Məhkəmə qərarları › İş №2(107)-2361/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2361/2021

23.12.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2361/2021 23.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tаrixli, 2(025)-983/2018 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor İKB Açıq Səhmdar Cəmiyyəti Borclu qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu "Nikoyl” İKB ASC-nin xeyrinə 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1669.36 manat əsas borc, 828.2 manat faiz borcu və 2424.95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4932.51 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məlikəmə əmri qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli məhkəmə əmri ilə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Borclu 1669,36 manat əsas borc, 838,2 manat faiz borcu və 2424,95 manat cərimə borcu olmaqla cəmi 4932,51 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti məcburi qaydada tutulub Kreditor X1 hesabına ödənilməsi müəyyən edilmişdir. 05 oktyabr 2021-ci il tarixdə Borclu etirazla məhkəməyə müraciət edərək, həmin məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında ümumi iddia icraatına keçirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı ilə Borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli əmrindən vermiş olduğu etirazı geri qaytarılması qərara alınmışdır. Borclu məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı tam, Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı isə Borclu verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş Borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli əmrindən verdiyi etiraza yenidən baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli məhkəmə əmri 09.07.2018ci il tarixdə Borclu göndərilmiş, Borclu məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında ümumi iddia icraatına keçirilməsi barəsində etirazı isə 05.10.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə daxil olmuşdur. Borclu məhkəmə əmrini aldığı gündən verilmiş tələbə və ya onun hissəsinə qarşı məhkəməni yazılı xəbərdar etməklə etiraz etməsi üçün qanunla nəzərdə tutulmuş etiraz etmə müddətini ötürdüyündən, Borclu üçün Qəbələ Rayon Məhkəməsinin 2(025)- 983/2018 saylı, 23 may 2018-ci il tarixli əmrindən etiraz etmək hüququ keçmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mülki işin 20-ci vərəqində Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli məhkəmə əmrinin Borclu göndərilməsi barədə 23 may 2018-ci il tarixli məktubu mövcuddur, lakin işin materiallarında nə həmin məktubun cavabdehə göndərilməsini, nə də cavabdeh tərəfindən alınmasını təsdiq edən heç bir sənədə rast gəlinmir. Azərbaycan Respublikası MPM-nin 134.1.7-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə əmrini rəsmi qaydada verməlidir. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə nə məhkəmə əmrinin rəsmi qaydada verilməsi, nə də borclu tərəfindən məhkəmə əmrinin alınması təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı tam, Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı isə Borclu verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş Borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli əmrindən verdiyi etiraza yenidən baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu mаddəsinə əsаsən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 134, 263, 264, 282, 397, 398, 399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı tam, Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı isə Borclu verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İş Borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli əmrindən verdiyi etiraza baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar