Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-27/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı оğlunun iştirakı ilə, iddiаçı İddiaçı оğlunun cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 manat pulun, həmin torpağa görə cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan və 10000 manat mənəvi ziyan əvəzinin, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı оğlunun cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı Balakən rayonu Mahamalar kəndində yerləşən JN-1963 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 manat pulun, həmin torpağa görə cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan və 10000 manat mənəvi ziyan əvəzinin, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi tələbinə dair iddiasının əsаssız оlduğundаn təmin edilməməsi, iddiaçının iş üzrə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsindən narazı qalan İddiaçı оğlu apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(107)- 1048/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı оğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsi Balakən rayonu Mahamalar kəndində yerləşən JN- 1963 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 (səkkiz min) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiаçı İddiaçı оğluna ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Balakən rayonu Mahamalar kəndində yerləşən JN-1963 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzində 491 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiаçı İddiaçı оğluna ödənilməsi, iddianın torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin ödənilməsi tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(107)- 1048/2019 nömrəli qətnaməsindən İddiaçı оğlu və vəkili X7 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6565/19 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cuil tarixli, 2(107)- 1048/19 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşin halları İddiаçı İddiaçı оğlu cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddiа ərizəsi ilə Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət edərək Balakən rayonu Mahamalar kəndində yerləşən JN-1963 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 manat pulun, həmin torpağa görə cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan və 10000 manat mənəvi ziyan əvəzinin, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2002-ci ilin noyabr ayında Cavabdeh1 sonuncunun mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,15 ha torpaq sahəsini 1.200.000 (bir milyon iki yüz min) manat pul müqabilində almışdır. Yuxarıda qeyd olunan 1.200.000 manat pul Cavabdeh1 ödənildikdən sonra cavabdeh xx xxxxxx 2002-ci il tarixdə Balakən rayonu Qasbinə bələdiyyəsinə ərizə ilə müraciət edərək mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin ona bağışlandığını bildirmiş və həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsini bələdiyyədən xahiş etmişdir. Cavabdeh1 tərəfindən 1.200.000 manat pul verilməsini əvvəllər aralarında yaranmış məhkəmə proseslərində şahid qismində iştirak etmiş, hazırki iş üzrə Cavabdeh2 etiraf etmişdir. Bundan sonra Balakən rayonu Qasbinə bələdiyyəsi sədrinin, habelə onun və cavabdehin iştirakı ilə akt tərtib olunmuş və mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən ona təhvil verilmişdir. Balakən rayonu Qasbinə bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli iclasında Cavabdeh1 Balakən rayonu Qasbinə bələdiyyəsinə ünvanladığı xx xxxxxx 2002-ci il tarixli ərizəsi müzakirəyə çıxarılmış və Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,15 ha torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmışdır. Cavabdeh1 ilə alqı-satqı müqaviləsinin həmin dövrdə notarial qaydada bağlana bilinməməsinin səbəbi isə Cavabdeh1 şəxsiyyətini təsdiq edən sənədlərinin qaydada olmaması olmuşdur. Belə ki, cavabdeh şəxsiyyətini təsdiq edən sənədi əldə etdikdən sonra həmin torpağı notarial qaydada ona satacağını bildirmişdir. Qeyd etmək istəyir ki, ərizəyə əlavə olunmuş JN-1963 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən də görünür ki, Balakən rayonu X2 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən cavabdehin mülkiyyətinə Balakən rayonunun Mahamalar kəndində 0,15 ha torpaq sahəsi verilmişdir. 2011-ci ilin əvvəllərində Cavabdeh1 ilə Balakən rayonu ərazisində rastlaşmış və cavabdehdən torpaq sahəsini sənədləşdirmək məqsədi ilə onunla birgə notariat kontoruna getməsini xahiş etmişdir. Cavabdeh isə buna razılıq verərək ilk əvvəl həmin torpaq sahəsinə dair xx xxxxxx 2011-ci il tarixdə Azərbaycan Repsublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış” əldə etmiş və həmin arayışı ona təqdim edərək vaxtı olan kimi xəbər edəcəyini və notariat kontoruna geləcəyini bildirmişdir. Lakin, cavabdeh torpaq sahəsinin alqı-satqısına dair əqdin rəsmiləşdirilməsindən qərəzli olaraq yayınaraq notariat kontoruna gəlməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Nəticədə, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış"ın etibarlıqlıq müddəti (30 gün) bitmişdir. 2011-ci ilin avqust ayında Cavabdeh1 ilə Balakən rayonu ərazisində yenidən rastlaşmış və həmin ilin əvvəllərində nəyə görə onu aldadaraq notariat kontoruna gəlməməsini cavabdehdən soruşmuşdur. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək, güya ki, üzrlü səbəbdən notariat kontoruna gələ bilmədiyini demişdir. Sonda isə cavabdeh yenidən “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülülyünə) dair dövlət reyestrindən arayış” almaq məqsədi ilə onunla birgə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə getmiş və xx xxxxxx 2011-ci il tarixdə həmin arayışı əldə etmişdir. Bundan sonra cavabdeh alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə Balakən rayon Dövlət Notariat Kontoruna getmiş və kontorun işçiləri ilə özgəninkiləşdirmə üçün əlavə nə sənədlərin lazım olması ilə maraqlanmışlar. Lakin cavabdeh növbəti dəfə də onu aldadaraq oradan ayrılmış və onunla əlaqə saxlamaq mümkün olmamışdır. 2002-ci ildən 2012-ci ilədək həmin torpaq sahəsinin vergisi özü tərəfindən ödənilmişdir. Həmin torpaq sahəsinə tərəfindən qulluq olunaraq oradakı kollar, daş və çınqıllar təmizlənilmiş, torpaq sahəsinin münbitliyinin artırılması məqsədi ilə gübrə tökülmüş, bağ salınmış, su çəkilmiş, hasara alınmış, darvaza və talvar quraşdırılmışdır. Hazırda Cavabdeh1 arvadı X1 qeyd olunan torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmış və onun iddiası əsaslı hesab olunaraq təmin olunmuşdur. Bunun üçün əsas isə Cavabdeh1 ilə aralarında tərtib olunmuş aktdakı imzanın sonuncuya məxsus olmaması ilə bağlı ekspert tərəfindən rəy verilməsi olmuşdur. Lakin həmin aktdakı imza Cavabdeh1 məxsus olmasa belə, oğlu - iş üzrə digər Cavabdeh2 etirafı və keçən 15 il ərzində Cavabdeh1 torpaq sahəsindən istifadə etməyinə görə heç bir söz deməməsi, onunla birgə 2 dəfə dövlət notariat kontoruna getməsi, əldə etdiyi “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülülyünə) dair dövlət reyestrindən arayış”ın əsillərinin onda olması 1.200.000 manat pulun cavabdehlər tərəfindən götürülməsini tam sübut edir. Hesab edir ki, əgər arvadı X1 qeyd olunan torpaq sahəsindən çıxarılması qərara alınmışdırsa, onda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan aldığı 240 (iki yüz qırx) manat (keçmiş 1.200.000 manatın əvəzində) pulu, əldən çıxmış faydanı, ona vurduqları mənəvi zərəri və torpaq sahəsinin abadlaşdırılması (yaxşılaşdırılması) üçün çəkdiyi xərcləri ona ödəməlidirlər. Belə ki, cavabdehlərin hərəkətləri nəticəsində o, 22260 (iyirmi iki min iki yüz altmış) manatlıq faydasından (gəlirindən) məhrum olmuşdur. O həmin dövrdə cavabdehlərdən yox, başqa şəxsdən həmin ərazidə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almış olsa idi, hazırda həmin torpaq sahəsini 22500 (iyirmi iki min beş yüz) manata (15 sot x 1500 manat) sata bilərdim. Bununla yanaşı, torpaq sahəsindəki kolların, daş və çınqılların təmzilənməsi, torpaq sahəsinin münbitliyinin artırılması məqsədi ilə gübrə tökülməsi, bağ salınması, su çəkilməsi, hasara alınması, darvaza və talvar quraşdırılması üçün çəkdiyi xərclər cəmi 8000 (səkkiz min) manat təşkil etmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi ziyan da dəymişdir. Hesab edir ki cavabdehlərin ona vurmuş olduğu mənəvi ziyanın dəyəri 10.000 (on min) manatdır. Bunа görə də hazırkı tələblə məhkəməyə mürаciət etmək məcburiyyətində qаlmışdır. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiаçı Bаyrаmоv Fаzil Kаmаl оğlu cavabdeh Аğаcаnоvа Nаimə Tаğı qızınа qarşı iddiа ərizəsi ilə Balakən Rayon Məhkəməsinə mürаciət edərək Bаlаkən rаyоnu Mаhаmаlаr kəndində yerləşən cаvаbdehin mülkiyyətində оlаn 0,15 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısınа dаir 04 nоyаbr 2002-ci il tаrixli müqаvilənin etibаrlı (bаğlаnmış) hesаb edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmiş, Balakən Rayon Məhkəməsi onun iddiasını təmin etsə də, Şəki Apellyasiya Məhkəməsi işə apellyasiya qaydasında baxaraq iddianı rədd etmişdir. Аğаcаnоvа Nаimə Tаğı qızı onun anasıdır. Bu işdə özünün heç bir cavabdehliyi yoxdur. İddia Аğаcаnоvа Nаimə Tаğı qızına qarşı yönəlməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə digər Cavabdeh1 iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsindən iddiаçı İddiaçı оğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə Balakən rayon X3 xx xxxx 2018-ci il tarixli rəyinə heç bir hüquqi qiymət verməmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 11534/12163 nömrəli rəyi əsasında torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərcin müəyyən edilməməsi qənaətinə gəlmişdir. Halbuki, Balakən rayon X6 xx xxxx 2018-ci il tarixli rəyində orada gördüyü işləri qeyd etməsinə baxmayaraq, yalnız plastik borunun uzunluğunun nə qədər olması və torpaq sahəsinə verilmiş peyinin miqdarının qeyd olunmaması halını əsas götürərək yaxşılaşdırmaya çəkilən xərcin nə qədər olmasını müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Balakən Rayon Məhkəməsi tərəfindən ona görə ekspertiza təyin edilərək Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir ki, həmin iş üzrə ekspertizanı Məhkəmə Ekspertiza Mərkəzi aparsın. Lakin iş üzrə ekspert yalnız Balakən rayon X3 rəyinə istinad etməklə rəy tərtib etmiş və ümumiyyətlə əraziyə baxış keçirməmişdir. Bu halda məhkəmə təkrar məhkəmə ekspertizası təyin etməli idi. Məhkəmə torpaq sahəsinin satılması adı altında ondan alınmış pulun qaytarılması məsələsinə də ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, Cavabdeh1 onun tərəfindən 1.200.000 manat pul verilməsini əvvəllər aralarında baş tutmuş məhkəmə proseslərində şahid qismində iştirak etmiş, hazırkı iş üzrə Cavabdeh2 etiraf etmişdir. Bununla yanaşı, Cavabdeh2 2002-ci ilin noyabr ayında qeyd olunan torpaq sahəsi ona satılan zaman onları aldadaraq müqaviləyə özü imza etmişdir. İşin bu halını Cavabdeh2 məhkəmə bildirişlərindəki və müqavilədəki imzası ilə eyniləşdirdikdə müəyyən etmək mümkün olur. Balakən Rayon Məhkəməsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış faydaya da münasibət bildirməmişdir. Belə ki, cavabdehlərin hərəkətləri nəticəsində o, 22260 (iyirmi iki min iki yüz altmış) manat həcmində faydadan (gəlirdən) məhrum olmuşdur. O, həmin dövrdə cavabdehlərdən yox, başqa şəxsdən həmin ərazidə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almış olsaydı, hazırda həmin torpaq sahəsini 22500 (iyirmi iki min beş yüz) manata (15 sot x 1500 manat) sata bilərdi. Balakən Rayon Məhkəməsi cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi ziyan dəyməsi məsələsinə də münasibət bildirməmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(019)-1548/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəfin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tаrixli, 2(019)-1548/2018 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş JN-1963 (KOD 40108018) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bаlаkən rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının xx xxxx 1998-ci il tаrixli 08 nömrəli qərаrı ilə X4 0.15 hа kənd təsərrüfatı təyinatlı tоrpаq sаhəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-1373/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiаçı Bаyrаmоv Fаzil Kаmаl оğlunun cavabdeh Аğаcаnоvа Nаimə Tаğı qızınа qarşı Bаlаkən rаyоnu Mаhаmаlаr kəndində yerləşən cаvаbdehin mülkiyyətində оlаn 0,15 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısınа dаir 04 nоyаbr 2002-ci il tаrixli müqаvilənin etibаrlı (bаğlаnmış) hesаb edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(107)-1299/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-1373/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iddia əsassız hesab edilərək rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Balakən rayon X3 xx xxxxx 2019-cu il tarixli, 58 nömrəli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsində olan ağacların dəyəri 491 manat məbləğində müəyyən edilmişdir. İşdən görünür ki, Bаlаkən rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının xx xxxx 1998-ci il tаrixli 08 nömrəli qərаrı ilə X4 0.15 hа kənd təsərrüfatı təyinatlı tоrpаq sаhəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-1373/2016 nömrəli qətnaməsi ilə iddiаçı Bаyrаmоv Fаzil Kаmаl оğlunun cavabdeh Аğаcаnоvа Nаimə Tаğı qızınа qarşı Bаlаkən rаyоnu Mаhаmаlаr kəndində yerləşən cаvаbdehin mülkiyyətində оlаn 0,15 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısınа dаir 04 nоyаbr 2002-ci il tаrixli müqаvilənin etibаrlı (bаğlаnmış) hesаb edilməsi tələbinə dair iddiası təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli, 2(107)- 1299/2016 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-1373/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iddia əsassız sayılaraq rədd edilmişdir. İddiaçı 2002-ci ilin noyabr ayında Cavabdeh1 sonuncunun mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,15 ha torpaq sahəsini 1.200.000 (bir milyon iki yüz min) manat pul müqabilində aldığını iddia edir. İddiаçı İddiaçı оğlu mübahisəli torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 (səkkiz min) manat pulun, həmin torpağa görə cavabehlərin ondan aldığı 240 (iki yüz qırx) manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 (iyirmi iki min iki yüz altmış) manat maddi ziyan və 10000 (on min) manat mənəvi ziyan əvəzinin, cəmi 40500 (qırx min beş vüz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsi ilə bağlı qənaətini belə əsaslandırmışdır ki, işdə iddia tələbində göstərilən zərərin müəyyən olunmasının mümkün olmaması barədə ekspert tərəfindən verilmiş rəy vardır. İddiaçı tərəfindən təqdim edilmiş və mülki işə əlavə olunan həmin ekspert rəyindən görünür ki, tərəflər arasındakı digər mübahisə ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi zamanı mübahisələndirilən torpaq sahəsinə iddiaçı tərəfindən çəkilən xərclərin müəyyən olunması mümkün olmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6565/19 qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamış, işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı işə kassasiya qaydasında baxmış məhkəmə kollegiyası özünün xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6565/19 qərarında göstərmişdir ki, başqa bir işdə ziyanın miqdarını müəyyən etməyin mümkün olmaması hazırkı iş üzrə eyni məqsədlə ekspertiza təyin olunmasının qarşısını almır. Digər tərəfdən, iş materiallarında belə bir ekspert rəyi olmuş olsa da, onun hansı iş üzrə alındığı, həmin iş üzrə yekun məhkəmə qərarının nədən ibarət olduğu, həmin iş üzrə çıxarılmış yekun məhkəmə qərarı ilə hazırkı işdə preyudisiallıq keyfiyyəti daşıya bilən halların və faktların müəyyən olunub-olunmadığı işdən görünmür. Nəhayət, məhkəmənin istinad etdiyi həmin ekspert rəyində torpağın yaxşılaşdırılması ilə bağlı çəkilmiş xərclərin miqdarının müəyyən edilməməsinin səbəbi torpağın yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin (suvarma ilə bağlı sərf olunmuş plastik borunun markası, diametri, torpağa gübrə kimi verilmiş peyinin miqdarı və s.) konkret göstərilməməsi ilə izah edilmişdir. Həmin rəydə mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş ağaşların və digər bitkilərin dəyərinin müəyyən edilməsi bağlı hər hansı tədqiqat aparılmamışdır. Balakən rayon X3 xx xxxxx 2019-cu il tarixli, 58 nömrəli rəyinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin rəy işdə olan digər sübutlarla əlaqəli şəkildə və təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi qəbul edilə bilər. Bu rəy mübahisəli torpaq sahəsində əkilmiş və mövcud olan ağaclarla (meyvə və bəzək) bağlı mübahisə doğurmasa da, həmin ağacların dəyəri ilə bağlı hissədə mübahisə doğurur və məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı obyektiv rəyin alınması üçün işə yenidən baxan məhkəmə müvafiq ekspertiza təyin olunmasını müzakirə etməlidir... Buna görə də kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən torpağın yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzinin ödənilməsi tələbi ilə yanaşı digər tələblərin də əsaslılığı bir daha yoxlanılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə hazırkı apellyasiya icraatı zamanı Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2991/2019 nömrəli qərardadı ilə kompleks məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxx 2020-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2550 nömrəli “bitki mənşəli maddələrin tədqiqi üzrə məhkəmə-bioloji ekspertizası”nın rəyi, xx xxxxxx 2021-ci ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2550 nömrəli “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2550 nömrəli “bitki mənşəli maddələrin tədqiqi üzrə məhkəməbioloji ekspertizası”nın rəyində qeyd olunur ki: - Mübahisəli 0.15 ha torpaq sahəsində aqrotexniki qulluq edilməmiş vəziyyətdə 7 (yeddi) ədəd fındıq topası (kolu), 5 (beş) ədəd sortu yaxşılaşdırılmış gavalı ağacı, 2 (iki) ədəd sortu yaxşılaşdırılmış alça ağacı, 2 (iki) ədəd sortu yaxşılaşdırılmış cır ərik ağacı, 5 (beş) ədəd sortu yaxşılaşdırılmış yerli gilənar ağacı vardır. Ağacların yaşı vegetativ orqanların inkişaf göstəricilərinə görə təxminən 4-5 yaşlarının olmasına uyğundur; - Sahədə torpağın mexaniki tərkibi qumsal, rənginin qara (humuslu) olması sahəyə peyin, adi torpaq qatıldığını göstərir. Eyni zamanda, sahə daşlardan təmizlənmiş, daş seçilərək kənara atılmışdır. Sahənin bir neçə il əvvəl münbitləşdirildiyi görünür. Torpağın yaxşılaşdırılması üçün normada hər hektara 20-30 ton peyin verilir. Müayinə olunan sahənin 0,15 ha olmasına baxmayaraq sahə çay yatağı olduğu üçün hesablama 1 ha normaya uyğun aparılmışdır; - Sahədə mövcud olan 1 (bir) ədəd tut ağacı, 2 (iki) ədəd akasiya ağacı payalardan özü-özünə bitmişdir; Məhsuldarlıq ağacların yaşına görə belə hesablandı: - yaşı təxminən 4 il olan 7 (yeddi) ədəd fındıq ağacı (kolu), hər ağacdan 1 kq olmaqla cəmi 7 kq məhsul; - yaşı təxminən 5 il olan 2 (iki) ədəd ərik ağacı, hər ağacdan 30 kq olmaqla cəmi 60 kq məhsul; - yaşı təxminən 5 il olan 5 (beş) ədəd gavalı ağacı, hər ağacdan 20 kq olmaqla cəmi 100 kq məhsul; - yaşı təxminən 5 il olan 2 (iki) ədəd alça ağacı, hər ağacdan 25 kq olmaqla cəmi 50 kq məhsul; - yaşı təxminən 5 il olan gilənar ağacının 5 (beş) ədədinin hər ağacdan 20 kq olmaqla cəmi 100 kq məhsul verməsi müəyyən olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2550 nömrəli “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın rəyində qeyd olunur ki: - Nəzəri hesablama yolu ilə, Balakən rayonu Mahamalar kəndində yerləşən JN-1963 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsində mövcud olan meyvə və digər ağacların orta bazar qiyməti ilə dəyəri və 1 il ərzində əldə edilməsi etiamal olunan məhsulun dəyəri təxminən 1503,00 (min beş yüz üç) manat müəyyən edilir. O cümlədən: - 20 ədəd meyvə ağacının dəyəri - 1064,00 manat; - 9 ədəd çəkil və akasiya ağacının dəyəri - 154 manat; - Əldə edilməsi ehtimal olunan məhsulun dəyəri - 285, 00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Lakin qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsində zərərin əvəzinin ödənilməli həcminin düzgün hesablanmasının böyük əhəmiyyəti vardır. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələbini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərdən mübahisəli torpaq sahəsinə görə o vaxt vermiş olduğu 1.200.000 (bir milyon iki yüz min) manatın əvəzi kimi 240 (iki yüz qırx) manat pul tələbi əsaslıdır. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(107)-166/2017 nömrəli qətnaməsində Cavabdeh2 (hazırkı iş üzrə cavabdeh) birinci instansiya məhkəməsinin iclasında şahid qismində verdiyi ifadəsinə istinad edilmişdir. Şahid Cavabdeh2 həmin ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun anasıdır. 2002-ci ildə anası Naimə özünə məxsus olan 0,15 ha torpaq sahəsini İddiaçı vermişdir. Fazil onların həyətində ******* AZM pulu onun yanında anası Naiməyə vermişdir. O vaxtdan da həmin torpaqdan Fazil istifadə edir. İstinad edilən qətnamədən görünür ki, xx xxxxxx 2002-ci il tarixdə Balakən rayonu Qazbinə bələdiyyəsində Cavabdeh1 özünə məxsus 0.15 ha torpaq sahəsini İddiaçı bağışlaması barədə akt tərtib olunmuşdur. Əslində isə tərəflər arasında mübahisəli torpaq sahəsinin faktiki alqı-satqısı baş vermiş, lakin bu razılaşma (müqavilə) mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız əqd olmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə isə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu normalara müvafiq olaraq iddiaçı mübahisəli torpaq sahəsini cavabdehlərə qaytardığı təqdirdə, cavabdehlər də həmin torpaq sahəsinə görə aldıqları pulu geri verməlidirlər. Ona görə də iddianın 240 (iki yüz qırx) manat pul tələbinə dair hissəsi təmin edilməlidir. Bundan başqa, işdə olan Balakən rayon X3 xx xxxxx 2019-cu il tarixli, 58 nömrəli rəyindən çıxış edərək məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin həcmini 491 (dörd yüz doxsan bir) manat məbləğində qəbul edir. Ona görə də iddiaçının mübahisəli 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 manat pul tələbi də qismən, yəni 491.00 manat məbləğində təmin edilməlidir. İddiaçının cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan əvəzinin ödənilməsi ilə bağlı tələbi də həmçinin qismən, yəni ekspertiza rəylərinə əsasən müəyyən olunmuş 1503 (bir min beş yüz üç) manat məbləğində təmin edilməlidir. Məhkəmə kollegiyası iddianın vurulmuş mənəvi zərərə görə 10000 manat pul tələbinə dair hissəsini əsassız hesab edir. Cavabdeh1 qanuni mülkiyyətlərində olan mübahisəli torpaq sahəsini geri tələb etmək və özünə qaytarmaqla iddiaçıya mənəvi sarsıntı və iztirab yetirməsi ağlasığan və qəbuledilən deyildir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Cavabdeh2 apellyasiya məhkəməsinə vəsatətlə müraciət edərək özünü İddiaçı tərəfindən irəli sürülmüş iddiaya cavab verməli şəxs hesab etmədiyini, mübahisəli torpaq sahəsinin anası Cavabdeh1 məxsus olduğunu, həmin torpağın ona heç bir aidiyyətinin olmadığını bildirmiş və MPM-in 54-cü maddəsinə əsasən onun hazırkı iş üzrə cavabdehlikdən çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, MPM-in 54-cü maddəsinin müddəaları baxımından Cavabdeh2 cavabdehlikdən çıxarılması (əsl cavabdeh hesab edilməməsi) iddiaçının razılığı ilə mümkündür, İddiaçı isə buna razı deyil. Digər tərəfdən, Cavabdeh2 anası Cavabdeh1 ilə ümumi təsərrüfat aparırlar və mübahisəli torpaq Cavabdeh1 mülkiyyətində olsa da, həmin torpağı geri almaqda və özləri istifadə etməkdə Cavabdeh2 daha çox maraqlı olmuşdur. Ona görə də Cavabdeh2 vəsatəti qəbulolunmazdır. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Birinci instansiya məhkəməsinin işə baxılması zamanı yol verdiyi MPM-in 385.1.2 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş pozuntular apellyasiya şikayətinin dəlilləri baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın mahiyyəti üzrə yeni qətnamə çıxarılması üçün əsasdır. MPM-in 385.1.2 və 385.1.4-cü maddələrinə görə: məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı оğlunun cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 manat pulun, həmin torpağa görə cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan və 10000 manat mənəvi ziyan əvəzinin, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilməli, iddiаçı İddiaçı оğlu tərəfindən mübahisəli torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzində 491 manat, həmin torpağa görə verilmiş 240 manat, əldən çıxmış fayda qismində ona dəymiş maddi ziyanın əvəzində 1503 manat olmaqla cəmi 2234 manat pul vəsaiti cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiаçı İddiaçı оğluna verilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə ekspertizaları üzrə aparılmış tədqiqatların dəyərini təşkil edən cəmi 170 manat pul vəsaitinin 100 manatı iddiаçı İddiaçı оğlundan, 70 manatı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385, 387, 390, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı оğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı оğlunun cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 manat pulun, həmin torpağa görə cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan və 10000 manat mənəvi ziyan əvəzinin, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. İddiаçı İddiaçı оğlu tərəfindən mübahisəli torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzində 491 (dörd yüz doxsan bir) manat, həmin torpağa görə verilmiş 240 (iki yüz qırx) manat, əldən çıxmış fayda qismində ona dəymiş maddi ziyanın əvəzində 1503 (bir min beş yüz üç) manat olmaqla cəmi 2234 (iki min iki yüz otuz dörd) manat pul vəsaiti cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiаçı İddiaçı оğluna verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə ekspertizaları üzrə ekspert tədqiqatlarının dəyərini təşkil edən cəmi 170 (bir yüz yetmiş) manat pul vəsaitinin 100 (bir yüz) manatı iddiаçı İddiaçı оğlundan, 70 (yetmiş) manatı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-27/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-27/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver