Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-300/2025 13.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment ilkin tələbinə, X6 cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: atalığın müəyyən edilməsi və aliment, minimum əmək haqqının misli) X36 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment ilkin tələbinə, X6 cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(046)-702/2024 nömrəli qətnaməsindən cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə 2019-cu ildə qeyri rəsmi nikaha daxil olmuşlar. Bu birlikdən xx.xx.2020-ci il təvəllüdlü X31 adlı övladı doğulmuşdur. Hazırda ayrılmışlar, uzun müddətdir ayrı yaşayırlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına çatanadək, Cavabdeh ayda 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edib ailə qurmuş, birgə yaşamaqla ailə həyatı sürmüşlər. Toydan sonra cavabdehin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə yaşayışlarından 19.11,2020- ci il təvəllüdlü X18 doğulmuşdur. Bundan sonra Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il təvəllüdlü X14 doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə cavabdehin atalığı müəyyən edilmişdir. Ailə qurduğu ilk müddətdə cavabdeh və onun valideynləri ilə münasibətləri normal olmuş, sonradan münasibətləri pozulmuş, bu səbəbdən gəlin köçdüyü, yaşadığı və istifadə hüququ əldə etdiyi fərdi yaşayış evini tərk etmişdir. Hazırda ayrılmışlar, uzun müddətdir ayrı yaşayırlar. Cavabdeh ayrıldığı vaxtdan bu günə kimi birgə nikahlarından doğulmuş uşaqlarının yaşayış şəraiti ilə maraqlanmamış, onun saxlanılmasına heç bir maddi yardım göstərməmişdir. Halbuki, atanın uşaqların saxlanılması üçün maddi yardım göstərmək, aliment ödəmək borcudur. Heç bir yerdə işləmir və övladını maddi cəhətdən tam təmin edə bilmir. Cavabdeh hərbi hissədə hərbiçi işləmiş, hazırda yüksək məbləğdə pensiya almaqla gəlir əldə edir. Cavabdeh Saleh oğlunun yüksək gəliri vardır və azyaşlı uşağının yaşayış minimumu həddində deyil, normal həddə saxlanılması üçün kifayət qədər maddi imkanı vardır. Hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatanadək, Cavabdeh Saleh oğlundan ayda 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir.
4. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X10 atası olmadığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə 2019-cu il tarixdə qeyri rəsmi nikaha daxil olmuşdur. Bu birlikdən xx.xx.2020-ci il təvəllüdlü X31 adlı övladı doğulmuşdur. Bu dövrdə Rəhimə Allahverdiyeva ilə rəsmi nikahda olmuş və bu nikahdan 3 övladı var. Cavabdeh xx.xx.2023-cü il tarixdə oğlu ilə birgə yaşadığı evi tərk etmişdir. O, həmin gündən övladını görə bilmir. Lakin sonralar cavabdehə məxsus gündəlikdən sosial şəbəkələrdə olan yazışmalardan və o dövrdə, yəni 2020-ci ilin fevral ayında mübahisələndirilən uşağın mayalanma dövründə Goranboy rayonunda X24 hadisəsi zamanı zərərçəkmiş kimi aldığı xəsarətlərə görə uzun müddət müalicələrdə olduğu üçün xx.xx.2020-ci il təvəllüdlü X10 onun oğlu olmasına şübhələr var. Bəzi şübhələr, əlində olan tibbi sənədlər və şəkillər cavabdeh tərəfindən həmin gün xx.xx.2020-ci il təvəllüdlü X18 ilə bərabər digər ekiz tayı qız uşağı dünyaya gəldiyi ehtimalı var. Odur ki, gələcəkdə uşağın atasının olmasını müəyyən etmək məqsədi ilə ekspertiza keçirilərkən, ekspertiza qarşısında uşağın ekiz və tək doğulması suallarının qoymasını tələb edəcək.
6. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-929/2024 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı atalığın mübahisələndirilməsinə dair iddi tələbi İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə əlaqəli olduğundan, mülki işlər bir icraatda birləşdirilərək baxılması üçün hakim X8 icraatına verilmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X31 adlı uşaqları doğulmuşdur. Eyni zamanda tərəflərin qeydiyyat şöbəsinə verdikləri yazılı ərizə əsasında atalıq müəyyən edilmişdir. İddiaçı işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə Goranboy rayonunda X24 hadisəsi zamanı zərərçəkmiş kimi aldığı xəsarətlərə görə uzun müddət müalicələrdə olduğu üçün xx.xx.2020-ci il təvəllüdlü X10 onun oğlu olmasına şübhələri olduğundan qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(046)-702/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Qətnamənin dərhal icra edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdeh 39 manat 20 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1, 46.2, 46.3, 47.1, 75.1, 78.1 və 78.2-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Az-İ № 432702 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Saleh oğlu 19 noyabr 2020-ci ildə İddiaçı doğulmuş X25 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci ildə anadan olmuş, atası Cavabdeh Saleh oğlu, anası İddiaçıdır. Az-İ № 708774 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X23 arasında nikah 22 sentyabr 2011-ci il tarixdə bağlanmış, nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh olu ilə X4 nikahlarından xx.xx.2011-ci il tarixdə X11, xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X12 anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Medalı vəsiqələrinin surətindən görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh 2020-ci ilin noyabr ayında doğulmuş əkiz övladlarından birinin xəbəri olmadan İddiaçı tərəfindən öz qohumuna verilərək ölkə hüdudlarından qanunsuz olaraq çıxarılması ilə bağlı şikayətə baxılmış, araşdırılma davam etdiyi, nəticədən asılı olaraq qanuna müvafiq qərarın qəbul edilməsinin təmin olunacağı qeyd edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X16 üçüncü dərəcəli əlildir. Atalığın mübahisələndirilməsi tələbi üzrə “İkin mediasiya sessiyasına iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı isə iştirak etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X22”Publik hüquqi şəxsin 09 sentyabr 2024-cü il tarixli 538/2024-MTBŞ saylı ekspert rəyindən görünür ki, mübahisəli atalıq ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən ekspert aşağıdakı nəticəyə gəlmişdir.
1. Güman olunan ata: Cavabdeh qrup göstəriciləri: O alfa, beta/İ/; D /+/ MM.
2. İddiaçı qrup göstəriciləri: O alfa, beta/İ/, D /+/ MM
3. Uşaq- X10 qrup göstəriciləri: O alfa, beta /İ/, D /+/ MM Ağız suyunun tədqiqinə görə “İfraz etməyənlər” kateqoriyasına aiddir.
4. Yuxarda tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim olunmuş X18 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır.
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12.. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, məhkəmə qətnamə çıxararkən maddi və prossesual hüququ normalarını pozmuşdur.
13. Hakim mülki işə baxarkən onun qarşılıqlı iddiasında qeyd olunan faktları araşdırmamışdır. Belə ki, o öz iddiasında qeyd etmişdir ki, Rəhimə Allahverdiyevayla rəsmi nikahda olan dövrdə X32 ilə tanış olmuşdur. Bu birlikdən xx.xx.2020-ci il təvəllüdlü X31 adlı övladı doğulmuşdur. O, bu dövrdə Rəhimə Allahverdiyeva ilə rəsmi nikahda olmuş və bu nikahdan 3 övladı var. Cavabdeh xx.xx.2023-cü il tarixdə oğlu ilə birgə yaşadığı evi tərk etmişdir. O, həmin gündən övladını görə bilmir. Lakin sonralar cavabdehə məxsus gündəlikdən sosial şəbəkələrdə olan yazışmalardan və o dövrdə, yəni 2020-ci ilin fevral ayında mübahisələndirilən uşağın mayalanma dövründə Goranboy rayonunda X24 hadisəsi zamanı zərərçəkmiş kimi aldığı xəsarətlərə görə uzun müddət müalicələrdə olduğu üçün xx.xx.2020-ci il təvəllüdlü X10 onun oğlu olmasına şübhələr var. Bəzi şübhələr,əlində olan tibbi sənədlər və şəkillər cavabdeh tərəfindən həmin gün xx.xx.2020-ci il təvəllüdlü X18 ilə bərabər digər ekiz tayı qız uşağı dünyaya gəldiyi ehtimalı olunduğu qeyd etsə də bu fakt araşdırılmamışdır.
14. Halbu ki, bu faktın araşdırılması ümumiyyətlə uşağın belə bir anada qalmasınışübhə altına alır. Bu ekspertizanı hakim tərərfindən keçirilməməsi kobud qanun pozuntusudur.
15. Ümumiyyətlə alimentlə bağlı tələb irəli sürərkən iddia ərizəsində bütövlüklə yazdığı yalandır. Eynizamanda iddiaçı X29 "Tiktok"sosial şəbəkəsində etdiyi paylaşımlarda daima gəzintilərdə, bahalı konsert salonlarında və eyi ilə 3 rəqəmli deyil 4 rəqimli nəvacib aldığı haqqında,çoxlu miqdarda ABŞ dollarınını paylaşması sübut edirdi ki, onun alimentinə heç bir ehtiyacı yoxdur.
16. Onun rəsmi evliliyindən 3 övladı var. Mingəçevir şəhərində yaşayır. Maddi cəhətdən vəziyyətinin yaxşı olmaması və rəsmi evlilikdən olan həyat yoldaşı X9 yol nəqliyyat hadisəsində dünyasını dəyişdiyi üçün 3 övladı onun himayəsindədir. Özü Qarabağ müharibəsinin qazisidir. Eyni zamanda evi olmadığı üçün 300 manat kirayə pulu ödəməyə məcburdur. İddiaçı özü Bakışəhərində böyük “Molların” birində işləyir.
17. Odur ki,yuxarıda qeyd olunanları rəhbər tutaraq Göyçay Rayon Məhkəməsinin 2(046)-702/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin xx.xx.2020-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək, hər ay 160 manat sabit pul məbləğində ”hissənin ləğv edilməsini və onun qarşılıqlı iddiası üzrə xx.xx.2020-ci il təvəllüdlü X18 ilə bərabər digər ekiz tayı qız uşağı dünyaya gəlməsi ilə bağlı ekspertiza keçirilməsinə və təyin edilən 39.20 manat dövlət rüsumunun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 22.2.1-22.2.2-ci maddələrinə əsasən, nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
22. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarı: "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
24. “Uşaq hüquqları haqqında” Konvensiya: 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
25. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(046)- 702/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Əvvəla apellyasiya şikayətinin xx.xx.2020-ci il təvəllüdlü X10 onun oğlu olmasına şübhələrinə dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili əsassızdır.
35. Belə ki, işdə olan Az-İ № 432702 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Saleh oğlu 19 noyabr 2020-ci ildə İddiaçı doğulmuş X25 atası hesab edilmişdir.
36. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X22”Publik hüquqi şəxsin 09 sentyabr 2024-cü il tarixli 538/2024-MTBŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X18 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır.
37. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin verildiyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə sorğu verilərək, şəhadətnamənin verilməsinə əsas olan sənədlərin Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur.
38. İşdə olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş sənədlərdən görünür ki, İddiaçı və Cavabdeh birgə ərizə verərək atalığın müəyyən edilməsinin qeydə alınmasını və yeni şəhadətnamə verilməsini xahiş etmişlər.
39. Göründüyü kimi, Cavabdeh azyaşlı Əlini öz doğma oğlu olduğunu qəbul edərək, iddiaçı ilə birgə ərizəsi əsasında uşağın mənşəyi müəyyən edilmişdir.
40. Bundan başqa, apellyasiya şikayətinin dövlət rüsumunun ləğv edilməsinə dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili əsaslıdır.
41. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
42. İşdə olan Azərbaycan Respublikası Medalı vəsiqələrinin surətindən görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
43. Göründüyü kimi Cavabdeh dövlət rüsumunun alınaraq ödənilməsi qanunla istisna edilir.
44. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, aliment müəyyən edilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi üzrə tutulmalı alimenti minimum əmək haqqı məbləğinin mislinə uyğunlaşdırılmalıdır.
45. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir.
46. Hər bir halda, başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».
47. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
49. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
50. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, bu zаmаn tərəflərin mənаfeləri аrаsındа ədаlətli tаrаzlıq prinsipinə riаyət оlunmаlıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu, yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin həmin əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqlаrın mənafeyi nəzərə alınaraq xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin həmin dəlili əsaslı hesab oluna bilməz.
52. Bütün bunlarla yanaşı, kollegiya qeyd edir ki, qətnamə qəbul edilərkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın”a edilmiş dəyişiliklər nəzərə alınmalıdır.
53. Həmin Qərarın 1.2.1-ci bəndi ilə 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir.
54. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
55. “8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).”
56. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlsə də, yuxarıda qeyd edilən Ali Məhkəməsinin Plenumunun qərarına edilmiş dəyişiliklər nəzərə alınmaqla Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(046)-702/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh 39 manat 20 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməsinə dair hissə qətnamədən xaric edilməli, Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay üçün 0,463 misli olmaqla müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən sаxlаnılmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(046)-702/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 39 manat 20 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməsinə dair hissə qətnamədən xaric edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay üçün 0,463 misli məbləğində müəyyən edilsin. Qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.