Məhkəmə qərarları › İş №2(107)-2497/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2497/2020

04.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2497/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(016)-878/2020 saylı qərardadına Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı sabit pul məbləğində aliment tələbi barədə iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək azyaşlı uşaqları-xx xxxxxx 2017-ci ildə anadan olmuş İncinin və xx xxxxxx 2018-ci ildə anadan olmuş Duyğunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehlərdən onun xeyrinə sabit pul məbləği ilə hər ay hər 170 manat, iki uşağa görə 340 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(016)-878/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sabit pul məbləğində aliment tələbi barədə iddia ərizəsinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Mülki işə baxılması ilə əlaqədar ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə aidiyyəti məsələsinin həll edilməsi üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki işə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. İş materillarından görünür ki, İddiaçı Ağsu rayonu, İlxıçı kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır, buna görə də iddiaçı, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının seçməsinə görə aidiyyətə uyğun olaraq qeyd olunan iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 36.3-cu maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinəəsasən ərazi aidiyyət qaydala Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti aliment olduğundan mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının seçməsinə görə aidiyyətə uyğun olaraq mülki işə Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Mülki iş aidiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar