Məhkəmə qərarları › İş №2(107)-267/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-267/2025

08.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-267/2025 08.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına və Şəki-Zaqatala Regional Təhsil İdarəsinə qarşı “əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi, iddiaya cavab verməli olmayan filial) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına və Cavabdehnə qarşı “əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinə və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbi və ŞəkiZaqatala Regional Təhsil İdarəsindən 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq ona verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 sentyabr 2007-ci ildə 46 nömrəli əmrlə Oraban kənd orta məktəbinə 1 ştat vahidi işə qəbul edilmişdir. Daha sonra onların işlədiyi məktəb Oraban kənd orta məktəbindən ayrılaraq Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı kimi fəaliyyətini davam etdirmişdir. İşə qəbul edildiyi gündən hal-hazırki günədək həmin məktəbdə əmək fəaliyyətini davam etdirməkdədir. İşlədiyi müddətdə işində hər-hansı bir nöqsana yol verməmişdir. İşə başladığı müddətdə onun əmək haqqısı barədə direktor tərəfindən ona şifahi məlumat verilmiş və keçən müddət ərzində o, illər üzrə artımlarla əmək haqqısını almışdır. Daha sonra onunla birlikdə işləyən, ondan daha sonra işə girmiş digər işçilərin ondan daha artıq əmək haqqı aldığını hiss etdikdən sonra araşdırılma aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən ona ünvanlanmış həmin məktubu aldıqdan sonra tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesindən keçilmiş, Şəki 1 X4 mediatoru Dərya Yaşarlı tərəfindən 03 iyun 2024-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞŞ/MT018/2024-00835 nömrəli arayış verilmişdir. Onun 1 ştat işinin 0,5 ştata çatdırılmasından ümumiyyətlə məlumatı olmamış, bununla bağlı ona heç bir əmr təqdim edilməmiş, onunla hər-hansı bir müqavilə bağlanmamışdır. Məktəb rəhbərliyi tərəfindən o, qanunsuz olaraq 1 ştat vahidi işdə işləyən işçinin görməli olduğu işi görməyə məcbur edilmişdir. Ancaq bunun müqabilində ona 0,5 ştat vahidi iş üçün əmək haqqı ödənilmişdir. Göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən 28 mart 2024-cü il tarixdə verilmiş 3-17-5/2-C17109/2024 nömrəli cavab məktubunda da, göstərilmişdir.

3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı iddia tələbi ilə müraciət edərək 2016-cı ildə ştatların endirilməsi dövründən ona ödənilməli olan vəsaitin cavabdeh orqandan alınaraq verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisyardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 saylı qərarına uyğun olaraq sinif komplektlərinin sayları nəzərə alınmaqla müəyən olunur. Ümumtəhsil Məktəblərində nümunəvi ştatlar hər cari tədris ili başlamazdan əvvəl, yəni sentyabr ayında sinif komplektləri nəzərə alınmaqla təsdiqlənir. 2016-cı ildə Şəki rayon Baş Kəldək ümumi orta məktəbində sinif komplektlərinin saylarının azalması səbəbindən kiçik xidmət edici ştatlarında ixtisar aparılmış və heç bir kiçik xidməti işçi kənarda qalmasın deyə işçilərin razılığı əsasında məktəb direktorunun müvafiq əmri ilə hər bir kiçik xidməti işçiyə 0,5 ştat vahidi olmaqla iş verilmiş və 2016-cı il tarixdən hazırki dövrə kimi İddiaçı əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. İddiaçı işinin 1 ştat vahidindən 0,5 ştata çatdırılması barədə onun məlumatı 2016-cı il tarixdən olmuş və əmək haqqını da məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından almışdır. Bu barədə ümumiyyətlə məlumatının olmaması, bununla bağlı ona heç bir əmrin təqdim edilməməsi və hər-hansı bir müqavilənin bağlanmamasına dair iddiaçının arqumenti əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinə əsasən 2016-cı il tarixdən ona əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. Həmin müqavilə Əmək və X12 də öz əksini tapır. O ki, qaldı tərəflər arasında bağlanılan yazılı əmək müqaviləsində aşkar olunan çatışmazlıqlar bununla bağlı iddiaçının müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının işlədiyi məktəbin sabiq direktoru inzibati qaydada cərimə olunmuşdur. İddiaçı məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından 2016-cı il tarixdən əmək haqqını alması 2016-cı ildən bu barədə məlumatlı olmasını təsdiq edir. Ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. Qeyd edək ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddiaçının cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq verilməsi, həmçinin aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə iddia tələbinin iddia müddəti tətbiq olunaraq rədd edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş edirəm.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı maaşlarının aşağı endirilməsindən anasının xəbəri olmayıb. Daha sonra anası İddiaçı ilə birlikdə işləyən, ondan daha sonra işə girmiş digər işçilərin ondan daha artıq əmək haqqı aldığını hiss etdikdən sonra məktəbin direktoruna müraciət etmiş, lakin heç bir nəticə verməmişdir. Bundan sonra araşdırılma aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki- Zaqatala regional şöbəsinə müraciət etdikdən sonra onun razılığı olmadan ştat vahidinin 1 ştat vahiddən 0.5 ştat vahidə endirilməsi məlum olmuşdur. Odur ki, bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir.

5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X14 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddianın müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

7. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 nömrəli qətnaməsi ilə (hakim: E.Vəliyev), iddianın qismən təmin edilməsi, İddiaçı 04 iyul 2023-cü il tarixdən hesablanmaqla alınmalı olduğu əmək haqqısına olan əlavələr cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdeh tərəfindən ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Oraban kənd orta məktəbinin direktorunun əmri ilə xadimə vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra Oraban kənd orta məktəbindən ayrılaraq Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı kimi fəaliyyətini davam etdirmişdir. Sinif komplektlərinin sayının azalması zamanı həmin ştatlardan, o cümlədən işçilərdən birinin ixtisara düşməsi zəruriyyəti yaranmışdır. Şəki rayon Baş Kəldək ümumi orta məktəbində kiçik texniki işçi vəzifəsində ştat ixtisarı olduğundan, heç bir işçinin işdən çıxarılmaması məqsədi ilə İddiaçı 1 ştat olan kiçik texniki işçi vəzifəsi 0,5 ştata endirilmişdir.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 04 iyul 2024-cü il tarixdə müraciət etmiş, Cavabdeh nümayəndəsi isə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Əmək Qanunverciliyinin tələblərinə əsasən, ştatlarda dəyişiklik və ya ixtisar olunmuşdursa, İddiaçı ştatında dəyişiklik edilməsi ilə bağlı qarşılıqlı razılıq əsasında əmək müqaviləsində əlavə və ya dəyişiklik olunmalı, yaxud onunla yeni müqavilə bağlanmalı idi. Lakin göründüyü kimi işəgötürən kimi cavabdeh tərəf Əmək Məcəllləsinin tələblərini pozaraq, işçi ilə yeni əmək müqaviləsi bağlamadan, onun razılığı olmadan, ştat vahidini endirmişdir. Bundan başqa ümumiyyətlə bu barədə heç bir əmr verilməmişdir. Sözügedən təhsil müəssisəsinin direktoru tərəfindən işçinin razılığı olmadan əmək müqaviləsində vəzifəyə edilən dəyişikliklər qanunsuzdur.

12. Bundan başqa işəgötürən məktəbin direktoru X10 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqavilələrində də səhvə yol verilmiş, əmrlərdə müxtəlif nömrələr qeyd edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin tarixi fərqli göstərilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən əmrlər verilərkən mövcud qanunvericiliyin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Mülki prosessual qanunvericiliyin tələblərinə görə cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbi İddiaçım ştat vahidinin 1 ştat vahiddən 0.5 ştat vahidə endirilməsi zamanı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün qaydaları riayət edildiyini təsdiq edən halları sübut etməli olduğu halda bunu etməmişdir.

13. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti iddiaçının tələb etdiyi 2016-cı ildən 04 iyul 2024-cü il tarixinədək şamil edilməlidir. Belə ki, iddiaçının əmək haqqının ödənilməsi yəni pul tələbinin ödənilməsi ilə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ olduğundan iddiası məhkəməyə müraciət etdiyi 04 iyul 2024-cü ildən bir il geriyə 04 iyul 2023-cü il tarixdən olan hissədə əsaslıdır.

14. Məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 2016-cı il tarixdən 04 iyul 2023-cü il tarixədək Əmək Məcəlləsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə isnad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir.

15. Odur ki, məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə isnad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı 04 iyul 2023-cü il tarixdən hesablanmaqla alınmalı olduğu əmək haqqısına olan əlavələr cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və ŞəkiZaqatala Regional Təhsil İdarəsi tərəfindən ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 55, 56, 59, 82, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2(075)- 1752/2024 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır.

19. Belə ki, ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 saylı qərarına uyğun olaraq sinif komplektlərinin sayları nəzərə alınmaqla müəyən olunur. Ümumtəhsil Məktəblərində nümunəvi ştatlar hər cari tədris ili başlamazdan əvvəl, yəni sentyabr ayında sinif komplektləri nəzərə alınmaqla təsdiqlənir. 2016-cı ildə Şəki rayon Baş Kəldək ümumi orta məktəbində sinif komplektlərinin saylarının azalması səbəbindən kiçik xidmət edici ştatlarında ixtisar aparılmış və heç bir kiçik xidməti işçi kənarda qalmasın deyə işçilərin razılığı əsasında məktəb direktorunun müvafiq əmri ilə hər bir kiçik xidməti işçiyə 0,5 ştat vahidi olmaqla iş verilmiş və 2016-cı il tarixdən hazırki dövrə kimi İddiaçı əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir.

20. İddiaçı işinin 1 ştat vahidindən 0,5 ştata endirilməsi barədə onun məlumatı 2016cı il tarixdən olmuş və əmək haqqını da məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından almışdır. Bu barədə ümumiyyətlə məlumatının olmaması, bununla bağlı ona heç bir əmrin təqdim edilməməsi və hər-hansı bir müqavilənin bağlanmamasına dair iddiaçının arqumenti əsassızdır. Belə ki, iddiaçının X11 Xidmətinin Şəki-Zaqatala reqional şöbəsinə etdiyi müraciətinə verilən 28 mart 2024-cü il tarixli 3-17-5/2-M-17136/2024 saylı məktubda göstərilmişdir ki, araşdırma zərurəti ilə əlaqədar son 3 (üç) ilin iş vaxtının uçotu tabelləri və əmək haqqı hesablama cədvəlləri müəssisədən tələb edilmiş və təqdim olunan sənədlərdə iddiaçının 0.5 ştat vahidinə uyğun iş saatlarında işləməsi həmin sənədlərlə öz təsdiqini tapmışdır.

21. 2016-cı il tarixdən iddiaçıya əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. O ki, qaldı tərəflər arasında bağlanılan yazılı əmək müqaviləsində aşkar olunan çatışmazlıqlar bununla bağlı iddiaçının müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının işlədiyi məktəbin sabiq direktoru inzibati qaydada cərimə olunmuşdur.

22. Hazırki fərdi əmək mübahisəsi üzrə iddiaçı hüququnun pozulması barədə ilk olaraq (bir aylıq müddət baxımından) fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi X9 yox, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqana müraciət etməli idi. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımının başlanğıcını düzgün müəyyən etmədiyinə görə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına səbəb olur.

23. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, iddiaçı tələbində onun hüquqlarının pozulduğunu, onun razılığı olmadan işəgötürən tərəfindən birtərəfli qaydada əmək müqaviləsinin dəyişdirilərək onun işinin 1 ştat vahidindən 0,5 ştata endirildiyini göstərmişdir. İddiaçı işinin 1 ştat vahidindən 0,5 ştata endirilməsi barədə onun məlumatı 2016-cı il tarixdən olmuş və əmək haqqını da məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından almışdır. Bu barədə ümumiyyətlə məlumatının olmaması, bununla bağlı ona heç bir əmrin təqdim edilməməsi və hər-hansı bir müqavilənin bağlanmamasına dair iddiaçının arqumenti əsassızdır. Belə ki, iddiaçının 0.5 ştat vahidinə uyğun iş saatlarında işləməsi və 2016-cı il tarixdən ona əmək haqqının 0.5 ştat vahidinə uyğun hesablanaraq ödənilməsi mübahisənin faktiki halı olmaqla aksiomadır.

24. İddiaçı məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından 2016-cı il tarixdən əmək haqqını alması 2016-cı ildən bu barədə məlumatlı olmasını təsdiq edir. Ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. Qeyd edək ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır.

25. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 04 iyul 2024-cü il tarixdə müraciət etmiş, Cavabdeh nümayəndəsi isə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti iddiaçının tələb etdiyi 2016-cı ildən 04 iyul 2024-cü il tarixinədək şamil edilməlidir. Belə ki, iddiaçının əmək haqqının ödənilməsi yəni pul tələbinin ödənilməsi ilə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ olduğundan iddiası məhkəməyə müraciət etdiyi 04 iyul 2024-cü ildən bir il geriyə 04 iyul 2023-cü il tarixdən olan hissədə əsaslıdır.

26. Hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair ərizəsini tətbiq edərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul etməli idi.

27. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, iddiaçının əmək münasibətləri üzrə hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2016-cı ildən 8 il keçdikdən sonra məhkəməyə müraciət etməsi də özü özlüyündə iddia tələbinin əsassız olması baxımından rədd olunması üçün əsasdır.

28. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq verilməsi, həmçinin aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə iddia tələbinin iddia müddəti tam hissədə tətbiq olunaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

29. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərsə də, etiraz elektron, yaxud da fiziki qaydada imzalanmadığından həmin etirazın müzakirəsi mümkün olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin nümayəndələri səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 46-cı maddənin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 57-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 288-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməsini əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

42. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiаçı İddiaçı 01 sentyabr 2007-ci ildə Oraban kənd orta məktəbinin direktorunun əmri ilə xadimə vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra iddiaçı fəaliyyətini Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialında davam etdirmişdir. Şəki rayonu Baş Kəldək kənd ümumi orta məktəbi üzrə 120 nömrəli, 15 sentyabr 2016-cı il tarixli əmr ilə Baş Kəldək kənd ümumi orta məktəbinin Cücəmiş filialında sinif komplektlərinin sayının azalmasına əsasən məktəbdə mövcud olmuş 1.5 ştat vahid kiçik xidmətedici işçi vəzifəsi ixtisara düşdüyündən, iddiaçının 1 ştat vahid iş həcmi 0.5 ştat vahidi iş həcmində saxlanılmışdır. Sonradan, yəni xx.xx.2022-ci il tarixi qeyd edilməklə iddiаçı İddiaçı ilə Şəki rayon Baş Kəldək ümumi orta məktəbi arasında iddiaçının həmin məktəbə 0.5 ştat vahidi ilə xadimə işinə qəbul edilməsinə dair əmək müqaviləsi bağlanmış, X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən İddiaçı şikayəti üzrə araşdırma aparılarkən isə xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin iddiаçı İddiaçı tərəfindən əslində 07 fevral 2024-cü il tarixdə imzalanması müəyyən edilmişdir. İddiaçı 1 ştat vahid iş həcminin 0.5 ştat vahidinə endirilməsindən məlumatının olmadığını, onunla hər hansı bir müqavilənin bağlanmadığını əsas gətirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

45. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

46. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

47. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

48. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

49. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

50. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

51. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

52. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılarkən cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına qarşı qətnamə qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

54. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi İddiaçı iş həcminin 1 ştat vahidindən 0.5 ştat vahidinə endirilməsinə dair əmr Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin direktoru tərəfindən verilmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin əsassız olmasına dair dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı işəgötürəni Şəki rayonu Baş Kəldək ümumi orta məktəbi olduğu halda birinci instansiya məhkəməsi yanlış olaraq seçilmiş cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək Şəki rayonu Baş Kəldək ümumi orta məktəbi ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb Cavabdeh ilə yanaşı iddiaya cavab verməli olmayan Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına da yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

56. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

57. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

58. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.

60. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.

61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 fevral 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir.

62. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.

63. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia müddətinin axımının başlanğıcını düzgün müəyyən etməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

65. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür;

66. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

67. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdehnə qarşı hissədə iddia tələbinin əmək haqqına əlavələrin məhkəməyə müraciət edildiyi 04 iyul 2024-cü ildən bir il geriyə 04 iyul 2023-cü il tarixdən hesablanmalı olmasına dair apardığı əsaslandırma ilə razılaşır.

68. Lakin sonradan, yəni xx.xx.2022-ci il tarixi qeyd edilməklə iddiаçı İddiaçı ilə Şəki rayon Baş Kəldək ümumi orta məktəbi arasında iddiaçının həmin məktəbə 0.5 ştat vahidi ilə xadimə işinə qəbul edilməsinə dair əmək müqaviləsinin bağlanması, iddiаçı İddiaçı tərəfindən isə həmin müqavilənin 07 fevral 2024-cü il tarixdə imzalanması, beləliklə də iddiаçı İddiaçı 07 fevral 2024-cü il tarixdən Şəki rayon Baş Kəldək ümumi orta məktəbində 0.5 ştat vahidi ilə xadimə işləməsinə dair yazılı razılığı nəzərə alınmadan 07 fevral 2024cü il tarixdən sonrakı dövr üçün də Cavabdeh tərəfindən iddiаçı İddiaçı əmək haqqına əlavələrin ödənilməli olmasına dair gəldiyi nəticə ilə razılaşmır.

69. Məhkəmə kollegiyası hesab edir ki, iddiаçı İddiaçı 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün də əmək haqqına əlavələrin Cavabdeh tərəfindən ödənilməli olmasına dair birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.

70. Belə ki, işdə olan Şəki rayon Baş Kəldək ümumi orta məktəbi ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı həmin tarixdən Şəki rayon Baş Kəldək ümumi orta məktəbinə aylıq 179.50 manat əmək haqqı ödənilməklə, iş saatları saat 09:00-dan 13:00-dək müəyyən edilməklə, yəni 0.5 ştat vahidi ilə xadimə işinə qəbul edilmişdir.

71. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 28 mart 2024-cü il tarixli məktubdan görünür ki, onun Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı birbaşa müraciətinə X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində baxılmışdır. Müraciəti ilə bağlı Cavabdehnə sorğu məktubları göndərilmişdir. Tərəflərindən Əmək və X16 vasitəsilə aparılan araşdırma zamanı məlum olmuşdur ki, o xx.xx.2008-ci il tarixdən Şəki Təhsil Şöbəsinin sabiq müdiri X3 tərəfindən xadimə işinə qəbul edilmişdir. Hazırki dövrdə məktəbə rəhbərlik edən direktor Taleh Novruzov təqdim etdiyi izahatında 2018-ci ildə həmin məktəbə direktor təyin edildiyini və sabiq direktorun dövrünə aid heç bir kadr sənədlərin mövcud olmadığını bildirmişdir. Eyni zamanda T. Novruzov 2016-cı ildə sabiq direktor tərəfindən onun 1 (bir) ştat işinin 0.5 ştat vahidinə endirilməsini qeyd etmişdir. Qeyd olunan hal ilə bağlı sabiq direktor tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 121 nömrəli əmr sənədlərə əlavə edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar son 3 (üç) ilin iş vaxtının uçotu tabelləri və əmək haqqı hesablama cədvəlləri müəssisədən tələb edilmiş və təqdim edilmişdir. Həmin sənədlərdə onun 0.5 ştat vahidinə uyğun iş saatlarında işləməyi müəyyən edilmişdir. Həmçinin onun xx.xx.2022-ci il tarixədək olan dövrdə ƏMAS-də əmək müqaviləsi bildirişlərində ştat məlumatları tam olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11- ci maddəsinin 1-ci hissəsinin “a” bəndinin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biridir. Qeyd olunan maddənin tələbini və ƏMAS-də əmək müqaviləsi bildirişlərinə baxış keçirilərkən işəgötürən şəxs qismində Şəki Təhsil Şöbəsinin sabiq müdiri X2 olması müəyyən edilir. ƏMASdə olan məlumatların hüquqi qüvvəyə malik olmasını nəzərə alaraq onun təqsiri olmadan 2016-cı ildən etibarən əmək haqqısı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. Cavabdeh Şəki rayonu üzrə təhsil sektoru tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdən yenidən Şəki rayonu Baş Kəldək kənd məktəbinə xadimə işinə qəbul edilmişdir. Məktəb tərəfindən təqdim edilən yazılı formada bağlanılan əmək müqaviləsində müqavilənin bağlanma tarixi düzgün qeyd edilməmiş və işə başlama tarixində müvafiq düzəliş edilmişdir. Qeyd olunanlarla bağlı məktəb direktoru Taleh Novruzov izahatında texniki səhv etdiyini və sonradan oxunmaq şərti ilə düzəlişlər apardığını bildirmişdir. Eyni zamanda həmin əmək müqaviləsinin onun tərəfindən 07 fevral 2024-cü il tarixdə imzalanmasını bildirmişdir. Məcəllənin tələblərinə əsasən əmək müqaviləsi dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Məcəllənin 44-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır, iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Qeyd olunan maddələrin tələblərinə əsasən Taleh Novruzov tərəfindən ƏMAS-də müvafiq qeydiyyat xx.xx.2022-ci il tarixdə aparılsa da həmin qeydiyyat üçün əsas olan yazılı formada bağlanılmış əmək müqaviləsi tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Həmçinin əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri həmin dövrə qədər razılaşdırılmamışdır. T. Novruzov izahatında onun işə qəbul edilməyi ilə bağlı daha əvvəl müqavilə bağladığını bi!dirərək həmin müqaviləni təqdim edilməs! üçün müddət istəmiş, lakin heç bir sənəd təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq tərəflərindən Şəki rayonu, Baş Kəldək kənd ümumi orta məktəbinin direktoru X7 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin ödənilməsini təmin edərək nəticəsi barədə X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə rəsmi məlumat verilməsi üçün Şəki rayonu, Baş Kəldək ümumi orta məktəbinə göstəriş məktubu göndərilmişdir. Müraciətində qeyd etdiyi məsələlər ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

72. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına yönəlmiş və iddianın Cavabdehnə qarşı təmin edilmiş İddiaçı 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdeh tərəfindən ödənilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialından 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq ona verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması, 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdehndən alınaraq ona ödənilməsi hissələrində iddia tələbi rədd edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)- 1752/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına yönəlmiş və iddianın Cavabdehnə qarşı təmin edilmiş İddiaçı 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdeh tərəfindən ödənilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialından 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq ona verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması, 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdehndən alınaraq ona ödənilməsi hissələrində iddia tələbi rədd edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1752/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar