Məhkəmə qərarları › İş №2(107)-295/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-295/2020

14.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-295/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-746/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-746/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddiaçılar İddiaçı12, İddiaçı11, İddiaçı13, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı15 və İddiaçı14 cavabdehlər İsmayıllı rayon Tircan bələdiyyəsi və X2 qarşı İsmayıllı rayon Tircan bələdiyyəsi ilə X6 arasında Tircan kəndinin “Acı dərə” adlı ərazisindən 135 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxxx 2004-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı12, İddiaçı11, İddiaçı13, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı15 və İddiaçı14 cavabdehlər X6 (bundan sonra birinci cavabdeh) və İsmayıllı rayon Tircan bələdiyyəsi (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Tircan bələdiyyəsi ilə X6 arasında Tircan kəndinin “Acı dərə” adlı ərazisindən 135 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxxx 2004-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı12 iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən “Acı dərə” adlanan ərazidə təsərrüfatla məşğul olur. Təsərrüfatında olan malqaranı saxlamaq üçün mülkiyyətində olan torpaq sahələri ilə bərabər Tircan bələdiyyəsinin mülkiyyətində olan örüş təyinatlı torpaq sahələrindən də istifadə etmişdir. Tircan bələdiyyəsinin mülkiyyətində olan örüş təyinatlı torpaq sahələri kənd sakinlərinin malqarasının saxlanılması üçün həmişə açıq olmuş və son zamanlara qədər heç bir problem yaşanmamışdır. Sonuncu bir ay ərzində tanımadığı Bakı şəhər sakini Rabil Əhmədzadə təsərüfatında olan mal-qaranın “Acı dərə” adlanan əraziyə buraxmamağı və həmin ərazini icarəyə götürdüyünü bildirmişdir. “Acı dərə” adlanan ərazidə Tircan bələdiyyəsinə məxsus örüş təyinatlı torpaq sahələrindən əlavə onun mülkiyyətində olan pay torpaq sahələri də vardır. Həmin torpaq sahələrində mövsümü olaraq taxıl əkir. Tircan bələdiyyəsinin mülkiyyətində olan “Acı dərə” adlanan ərazidə yerləşən 135 hektar örüş təyinatlı torpaq sahəsi kənd sakinlərinin və bələdiyyə üzvlərinin xəbəri olmadan Tircan bələdiyyəsinin sədri işləmiş Rəşid İslamov tərəfindən xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsi əsasında heyvandarlığın inkişafı məqsədi ilə 90 il müddətinə Rabil Əhmədzadəyə icarəyə verilmişdir. Həmin icarə müqaviləsindən 15 il ərzində onun və digər kənd sakinlərinin xəbəri olmamış, qeyd edilən müddət ərzində Rabil Əhməzadə icarəsində olan torpaq sahəsi ilə maraqlanmamışdır. “Acı dərə” adlanan ərazidə yerləşən Tircan bələdiyyəsinə məxsus örüş təyinatlı torpaq sahəsi onun və digər kənd sakinlərinin malqarasının saxlanılması üçün əhəmiyyətli olmaqla həmin torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsi onun və digər kənd sakinlərinin təsərrüfatla məşğul olmasına böyük zərbə vurur. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, İsmayıllı rayon Tircan bələdiyyəsi ilə Rabil Əhmədzadə arasında Tircan kəndinin “Acı dərə” adlı ərazisindən 135 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxxx 2004-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər iddiaçılar iddia tələbini müdafiə etdiklərini bildirmiş və İddiaçı12 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Tircan bələdiyyəsinin mülkiyyətində olan “Acı dərə” adlanan ərazidə yerləşən 135 hektar örüş və kollu örüş sahəsi heyvandarlığın inkişafı məqsədi ilə xx xxxxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi əsasında Tircan bələdiyyəsi tərəfindən 90 il müddətinə icarəsinə verilmişdir. İcarəsində olan torpaq sahəsindən istifadə edir və icarə haqqını da hər il vaxtlı-vaxtında ödəyi. İddiaçıların həmin torpaq sahəsinə heç bir aidiyyatları yoxdur. O, iddia tələblərini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsində işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə faktiki halları, iddiaçıların və həmin bələdiyyənin ərazisində yaşayan bütün şəxslərin ancaq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmalarını, yeganə gəlir yerlərinin əkinçilik və mal-qara saxlanması olması, yaşadıqları ərazidə bütün örüş otlaq sahələrinin bələdiyyənin mülkiyyətində olmaqla, hamının mal-qarası üçün açıq olmasını, əyər həmin ərazilərin kənar yerdə yaşayan şəxslərə və ya ayrı-ayrı şəxslərə icarəyə verilərsə Bələdiyyə ərazisində yaşayan əhalinin mal-qarasının otlaq sahələrindən məhrum edilməsi hansı nəticələr doğuracağını nəzərə almaması nəticəsində düzgün olmayan qərar qəbul etmişdir. İş materiallarından göründüyü kimi, kənd sakinlərinə kənd təsərrüfatı təyinatlı yaralı və yarasız (örüş) torpaq sahələri lazımdır. Onlar ot biçini, mal-qara saxlamaq üçün, öz mülkiyyətilərində olan torpaq sahələri ilə yanaşı bələdiyyənin də mülkiyyətində olan hər iki kateqoriyalı torpaq sahələrindən istifadə edirik. Qanunvericiliyə əsasən bələdiyyənin mülkiyyətinə verilmiş örüş torpaq sahələri ümumi istifadə də olmaqla bütün kənd sakinlərinin mal-qarası üçün nəzərdə tutulmuş və hamının mal-qarasının otarılması üçün açıqdır. Tircan Bələdiyyəsinin də mülkiyyətində olan örüş torpaq sahələri kənd əhalisinin mal-qarası üçün açıq olmuş və son zamanlara qədər heç bir problem yaşanmamışdır. Son zamanlar tanımadıqları bir Bakı şəhər sakini onlara kənd sakinləri mal-qaralarını kəndin “Acı dərə “ adlanan sahəsinə buraxmamalı, bu sahələri onun icarəyə götürdüyünü bildirmişdir. ”Acı dərə” deyilən sahədə örüş sahəsindən əlavə kənd sakinlərinə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri var ki, orada taxıl mövsümündə əkin əkir, taxıl biçinindən sonar da mal-qaralarını saxlayırlar. Kənd sakinləri bu deyilənləri araşdıran zaman məlum olmuşdur ki, həqiqətən kənd camaatının və bələdiyyə üzvülərinin əksəriyyətinin xəbəri olmadan 2004-ci ilin fevral ayının 26-da Tircan Bələdiyyəsinin həmin vaxt sədri olmuş, Rəşid İslamovla Bakı şəhər sakini Cavabdeh arasında icarə müqaviləsi bağlanaraq, Tircan Bələdiyyəsinin mülkiyyətində olan 135 hektar “Acı dərə “ adlanan ərazidən örüş torpaq sahəsi doxsan il müddətinə həmin şəxsə heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmişdir. Amma bu 15 il ərzində bu icarə müqaviləsindən heç kimin xəbəri olmamış, Cavabdeh özü də bu 15 il ərzində həmin ərazidə görünməmiş və bu 15 il ərzində icarə haqqı da ödəməmişdir. Yəni qeyd olunan icarə müqaviləsi formal olmuş və bu illər ərzində heç bir tərəf üçün hüquqi nəticə doğurmamışdır. Ona görə də qeyd olunanlar nəzərə alınaraq İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-746/2019 saylı qətnaməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı12 məhkəməyə teleqram ünvanlayaraq Sumqayıt Şəhər Məhkəməsində prosesi oluğunu, bu səbəbdən də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin bu barədə məhkəmə kollgiyasına hər hansı sübut növü təqdim etməmişdir. Eyni zamanda işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 HaqqındaKonvensiyanın 6-cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu-cı il tаrixli, 2(037)- 746/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Tircan bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 05 saylı iclas protokolunun surətindən görünür ki, Tircan bələdiyyəsinin mülkiyyətində olan “Acı dərə” adlanan ərazisində yerləşən 135 hektar örüş və kollu örüş sahəsinin X4 uzun müddətə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DTXK-nin İsmayıllı rayon şöbəsinin xx xxxxxx 2004-cü il tarixli 29 nömrəli rəyinin surətindən görünür ki, Tircan bələdiyyəsinin mülkiyyətində olan 135 hektar torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədi ilə Bakı şəhər sakini X2 90 il müddətinə icarəyə verilməsinə rayon torpaq şöbəsi etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Tircan bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 05 saylı protokolu əsasında bələdiyyənin mülkiyyətində olan “Acı dərə” adlanan ərazidə yerləşən 135 hektar örüş və kollu örüş təyinatlı torpaq sahəsi xx xxxxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi ilə heyvandarlığın inkişafı məqsədi ilə X2 90 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli aktın surətindən görünür ki, Tircan bələdiyyəsinin mülkiyyətində olan 135 hektar kollu örüş sahəsi xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsinə əsasən ölçülərək X3 təhvil verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Tircan bələdiyyəsinin mülkiyyətində olan 135 hektar torpaq sahəsinin Rabil Əhmədzadəyə icarəyə verilməsi barədə Tircan bələdiyyəsinin qərarı bələdiyyənin xx xxxxxx 2004-cü il tarixli 05 saylı iclas protokolu ilə təsdiq edilmişdir. DTXK-nin İsmayıllı rayon şöbəsi Tircan bələdiyyəsinin mülkiyyətində olan 135 hektar torpaq sahəsinin Rabil Əhmədzadəyə icarəyə verilməsinə etiraz etməmişdir. Tircan bələdiyyəsi ilə Rabil Əhmədzadə arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 135 hektar torpaq sahəsi 90 il müddətinə sonuncuya icarəyə verilmişdir. İddiaçılar İsmayıllı rayon Tircan bələdiyyəsi ilə X6 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsinin onların manafelərinə toxunduğunu iddia edərək icarə müqaviləsinin ləğv edilməsini tələb edirlər. Cavabdeh X1 bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxxx 2004-cü il tarixli torpaq icarə müqaviləsinin Tircan bələdiyyəsinin 2004-cü il tarixli iclasının 05 saylı protokolu ilə təsdiq edilərək bağlandığını, həmin torpaq sahəsindən istifadə etdiyini və icarə haqqının hər il vaxtlı-vaxtında ödədiyini bildirirmişdir. Azərbaycan Respublikası “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 11.3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 11.9-cu bəndinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Tircan bələdiyyəsinin mülkiyyətində olan “Acı dərə” adlanan ərazidə yerləşən 135 hektar torpaq sahəsi Tircan bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 05 saylı iclas qərarı əsasında xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə Rabil Əhmədzadəyə icarəyə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən həmin icarə müqaviləsi icarəçi ilə icarədar arasında olan razılığa əsasən və ya onlardan hər hansı birinin təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilə bilər. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Belə olan halda iddiaçıların müqavilənin ləğv edilməsi üçün hazırkı iddianı iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu-cı il tаrixli, 2(037)-746/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı12, İddiaçı11, İddiaçı13, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı15 və İddiaçı14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu-cı il tаrixli, 2(037)-746/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar