Məhkəmə qərarları › İş №2(107)-317/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-317/2021

18.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-317/2021 18.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin olunması» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1529/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1529/2020 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (və başqa gəlirlərinin) ½ hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi, alimentin tutulmasına xx xxxxxx 2020-ci ildən başlanması, alimentin ödənilməsinin dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü Raul, xx xxxxxx 2017-ci il təvəllüdlü Ranar, xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı uşaqlarının saxlanması üçün ərizə verilən tarixdən başlamaqla aylıq hər cürə qazancının ½ hissəsində və xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı qızının 3 yaşa çatana qədər saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, o, Cavabdehla xx.xx.2015-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü Raul, xx.xx.2017-ci il təvəllüdlü Ranar və xx.xx.2019-cu il təvəllüdlü Aylin adlı uşaqları anadan olmuşdur. Cavabdehla aralarındakı nikah pozulmamışdır. Belə ki, o cavabdehlə ailə qurduqdan sonra onun yaşadığı Bakı şəhəri 7-ci mikrorayon ev 2b, mənzil 56-ya gəlin köçmüşdür. İlk vaxtlar mehriban yaşasalar da sonradan ailədaxili münaqişələri artmağa başlamışdır. Cavabdeh ali təhsilli olmaqla Gömrük komitəsində məsul vəzifədə çalışır. Aylıq nəvacibi 2000 manatdan artıqdır. əmək haqqına əlavələr də alır. Ancaq həmin qazancını pis vərdişlərə xərclədiyindən onlar həmişə ehtiyac içində olublar. Hətta ona toy hədiyyəsi alınmış qızıllarını da borcları üçün lombarda qoyub pul götürmüşdür. Qızı Aylin doğulduqdan sonra o uşaqlarla Mingəçevir şəhərinə gəlmişdir. Novruz bayramına qədər cavabdeh onlarla maraqlanmamışdır. Bayramdan bir neçə gün sonra isə onlarla maraqlanmamış, evə qayıtmaqlarına imkan verməmişdir. Ona məxsus bütün əşyalar Bakı şəhərindədir. Uşaqları azyaşlı olduğundan o işləyə bilmir. Artıq qızı Aylin 10 aylıqdır. Özü və uşaqları anasının öhdəsində qalıb. Uşaqların həm geyim, həm dava-dərmanını da anası təmin edir. Cavabdeh isə keçən bu müddət ərzində bir dəfə də olsun uşaqları ilə maraqlanmamış, ona maddi köməklik göstərməmişdir. Uşaqların gündəlik tələbatı 50-60 manatdan artıq vəsait təşkil edir. O isə işləmədiyi üçün bunu təmin edə bilmir. Ona görə də, Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü Raul, xx xxxxxx 2017-ci il təvəllüdlü Ranar, xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı uşaqlarının saxlanması üçün ərizə verilən tarixdən başlamaqla aylıq hər cürə qazancının ½ hissəsində və xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı qızının 3 yaşa çatana qədər saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh ali təhsilli olmaqla, Kömrük Komitəsində məsul vəzifədə çalışır. Aylıq məvacibi 2000 manatdan artıqdır. Əmək haqqına əlavələrdə alır. Ancaq həmin qazancını öz pis vərdişlərinə xərclədiyindən onlar həmişə ehtiyac içində olmuşlar. Məhkəmə formal olaraq maddi normalara istinad etsə də işin hallarına uyğun araşdırmamış, cavabdehin yüksək gəlirli olmasına baxmayaraq 20 günlük uşağa baxmağıyla əlaqədar işləyə bilməsə də onu təminatsız qoymuşdur. Halbuki, övladının yaşayış minimumu ilə təmin olunmaq hüququ vardır. O, körpə övladına mənəvi qayğı göstərdiyindən, üzrlü səbəbdən işləyə bilmədiyindən, onun maddi təminatını təmin etmək cavabdehin üzərinə düşür. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)- 1529/2020 nömrəli qətnaməsini uşaq 3 yaşa çatanadək uşağın saxlanması üçün vəsaitin ödənilməsi hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1529/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. İşdə olan nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahı xx.xx.2015-ci ildə 298 nömrəli akt ilə bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhər 7 saylı MİS-nin xx.xx.2020-ci il tarixli 328 saylı arayışından görünür ki, Sadıqova X1 şəhəri A.Məmmədov küçəsi 4/1, mənzil 52 ünvanında yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3, 5, 8 və 13-cü maddələrinə, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa, Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. (Həmin məbləğ 2021-ci ildə artırılaraq 175 manat müəyyən edilmişdir) Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı cavabdehin yaşadığı Bakı şəhəri 7-ci mikrorayon ev 2b, mənzil 56-ya gəlin köçmüşdür. Birgə nikah münasibətlərindən xx.xx.2015-ci ildə Raul, xx.xx.2017-ci ildə Ranar və xx.xx.2019-cu ildə isə Aylin adlı uşaqları anadan olmuşdur. Tərəflər arasındakı nikah pozulmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb belə nəticəyə gəlmişdir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Ona görə də Cavabdeh Ranar, Raul və Aylin adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirinin) ½ hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Yuxarıda göstərilən maddələrin tələbi baxımından iddiaçı xx xxxxxxx 2019-cu il təvəllüdlü Aylin adlı qızının 3 yaşa çatana qədər saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin ödənilməsini tələb etməkdə haqlı olsa da, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının özünün bildirdiklərindən görünür ki, cavabdeh hər ay müntəzəm olaraq 2000 manatdan artıq əmək haqqı alsa da, həmin vəsaiti ailəsinə sərf etməmişdir. İddiaçı cavabdehin uşaqlarına xərcləməli olduğu vəsaiti pis vərdişlərə xərcləməklə onları həmişə ehtiyac içində saxlamasının qarşısını almaq üçün bu iddianı vermişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (və başqa gəlirlərinin) ½ hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsini qət etməklə iddiaçıya özünün iddia etdiyi kimi olacağı təqdirdə hər ay təqribən 1000 manatdan artıq məbləğdə alimentin ödənilməsini təmin etmişdir. Həmin məbləğ 2020 və 2021-ci illərə görə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun iki mislinə yaxındır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə əlavə olaraq münasibət bildirərək qeyd edir ki, cavabdeh iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi vaxta qədər də, sonuncunun və uşaqlarının daha yaxşı yaşamasını təmin etməmişdir. İddiaçı isə bunun əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1529/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 1529/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar