Məhkəmə qərarları › İş №2(107)-264/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-264/2020

07.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-264/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X19 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi X7, cavabdeh Kərimova (İslamova) Güney Şöhrət qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1600/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri, S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyada oxuyan uşaqları xx xxxxxx 2007-ci il təvəllüdlü X12 və xx xxxxx 2009-cu il təvəllüdlü X20 görə məhkəmə qaydasında tutulan alimentin tələbkara ödənilməsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxx 2019-cu il tarixdən etibarən Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-975/2019 nömrəli qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X21 və xx xxxxx 2009-cu il təvəllüdlü X20 təyin edilmiş aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1600/2019 nömrəli qətnaməsiilə iddia tələbi təmin edilərək, İddiaçı məhkəməyə müraciət etdiyi xx xxxx 2019-cu il tarixdən etibarən Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-975/2019 nömrəli qətnaməsi üzrə xx xxxxxx 2007-ci il təvəllüdlü X21 və xx xxxxx 2009-cu il təvəllüdlü X20 görə təyin edilmiş, cəmi 180 manat aliment məbləğinin Yusubova Güney Şöhrət qızının xeyrinə ödənilməsi öhdəliyindən azad edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 422/2013 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı iddiaçı Yusubova Güney Şöhrət qızının iddiası təmin edilmiş, onunla Yusubova Güney Şöhrət qızı arasında xx.xx.2004-cü il tarixdə Şəki rayon VVADQ şöbəsində bağlanmış 294 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra onların birgə nikahdan olan uşaqları xx xxxxxxxx 2005-ci il təvəllüdlü X16, xx xxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxx 2009-cu il təvəllüdlü X17 anası Yusubova Güney Şöhrət qızının yanında qalmaları qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(051)-920/2014 saylı qətnaməsi ilə ondan xx xxxxxxxx 2005-ci ildə doğulmuş X30, xx xxxxxx 2007-ci ildə doğulmuş X21 və xx xxxxx 2009-cu ildə doğulmuş X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 30 manat olmaqla cəmi 90 manat aliment tutularaq Yusubova Güney Şöhrət qızına verilməsi qət edilmişdir. Həmçinin sonradan iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)422/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğlərinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-975/2019 saylı qətnaməsi xx xxxxxxxx 2005-ci il təvəllüdlü X16, xx xxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxx 2009cu il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Halbuki, Cavabdeh uşaqları xx xxxxxx 2007-ci il təvəllüdlü X13 və xx xxxxx 2009-cu il təvəllüdlü X22 onun xəbəri olmadan Göyçay şəhəri S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyaya qoymuş, xx xxxxxxxx 2005-ci il təvəllüdlü X23 isə Şəki rayonu Kiçik Dəhnə kəndində nənəsinin yanına qoyaraq, Bakı şəhərinə getmiş və hal-hazırda Bakı şəhərində naməlum ünvanlarda yaşayır. Övladları X21 və X31 Göyçay şəhəri S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyada dövlət təminatı altında yaşamasına və oxumasına baxmayaraq cavabdehə aliment ödəyir. Cavabdeh, onun tərəfindən ödənilən aliment məbləğini alaraq özü üçün xərcləyir. Həmin Gimnaziyanın xx xxxxx 2019-cu il tarixli 51 nömrəli və 52 nömrəli arayışlarından da göründüyü kimi uşaqları həmin internat məktəbindədirlər. Onlar həmin Gimnaziyada qalır, dövlət onların yeməyini, paltarını verir, bir sözlə onların qayğısına qalır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, azyaşlı uşaqları faktiki olaraq onunla birlikdə ünvan 2 ünvanında yaşayırlar. Onun məhkəmə proseslərindən xəbəri olmamış, ona görə də iddiaya münasibətini bildirə bilməmişdir. Uşaqlar hazırda Mingəçevir şəhəri N.Nərimanov adına 1 saylı tam orta məktəbdə təhsil alır. Azyaşlı uşaqları onun himasində olduğu halda və onların bütün qayğılarını, eləcə də tələbatlarını ödədiyi halda aliment almaqdan məhrum edilə bilməz. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1600/2019 nömrəli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Kərimova (İslamova) Güney Şöhrət qızı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıdan rəsmi qaydada boşandıqdan sonra birgə nikahdan olmuş üç uşaq onun himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər uşaqla bağlı 90 manat olmaqla, cəmi 270 manat məbləğində aliment müəyyən edilmişdir. Bir müddət maddi imkanı yaxşı olmadığından həmin uşaqlardan ikisini-yəni xx xxxxxx 2007-ci il təvəllüdlü X13 və xx xxxxx 2009-cu il təvəllüdlü X22 Göyçay şəhərində yerləşən İnteqrasiya təlimli İnternat tipli gimnaziyaya qoymuş, lakin sonradan həmin uşaqları oradan götürərək yaşadığı Mingəçevir şəhərinə gətirmişdir. Özü hazırda Mingəçevir şəhərində yaşayır və xadimə işləyir. 2007-ci il təvəllüdlü Nurlanə və 2009-cu il təvəllüdlü Vüsal hazırda onunla birgə yaşamaqla Mingəçevir şəhərində təhsil alırlar. Birinci instansiya məhkəməsi onun xəbəri olmadan keçirilmiş və əsassız olaraq iddiaçını alimentdən azad etmişdir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Hesab edir ki, qətnamə tam əsassızdır, ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1600/2019 nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, nikahları pozulduqdan sonra birgə nikahdan olmuş uşaqlar cavabdehin yanında saxlanılmış və ondan hər ay 270 manat məbləğində aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Lakin cavabdeh uşaqlardan ikisini, yəni 2007-ci il təvəllüdlü Nurlanəni və 2009-cu il təvəllüdlü Vüsalı onun xəbəri və razılığı olmadan Göyçay şəhərində yerləşən İnteqrasiya təlimli İnternat tipli gimnaziyaya qoymuş, digər uşağı isə nənəsinin (cavabdehin anasının) yanında saxlamışdır. Cavabdeh onun tərəfindən ödənilmiş alimenti uşaqlara deyil, özü üçün xərcləmişdir. Necə olur ki, o internat tipli məktəbdə oxuyan uşağa aliment ödəyir. Bundan əlavə bildiyinə görə cavabdeh Mingəçevir şəhərində olan evi də satmışdır. Ona görə də apelyasiya şikayətini əsassız hesab edir və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1600/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Cavabdeh üçün uşaqlar yox, daha çox aliment maraqlıdır. Cavabdeh öz kobud davranışı ilə birinci instansiya məhkəməsinin hakimini təhqir etmişdir. Apelyasiya şikayəti tam əsassızdır, ona görə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Şəki rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Əvvəla ona görə ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh Kərimova (İslamova) Güney Şöhrət qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iştirakı təmin olunmamış və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə bildirişindən və reyestrdən aydın olur ki, cavabdehə məhkəmə bildirişi göndərilsə də, həmin bildirişin sonuncuya çatmasını təsdiq edən sənəd iş materiallarından görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən Kərimova (İslamova) Güney Şöhrət qızını məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə görə isə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılan zaman məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1600/2019 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu baxımdan da tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli icra sənədindən görünür ki, Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilmiş, iş üzrə Şəki Rаyоn Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi qismən, yəni iddianın xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X6 X3 yanında qalması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiа tərəflərin birgə nikаhındаn xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X6 Cavabdeh verilməsi hissəsində təmin edilmiş, birgə nikаhındаn xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X11 Cavabdeh yanında sаxlаnılmış, xx xxxxx 2015-ci il təvəllüdlü X11 və xx xxxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün X2 hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi və alimentin tutulmasının əvvəlinin xx xxxx 2017-ci il tarixdən hesablanması və alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(051)-422/2013 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Yusubova Güney Şöhrət qızı arasında xx.xx.2004-cü il tarixdə Şəki rayon VVADQ şöbəsində bağlanmış, 294 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan uşaqları, xx.xx.2005-ci il təvəllüdlü X30, xx.xx.2007-ci il təvəllüdlü X21 və xx xxxxx 2009-cu il təvəllüdlü X31 anası Yusubova Güney Şöhrət qızının yanında qalmaları, həmçinin həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 30 manat olmaqla cəmi 90 manat aliment tutularaq Yusifova Güney Şöhrət qızına verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-975/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxxxx 2005-ci il təvəllüdlü X16, xx xxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxx 2009-cu il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilməklə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmışdır. Göyşay şəhəri, S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X32 2016-2017-ci tədris ilində noyabrın 25-i gimnaziyanın birinci sinifinə daxil olmuş və 2017-ci il yanvarın 27-si gimnaziyanın birinci sinifindən xaric olmuşdur. 2017-2018 tədris ilində yenidən gimnaziyaya daxil olmuş və gimnaziyanın üçüncü sinifində təhsil almışdır. Göyşay şəhəri, S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X24 2016-2017-ci tədris ilində noyabrın 25-i gimnaziyanın dördüncü sinifinə daxil olmuş və 2017-ci il yanvarın 27-si gimnaziyanın dördüncü sinifindən xaric olmuşdur. 2017-2018 tədris ilində yenidən gimnaziyaya daxil olmuş və gimnaziyanın beşinci sinifində təhsil almışdır. Göyşay şəhəri, S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya tərəfindən verilmiş 01 oktyabr və xx xxxxxxx 2019-cu il tarixli arayışlardan görünür ki, X21 və X31 həqiqətən gimnaziyanın İV və Vİ sinifində təhsil alırlar. İsti yemək və paltarla təmin edilmişlər. Apelyasiya icraatı zamanı sorğu əsasında alınaraq məhkəmə iclasında tədqiqi edilmiş; Şəki şəhər Təhsil şöbəsinin Kiçik Dəhnə kənd 1 saylı orta məktəb tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X30 hal-hazırda həmin məktəbin 8-ci sinfində təhsil alr. Şagirdin dərsə davamiyyəti, eləcə də təhsilə münasibəti yaxşıdır. Şəki şəhər Təhsil şöbəsinin Kiçik Dəhnə kənd 2 saylı orta məktəb tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2009-cu il təvəllüdlü X33 və xx.xx.2005-ci il təvəllüdlü X30 həmin məktəbdə oxumurlar. Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 109 nömrəli məktubundan görünür ki, Cavabdeh həmin kənddə qeydiyyatda olsa da, hal-hazırda Mingəçevir şəhərində yaşayır. Özünün deməsinə görə övladlarından Nurlanə Yusublu və Vüsal Yusubov özünün himayəsində Mingəçevir şəhərində, qızı X30 isə Kiçik Dəhnə kəndində anası X8 himayəsində yaşayır. Göyşay şəhəri, S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 169 nömrəli arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2009-cu il təvəllüdlü X33 elektron ərizəyə əsasən xx.xx.2019-cu il tarixdən Mingəçevir 1 nömrəli tam orta məktəbə getmiş, hər ikisi yataqda qalmır və gimnaziyanın dövlət himayəsində deyillər. Mingəçevir şəhər Təhsil söbəsi, Mingəçevir şəhər 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışlardan müəyyən edilir ki, X1 şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin 4-cü, X25 isə həmin məktəbin 6-cı sinfində oxuyurlar. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 50.-2, 56.1-ci maddələrinə və digər statut qanunlara istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatını və iş üzrə təqdim olunmuş sənədləri bir-birilə əlaqəli şəklildə araşadıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. X5 Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X9 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X37 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “X37” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-422/2013 saylı qətnaməsi ilə iddiaçı Yusubova Güney Şöhrət qızının iddiası təmin edilmiş, iddiaçı ilə Yusubova Güney Şöhrət qızı arasında xx.xx.2004cü il tarixdə Şəki rayon VVADQ şöbəsində bağlanmış 294 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan uşaqları xx xxxxxxxx 2005-ci il təvəllüdlü X16, xx xxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxx 2009-cu il təvəllüdlü X17 anası Yusubova Güney Şöhrət qızının yanında qalmaları qət edilmiş, həmçinin İddiaçı xx xxxxxxxx 2005-ci ildə doğulmuş X34, xx xxxxxx 2007-ci ildə doğulmuş X26 və xx xxxxx 2009-cu ildə doğulmuş X18 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 30 manat olmaqla cəmi 90 manat aliment tutularaq Yusifova Güney Şöhrət qızına verilməsi qət edilmişdir. Sonradan iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-422/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğlərinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-975/2019 saylı qətnaməsi xx xxxxxxxx 2005-ci il təvəllüdlü X16, xx xxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxx 2009-cu il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinadən qeyd edir ki, nə qədər ki, hazırki vəziyyətdə uşaqların anaya (cavabdeh Güney İslamovaya) verilməsi, ananın yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsinə dair preyudisial qüvvəyə malik olan məhkəmə qərarları mövcuddur və iddiaçı könüllü olaraq icrası məcburi olan məhkəmə qərarını icra etməli olduğu halda bunu etməmişdir o, aliment ödəmək öhdəliyindən azad edilmir. Çünki xx xxxxxx 2007-ci il təvəllüdlü X10 və xx xxxxx 2009-cu il təvəllüdlü X17 bir müddət Göyşay şəhəri, S.Vurğun adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyada oxumaları, onların həmin dövr ərzində maddi ehtiyaclarının dövlət tərəfindən qarşılanması heç bir hüququ əsasa söykənmədən, heç də iddiaçını aliment öhdəliyindən, o cümlədən onu övladlarına valideyn (ata) qayğısı göstərməsindən kənarda qalmasına rəvac verə bilməz. Əvvəla ona görə ki, yuxarıda qeyd edildiyi kimi sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X21 və xx xxxxx 2009-cu il təvəllüdlü X31 hazırda cavabdehin himayəsində olmaqla Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbdə oxuyurlar. Kollegiya qeyd edir ki, sözügedən uşaqların İnteqrasiya təlimli İnternat tipli gimnaziyada və ya buna oxşar təhsil müəssisələrində ehtiyaclarının ödənilməsi valideynləri öz öhdəliyindən azad etməməklə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını istisna etməməli, xüsusən də aliment ödənilmə kimi incə məsələdən yayınmasına səbəb olmamalıdır. Çünki uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi qanunvericiliyin imperativ normasıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və ya alemrnt öhdəliyindən azad etmə tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Apelyasiya instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Əgər valideyn olaraq tərəflərin hər ikisi uşaqların mənafeyini düşünürsə, onların mənafeyinə öz şəxsi hisslərindən yaranan səbəblərə görə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasslıdır. İş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməyərək, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1600/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Kərimova (İslamova) Güney Şöhrət qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1600/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbil edilsin. İddiaçı cavabdeh Kərimova (İslamova) Güney Şöhrət qızına qarşı “xx xxxx 2019-cu il tarixdən etibarən Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-975/2019 nömrəli qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X21 və xx xxxxx 2009-cu il təvəllüdlü X20 təyin edilmiş aliment öhdəliyindən azad edilməsi barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar