oğludur və onlar tərəfindən qaynatası İbrahimov Budeyə övladlığa verilmişdir. Habil İddiaçı əvvəl başqa qadınla evli olmuş və həmin nikahından Bika adlı bir qızları olmuşdur. Habil həmin qadınla ünvan 14 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evdə valideynləri ilə birlikdə yaşamışdır.Habil sonra həmin qadından boşanmış, qızı Bika isə onun yanında qalmışdır. Habil 2000-ci ildə İddiaçılə evlənmiş, onlar həyətdə olan bir otaqlı evdə yaşamışlar. 2004-cü ildə Budey İbrahimov ölmüşdür. Ondan sonra iki otaqlı ev boş qalmış, 2012-ci ildə olan zəlzələ zamanı isə həmin ev uçmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş,lakin evdə heç kim yaşamamışdır.2022-ci il tarixdə Habillə Nəfisət boşanmışlar. 2024-cü ilin fevral ayında Habil Rusiyadan gəlmiş və ondan sonra Nəfisəti həmin evə buraxmamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş ev Habilə məxsusdur. İddiaçının isə təzə tikilən evdə heç bir hüququ yoxdur. O, həmin evə köçüb yaşaya bilməz. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X13 iddianı etiraf etməyərək göstərmişdir ki, Habil onun doğma oğludur və onlar tərəfindən atası İbrahimov Budeyə övladlığa verilmişdir. Habil İddiaçı əvvəl başqa qadınla evli olmuş və həmin nikahından Bika adlı bir qızları olmuşdur. Habil həmin qadınla Balakən şəhəri, Zərifə Əliyeva (əvvəlki ünvanı Mahamalar kəndi) küçəsində yerləşən iki otaqlı evdə valideynləri ilə birlikdə yaşamışdır. Habil sonra həmin qadından boşanmış, qızı Bika isə onun yanında qalmışdır. Habil 2000-ci ildə İddiaçılə evlənmiş, onlar həyətdə olan bir otaqlı evdə yaşamışlar. Bikanı da iki yaşından Nəfisət saxlamışdır. 2001-ci ildə anası, 2004-cü ildə isə atası Budey ölmüşlər. 2004-cü ildə Budey İbrahimov ölmüşdür. Ondan sonra iki otaqlı ev boş qalmış, 2012-ci ildə olan zəlzələ zamanı isə həmin ev uçmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş,2022-ci il tarixdə Habillə Nəfisət boşanmışlar. 2024-cü ilin fevral ayında Habil Rusiyadan gəlmiş və ondan sonra Nəfisəti həmin evə buraxmamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş ev Habilə məxsusdur. İddiaçı həmin evə köçüb yaşaya bilməz. Onun təzə tikilən evdə heç bir hüququ yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 16 ünvanında yerləşən, ümumi sahəsi 86,8 kv/m olan, iki otaqlı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə deyil, bir otaqlı evdə yaşaması, iki otaqlı evdə yaşamaması, həmçinin yeni tikilmiş evdə yaşamaması barədə cavabdeh tərəfin etirazları məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin özlərinin izahatlarından aydın oldu ki, Cavabdeh valideynləri ilə birlikdə Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə yaşamışdır. O, İddiaçı əvvəl evləndiyi qadınla da həmin evdə yaşamışdır. Belə olan halda Cavabdeh İddiaçı ilə evləndikdə onun həmin evdən çıxarılıb bir otaqlı evə köçürülməsi inandırıcı deyildir. Bundan başqa yenə də cavabdeh tərəf izahatlarında göstərdilər ki, Habilin anası 2001-ci ildə, atası isə 2004-cü ildə ölmüşdür. Onların ölümündən sonra da həmin həyətdə iddiaçıdan, onun oğlu Ramazan və Bikadan başqa heç kim yaşamamışdır. Yaşayış üçün daha əlverişli olan iki otaqlı ev boş qaldığı halda iddiaçının iki uşaqla birlikdə yararsız vəziyyətdə olan bir otaqlı evdə yaşaması, həmçinin dövlət tətəfindən yeni ev tikilib ailə başçısı Cavabdeh təhvil verildiyi halda iddiaçının iki uşaqla birlikdə həmin evə köçməməsi həqiqətə uyğun hesab oluna bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin etirazlarını işin faktiki hallarına uyğun olmadığından qəbul etməmişdir. Qeyd edilməlidir ki, İddiaçı Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən 2 (iki) otaqlı evdə yaşaması, 1 (bir) otaqlı evdə yaşamaması, həmçinin yeni tikilmiş evdə yaşaması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığı halda, məhkəmə iddiaçının sözlərini sübut qəbul etməsi, cavabdehin sözünü (etirazını) isə qəbul etməməsi onun açıq aşkar qərəzli, qeyri-obyektiv olmasına dəlalət edir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs- X5 mövqeyinidə nəzərə almamışdır. Halbuki o, hadisələrin birbaşa şahidi olmuşdur. Məhkəmə obyektiv, qərəzsiz araşdırma aparsaydı onda yaxın qonşuların ərizələrində qeyd olunanlara düzgün hüquqi qiymət verərdi. Belə ki, yaxın qonşuları, ünvan 9 ünvanda yaşayan X9, ünvan 10da yaşayan X1, X10 və ünvan 11 ünvanda yaşayan X2 yazılı 06 noyabr 2024-cü il tarixli ərizələrinə görə 2001-ci il tarixdə İddiaçı yuxarıda göstərilən ünvanda doğulub və yaşayan Cavabdeh ilə rəsmi nikahla evləndikdən sonra təsərrüfatda olan köhnə evdə yaşamışdırlar. Təsərrüfatda olan ikinci ev isə zəlzələ zamanı yararsız hala düşmüş və dağılmışdır. Dağılmış fərdi yaşayış evinin yerində yenidən FHN-yi tərəfindən yeni fərdi yaşayış evi inşa edilmiş və yuxarıda adları qeyd edilmiş qonşuların yazılı ərizələrində qeyd edirlər ki, İddiaçı həmin evdə yaşamamışdır. İddiaçı yaşadığı həmin köhnə ev hal-hazırda da yuxarıda göstərilən ünvanda mövcuddur. Ona görə də qeyd olunanlara əsasən Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, mülki iş materiallarında olan FHN Tikintidə X14 Agentliyinin 28 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş 18 may 2012- ci il tarixli baxış aktı ilə müəyyən olunur ki, Cavabdeh məxsus 1 mərtəbəli 2 otaqlı çay daşından inşa edilmiş fərdi yaşayış evinin yükdaşıyan divarları zəlzələnin nəticəsindən deformasiyaya uğramış, çoxlu sayda keçici şaquli, maili çatlar əmələ gəlmiş, sol yükdaşıyan divar sola əyilmiş və qəzalı vəziyyət yaranmışdır. Həmin zaman komissiya tərəfindən ailə üzvlərinin 4 nəfərdən ibarət olması müəyyən edilmişdir. Göründüyü kimi, baxış aktı ilə də müəyyən olunduğu kimi, Cavabdeh 18 may 2012-ci il tarixədək ailə üzvləri ilə birlikdə zəlzələdən zərər çəkmiş 1 mərtəbəli 2 otaqlı çay daşından inşa edilmiş fərdi yaşayış evində yaşamış, həmin ev qəzalı olduğundan yerində yeni ev inşa edilmişdir. Belə olan halda, cavabdehin etiraz dəlili öz əhəmiyyətini itirmiş olur. O da qeyd edilməlidir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia tələbinə rəsmi etiraz edərək göstərmişdir ki, “iddiaçının gəlin köçdüyü ev dağılmamış və onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. Həmin ev ona və bacısı Firəngiz Muradovaya mərhum atası Budey İbrahimovdan miras qalmışdır. Həmin ev 1972-ci il tarixdə inşa edilmiş, 2013-cü ilə qədər o və iddiaçı orada yaşamışlar. Həmin vaxtı dövlət zəlzələdən dağılmış evi sökmədən təzə ev tikmirdi. Təzə tikilən ev isə mərhum atasının dağılmış evinin yerində tikilmişdir. Digər həyətdə olan 2013-cü il tarixdə dövlət tərəfindən tikilən ev isə ona və bacısına məxsus olmuş, zəlzələdən dağılmış və dağılan ev mərhum atası Budey İbrahimovun adına olmuşdur. 2014-cü ildən onlar, yəni Cavabdeh, iddiaçı və oğlu Ramazan, digər həyat yoldaşından olan qızı Bikə həmin evdə yaşamağa başlamışıq. Son dövrlərdə, yəni 2022-ci il tarixdə boşandıqdan sonra, o həmin evi tərk etmiş, 2 ildir ki, onun evində yaşamır.” Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində iddiaçının zəlzələdən zərər çəkmiş evin yerində inşa edilmiş fərdi yaşayış evində yaşamadığını bildirsə də, eləcə də, bu məzmunda qonşuların ərizələrini məhkəməyə sübut qismində təqdim etsə də, öz etirazında etiraf etmişdir ki, 2014-cü ildə iddiaçı və uşaqları ilə yeni tikilmiş evdə yaşamış, 2022-ci il tarixdə boşandıqdan sonra iddiaçı öz ata evinə qayıtmışdır. Belə olan halda, cavabdeh apellyasiya dəlilini öz etirazı ilə təkzib etmiş olur və qonşular tərəfindən təqdim edilmiş ərizələrin hər hansı əhəmiyyəti qalmır. Eyni zamanda, FHN Tikintidə X14 Agentliyinin 28 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş 18 may 2012-ci il tarixli baxış aktı da təsdiq edir ki, iddiaçı məhz zəlzələdən zərər çəkmiş, dövlət qeydiyyatına alınmamış Cavabdeh məxsus 2 otaqlı evə gəlin köçmüş, həmin evdə yaşadıqları müddətdə zəlzələdən yararsız hala düşmüş, orada yeni ev inşa edildikdən sonra yeni tikilmiş evdə yaşamağa davam etmişlər. O da qeyd olunmalıdır ki, cavabdeh öz etirazında 2022-ci il tarixdə iddiaçının həmin evi tərk etməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, 2022-ci ildə deyil, 2024-cü ilin mart ayından mübahisəli evə buraxılmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin digər nümayəndəsi Nümayəndə3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 hər biri ayrı-ayırlıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (köhnə redaksiyada, 8 iyul 1982-ci il tarixli)
28. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
29. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
30. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. ... Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı: - 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 16 yanvar 2000-ci ildə rəsmi nikah bağlamadan evlənmiş, Cavabdeh valideynləri ilə birlikdə yaşadığı, ünvan 14 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evə gəlin gəlmiş və həmin evdə əri Habil, ərinin valideynləri, ərinin əvvəlki nikahdan 23 avqust 1999-cu il tarixdə doğulmuş qızı Bika ilə birlikdə yaşamağa başlamışdır. Həmin həyətdə yaşadıqları evdən əlavə bir otaq və mətbəxdən ibarət başqa bir ev də olmuş, həmin evdə kirayəşinlər yaşamışlar. 28 noyabr 2001-ci il tarixdə onların Ramazan adlı övladları anadan olmuşdur. Onlar nikahlarını 02 fevral 2002-ci il tarixdə rəsmiləşdirmişlər. 2001-ci ildə qaynanası, 2004-cü ildə qaynatası ölmüşdür. Bundan sonra onların yaşadıqları, 0,1054 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 66,2 kv/m fərdi yaşayış evi Cavabdeh və X7 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Həmin ev 2012-ci il tarixdə zəlzələdən yararsız hala düşmüş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni, sahəsi 86,8 kv/m olan yaşayış evi inşa edilmiş, bundan sonra İddiaçı oğlu Ramazan və Cavabdeh əvvəlki nikahından olan qızı Bika ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(019)-930/2022 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, lakin o, yenə də həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. xx.xx.2023-cü il tarixdə sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. 2024-cü ilin mart ayında Cavabdeh evin qıfılını dəyişərək İddiaçı evə buraxmamışdır. Həmin vaxtdan da Cavabdeh İddiaçı həmin evdə yaşamasına imkan vermir. Onun daimi yaşayış yeri həmin evdir, həmin evdə qeydiyyatdadır.
47. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən iddiaçının istifadə hüququnun tanınması, onun Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir.
48. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Tərəflər arasındakı münasibətlər xx.xx.2000-ci ilədək yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
50. İddiaçı mübahisəli evdə qeydiyyatdadır və həmin evdən istifadə hüququ tanınmaqla köçürülməsini tələb edir.
51. Bu mübahisə yaşayış istifadə münasibətlərindən yaranmışdır.
52. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarınavə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
54. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Qed edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun.
55. İddiaçı 16 yanvar 2000-ci ildə Cavabdeh ilə evləndiyindən, cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan yaşadığı ünvan 12 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürüldüyündən, onunla birgə yaşamaqla birgə təsərrüfat apardığından əvvəlkli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından,onun həmin evdən istifadə hüququ yaranmışdır.
56. İddiaçının yaşadığı iki otaqlı ev 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə sökülərək həmin evin yerində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni ev inşa olunmuş evdə yaşamağını davam etdirdiyindən və 2024-cü ilin mart ayına kimi həmin evdə yaşadığından, onun bu yeni inşa olunmuş evdən də istifadə hüququ vardır. Onun həmin evdən istifadə hüququ olduğundan sözügedən evə köçürülmək tələbi də əsaslı hesab edilməlidir.
57. İddianı təmin edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı 16 yanvar 2000-ci ildə Cavabdeh ilə evləndiyindən, cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan yaşadığı ünvan 12 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürüldüyündən, onunla birgə yaşamaqla birgə təsərrüfat apardığından onun həmin evdən istifadə hüququ yaranmışdır.
58. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, İddiaçı Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə deyil, bir otaqlı evdə yaşaması, iki otaqlı evdə yaşamaması, həmçinin yeni tikilmiş evdə yaşamaması barədə cavabdeh tərəfin etirazları işə baxan məhkəmələr tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin özlərinin izahatlarından aydın oldu ki, Cavabdeh valideynləri ilə birlikdə Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə yaşamışdır. O, İddiaçı əvvəl evləndiyi qadınla da həmin evdə yaşamışdır. Belə olan halda Cavabdeh İddiaçı ilə evləndikdə onun həmin evdən çıxarılıb bir otaqlı evə köçürülməsi inandırıcı deyildir. Bundan başqa yenə də cavabdeh tərəf izahatlarında göstərdilər ki, Habilin anası 2001-ci ildə, atası isə 2004-cü ildə ölmüşdür. Onların ölümündən sonra da həmin həyətdə iddiaçıdan, onun oğlu Ramazan və Bikadan başqa heç kim yaşamamışdır. Yaşayış üçün daha əlverişli olan iki otaqlı ev boş qaldığı halda iddiaçının iki uşaqla birlikdə yararsız vəziyyətdə olan bir otaqlı evdə yaşaması, həmçinin dövlət tətəfindən yeni ev tikilib ailə başçısı Cavabdeh təhvil verildiyi halda iddiaçının iki uşaqla birlikdə həmin evə köçməməsi həqiqətə uyğun hesab oluna bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin etirazlarını işin faktiki hallarına uyğun olmadığından qəbul etməmişdir.
59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı hesab edir.
60. Apellyasiya şikayətində göstərilmişdir ki, yeni tikilmiş evdə yaşaması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığı halda, məhkəmənin iddiaçının sözlərini sübut kimi qəbul etməsi, cavabdehin sözünü (etirazını) isə qəbul etməməsi onun açıq aşkar qərəzli, qeyri-obyektiv olmasına dəlalət edir.
61. Kollegiya şikayətin həmin dəlilini əsassız sayaraq qeyd edir ki, həm birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilərkən, həm də iş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçının həmişə mübahisə predmeti olan evdə yaşadığı müəyyən edilmişdir.
62. Belə ki, işdə olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliiyinin Tikintidə X14 Agentliyinin 28 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş 18 may 2012- ci il tarixli baxış aktı ilə müəyyən olunur ki, Cavabdeh məxsus 1 mərtəbəli 2 otaqlı çay daşından inşa edilmiş fərdi yaşayış evinin yükdaşıyan divarları zəlzələnin nəticəsindən deformasiyaya uğramış, çoxlu sayda keçici şaquli, maili çatlar əmələ gəlmiş, sol yükdaşıyan divar sola əyilmiş və qəzalı vəziyyət yaranmışdır. Həmin vaxt komissiya tərəfindən ailə üzvlərinin 4 nəfərdən ibarət olması müəyyən edilmiş və aktda da bu barədə qeyd edilmişdir.
63. Baxış aktı ilə də müəyyən olunduğu kimi, Cavabdeh 18 may 2012-ci il tarixədək ailə üzvləri ilə birlikdə zəlzələdən zərər çəkmiş 1 mərtəbəli 2 otaqlı çay daşından inşa edilmiş fərdi yaşayış evində yaşamış, həmin ev qəzalı olduğundan yerində yeni ev inşa edilmişdir. İddiaçı məhz zəlzələdən zərər çəkmiş, dövlət qeydiyyatına alınmamış Cavabdeh məxsus həmin 2 otaqlı evə gəlin köçmüşdür. Onlar zəlzələdən yararsız hala düşmüş evin yerində yeni ev inşa edildikdən sonra yeni tikilmiş evdə yaşamağa davam etmişlər.
64. O da qeyd olunmalıdır ki, cavabdeh öz etirazında 2022-ci il tarixdə iddiaçının həmin evi tərk etməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ildə deyil, 2024-cü ilin mart ayından mübahisəli evə buraxılmamışdır.
65. Məhkəmə kollegiyası onu da bildirməyi zəruri hesab edir ki, cavabdeh iddia ərizəsinə yazılı etirazında da iddiaçının mübahisə predmeti olan evdə yaşadığını dolayısı yol ilə təsdiq edir. Belə ki, həmin yazılı etirazda göstərilmişdir ki, “... iddiaçının isə təzə tikilən evdə heç bir hüququ yoxdur. 2014-cü ildən biz- mən iddiaçı və oğlu Ramazan, digər həyat yoldaşından olan qızım Bikə həmin evdə yaşamağa başlamışıq. Son dövrlərdə isə biz 2022-ci ildə boşandıqdan sonra o, həmin evi tərk edib, atası Bodurov Əsədullahın evinə getmişdir....”
66. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
68. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
69. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
72. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov