Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-279/2023 29.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, qərəzli hərəkətlərinə son qoyulması, tikilinin sökülməsi və ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: Hasarın sökülməsi) X1 (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, qərəzli hərəkətlərinə son qoyulması, tikilinin sökülməsi və ziyan tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-6/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh RX seriyalı ******* nömrəli “X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndindəki 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 (iyirmi) il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20.000 (iyirmi min) manat pulun və 5000 (beş min) manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin artırılması barədə ərizə verərək Cavabdeh RX seriyalı ******* nömrəli “X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə Zaqatala-Balakən şosesinin üzərində yerləşən torpaq sahəsinə ən yaxın hissədən yolun verilməsi, torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 (iyirmi) il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20.000 (iyirmi min) manat pulun və 5000 (beş min) manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
3. İddiaçı məhkəmə baxışı zamanı məhkəməyə ərizə verərək Cavabdeh RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin 5kv/m hissəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi,torpaq sahəsinə girişçıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 (iyirmi) il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20.000 (iyirmi min) manat pulun və 5000 (beş min) manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xüsusi mülkiyyətində Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsi vardır. Qeyd olunan əmlak üzərində hüquqları 01 aprel 2019-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”la rəsmiləşdirilmişdir.Cavabdeh xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini mişar daşından inşa edilmiş barı ilə hasara almaqla ora giriş hüququnu məhdudlaşdırmışdır.20 ilə yaxın müddətdir ki, cavabdeh onun torpaq sahəsindən istifadə edir və hər ildə mütəmadi olaraq həmin torpağın hesabına gəlir götürür. Cavabdeh maneçilik törətməyə çalışsa da uzun müddət çəkən məhkəmə proseslərindən sonra həmin əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilmişdir.Lakin cavabdeh bununla belə onu həmin əmlaka buraxmamaqla,əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını kobud şəkildə pozmuşdur. Ekspertiza rəyi ilə də təsdiq olunur ki, həmin torpaq sahəsi onundur, Cavanşirin evinin 5 kv/m hissəsi onun torpaq sahəsində inşa olunmuşdur. Lakin Cavabdeh yenə də öz qanunsuz əməllərindən əl çəkmir.Cavabdehin bu hərəkətləri nəticəsində onun 20 il ərzində torpaqdan fayda götürmək hüququ da məhdudlaşdırılmışdır. Qeyd olunan dövrdə o həmin torpaq sahəsini icarəyə verməklə və orada bitən otu çalmaqla 1 ildə orta hesabla 1000 manat gəlir götürə bilərdi. Bütün bunlar isə onun mənəvi sarsıntı keçirməsinə və ona mənəvi ziyan dəyməsinə səbəb olmuşdur.Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyan 5000 (beş min) manat olaraq qiymətləndirilməlidir. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi də cavabdehin RX seriyalı ******* nömrəli «X8 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış»a əsasən xüsusi mülkiyyətində olan Balakən rayonu,Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin 5kv/m hissəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi,torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi,ona dəymiş maddi və mənəvi ziyanın ödənməsidir.Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddiası əsassızdır. İddiaçı torpaq sahəsi başqa ərazidədir. Sadəcə olaraq sənədlər düzgün işlənməmişdir. Onun istifadə etdiyi torpaq sahəsinin İddiaçı aidiyyəti yoxdur. O, uzun müddətdir o torpaq sahəsindən istifadə edir,orada ağaclar əkmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-6/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, Cavabdeh RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh İddiaçı özünün mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh əldən çıxmış faydaya görə 1500 ( bir min beş yüz) manat və mənəvi ziyana görə 1500 (bir min beş yüz ) manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 70 manat ekspertiza xərcinin 61,60 manatının İddiaçı, 8,40 manatının Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində Balakən rayonu Katex kəndində 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh uzun müddətdir həmin torpaq sahəsindən istifadə edir və iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Bununla da Cavabdeh İddiaçı mülkiyyət hüququnu pozur ,ona maddi və mənəvi ziyan vurur. Cavabdeh oğluX3 mülkiyyətində olan fərdi yaşayış evinin 5 kv.m hissəsi və 16 kv.m səthi hamarlanmış beton örtüyü İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur.
8. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır ki, iddia tələbinin Cavabdeh RX seriyalı ******* nömrəli “X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
9. Məhkəmə işin hallarını, mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququnun olmamasını, onun həmin torpaq sahəsini zəbt etməsini, Cavabdeh İddiaçı öz mülkiyyətində olan torpağından istifadə etməsinə imkan verməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsindən çıxarılmalı, Cavabdeh İddiaçı özünün mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır.
10. Məhkəmə onu da qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mütəxəssis rəylərində və xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ekspert rəylərində Cavabdeh İddiaçı mülkiyyətində olan 0,2585 ha torpaq sahəsinin yalnız 21 kv/m hissəsindən istifadə etdiyi, torpaq sahəsinin qalan hissəsindən iddiaçının özünün istifadə etdiyi göstərilsə də məhkəmə iclasında tədqiq olunan sübutlarla,o cümlədən cavabdehin özünün izahatı ilə müəyyən edildi ki, sözügedən torpaq sahəsindən iddiaçı istifadə etmir. Həmin torpaq sahəsi tikinti altında olan hissə istisna olmaqla bütünlüklə cavabdehin istifadəsindədir. Ona görə də məhkəmə sözügedən mütəxəssis və ekspert rəylərini həmin hissədə sübut kimi qəbul etmir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh ona 20000 manat maddi və 5000 manat mənəvi ziyan vurduğunu iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
13. Bununla yanaşı İddiaçı uzun müddət öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, iki il beş aydan artıq müddətdə dəfələrlə məhkəmə iclaslarına gedib -gəlməsini, bununla bağlı həm maddi, həm də mənəvi iztirab çəkməsinin labüd olmasını nəzərə alaraq, Cavabdeh maddi ziyana görə 1500 manat və mənəvi ziyana görə 1500 manatın alınıb İddiaçı verilməsini qanuni və əsaslı hesab etmişdir.
14. Məhkəmə tikililərin sökülməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikililər Cavabdeh deyil, X3 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbi cavabdehə qarşı yönəlir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
15. Məhkəmə İddiaçı Cavabdeh məxsus tikililərin sökülməsini tələb etməsini, sökülməsi tələb edilən tikililərin, Cavabdeh deyil, hazırkı işdə cavabdeh qismində iştirak etməyən X3 mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi tikililərin sökülməsi hissəsində təmin edilməməlidir.
16. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq 70 manat ekspertiza xərcinin 61,60 manatı İddiaçı, 8,40 manatı Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 238.1, 238.3, 239.2, 1096, 1097.1 və 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, İnsan Hüquqlarının və X7 X2 10-cu maddəsinə və Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etmişdir.
18. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı və Cavabdeh apellyasiya şikayətləri vermişlər.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-430/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Həmin qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin iddiaçının apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4336/2022 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-430/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4336/2022 saylı qərarında göstərilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən Balakən rayonu Katex kəndi ərazisində iddiaçının mülkiyyətində 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin ərazidə yerləşən digər torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi bu tələb üzrə hər hansı dəyərləndirmə aparmadan, iddiaçının torpaq sahəsi ilə gediş-gəliş yolu arasında hansı maneələrin olması, həmin yola çıxışı məhdudlaşdıran hasarın mövcud olması, həmin hasarın kim tərəfindən çəkilməsi və s. məsələlər üzrə heç bir araşdırma aparmadan bu tələbi rədd etmişdir. Apellyasiya məhkəməsi isə bu tələbə bir cümlə ilə qiymət verərək göstərmişdir ki, işin faktiki halları ilə və keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq iddiaçının yuxarıda göstərilən torpaq sahəsinə yol şosse yolu tərəfdən servitut hüququ ilə verilə bilər. Həmin tələbin cavabdeh tərəfindən təmin edilməsi mümkün deyildir.
24. Halbuki iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsini mişar daşından inşa edilmiş barı ilə hasara almaqla ora giriş hüququnu məhdudlaşdırmışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla məhkəmələr iş üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni həmin torpaq sahəsi ilə şosse yol arasında hansı maneənin olmasını, mübahisəli hasarın kimə məxsus torpaq sahəsinə və km tərəfindən çəkildiyini müəyyən etməmişdir.
26. İş materiallarında olan rəylərə əlavə edilmiş sxemlərdən müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi X4 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin arxasında yerləşsə də, həmin torpaq sahəsi ilə yol arasında sxemdə K.P.İ, yəni “X10 üçün ayrılan sahə” kimi qeyd olunmuş torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsindən yola çıxmaq üçün maneənin (hasarın) mövcudluğu, onun kim tərəfindən çəkilməsi, qanuni olması, iddiaçının yolunu bağlayıb bağlamaması və s. məsələlər araşdırılmadan bu tələbin rədd edilməsi düzgün olmamışdır.
27. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində qanuni və əsaslı sayıla bilməz.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin dəlilləri
28. Mübahisəyə kassasiya qaydasında baxıldıqdan sonra İddiaçı apellyasiya şikayətinin müzakirə edilməli olan dəlilində göstərmişdir ki, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini mişar daşından inşa edilmiş barı ilə hasara almaqla torpaq sahəsinə olan hüquqlarını məhdudlaşdırmışdır.
29. Ona görə də, Azərbaycan Respublikası Balakən Rayon Məhəkəməsin 16 dekabr 2021-ci il tarixli, 2(019)-6/2021 iş nömrəli qətnaməsinin, qismən, yəni, iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında İddiaçı özünün apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
32. Cavabdeh, tərəflərin vəkilləri, üçüncü şəxs Balakən rayonu Katex Bələdiyyəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
34. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qərarlar:
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4336/2022 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-430/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır.
42. Ona görə də məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-6/2021 nömrəli qətnaməsinin əsaslılığını iddianın rədd olunmuş torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan, torpaq sahəsinin qarşısındakı hasarın sökülməsi hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsi hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4336/2022 saylı qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan və mübahisələndirilən yəni, “torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinə” dair hissəsinə qiymət verilməsi zəruridir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Birinci instansiya məhkəməsi iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsi tələbi üzrə hər hansı bir dəyərləndirmə aparmadan həmin hissədə iddia tələbini rədd etmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(107)-279/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1410 saylı rəydə göstərilmişdir:
48. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatlı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İddiaçım mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən həmin torpaq sahəsinin qarşı hissəsindən keçən magistral yoladək olan məsafədə inşa edilmiş daş hasar, yaşayış evinin müəyyən hissəsi və qaz xətti mövcuddur.
49. Azərbaycan Respublikası Əmlak Məsələləri Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatlı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə həmin torpaq sahəsinin qarşı hissəsindən keçən magistral yolun arasında X3 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömərəsi **********12 olan Çıxarış sənədinə əsasən 0.12 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan ölçüləri 0.06 ha olmaqla Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi yerləşir.
50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatlı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İddiaçım mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən həmin torpaq sahəsinin qarşı hissəsindən keçən magistral yoladək olan məsafədə inşa edilmiş daş hasarın uzunluğu 24.29 m olmaqla Balakən rayonu, Katex bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsinin hüdudları daxilində və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin magistral yol boyu uzanan ərazinin qarşısından keçən hissəsində hasarın ölçüləri 18.80 metr olmaqla X3 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömrəli **********12 olan Çıxarış sənədinə əsasən 0.12 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir.
51. Həmin hasarın mövcudluğu iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yolun bağlayıb- bağlamaması ilə bağlı bildirilir ki, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında iddiaçının mülkiyyətinə yol nəzərdə tutulmamışdır.
52. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan hasar tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
54. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
55. Göründüyü kimi, ekspert rəyində İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə həmin torpaq sahəsinin qarşı hissəsindən keçən magistral yolun arasında X3 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömərəsi **********12 olan Çıxarış sənədinə əsasən 0.12 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan ölçüləri 0.06 ha olmaqla Balakən rayonu Katex bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi yerləşir. İddiaçı mülkiyyətində olan 0.2585 ha torpaq sahəsinin qarşısındakı Balakən rayonu Katex bələdiyyəsinə aid 0.06 ha torpaq sahəsində magistral yoladək olan məsafədə inşa edilmiş daş hasarın uzunluğu 24.29 metr təşkil edir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4336/2022 saylı qərarında əks olunan göstərişlərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının torpaq sahəsi ilə gediş-gəliş yolu arasında hansı maneələrin olması, həmin yola çıxışı məhdudlaşdıran hasarın mövcud olması, həmin hasarın kim tərəfindən çəkilməsinin, qanuni olmasının, iddiaçının yolunu bağlayıb bağlamamasının müəyyən edilməsi məqsədi ilə, Balakən rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğular verilmiş və həmin əraziyə yerində baxış keçirmişdir.
57. Baxış zamanı İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən həmin torpaq sahəsinin qarşı hissəsindən keçən magistral yoladək olan məsafədə Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsində Cavabdeh tərəfindən daş hasarın inşa edildiyi, inşa edilmiş daş hasarın iddiaçının yolunu bağladığı, həmin hasarın qarşısında 1.5-2 metr məsafədə əkilmiş ağacların olduğu və hasarın qarşısından qaz boru xəttinin keçdiyi müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı iştirak etmiş Cavabdeh həmin hasarın onun tərəfindən inşa edildiyini, hasarın magistral yola doğru qarşısındakı 1.5-2 metr məsafədə ağacların onun tərəfindən əkildiyini bildirmişdir.
58. Bundan başqa Şəki Apellyasiya Məhkəməsinin sorğusu nəticəsində əldə edilmiş və mülki iş materiallarına əlavə edilmiş, Balakən rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 mart 2023-cü il tarixli, 12 nömrəli məktubundan görünür ki, Balakən rayonu, Katex kəndi ərazisində yerləşən X5 məxsus qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12-10301 olan fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********82 olan 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətarfındakı daş hasar 2012-ci ildə Cavabdeh tərəfindən inşa edilmişdir.
59. X11 Məhkəməsinin sorğusu nəticəsində əldə edilmiş və mülki iş materiallarına əlavə edilmiş, Balakən rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 avqust 2023-cü il tarixli, 75 nömrəli məktubundan görünür ki, 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin magistral yola doğru qarşı hissəsindəki daş hasar 2012-ci ildə Cavabdeh tərəfindən inşa edilmişdir.
60. Göründüyü kimi İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən həmin torpaq sahəsinin qarşı hissəsindən keçən magistral yoladək olan məsafədə Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsində Cavabdeh tərəfindən daş hasar inşa edilmiş, bununla da iddiaçının mülkiyyətində olan torpaq sahəsindən yola çıxış imkanları məhdudlaşdırılmışdır.
61. Məhkəmənin sorğusu əsasında əldə edilən və mülki iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 avqust 2023-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan Katex kəndinin kompleks yerquruluşu layihələrinə əsasən Katex kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan yol sahələrinin eni müxtəlif ölçülərdə 4.5 metr, 5 metr, 6 metr və sair ölçülərlə nəzərdə tutulmuşdur.
62. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hasarın cavabdehə aid olmayan, yəni bələdiyyəyə aid torpaq sahəsində 2012-ci ildə çəkilməsi, həmin hasarın mövcudluğunun iddiaçının yolunu bağlaması müəyyən edilmişdir. Ekspertiza rəyində ölçüləri diqqətə alınaraq onun Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi qeyd edilməsinə baxmayaraq, mübahisəli hasar cavabdehə aid və yaxud da cavabdehlə bələdiyyəyə aid torpaq sahələrinin sərhəddində çəkilmədiyindən hasarın qanuni olması halı müəyyən edilməmişdir.
63. Kollegiya qeyd edir ki, mübahisəli əraziyə yerində baxış keçirilərkən Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın qarşısından qaz boru xəttinin keçməsinə, həmin ərazidə 1.5-2 metr məsafədə ağacların əkilməsinə baxmayaraq, iddiaçı tərəfindən qaz boru xətti və ağaclarla bağlı məsələ mübahi sələndirilməmiş, hasarın söküldüyü halda iddiaçının nəqliyyat vasitəsindən istifadə etmədən mülkiyyətində olan torpaq sahəsinə giriş hüququnun təmin ediləcəyi müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası hesab edir ki, hasarın mövcudluğunun iddiaçının yolunu bağlamasını müəyyən edilməsinə, onun qanuni olması halının müəyyən edilməməsinə baxmayaraq, iddiaçının hasarın sökülməsini məhz mülkiyyətində olan torpaq sahəsinə giriş hüququna, zəruri yol sahəsinə məhdudiyyətin aradan qaldırılması məqsədi ilə tələb etməsi işin mübahisəsiz halıdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən inşa edilmiş hasarın bütünlükdə deyil, Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 avqust 2023-cü il tarixli məktubu da diqqətə alınmaqla 4.5 metr məsafədə sökülməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası həmçinin bu qənaətə gəlir ki, mübahisəli hasar cavabdeh tərəfindən inşa edildiyindən onun 4.5 metr məsafədə sökülməsi də cavabdehin vəsaiti hesabına həyata keçirilməlidir.
65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-6/2021 nömrəli qətnaməsi qismən, yəni iddianın “torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi “torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsi” hissəsində qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin magistral yoladək olan məsafədə qarşı hissəsində, Balakən rayonu Katex Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 02 iyun 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş hasar, həmin hasarın İddiaçı torpaq sahəsinin qarşı hissəsində 1 rəqəmi ilə işarələnmiş sərhəddindən başlayaraq 4.5 məsafədə Cavabdeh öz vəsaiti hesabına sökülməli, İddiaçı “torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsi”nə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
66. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə 95.00 manat məbləğində smeta xərci ödənilməklə yanaşı iddiaçı tərəfindən həmin xərcin yarısı cavabdehdən tələb edildiyindən, mütəxəssis rəyinin verilməsi üçün iddaçı tərəfindən ödənilmiş 95.00 manat məbləğində smeta xərcinin yarısı, yəni 47.50 manatı Cavabdeh alınaraq İddiaçı verilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə cavavabdeh Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-6/2021 nömrəli qətnaməsi qismən, yəni iddianın “torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi “torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsi” hissəsində qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin magistral yoladək olan məsafədə qarşı hissəsində, Balakən rayonu Katex Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 02 iyun 2023cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş hasar, həmin hasarın İddiaçı torpaq sahəsinin qarşı hissəsində 1 rəqəmi ilə işarələnmiş sərhəddindən başlayaraq 4.5 məsafədə Cavabdeh öz vəsaiti hesabına sökülsun. İddiaçı “torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsi”nə dair iddia tələbi qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün iddaçı tərəfindən ödənilmiş 95.00 manat məbləğində smeta xərcinin yarısı, yəni 47.50 manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə cavavabdeh Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.