Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-245/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-452/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-452/2020 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 6480 manat aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 6480 (altı min dörd yüz səksən) manat aliment borcunun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X10 üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Nikahlarının bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə Aysun və xx xxxxxxx 2012-ci il tarixdə Aişə adında uşaqları anadan olmuşlar. Əvvəllər səmimi ailə münasibətində olsalar da, sonradan cavabdehin ona və ailəsinə qarşı biganə yanaşması, ailəsinə düzgün münasibət bəsləməməsi səbəbindən ayrılmışlar. 2016-cı ilin iyul ayında Cavabdeh ondan ayrılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı iddia vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir. 2016-cı ilin dekabr ayında Cavabdeh iki uşağı da gətirərək, onunla barışıb, 2019-cu ilin mart ayınadək birlikdə Bakı şəhəri Nərimanov rayonu, X15, 9B ünvanında yaşamışlar. 2019-cu ilin mart ayında Cavabdeh mübahisə yaratmış və uşaqları da özü ilə apararaq, getmişdir. 2016-cı İlin dekabr ayından 2019-cu İlin mart ayınadək barışıb, birlikdə yaşadıqlarından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi icraya yönəldilməmişdir.2019-cuilin iyul ayında boşanma ilə bağlı məhkəməyə müraciət etdikdən sonra Cavabdeh da Bakı şəhəri Nərimanov rayon İcra vəProbasiya Şöbəsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin icraya yönəldilməsini xahiş etmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Akif Mahmudovun xx xxxxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi və alimentin xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir. Hazırda həmin qətnaməyə əsasən borcu 8640 (səkkiz min səkkiz yüz qırx) manat təşkil edir. Lakin onlar 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək barışıb, birlikdə yaşadıqlarından, həmin müddətdə olan aliment borclarından azad edilməlidir. Həmin müddət iyirmi yeddi ay və 27 ayın alimenti 6480 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı ilə nikahlarını xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X10 üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə, ailə qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2011ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə Aysun və xx xxxxxxx 2012-ci il tarixdə Aişə adında uşaqları anadan olmuşlar. Əvvəllər səmimi ailə münasibətində olsalar da, sonradan aralarında yaranan ailə mübahisələri səbəbindən ayrılmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqları onun yanında saxlanmışdır. O, 2016-cı ilin iyul ayından İddiaçı ayrı yaşayır. Həmin vaxtdan birgə nikahdan olan uşaqları da onun yanında və himayəsində yaşayırlar. İddiaçı ailənin, uşaqların saxlanmasına heç bir pul vəsaiti sərf etməmiş, heç bir maddi köməklik göstərməmişdir. O, İddiaçıla 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək Bakı şəhərində və ya başqa yerdə birgə yaşamamış, Aqşinlə barışmamış və Aqşinlə birgə təsərrüfat aparmamışdır. Həmin vaxt İddiaçı anasının-keçmiş qaynanasının dəvəti ilə Aqşinin anasının Bakı şəhəri Nərimanov rayonunda yerləşən mənzilində uşaqları ilə yaşamışdır. Lakin orada Aqşinlə yaşamamış, Aqşinlə ər-arvad münasibətlərini bərpa etməmiş və Aqşin uşaqların saxlanması və maddi təminatında iştirak etməmişdir. Aqşinin bu barədə bildirdikləri həqiqətə uyğun deyildir. İddiaçı bu məlumatları aliment borcunu ödəməmək üçün uydurmuşdur. İddia tamamilə əsassızdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiаçı İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərdiyi dəlillərlə əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhəkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-452/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)- 452/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (005)-9573/2016 saylı icra vərəqəsindən görünür ki, İddiaçı xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməli, alimentin tutulması xx xxxxxx 2016-cı il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra Şöbəsinin sınaq müddətində olan icra məmuru Azər Əliyevin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanılmış, borclu İddiaçı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra Şöbəsinin sınaq müddətində olan icra məmuru Azər Əliyevin borclu İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli, 9068-15 saylı bildirişdən görünür ki, borclu İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)3495/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq 10 gün müddətində vaxt verilmiş, bu müddət başa çatdıqdan sonra göstərilən tələbin məcburi qaydada icra ediləcəyi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin həmin Qanunun 78-ci, 79-cu və 81-ci maddələrinə əsasən ondan tutulacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 8 (005)-795/2018 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-9573/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1987-ci il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X15, ev 9B ünvanında qeydiyyatda olan İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış, qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra və Probasiya Şöbəsinin rəisinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 90xx/xx-8087-15/1 saylı məktubundan görünür ki, borclu İddiaçı polis orqanı vasitəsilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 8(005)-795/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı icra edilməsi üçün həmin polis şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-692/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X10 üzrə nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X1 və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş X2 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-3216/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından və iş materiallarından görünür ki, İddiaçı xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X1 və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 9573/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanılmış, borclu İddiaçı xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, X15, ev 34A ünvanında qeydiyyatda olan X4 və Bakı şəhəri, Nərimanov rayonu ünvanında qeydiyyatda olan X5 tərəfindən imzalanmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar bildirirlər ki, qonşuları İddiaçı, Cavabdeh, X6 və X7 2016-cı il dekabr ayından etibarən 2019-cu il mart ayına kimi Bakı şəhəri, X15, ev 9B ünvanında yaşayırdılar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X10 üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların nikahları nikah haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə Aysun və xx xxxxxxx 2012-ci il tarixdə Aişə adında uşaqları anadan olmuşlar. Tərəflər əvvəllər səmimi ailə münasibətində olsalar da, sonradan aralarında yaranan ailə mübahisələri səbəbindən ayrılmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar Cavabdeh yanında saxlanılmışdır. Cavabdeh bildirdiyinə görə o, 2016-cı ilin iyul ayından İddiaçı ayrı yaşayır. Həmin vaxtdan birgə nikahdan olan uşaqları da onun yanında və himayəsində yaşayırlar. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, onlаrı tərbiyə etmək vаlideynlərin həm hüququ, həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Konvensiyаnın 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 75.1-ci mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаğа borcludurlаr. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 78.2-ci mаddəsinə əsаsən sаbit pul məbləğinin miqdаrı məhkəmə tərəfindən tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq olаn digər hаllаr nəzərə аlınmаqlа, uşаğın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. Azərbаycаn Respublikаsı «Uşаq hüquqlаrı hаqqındа» qаnunun 3-cü mаddəsinə görə uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğа zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə olunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi formаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən Azərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dolаnаcаq xərclərindən аz olmаyаn mаddi təminаt аlmаq hüququ vаrdır. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 107.2-ci mаddəsinə görə məhkəmə аliment ödəməli şəxsin iddiаsı üzrə аliment borcunun şəxsin xəstəliyi və yа digər üzrlü səbəblərə görə əmələ gəldiyini, аilə və mаddi vəziyyətinin bu borclаrı ödəməyə imkаn vermədiyini müəyyən edərsə, onu həmin borclаrı ödəməkdən tаmаmilə və yа qismən аzаd edə bilər. Məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli şəxsin ailə vəziyyəti və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə aliment üzrə borcları ödəməkdən ödəməkdən azad edilmə üçün bu halların hamısı mövcud olmalıdır. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətinə aid edir. Bu zaman ilk növbədə xeyrinə aliment tutulan uşaqların mənafelərinə üstünlük verilməlidir. Göründüyü kimi, xəstəliyi, ailə və mаddi vəziyyətinin aşağı olması səbəbindən аliment ödəməli şəxsin bu borclаrı ödəyə bilməməsi sübuta yetirilərsə, o, həmin borclаrı ödəməkdən tаmаmilə və yа qismən аzаd edilə bilər. Lakin, hazırkı vəziyyətdə qeyd olunan hаllаr müəyyən edilmədiyindən və iddiаçı tərəfindən məhkəmələrə hər hansı sübut növü təqdim edilmədiyindən, yaranmış borcların üzrlü səbəbdən əmələ gəlməsi hesаb edilə bilməz. Birinci instansiya məhkəməsi işin hallarını, iddiaçıdan alimentin məhkəmə qətnaməsinə əsasən tutulmasını, iddiaçının hər iki uşağa görə alimenti ödəməməsini, alimentin ödənməməsinin iddiaçının xəstəliyi və ya digər üzürlü səbəbdən baş verməməsini, alimentin tutulması üzrə icra sənədinin icraatının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı hər hansı qərarın olmamasını, uşaqlardan birinin iddiaçının yanında müvəqqəti olaraq qalmasını, iddiaçının aliment öhdəliyindən azad edilməsinin uşaqların mənafeyinin pozulmasına səbəb olacağını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibtləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-452/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(019)-452/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-245/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-245/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver