Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-248/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)-946/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında sosial xidmət işçisi, cavabdeh isə baş mütəxəssis vəzifəsində işləmişdir. İddiaçı ilə Agentlik arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti bitmiş, lakin tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti əvvəl müəyyən olunmuş müddətə xx.xx.2021-ci il tarixə uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq tərəflər əmək münasibətlərini davam etdirdiklərindən əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən iddiaçını xx.xx.2021-ci il tarixdə vəzifədən azad edilmiş, işçiyə son haqq-hesab ödənilmişdir. Bundan sonra iddiaçı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmiş,birinci,apelyasiya və kassasiya instansiyalarında işə baxılmış və nəticədə iddiaçı işə bərpa edilmişdir. İddiaçı işdən azad olunmasını məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verdiyini və nəticədə maddi və mənəvi ziyana uğradığını iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı qərəzli və qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat pulun alınaraq ona verilməsi və ona qarşı qanunsuz hərəkətlərinə görə üzərinə üzr istəməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehdən 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla ümumilikdə 10000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki,xx.xx.1995-xx.xx.1996-cı illərdə keçmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İsmayıllı rayon Talıstan kəndi üzrə sosial xidmət işçisi işləmişdir. 07 aprel 2000-ci il tarixda keçmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 31 saylı əmri ilə yenidən həmin vəzifəyə təyin olunmuş və fasiləsiz olaraq xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləmişdir.20.07 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklərlə əlaqədar xx.xx.2020-ci il tarixli **********0 saylı əmrlə işdən azad olunmuş,25 gündən sonra yenidən xx.xx.2020-ci il tarixli **********5 saylı əmrlə həmin işə yenidən qəbul olunmuşdur və 11 avqust 2020-ci il tarixdə onunla bir illik müddətə əmək müqaviləsi bağlanmışdır. Lakin əmək müqaviləsinin müddəti bitdikdən və üç ay da ötdükdən sonra onu heç bir hüquqi əsas olmadan əmrlə işdən azad etmişlər. O,ümumilikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında İsmayıllı rayon Talıstan kəndi üzrə 23 il ərzində sosial xidmətçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. 23 il ərzində bir dəfə də olsa işinə görə tənbeh olunmamışdır, əksinə dəfələrlə təltif olunmuş, pul mükafatı verilmişdir. Xidmət etdiyi tənha ahıl yaşlı şəxslərdən 23 il ərzində bir nəfər də olsa xidmətindən narazı qalmamış,hər hansı formada ondan şikayətçi olmamış, əksinə daim ondan razı qaldıqlarını bildirmişlər.Beləliklə də qeyd edilən təşkilatla onun arasında bağlanmış əmək müqaviləsi müddətsizdir.İşdən çıxarılmağının səbəbi isə o zaman fəaliyyətdə olmuş Sosial Xidmətlər Agentliyinin 20 saylı filialın baş mütəxəsisi - hazırkı iş üzrə Cavabdeh 2021-ci ildə bir neçə dəfə onu idarəyə dəvət edərək ondan hər aylıq maaşının 100 manatının ona verilməsini istəmişdir. Bu mümkün olmadıqda idarəyə gələn yoxlamanın "yola salınması” üçün ondan 300 manat istəmişdir.Bütün hallarda o bundan imtina etmiş, işində heç bir nöqsanın olmadığını bildirmiş, halal zəhmətinə görə ödənilən əmək haqqını nə üçün kiməsə verməlidir deyərək Fuadın tələbindən imtina etmişdir. Bu səbəbdən Cavabdeh digər işçi yoldaşlarının yanında onun barəsində hədələyici faktlar söyləyərək onu birdaha bu idarədə işləməyə qoymayacağını demişdir. Həmin iş yoldaşı məhkəmədə dediklərini təsdiq edəcəkdir.Beləliklə da, Cavabdeh 2021-ci ilin sentyabr ayında xidmət etdiyi qocaların sayını heç bir əsas olmadan saxta yolla azaldaraq cəmi üç nəfər olması barədə baş idarəyə yalan məlumat vermişdir. Halbu ki, onun xidmət etdiyi tənha ahıl şəxslərin sayı həmin vaxt faktiki olaraq 7 nəfər olmuşdur.2022-ci ilin yanvar ayının 3- də də Talıstan kənd icra nümayəndəliyinin arayışı ilə qeyd edilən kateqoriya şəxslərin 7 nəfər olması barədə arayış da verilmişdir. O və bir neçə nəfər sosial xidmət işçisi Fuad müəllimin qanunsuz hərəkətləri barədə Bakı şəhərinə gedib Sosial Xidmət Agentliyinə şikayətlə müraciət etmişlər. Nəticədə Cavabdeh qanunsuz hərəkəti təsdiq olunduğundan və özü də əməlini etiraf etdiyindən onun özünü də işdən azad etmişlər.Ona Sosial Agentliyin nəzarət şöbəsinin müdiri Məmmədəli müəllim bildirdi ki, Fuad işdən azad edilib,təqsirini etiraf edib ərizə yaz səni 2022-ci ilin yanvar ayının 1-dən işə götürəcəklər. Lakin bu baş vermədiyindən o işə bərpa olunmağı barədə iddia ərizəsi ilə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməmişdir. O qətnamədən Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(103)- 6244/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh təşkilatın kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş 16 mart 2023-cü il tarixli 2(102)-828/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022- ci il tarixli 2 (103)- 6244/2022 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Beləliklə də haqq-ədalət öz yerini tutmuş, onun qanunsuz işdən çıxarılmağı təsdiq olunmuşdur. Bütün bu başına gətirilən bəlaların səbəbkarı isə Cavabdeh nazirliyə onun xidmət nəzarətində olmuş 7 nəfər kimsəsiz ahıl yaşlı qocaların sayının saxta yolla qərəzçilik əsasında azaldılaraq 3 nəfər olması barədə yalan məlumat verməsi olmuşdur. Bununla da cavabdehin ona qarşı qərəzli və qanunsuz hərəkəti nəticəsində qanunsuz olaraq işdən azad edilmişdir. Nəticədə onun Konstitusion hüquqları pozulmuş, himayəsində iflic xəstəsi olan 64 yaşlı həyat yoldaşı qalmaqla onun müalicə xərclərini qarşılamaq mümkün olmamış, maddi sıxıntılardan və işini itirməkdən mənəvi iztirablar keçirmişdir.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan maddi zərəri 5000 manat və mənəvi zərəri isə 5000 manat məbləğində qiymətləndirir.Hesab edir ki,cavabdeh ona vurulan maddi və mənəvi zərəri ödəməlidir. Eyni zamanda cavabdeh etdiyi bu qanunsuz hərəkətlərə görə ondan üzr istəməlidir. O, cavabdehin ona qarşı qərəzli və qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğinin alınıb ona verilməsi və cavabdeh tərəfindən ona qarşı qanunsuz hərəkətlərinə görə üzərinə ondan üzr istəməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı işdən azad olunmasını məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verdiyini, bundan sonra işə bərpa edilməsi üçün müxtəlif instansiya məhkəmələrində hüquqlarını müdafiə etməsi üçün vəsait xərcləyərək maddi ziyana uğradığını, eyni zamanda bu proseslərdə xəstələnməsini və dolayısı ilə ona mənəvi ziyan dəyməsini bildirsə də sözügedən hallar məhkəmə iclası zamanı, işdə olan sənədlər və digər iş materialları ilə öz əksini tapmamışdır.
7. Məhkəmə hesab edir ki,iddiaçının tələbinin əsaslı olması üçün cavabdeh tərəfindən ona maddi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxslər kimi məhkəmə tərəfindən tanınmalıdır.Eləcə də,vurulmuş maddi ziyanla cavabdehin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Yalnız o halda iddiaçının ona vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur.
8. Belə ki, iddiaçının əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi ilə bağlı birinci, apelyasiya və kassasiya instansiyaları məhkəmələrində işə baxılan zaman ümumiyyətlə Cavabdeh qanunsuz hərəkətləri barədə iddiaçı hər hansı dəlil irəli sürməmiş,işdən azad olunmasına əsas olmuş əmək müqaviləsinin müddətli bağlanması halını mübahisələndirmişdir.
9. İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)-946/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(004)-3309/2022 saylı qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 6244/2022 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-828/2023 saylı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 02 noyabr 2021-ci il tarixli, **********3 nömrəli əmri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 08 dekabr 2021-ci il tarixli, **********0 nömrəli əmri
12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun başına gətirilən bəlaların səbəbkarı Cavabdeh nazirliyə onun xidmət nəzarətində olmuş 7 nəfər kimsəsiz ahıl yaşlı qocaların sayının ona qarşı qərəzçilik əsasında saxta yolla azaldılaraq 3 nəfər olması barədə yalan məlumat verməsi olmuşdur. Cavabdehin ona qarşı bu qərəzli və qanunsuz hərəkəti nəticəsində işdən azad edilmişdir. Nəticədə onun Konstitision hüquqları pozulmuş, himayəsində iflic xəstəsi olan 64 yaşlı həyat yoldaşı qalmaqla onun müalicə xərclərini qarşılamaq mümkün olmamış, xəstəliklərə tutulmuş, əsəb gərginliyi keçirmiş, maddi sıxıntılardan və işimi itirməkdən mənəvi iztirablar keçirmişdir. Cavabdehin qanunsuz əməli nəticəsində keçirtdiyi sarsıntı və iztirablara görə ona vurulan mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirmişdir. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərər çəkmişdir. Mənəvi zərər ondan ibarətdir ki, Cavabdeh ona qarşı qərəzli münasibət bəsləyərək 2020-ci ilin sentyabr ayında xidmət etdiyi qocaların sayını heç bir əsas olmadan saxta yolla azaldaraq, güya Talıstan kəndində cəmi üç nəfər ahıl yaşlı tənha şəxs olması barədə baş idarəyə yalan məlumat vermişdir. Halbuki, onun xidmət etdiyi tənha ahıl şəxslərin sayı həmin vaxt faktiki olaraq 7 nəfər olmuşdur. 2022-ci ilin yanvar ayının 3-də də Talıstan kənd icra nümayəndəliyinin arayışı ilə qeyd edilən kateqoriya şəxslərin 7 nəfər olması barədə arayış da verilmişdir. Demək bu cavabdehin ona qarşı qərəzli hərəkətinin sübutudur və onun işdən kənar qalmağına və qeyd edilən mənəvi iztirablar çəkməyinə səbəb olmuşdur. Cavabdehin bu hərəkəti də ona mənəvi iztirablar vermişdir. Məhkəmə bu hallara da hüquqi qiymət verməmişdir.
14. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)- 946/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)-946/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)- 946/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Ona görə də məhkəmə üçün sübutların toplanmasını təmin etmək barədə tələbin qoyulması əsassız və qanunun tələblərinə ziddir. Qanunvericiliyin tələbinə əsasən sübutların təqdim edilməsi iddianı verən hüquqi və fiziki şəxsin üzərinə düşür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 6-9-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir.
24. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmadığından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)-946/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)-946/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev