Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-243/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı (hakim Zamin Tahirov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 3250 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 9,33 manat dövlət rüsumunun tutulub, İddiaçı verilməsi, iddianın qalan hissədə və Cavabdeh1 qarşı hissəsində təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh2 ödənilməli olan borc qalığı 3250 manat, vurduğu maddi ziyanın əvəzi olaraq 8 baş buzovlara görə 7200 (yeddi min iki yüz) manat olmaqla ümumilikdə 10250 manat pulun tutulub, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməli olan borc qalığı 3250 manat, vurduğu maddi ziyanın əvəzi olaraq 8 baş buzovlara görə 7200 (yeddi min iki yüz) manat olmaqla, ümumilikdə 10250 manat pulun tutulb, İddiaçı verilməsi barədə qətnamə qəbul etməsini xahiş etdiyini, tələbində dəymiş zərərin ümumilikdə texniki səhv olaraq 10250 manat kimi göstərilməsini qeyd edərək, iddia ərizəsində cavabdehlərdən müştərək qaydada tutulub ona verilməli olan məbləğin 10450 manat kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, üç övlad anasıdır. Həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişəndən sonra uşaqlarını təkbaşına böyütmək onun üzərinə düşmüşdür. Həyat tərzi çox çətin, yaşayış yeri isə həddindən çox pis vəziyyətdədir. Uşaqlarına nəyin bahasına olursa-olsun baxmaq üçün həyətyanı torpaq sahəsində mal-qara saxlamaq qərarına gəlmiş və bir neçə il həmin malqaranı baxmaqla sayını artıra bilmişdir. Universitetdə oxuyan oğlunun təhsil xərclərini ödəmək məqsədilə heyvanlardan bir neçəsini satmaq fikrinə düşmüşdür. Malları almaq üçün müştəri gələndə, qonşuluqda yaşayan Cavabdeh1 oglu eşitmişdir ki, malları satır, malları almaq üçün Arif adlı bir şəxslə evinə gələrək, malları özləri almaq istədiklərini bildirmiş, qonşudur deyə, Bəkirlə razılaşmışdır. 4 inək, 4 bala və bir erkək dananı seçmiş və 9 baş heyvanı 6700 manata qiymətləndirdikdən sonra qonşusu Bəkir malları Ariflə birlikdə bağlayaraq, gəldikləri maşına yükləyərək aparmış, malları apararkən onlar ona heç bir ödəniş etməmişlər. Bəkir qonşudur deyə, ona etibar edərək, pul barədə heç nə deməmişdir. Ancaq onlardan xahiş etmişdir ki, bu malları oğlunun təhsili üçün satır. Beləliklə, hər ikisi malları maşınlara yükləyərək, aparmışlar. Bir aydan sonra o, Arifdən 2000 min manatpulu istəyəndə, ona 650 manat pul vermiş, bundan sonra Arif ona bildirmişdir ki, iki gündən sonra geridə qalanı verəcəkdir. İki gündən sonra Arifə zəng edib, pulu istəyəndə, onun həyat yoldaşı onu telefonda söyərək, təhqir etməyə başlamışdır. Bundan dərhal sonra o, Bəkirə zəng edərək, onların hərəkətlərindən şikayət edəndə, Bəkir ona bildirmişdir ki, onun Arifdə 4000 manat pulu olduğundan, onu ala bilmədiyindən, onun dələduz olmasını ona deyə bilməmişdir. Bunların hərəkətlərindən belə çıxır ki, onlar ona qarşı bu hərəkəti bilərəkdən törətmişlər. Bundan sonra onlar həmin pulu verməkdən imtina etməyə başlamışlar. Görmüşdür ki, pulu ala bilmir, o, Balakən Rayon Polis Şöbəsinə şikayət etmiş və şikayəti əsasında polis şöbəsində Arif və arvadı polisə çagrılaraq, İlqar Qasımov tərəfindən izahatları alınan zaman Arif izahat vermişdir ki, həqiqətən də o, ondan 9 baş mal-qara aparmış və 6700 manata danışdıqdan sonra ona 650 manat vermiş,qalan 6050 manatını isə sentyabrın 20-də verəcəyinə söz verir və bu barədə yazılı izahat yazmışdır. Bundan sonra cavabdehlər geridə qalan pulu ödəməkdən yayındığına görə, cavabdehlərin tanışı olduğunu bildirən Mahir adlı şəxs ona zəng edərək, ona kömək etmək istədiyini demişdir. Həmin şəxs polis şöbəsinin əməkdaşı olan Əhmədov Turalla danışıdıqdan sonra Tural onlardan 1500 manat pulu götürərək, ona qaytarmışdır. Onlar söz verdilər ki, qalan pulu da az-az ödəyəcəklər. Təkrar şikayəti əsasında 2019-cu ilin sonlarında yenə də polis şöbəsinin işçiləri onlardan 1300 manat da alaraq, ona qaytarmışlar. Geridə qalan 3250 manat pulu indiyəcən onlardan ala bilmir. Polisin araşdırmalarından və cavabdehlərin etiraflarından da görünür ki, onlar ondan 9 baş malqara aparıblar, aparmamışdırlarsa, bəs polis nəyin əsasında onlardan bu məbləği alaraq, ona qaytarmışdır? 2018-ci ildən həmin mallara baxsaydı, bir xeyli gəlir əldə edə bilərdi. Hər iki dələduzun qanunsuz hərəkətlərindən həm mallarından, həm də geridə qalan alacaq puldan və gəlirdən məhrum olmuşdur. Onun heyvandarlıqla məşğul olması yaşadığı Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsinin 603 saylı, xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiq olunur. Buna görə də həmin mallar 2019-cu və 2020-ci illər olmaqla, onda olmuş olsaydı, Kənd Kəsərrüfatı Nazirliyinin Balakən Dövlət X10 140 saylı, xx xxxx 2020-ci il məktubundan da göründüyü kimi, həmin ana inəklərdən 8 baş bala ala bilərdi. Həmin balaların da indiki bazar qiymətlərinə görə Sultan MMC-nin xx.xx.2020-ci il tarixli, 791 savlı arayışında göstərilən 2019-cu ildə bir baş 1.6 yaşar düyənin bazar satış qiyməti 1200 manat, dörd baş düyənin ümumi dəyəri 4800 manat, 2020-ci ildə 1 baş altı aylıq dişi düyənin orta bazar satış qiyməti 600 manat, dörd baş altı aylıq düyələrin orta bazar satış qiyməti 2400 manat təşkil edir. Cavabdehlər mallarının bir qismini öz həyətlərində saxlamaqla, nə mallarını qaytarmır, nə də ki, vurduqları zərərin əvəzini ödəmirlər. xx xxxxx 2020-ci il tarixində Balakən Rayon Polis Şöbəsinə sorğu ilə müraciət edərək, x xxxxxxxx 2018-ci il tarixində hər iki cavabdehlərin polis şöbəsinə çagrılaraq, onlardan alınan izahatların surətlərinin verilməsini xahiş edəndə, polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunda müraciətində qeyd olunan xüsusatların məhkəmə səlahiyyətlərinə aid olması bildirilmişdir. Eyni ilə polis şöbəsinin digər xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh2 və Cavabdeh1 alınmış izahatların surətlərinin verilməsi məhkəmə tərəfindən edilmiş sorğu əsasında veriləcəyi qeyd edilmişdir. 2018-ci ildən bu günə kimi bir çox şikayət ərizələri ilə hüquq-mühafizə orqanlarına şikayət etsə də, onun şikayətində cavabdehlərə qarşı heç bır qanuni tədbir görülmür və yaxud da görmək istəmirlər. Şikayət etdikcə cavabdehlər ona bildirirlər ki, istədiyin yerə şikayət et, biz onların ağzını yummuşuq. Cavabdehlərin belə arxayın olmalarının səbəbini öyrənəndə məlum oldu ki, onlar polisin təhrikçiləridir, ona görə də onun şikayətinə baxılmır. Cavabdehlərin müxtəlif tarixlərdə verdikləri müxtəlif məzmunlu ziddiyətli ifadələr məhkəmə tərəfindən əldə edildiyi təqdirdə onların izahatlarından cavabdehlərin ondan malları götürmələri məlum olacaqdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan mülkiyyət hüquqları pozulub. Cavabdehlər ona məxsus mal-qaranın bir hissəsini və yaxud da onların dəyəri olan 3250 manat pulu qanunsuz olaraq özlərində saxlamaları, onun həmin əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır, bu da onu deməyə əsas verir ki, iki il ərzində o, həmin malların sayını artırmaqla sata bilərdi və xeyli gəlir əldə edə bilərdi. Sultan MMC-nin verdiyi indiki bazar qiymətlərinə görə malların balalarını satmaqla əlavə olaraq 7200 manat qazanc əldə edə bilərdi. Cavabdehlərin belə bir hərəkətləri nəticəsində xeyli zərərə düşmüşdür. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təqribən 2018ci ilin avqust ayında Cavabdeh2 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı cəmi 6700 manata nisyə satmışdır. Cavabdeh2 həmin malların pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəməli idi. Arif həmin malları Cavabdeh1 idarə etdiyi avtomaşınla aparmışdır. O, malların alqı-satqısı, qiyməti və ödənilmə vaxtı ilə bağlı Cavabdeh1la heç bir danışıq aparmamışdır. Yəni Cavabdeh1 ondan mal almamışdır. Onun tələblərindən sonra Cavabdeh2 2018-ci il avqust ayının 16-da ona malların pulundan 650 manat vermişdir. Pulun qalan hissəsinin verilmədiyini görəndən sonra o, 2018-ci ilin oktyabr ayında Balakən Rayon Polis Şöbəsinə şikayət etmişdir. 2018-ci ilin oktyabr ayının axırlarında Cavabdeh2 polis işçisi Tural Əhmədovun otağında ona daha 1000 manat pul vermişdir. Bundan 1 həftə sonra polis işçisi İsa Yolçuyev ona zəng edərək, Arifin yoldaşının ona 500 manat pul gətirdiyini bildirmiş, o da oğlu Orxan Zeynalovu həmin 500 manatı almaq üçün polis şöbəsinə göndərmişdir. Orxan da həmin 500 manatı götürərək, ona vermişdir. 2019-cu ilin dekabr ayında polis işçisi Tale Bayramov 1300 manat pulu Cavabdeh2 götürüb, ona vermişdir. Ümumilikdə Cavabdeh2 nisyə satılan mal-qaranın 6700 manat pulundan ona 3450 manat pul vermişdir. Cavabdeh2 nə özü, nə xx xxxxxx 2020-ci il tarixdə rəhmətə gedən polis işçisi Tural Əhmədov, nə də başqa şəxslər vasitəsilə 3450 manatdan başqa heç bir pul vəsaitini, o cümlədən 3250 manat qalıq pulu ona verməmişdir. Cavabdeh2 sayı ona məlum olmayan ot preslərini evinə gətirmiş, lakin ona bunu malların pulunun əvəzi olaraq verdiyini və preslərin hansı sayda və neçəyə olduğunu deməmiş və onlar ot preslərinin qiymətini malların pulunun əvəz ödənişi kimi hesablamamışlar. Cavabdeh2 ot preslərini elə-belə verdiyini demişdir. Həmin ot presləri də çürük olduğundan onları istifadə etməmiş və Arifdən onların geri aparılmasını tələb etmişdir. Həmin çürük ot preslərinin heç bir dəyəri olmamışdır. Həmçinin o, 7200 manat pulu Arifə satdığı həmin 4 inək onda olduğu təqdirdə, onların 2019 və 2020-ci illərdə verəcəyi 8 balanın bazar qiyməti olaraq ona dəymiş əldən çıxmış fayda formasında ziyan kimi tələb edir. İddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, təqribən 2018-ci ilin avqust ayında İddiaçı 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı cəmi 6700 manata nisyə almış və həmin malların pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Həmin vaxt yanında Cavabdeh1 da olmuşdur. Lakin Bəkir onunla sürücü kimi getmiş, məhz Bəkr Hüseynovun idarə etdiyi avtomaşın və öz avtomaşını ilə həmin malları evinə aparmışdır. Aynurədən aldığı malların müəyyən hissəsini daşımasına görə Bəkirə 15 manat pul vermişdir. Bəkir İddiaçı mal-qara almamış və bu barədə Aynurə ilə hər hansı danışıq aparmamış, müqavilə bağlamamışdır. O, 2018-ci ilin avqust ayında İddiaçı 650 manat pul vermiş, qalan pulları da polis əməkdaşları vasitəsilə İddiaçı ödəmişdir. Belə ki, 2018-ci ilin oktyabr ayının axırlarında polis işçisi Tural Əhmədov vasitəsilə Aynurəyə 1000 manat, bundan bir həftə sonra polis əməkdaşı İsa Yolçuyev vasitəsilə 500 manat və 2019-cu ilin dekabrında polis əməkdaşı Tale Bayramov vasitəsilə 1300 manat pul vermiş, qalan 3250 manat pulu da polis əməkdaşı X17 Qardaşovaya ödəmək üçün vermişdir. Şahid X3 təsdiq edə bilər ki, o, X12 vermək üçün ümumilikdə 3500 manat pulu polis şöbəsinin qabağında vermişdir. X18 1000 manatdan başqa qalan pulları Aynurə Qardaşovova veribverməməsini görməmişdir və bunu tam mənada təsdiq edə bilmir. Digər şahid X4 da təsdiq edə bilər ki, o, Turala 3 dəfə hərəsində 1000 manat və bir dəfə 500 manat olmaqla dörd dəfəyə cəmi 3500 manat pul vermiş, X22 tərəfindən 1000 manatdan başqa qalan pulların İddiaçı verilib-verilməməsinin şahidi olmamışdır və ona görə də bunu təsdiq edə bilmir. Əsaslı olaraq ehtimal edir ki, Tural Əhmədov vasitəsilə qalan 3250 manatlıq borcunu da İddiaçı ödəmişdir. X22 2020-ci ilin yanvar ayının 06-da öldüyündən, bunu təsdiq etmək üçün Turalı məhkəməyə şahid qismində çağırmaq təəssüf ki, qeyrimümkündür. Onun İddiaçı heç bir borcu yoxdur. İddiaçı olan 6700 manatlıq borcunu tam ödəmişdir. O, həmçinin 50 ədəd 250 manatlıq ot preslərini Aynurə Qardaşovova borcun əvəzi olaraq vermişdir. Lakin ot presləri ilə borcun əvəzlənməsi barədə Aynurə ilə razılığa gəlməmişlər. Aynurənin həyəti nəm olduğu üçün həmin preslər çürümüşdür. Həmçinin o, İddiaçı 7200 manat məbləğində əldən çıxmış fayda formasında ziyan vurmamışdır. İddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, 2018-ci ilin avqust ayında Cavabdeh2 onun evinə gələrək, İddiaçı alacağı mal-qaranı ona məxsus avtomaşın vasitəsilə evinə aparmasını xahiş etmiş və ona 15 manat zəhmət haqqı ödəyəcəyini bildirmişdir. O da bununla razılaşmışdır. O və Arif avtomaşınlarıyla İddiaçı evinə getmişlər. Cavabdeh2 İddiaçı ilə razılaşaraq, Aynurədən 4 baş baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı 6700 manat nisyə almış və pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəyəcəyini bildirmişdir. O, İddiaçı heç bir mal-qara almamış və Aynurə ilə malların alqı-satqısı və ödənişi barədə şərtləşməmişlər. Yalnız Cavabdeh2 xahişi ilə Arifin Aynurədən aldığı mal-qaranın müyyən hissəsini öz avtomaşını ilə Cavabdeh2 evinə aparmış və Arif də buna görə ona zəhmət haqqı kimi 15 manat pul ödəmişdir. Onun İddiaçı heç bir borcu yoxdur və İddiaçı hər hansı formada ziyan vurmamışdır. Ona qarşı iddia əsassızdır və ona görə də İddiaçı ona qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində göstərmişdir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, onun vəsatəti əsasında Balakən rayon polis şöbəsinə sorğu göndərməklə cavabdehlərin faktiki olaraq ona borclu olmalarını sübuta yetirən arayış əldə etmişdir. Həmin fakt ortada olmasına baxmayaraq hakim əsassız olaraq hal şahidləri dəvət etmiş, bunun nəticəsində də sadəcə olaraq polisdən aldığı cavabdehlərin ifadələri əsasında qalan 3250 manat məbləğin qaytarılması barədə qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı qətnaməsinin iddia qismən təmin olunsun, Cavabdeh2 3250 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 9,33 manat dövlət rüsumunun tutulub, İddiaçı verilməsi hissəsində saxlanılmaqla, qətnamaə qalan hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında istirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında istirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Sultan MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 791 nömrəli arayışdan görünür ki, 2019-cu ildə 1 baş 1,6 yaşar düyənin orta bazar satış qiyməti 1200 manat (dörd baş düyələrin dəyəri 4800 manat), 2020-ci ildə 1 baş altı aylıq dişi düyənin orta bazar satış qiyməti 600 manatdır (dörd baş altı aylıq düyələrin orta bazar satış qiyməti 2400 manat). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüıfatı Nazirliyinin Balakən Dövlət X10 xx xxxx 2020-ci il tarixli, 140 №-li məktubunda göstərilir ki, 4 baş iri buynuzlu ana inək normal halda iki il ərzində, yəni 2019 və 2020-ci illər ərzində 8 baş bala verə bilər. İş materiallarına əlavə edilmiş Balakən rayon Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 48 nömrəli arayışdan görünür ki, X1 respublikasının vətəndaşıdır, qeyri rəsmi nikahda olduğu həyat yoldaşı X5 ilə ailəlikcə Balakən rayon Gərəkli İƏD üzrə nümayəndəliyin Poştbinə yaşayış məntəqəsində yaşamaqla müvəqqəti qeydiyyatdadır. Qeyri rəsmi nikahda olduğu X2 məxsus təsərrüfatda 10 (on) baş iribuynuzlu, 100 (yüz) baş xırdabuynuzlu malı vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 Balakən RPŞ-nin rəisi, polis polkovnikleytenantı Mehman Əliyevin adına xx.xx.2020-ci il tarixdə yazdığı izahatdan görünür ki, o, Poştbinə kənd sakini Aynurədən 2018-ci ildə 4 baş dalı balalı inək malı və 1 ədəd erkək mal nisyə götürmüşdür, həmin mal-qaranın dəyəri 6700 manat pul edir. Vəziyyəti ilə əlaqədar indiyə qədər 3700 manat pul ödəmişdir, qalan hissəsini, yəni 3000 manat qalan pulu 2020-ci il martın 20-ə qədər verməyinə söz verir. Nəzərə alınması xahiş olunur. İş materiallarına əlavə edilmiş İddiaçı Balakən RPŞ-nin rəisi, polis polkovnikleytenantı Mehman Əliyevin adına xx.xx.2020-ci il tarixdə yazdığı izahatda göstərilir ki, Qazbinə kənd sakini Arif adlı şəxs yaşadığı evə gələrək, ondan 4 baş yanı balalı inək malı və 1 baş erkək dananı 6700 manat pula danışıb, razılaşaraq, nisyə götürüb getmiş və 2018-ci ilin sentyabr ayına kimi tam olaraq pulunu ödəyəcəyinə söz vermiş, ancaq həmin axşam pulunu verməmişdir. Üstündən bir il yarım keçdikdən sonra 6700 manat puldan 3450 manatını qaytarmışdır, qalan 3250 manat pulunu isə qaytarmaq istəmir. Onun Arifdə olan 3250 manat pulunun geriyə qaytarılmasına köməklik göstərilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X13 rayonu Poştbinə kənd sakini İddiaçı Balakən RPŞ-yə yazmış olduğu şikayət ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 İddiaçı xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək, Arif adlı şəxsin onun pulunu verməməsi barədə məlumat verməsi, aparılmış araşdırma zamanı İddiaçı izahatında 2018-ci ildə Qazbinə kənd sakini Arif adlı şəxsin onun evinə gələrək, ondan 4 baş yanında balası olan inək malını və bir baş erkək danasını 6700 manata razılaşaraq ondan aldığını, 2018-ci ilin sentyabr ayına kimi bütün pullarını verəcəyini dediyini, həmin vaxtdan 1 il yarım keçdikdən sonra Arifin ona 3450 manat verdiyini və qalan 3250 manatı bu günə kimi Arifdən ala bilmədiyini qed etməsi, X7 izahatında 2018-ci ildə Poştbinə kənd sakini Aynurə adlı qadından 6700 manata 4 baş yanında balası olan inək və 1 baş erkək dana aldığını, maddi imkanı yaxşı olmadığından Aynurənin qalan pulunu verə bilmədiyini və mart ayının 20-ə qədər Aynurənin qalan pulunu ödəyəcyini qeyd etməsi göstərilərək, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma nəticəsində müraciətində qeyd olunan xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etməsinin ona tövsiyyə edilməsi, araşdırmanın nəticəsi ilə bağlı İddiaçı rəsmi cavabın verilməsi və toplanmış sənədlərin RPŞ-nin dəftərxanasında saxlanılması təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Polis Şöbəsinin rəisinin ünvan 1 İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 109-3858Q-3220 №-li məktubdan görünür ki, onun xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-yə etmiş olduğu müraciət əsasında araşdırma aparılmış, müraciətində qeyd olunan xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan müraciətinə baxılması dayandırılmışdır. Odur ki, aidiyyəti üzrə müraciət etməsi məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid Asruddin qızı ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayında bacısı İddiaçı onun yanında Cavabdeh2 pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəmək şərtilə 4 baş inək, 4 baş bala və 1 baş erkək dana olmaqla 9 ədəd mal-qaranı ümumi qiyməti 6700 olmaqla nisyə satmışdır. Həmin vaxt orada Cavabdeh1 da olmuşdur. X19 mal-qara almamış və bu barədə Aynurə ilə danışmamış və şərtləşməmişdir. Cavabdeh2 həmin mal-qaranın pulundan hissə-hissə olmaqla ümumilikdə 3450 manat ödəmişdir, 3250 manatını isə Aynurəyə ödəməmişdir. İddiaçı dəfələrlə Arifdən bu pulu tələb etsə də, Arif həmin 3250 manatı Aynurəyə verməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 bacısıdır. Həqiqətən də qardaşı Cavabdeh2 İddiaçı 2018-ci ilin yay aylarında nisyə 6700 manata 9 baş mal almışdır. Cavabdeh1 İddiaçı mal-qara almamışdır. Cavabdeh1 Arifin aldığı malları öz avtomaşınında 15 manata Arifin evinə aparmışdır. Cavabdeh2 Aynurəyə olan borcunun ödənilməsinə görə mərhum polis əməkdaşı Tural Əhmədova 4 dəfə pul vermiş; 3 dəfə hərəsində 1000 manat və bir dəfə 500 manat olmaqla cəmi 3500 manat pul vermişdir. Lakin həmin pulların İddiaçı verilib-verilməməsini görməmişdir və ona görə də təsdiq edə bilmir. Ancaq eşitmişdir ki, X21 Qardaşovaya 2018-ci ilin oktyabr ayının axırlarında 1000 manat pul vermişdir. 3250 manat pulun Tural Əhmədov tərəfindən İddiaçı verilib-verilməməsini görməmiş və eşitməmişdir və ona görə də təsdiq edə bilməz. Birinci instansiya məhkəməsinin iclasında iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh2 İddiaçı 2018-ci ilin yay aylarında nisyə 6700 manata 9 baş mal almışdır. Cavabdeh1 İddiaçı mal-qara almamışdır. Cavabdeh1 Arifin aldığı malları öz avtomaşınında 15 manata Arifin evinə aparmışdır. Bunları Arif ona demişdir. Cavabdeh2 polis şöbəsinin qabağında şəxsən onun yanında İddiaçı vermək üçün polis əməkdaşı Tural Əhmədova 1000 manat pul vermişdir. Ümumilikdə isə Cavabdeh2 X12 vermək üçün 3500 manat pul verimşdir. O, bu pulun 1000 manatının Aynurəyə verildiyini Arifdən eşitmişdir. Lakin 3250 manat pulun Tural Əhmədov tərəfindən İddiaçı verilməsini görməmişdir və ona görə də təsdiq edə bilmir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hüseynоv Bəkir Əhməd оğlu göstərmişdir ki, ona qarşı verilmiş apellyasiya şikayətinin əsassız hesab edir. 2018-ci ilin avqust ayında Cavabdeh2 yaşadığı evinə gələrək, İddiaçı alacağı mal-qaranı ona məxsus avtomaşın vasitəsilə evinə aparmasını xahiş etmiş və bunun müqabilində 15 manat zəhmət haqqı ödəyəcəyini bildirmişdir. o da Ariflə razılaşmışdım. Ariflə birlikdə özünə məxsus və bаşqа bir tаnımаdığı şəxsə məxsus avtomaşınlarla İddiaçı evinə getmişlər. Cavabdeh2 İddiaçı ilə razılaşaraq Aynurədən 4 baş baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı almışdır. Həmin mаllаrın 4 bаşını onun mаşınındа, 5 bаşını isə bаşqа mаşındа Аrifin evinə аpаrmışlar. İddiаçı ilə Аrif аrаsındа mаl-qаrа bаrədə оlаn аlışveriş hаqqındа heç nə bilmir və heç nəyin şаhidi оlmаmışdır. O, sаdəcə mаllаrı аpаrmаq müqаbilində Аrifdən 15 mаnаt zəhmət hаqqı аlmışdır. Onun İddiaçı heç bir borcum yoxdur və İddiaçı hər hansı formada ziyan vurmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı 2018-ci ilin avqust ayında pulunu həmin ilin sentyabr ayına kimi tam ödəmək şərtilə 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dana olmaqla 9 baş heyvanı 6700 manata nisyə almış, yəni İddiaçı ilə Cavabdeh2 arasında həmin malların nisyə alqı-satqısı müqaviləsi bağlanmış, İddiaçı satıcı kimi həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, həmin malları Cavabdeh2 vermişdir. Cavabdeh2 isə nisyə satılmış malların pulunu təşkil edən 6700 manatdan İddiaçı müxtəlif vaxtlarda 650 manat, 1000 manat, 500 manat və 1300 manat olmaqla cəmi 3450 manat ödəmiş, qalan 3250 manatı isə İddiaçı ödəməmiş, bununla da müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Bununla da Cavabdeh2 İddiaçı 3250 manat maddi ziyan vurmaqla, İddiaçı hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin 3250 manat pul Cavabdeh2 alınıb, İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 567, 568.1, 577.1, 596.1,597.1, 598.1, 600.1, 600.2, 600.4, 600.5, 601.1, 601.2, 608, 1091.1, 1901.2, 1092.1, 1092.2, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4, 465.2, 21.1, 21.2 –ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının digər Cavabdeh1 qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından, o cümlədən İddiaçı məhkəmədə verdiyi izahatından, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmədə verdiyi izahatlardan, həmçinin şahid ifadələrindən görünür ki, sözügedən 9 baş mal-qaranın nisyə alqı-satqısı ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamış, malların verilməsi və onların dəyəri, ödənilməsi müddətləri və sair hallar barədə heç bir şərtləşmə olmamışdır. 9 baş mal-qaranın nisyə alqı-satqısı ilə bağlı İddiaçı ilə digər Cavabdeh2 arasında 2018ci ilin avqust ayında müqavilə bağlanmış, onlar malların satış və alış şərtləri barədə razılığa gəlmiş, Cavabdeh2 həmin mal-qaranın şərtləşdirdikləri satış pulunu təşkil edən 6700 manatı 2018-ci ilin sentyabr ayına kimi İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bu zaman Cavabdeh1 İddiaçı ilə sözügedən malqaranın satışı ilə bağlı heç bir müqavilə bağlamamış, İddiaçı qarşısında müqavilə və ya digər əsaslarla hər hansı öhdəlik götürməmişdir. Cavabdeh1 Cavabdeh2 xahişi ilə Arifin ona verdiyi 15 manat zəhmət haqqı hesabına həmin mallarıın müəyyən hissəsini avtomaşını ilə Cavabdeh2 evinə aparmışdır. Belə olan halda Cavabdeh1 İddiaçı qarşısında nə müqavilə üzrə, nə mülkiyyət hüquqlarının qorunmasından yaranan, nə əsassız varlanmadan, nə də mülki-hüquq pozuntularından (deliktlərdən) yaranan hər hansı öhdəliyi mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticələr ilə ilə razılaşır. Lakin iddia tələbinin 7200 manat məbləğində ziyannın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsuinin gəldiyi nəticəni əsaslı hesab etmir Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, iş materiallarına əsasən Cavabdeh2 İddiaçı 3250 manat maddi ziyandan başqa 7200 manat məbləğində və ya hər hansı başqa məbləğdə ziyan vurması müəyyən olunmur və sübut olunmur. İddiaçı 7200 manat ziyan tələbinə dair iddia tələbinin əsaslandırıldığı hallar kimi cavabdehin apardığı ana inəklərdən 2019 və 2020-ci illərdə ümumilikdə 8 baş bala ala bilməsi və 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qimyətinin 2400 manat təşkil etməsi və onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsini göstərmişdir. Lakin İddiaçı qeyd edilən inəklərdən 2019 və 2020-ci illərdə 8 baş bala ala bilməsi və 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qiymətinin 2400 manat təşkil etməsi, onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsini, bununla da Cavabdeh2 tərəfindən ona tələb olunan 7200 manat məbləğində ziyan vurulmasını, bu məbləğdə ziyanın cavabdehin hansısa qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində yaranmasını, tələb olunan 7200 manat məbləğində ziyanla cavabdehin hansısa qanunsuz hərəkət və hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və cavabdehin bu 7200 manat ziyanın vurulmasında təqsiri olmasını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, 7200 manat ziyan tələbi hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Beləki, məhkəmə kollegiyasının təşəbbüsü ilə mütəxəssis qismində dindirilmiş Şəki Dövlət Аqrar İnkişaf Mərkəzinin Heyvаndаrlıq sektоrunun müdiri Rəcəbоv Nаzim Kаzım оğlu göstərmişdir ki, iddiаçı mаl-qаrаsını bаzаr qiymətlərinə uyğun sаtmışdır. İddiаçının həmin heyvаnlаrdаn əlаvə gəlir götürmək imkаnının əldən çıxmаsı ilə bаlğı iddiаsı birmənаlı qəbul edilə bilməz. Belə ki, iri buynuzlu heyvаnlаrın sаlаmаt sаxlаnmаsı üçün vаcib xərclər vаr. Həmin xərclərə heyvаnlаrın yemlərə оlаn tələbаtı və оnlаrа bаxılmаsı üçün əlаvə xərclər tələb оlunur. Yemlərə оlаn tələbаt təsərrüfаtın öz istehsаlı hesаbınа təmin edilmədiyi hаldа heyvаnlаrın tələbаtı kənаrdаn аlınmа hesаbınа ödənilir. Nəticədə 1 bаş heyvаnın il ərzində bütün xərcləri оnun dəyərinin 70-80 fаizi qədər оlur. Şəki Dövlət Аqrar İnkişaf Mərkəzinin Heyvаndаrlıq sektоrunun müdiri Rəcəbоv Nаzim Kаzım оğlunun məhkəmə kollegiyasına təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iri buynuzlu mal-qaranın salamat saxlanılması üçün vacib xərclər var. Həmin xərclərə heyvanların yemlərə (qüvvəli, qaba, şirəli) olan tələbatı, baxılması, elektrik enerjisi, əmək haqqı xərcləri daxi olur. emlərə olan tələbat təsərrüfatın öz istehsalı hesabına təmin edilmədiyi hallarda tələbat kənardan alınma hesabına ödənilir. Nəticədə 1 baş heyvanın il ərzində bütün xərcləri dəyərinin 70-80 faizi qədər olur. İddiaçı cavabdehin apardığı ana inəklərdən 2019 və 2020-ci illərdə ümumilikdə 8 baş bala ala bilməsini iddia edərək yuxarıda da qeyd edildiyi kimi 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qimyətinin 2400 manat təşkil etməsi və onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsini göstərmişdir. Lakin iddiaçı həmin inəklərdən doğulmalı olan balalların (bəhərlərin) salamat saxlanılması və yetişdirilməsi üçün vacib xərcləri nəzərə almamışdır. Belə ki, iddiaçı həmin balalardan (bəhərdən) bəyan etdiyi kimi 7200 manat deyil, onların yetişdirilməsi və salamat saxlanılması üçün çəkməli olduğu 70 faiz xərcləri həmin məbləğdən çıxmaqla yerdə qalan 2160 manat tələb etməkdə haqlıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)- 526/2020 saylı qətnaməsi qismən, iddia tələbinin maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilərək vurulmuş maddi ziyana 2160 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia maddi ziyan tələbinə dair qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-526/2020 saylı qətnaməsi qismən, iddia tələbinin maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 2160 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia maddi ziyan tələbinə dair qalan hissədə təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-243/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-243/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver