Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-237/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1325/2020 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1325/2020 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 hər ay onların yetkinlik yaşına çatanadək saxlanmasına görə Cavabdeh aylıq əmək haqqından və digər gəlirlərindən (qazancından) 70 (yetmiş) faizi miqdarda aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, X4 Cavabdeh ilə xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı olmuşdur. xx xxxxxx 2018-ci il təvəllüdlü X6 və xx xxxxxx 2020-ci il təvəllüdlü X7. Birlikdə yaşadıqları dövr ərzində qarşılıqlı ailə münasibətləri tam normal olmuşdur. Lakin bir müddət qabaq Gəncə şəhər Kəpəz rayonunda Zeynəb adlı övladları olduqdan sonra iddiaçını gətirib kəndə Şəki rayonu Əlyar kəndinə qoymuş və Cavabdeh isə xidmət etdiyi Göygöl rayonu Toğanalı kəndinə qayıtmışdır. Cavabdeh hərbi hissəyə qayıtdıqdan sonra İddiaçı ilə münasibətləri korlanmış, Aymina və Zeynəbin saxlanma xərclərində iştirak etməkdən imtina etmişdir. Belə ki, cavabdeh hərbiçidir və onun kifayət qədər əmək haqqı və digər gəlirləri vardır. Lakin cavabdeh isə ailənin saxalanmasında iştirak etmək istəmir. İddiaçının heç bir gəliri yoxdur. 2020-ci il tarixdə doğulmuş uşağın isə kifayət qədər gündəlik xərcləri vardır. Belə olan halda iddiaçı uşaqların saxlanması, onların gündəlik tələbatının və gündəlik xərcləri ilə bağlı Cavabdeh alimentin tutulmasına dair məhkəmədə məsələ qaldırmaq məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək bildirmişdir ki, arvadı X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladları X3 və X2 hər ay onların yetkinlik yaşına çatanadək saxlanılmasına görə onun aylıq əmək haqqından və digər aylıq qazancımın 70 (yetmiş) faizi miqdarının aliment şəklində tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla bağlı bildirir ki, özü hərbiçidir və arvadı İddiaçı pul göndərə bilmir. Hesab edir ki, aylıq qazancının 70 (yetmiş) faiz miqdarının tutulması ona qarşı ədalətsiz olardı. Odur ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 hər ay onların yetkinlik yaşına çatanadək saxlanmasına görə onun (Cavabdeh) aylıq əmək haqqından və digər gəlirlərinin 60 (altmış) faizi miqdarda aliment tutularaq arvadı İddiaçı verilməsinə etiraz etmir və 60 (altmış) faizi miqdarına uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməsini əsassız və qanunsuzdur. Belə ki, məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, cavabdeh məhkəməyə ünvanladığı ərizəsində 60 (altmış) faizi miqdarda aliment tutularaq iddiaçıya ödənilməsinə razılıq bildirməklə iddianı qismən qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən iddia etiraf edildikdə həm iddiaçı, həm də cavabdeh məhkəmə iclas protokolu ilə tanış olaraq onu imzalamalıdırlar. Lakin cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun məhkəmə iclas protokolu ilə tanış olaraq onunla razılaşmasını müəyyən etmək də mümkün olmamışdır. Göründüyü kimi cavabdeh iddia tələbini qismən qəbul etməsinə baxmayaraq, məhkəmə iddia tələbindən fərqli tələb üzrə nəticəyə qəlmişdir. Cavabdeh hərbiçidir və “N” saylı hərbi hissədə xidmət edir. Harada xidmətdə olması və hara göndəriləcəyi barədə özündə də məlumat yoxdur. Lakin o, ata kimi uşaqlarının qayğısına qalaraq iddianı qismən etiraf etmişdir. İdiaçının izahatından da görünür ki o, heç yerdə işləmir və hər hansı bir gəliri yoxdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1325/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən hissəyə münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1325/2020 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlаvə edilmiş AZ-İİ 116002 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlаvə edilmiş AZ-İV 085823 və AZ-İV 405842 seriya nömrəli doğum haqqında şəhadətnamələrinnin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 atasıCavabdeh, anası isə İddiaçıdır. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü Aymina və xx xxxxxx 2020-ci il təvəllüdlü Zeynəb adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. X17 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “X16” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını,“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, аlimentin miqdаrını müəyyən edərkən səhvə yоl vermiş və uşаqlаr üçün müəyyən edilmiş yаşаyış minimumunu nəzərə аlmаmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə əsasən, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək bildirmişdir ki, arvadı X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladları X3 və X2 hər ay onların yetkinlik yaşına çatanadək saxlanılmasına görə onun aylıq əmək haqqından və digər aylıq qazancımın 70 (yetmiş) faizi miqdarının aliment şəklində tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla bağlı bildirir ki, özü hərbiçidir və arvadı İddiaçı pul göndərə bilmir. Hesab edir ki, aylıq qazancının 70 (yetmiş) faiz miqdarının tutulması ona qarşı ədalətsiz olardı. Odur ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 hər ay onların yetkinlik yaşına çatanadək saxlanmasına gorə onun (Cavabdeh) aylıq əmək haqqından və digər gəlirlərinin 60 (altmiş) faizi miqdarda aliment tutularaq arvadı İddiaçı verilməsinə etiraz etmir və 60 (altmiş) faizi miqdarına uyğun qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qismən etiraf edərək özünün aylıq əmək haqqından və digər gəlirlərinin 60 (altmiş) faizi miqdarda alimentin tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cavabdehin qismən etirafını nəzərə almamış, belə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia etiraf edildikdə həm iddiaçı həm də cavabdeh məhkəmə iclas protokolu ilə tanış olaraq onu imzalamalıdırlar. Lakin cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun məhkəmə iclas protokolu ilə tanış olaraq onunla razılaşmasını müəyyən etmək də mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (MPM-in 191.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli notarial qaydada təqdim edilmiş ərizədə xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əmək haqqının və başqa gəlirlərinin 60 faizinin tutularaq İddiaçı verilməsinə razılıq vermiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəm kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1325/2020 saylı qətnаməsi dəyişdirilməli, xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 60 faizi miqdarında aliment tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.3-cü mаddəsinə əsаsən, apellyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1325/2020 saylı qətnaməsi aliment məbləği hissəsində dəyişdirilərək xx xxxxxx 2018-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 60 faizi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-237/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-237/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver