Məhkəmə qərarları › İş №2(107)-29/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-29/2022

17.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-29/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmək haqqı tələbi, dəbbə pulu, prosessual pozuntu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tаrixli, 2(051)-55/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1) 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının ödənilməsi (2005-ci və 2006-cı illərin, əmək haqqı); 2) 03 aprel 2006-cı il tarixdən 30 dekabr 2017-ci il tarixədək hesablanacaq əmək haqqı 11 il 8 ay 23 gün; 3) 01 yanvar 2018-ci il tarixdən 31 may 2019-cu il tarixinədək hesablanacaq əmək haqqı; 4) 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penya hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X13 Cəmiyyətinin sədri X5 tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir.Baş idarə həmin ərizəyə baxılması üçün 8 saylı region üzrə X9 göndərilmişdir.8 saylı region üzrə Əmək Müfəttişliyin işçisi “MMT” ATSC-nə gəlmiş və araşdırma apararaq müəyyən etmişdir ki,həqiqətən də onun əmək hüquqları kobudcasına pozulmuşdur.Ona görə də 25 dekabr 2017-ci il tarixli 000121 nömrəli protoklu tərtib etmişdir.Həmin protokolda qeyd olunanları nəzərə alaraq 8 saylı region üzrə Dövlət Əmək ‘Müfəttişliyinin rəisi inzibati tənbeh vermə haqqında 19 yanvar 2018-ci il tarixli 000132 nömrəli qərarı ilə” MMT” ATSC-i İH -nin sədrini Azərbaycan Respublikası - İnzibati Xətalar Məcəlləsinin 192.4- cü maddəsinə ilə təqsirli bilib bir min beş yüz manat məbləğində cərimə etmişdi.”MMT” ATSC-i İH-nin sədri X1 şəhər Məhkəməsinə şikayət edərək , həmin qərarın ləğv edilməsini xahiş etmişdir.Lakin Mingəçevir şəhər Məhkəməsinin İnzibati Xəta haqqında iş üzrə 27 fevral 2018-ci il tarixli 3(051) -178/2018 nömrəli qərarı ilə 8 saylı region üzrə X7 qərarını qüvvədə saxlamışdır. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə razılaşmayan “MMT” ATSC-i İH-nin sədri X1 şəhər Məhkəməsinin 27fevral 2018-0ci il tarixli qərarından Şəki Apelyasiya Məhkəməsinə qərarın ləğv edilməsi üçün şikayət etmişdi.Ancaq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “MMT” ATSC- i İH-nin sədri X3 şikayəti təmin edilməmişdir.Onun yaşını və xəstəliyini nəzərə alaraq cərimə məbləği beş yüz manat məbləğində azaldılmışdır."xxxx" ATSC-i İH-nin sədri X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu ,129- cu,172-ci və 315-ci maddələrinin tələblərini nəzərə almamış və vəzifə səlahiyyətlərini aşaraq mənim əmək hüquqlarımı kobud şəkildə pozmuşdur.Yuxarıda göstərilənlərdən hər bir nəticə alınmadığına görə, o əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinə ərizə ilə - müraciət etdim.Həmin ərizədə təkrar baxılması üçün 8 saylı region üzrə X9 göndərilmişdir. Onlar isə əmək hüquqlarımın bərpa olunması ilə əlaqədarməhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edirlər. Ona görə də 1) 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının ödənilməsi (2005-ci və 2006-cı illərin, əmək haqqı); 2) 03 aprel 2006-cı il tarixdən 30 dekabr 2017-ci il tarixədək hesablanacaq əmək haqqı 11 il 8 ay 23 gün; 3) 01 yanvar 2018-ci il tarixdən 31 may 2019-cu il tarixinədək hesablanacaq əmək haqqı; 4) 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penya hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 07 oktyabr 2020-ci il tarixli 2(051)-55/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, "xxxx" ASC-dən 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının (2005-ci və 2006-cı illərin əmək haqqı), 03 aprel 2006-cı il tarixdən 31 may 2019-cu il tarixinədək hesablanacaq 9562,39 manat əmək haqqının və 01 aprel 2006-cı il tarixinə ödənilməyən əmək haqqına görə 956 manat miqdarında penya olmaqla, cəmi 11232,39 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Məmmədov X8 Maşın Təmir ATSC-də işləmiş və 2005-ci il tarixdən hazırki vaxta kimi əmək haqqı almamışdır. İddiaçı 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının ödənilməsi (2005-ci və 2006-cı illərin, əmək haqqı) tələbi tam əsaslıdır. Belə ki, bu hesablama iş materiallarında olan sənədlərlə öz əksini tapmışdır. Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən təqdim edilən sənədlər əsasında hesablama aparılmış və İddiaçı illər üzrə işlədiyi aylar və minimum əmək haqqı nəzərə alımaqla illər üzrə əmək haqqı hesablanmış və 2006-cı ildən 2019-cu ilin sentyabr ayının 1-ə kimi əmək haqqı cəmi 9562,39 manat təşkil etmişdir. 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penya isə illər üzrə hesablanma nəzərə alınmaqla hesablanmış 9562,39 manat məbləğin 10 % miqdarında yəni 956 manat hesablanması məqsədə müvafiqdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı uzun illər əmək haqqı almamış və bununla da onun əmək hüquqları pozulmaqla ona ziyan dəymişdir. Buna görə də iddiaçıya dəymiş zərərə görə cavabdeh tərəfindən iddiaçıya müvafiq ödənclər ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096.1, 1097.1, 1108.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, çəkişmə prinsipi hüququ məhkəmə tərəfindən pozulmuşdur. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.04.2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29.12.2015-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, Plenumun “İ.Ağayevin şikayəti üzrə” 22.01.2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşə baxmış Mingəçevir Şəhər Çəhkəməsi qeyd olunan prosessual hüquq normasının, habelə Ali Məhkəmənin qərarında əks olunmuş tələbləri pozaraq, işə birtərəfli baxaraq, iş üzrə cavabdeh "xxxx" ASC-nin hüquq və maraqlarına zidd qətnamə qəbul etmişdir. Həmçinin İddiaçı iddiasını qismən təmin edən Mingəçevir Şəhər Məhkəməsi işdə hərtərəfli araşdırma aparmamış, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə ümumiyyətlə həmin illərdə "xxxx" ASC-nin fəailiyyət göstərib-göstərmədiyini, həmin illər üzrə işçilərə əmək haqqının hesablanıb-hesablanmadığını araşdırmamış və nəticədə düzgün olmayan qətnamə qət etmişdir. Belə ki, "xxxx" ASC 2011-2019-cu illər ərzində öz fəaliyyətini dayandırmışdır. Belə olan halda həmin illər üzrə müəssisədə hər hansı işçiyə əmək haqqının hesablanmasından söhbət belə gedə bilməzdi. Bundan əlavə "xxxx" ASC 2006-2011-ci illər və 2016-cı ildən sonra da öz fəaliyyətini dayandırmışdır. Bu barədə vergi orqanlarına müvafiq bildiriş göndərilmişdir. Müəssisə işləmədiyinə görə işçilərə də əmək haqqı hesablanmamış, onlar öz hesablarına məzuniyyətə buraxılmışlar. Mingəçevir Şəhər Məhkəməsi İddiaçı 2011- 2019-cu illər üzrə guya ödənilməmiş və əmək haqqı və penyanın tutulması barədə qətnamə qət etmişdir. Halbuki, həmin illər üzrə ASC fəaliyyət göstərməmişdir. Göründüyü kimi Mingəçevir Şəhər Məhkəməsi işi hərtərəfli araşdırmamış nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İddiaçı bildirmişdir ki, "xxxx" X13 Cəmiyyətinin sədri X5 tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş idarə həmin ərizəyə baxılması üçün 8 saylı region üzrə X9 göndərilmişdir. 8 saylı region üzrə Əmək Müfəttişliyin işçisi “MMT” ATSC-nə gəlmiş və araşdırma apararaq müəyyən etmişdir ki, həqiqətən də onun əmək hüquqları kobudcasına pozulmuşdur. Ona görə də 25 dekabr 2017-ci il tarixli 000121 nömrəli protoklu tərtib etmişdir. Həmin protokolda qeyd anları nəzərə alaraq 8 saylı region üzrə X7 rəisi inzibati tənbeh vermə haqqında 19 yanvar 2018-ci il tarixli 000132 nömrəli qərarı ilə ”MMT” ATSC-i İH-nin sədrini Azərbaycan Respublikası - İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilib bir min beş yüz manat məbləğində cərimə etmişdi. ”MMT” ATSC-i İH-in sədri X1 Şəhər Məhkəməsinə şikayət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsinin İnzibati Xəta haqqında iş üzrə 27 fevral 2018-ci il tarixli 3(051)- 178/2018 saylı qərarı ilə 8 saylı region üzrə X7 qərarını qüvvədə saxlamışdır. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə razılaşmayan “MMT” ATSC-i İH-nin sədri X1 Şəhər Məhkəməsinin 27 fevral 2018-ci il li qərarından Şəki Apellyasiya Məhkəməsinə qərarın ləğv edilməsi üçün şikayət etmiş, ancaq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “MMT” ATSC- i İH-nin sədri X3 şikayəti təmin edilməmişdir. Onun yaşını və xəstəliyini nəzərə alaraq cərimə məbləği beş yüz manat məbləğində azaldılmışdır. "xxxx" ATSC-i İH-nin sədri X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu ,129-cu,172-ci və 315-ci maddələrinin tələblərini nəzərə almamış və vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Yuxarıda göstərilənlərdən heç bir nəticə alınmadığına görə, o əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə təkrar baxılması üçün 8 saylı region üzrə X9 göndərilmişdir. Onlar isə əmək hüquqlarının bərpa olunması ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edirlər. Ona görə də o, 1) 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının ödənilməsi (2005-ci və 2006-cı illərin, əmək haqqı); 2) 03 aprel 2006-cı il tarixdən 30 dekabr 2017-ci il tarixədək hesablanacaq əmək haqqı 11 il 8 ay 23 gün; 3) 01 yanvar 2018-ci il tarixdən 31 may 2019-cu il tarixinədək hesablanacaq əmək haqqı; 4) 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penya hesablanması barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, əgər iddiaçının iddia etdiyi kimi 2005-ci ildən sözügedən müəssisədə işlədiyi gündən bu günə qədər işlədiyi dövrdə onun əmək haqqı düzgün hesablanmamış və ödənilməmişdirsə nə üçün bu qədər illər ərzində sözügdən müəssisədə işləməyə davam etmişdir? Əgər ASC tərəfindən iddiaçının əmək hüquqları pozulmuşdursa belə uzun bir zaman nə səbəbə və hansı məqsədlə sözügedən ASC-də işləməyə davam etmişdir? Bundan əlavə ötən 15 il ərzində iddiaçı əmək haqqının alınması barədə əmək hüquqlarının pozulması barədə məhkəməyə müraciət etməməklə qəsdən cavabdehin vəziyyətini ağırlaşdırmış ondan artıq pul qoparmaq məqsədi güdmüşdür. Belə olan halda cavabdehdən dəbbə pulu, penya tutulması barədə tələbi də əsassızdır. Göründüyü kimi Mingəçevir Şəhər Məhkəməsi hazırki iş üzrə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını pozmuş, işdə hərtərəfli araşdırma aparmamış nəticədə iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir, sözügedən məhkəmə qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tаrixli, 2(051)-55/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 138.1-ci maddəsinə bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(051)-55/2020 saylı qətnaməsinin ləğv, iddiaçı X6 cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-nə qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə amamış, maddi hüquq normalarının tətbiqində səhvə yo vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(051)-55/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən, düzgün maddi hüquq normalarına istinad etməmişdir. Mülki işdən göründüyü kimi hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsi olmaqla, ödənilməmiş əmək haqqının ödənilməsi tələbidir. Lakin qətnamə birini instansiya məhkəməsi tərəfindən əsaslandırılarkən MM-nin 21.1-ci, 1096.1, 1097.1, 1108.1 maddələrinə istinad edilmişdir. Həmin maddələrin məzmunundan görünür ki, onlar dəymiş ziyanın ödənilməsi, mülki hüquq pozuntusu və yüksək təhlükə ilə bağlı fəaliyyəti görə dəymiş zərərlə bağlıdır. Eyni zamanda iş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxışı iclası 07 oktyabr 2020-ci il tarixə saat 09:55-ə təyin edilmiş, ancaq cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onların iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 1978-ci il tarixdə "xxxx" ASC-də işə başlamışdır. Onun işdən azad edilməsinə dair heç bir məlumat yoxdur. Daha sonra müəyyən olunmuşdur ki, işçi İddiaçı 2006-cı ildə ərizəsi olmadan yəni Əmək Məcəlləsinin 138-ci maddəsinin tələblərinə zidd olaraq birtərəfli qaydada işəgötürən tərəfindən işçiyə öz hesabına qeyri-müəyyən müddətə əmək məzuniyyəti verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti və iddia tələbi qismən əsaslı olduğundan iddia ərizəsi və apelyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı iddia ərizəsində iki tələb irəli sürmüşdür. Cavabdeh "xxxx" ASC-dən 01 aprel 2006-cı il tarixdən 31 may 2019-cu il tarixinədək hesablanacaq əmək haqqının tutulub ona ödənilməsi, 01 aprel 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penyanın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi ödənilməyən əmək haqqına münasibətdə qismən əsaslıdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-58/2018 saylı 06.04.2018-ci il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 27.02.2018-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin idarə heyətinin sədri X5 İXM-in 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin onun apellyasiya şikayəti təmin edilməmiş, o, İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh “Maşın Təmir” ATSC-də 03 aprel 2006-cı ildə işçi İddiaçı əmək hüquqları pozularaq razılıq olmadan qeyrimüəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilmiş, əmək haqqı və digər ödənişləri ödənilməmişdir. İşin bu halları iddiaçının ödənişsiz məzuniyyətə göndərilməsi barədə 31 mart 2017-ci il tarixli 08 saylı əmr, əmək haqqı və təhviltəslim hesab kitabları, əmək kitabçası, “Mingəçevir Maşın Təmir" ATSC- 15 dekabr 2017-ci il tarixli 06 nömrəli məktubu ilə təsdiq olunur. Əmək Qanunvericiliyinə əsasən (Ödənişsiz məzuniyyətlərin növləri) maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. (Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması) maddəsində isə göstərilir ki, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. Kollegiyanın qənaətinə görə müəssisəsnin gəlirinin az olması və ya ümumiyyətlə olmaması işəgötürəni qeyd olunan tələblərdən azad etmir. Daha sonra kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş maddənin məzmunundan da görünür ki, tərəflərin mülahizəsinə əsasən işçiyə 6 ay ödənişsiz məzuniyyət verilməsi qanunidir. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya verilmiş 6 aylıq ödənişsiz məzuniyyət Əmək Qanunvericiliyinə uyğun olmuşdur. Yəni iddia tələbi ilk altı aya münasibətdə təmin edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, 6 ay üçün nəzərdə tutulan əmək haqqı yəni 180 manat, (6 ay x 30 manat = 180 manat) hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən təqdim edilən sənədlər əsasında hesablama aparılmış və İddiaçı illər üzrə işlədiyi aylar və minimum əmək haqqı nəzərə alımaqla illər üzrə əmək haqqı hesablanmış və 2006-cı ildən 2019-cu ilin sentyabr ayının 1-ə kimi əmək haqqı cəmi 9562,39 manat təşkil etmişdir. Ona görə də kollegiya hesab edir ki, iddianın təmin edilən hissəsi 9562,39 manat-180 manat= 9382,39 manat təşkil edir. Tələbin ikinci hissəsi ödənilməyən əmək haqqına görə penyanın tutulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, 01 aprel 2006-cı il tarixinə ödənilməyən əmək haqqına görə 956 manat miqdarında penyanın tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, "xxxx" ASC artıq fəaliyyətində dayanmalar və müəyyən maliyyə çatışmamazlıqları olmuşdur. Hazırda tələb edilən penya məbləğinin tutulması cavabdehin vəziyyətini daha da ağırlaşdıra bilər. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əlavə olaraq dəbbə pulunun tutulması məqsədəuyğun hesab edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə amamış, maddi hüquq normalarının tətbiqində səhvə yo vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(051)- 55/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamış, bu hüquq yalnız cavabdehə məxsus olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC-i tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tаrixli, 2(051)-55/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 9382,39 (doqquz min üç yüz səksən iki manat otuz doqquz qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar