Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-3198/2019 12.12.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibаrət tərkibdə, Rüstəmzadə Türkay Abdurəhim qızının katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev)xx xxxxxx 2018-ci il tаrixli 2(024)- 723/2018 nömrəli qətnаməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X27 və Qazıyeva (Həsənova) Tamara Köçəri qızına qarşı Cavabdeh bağlanmış xx.xx.2003-cü il tarixli, 4Ə-120 və xx.xx.2003-cü il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2006-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı ilə Qazıyeva (Həsənova) Tamara Köçəri qızı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 4Ə-120 reyestr nömrəli və Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı ilə X27 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2006-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə etmiş, Cavabdeh notariusu X33 iddianın qanuni həll edilməsini və üçüncü şəxslər Qazıyeva (Həsənova) Tamara Köçəri qızı və X27 isə iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçı1 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, anası Məmmədrəhimova (Abdulcəlilova) X23 rayon X24 1998-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə ona, qardaşı İddiaçı2, anası Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı və X10 JN-155 nömrəli Dölət Aktı əsasında verilmiş 2.33 ha torpaq sahəsini, həmin torpaq sahəsinə sonradan X7 ölümü ilə əlaqədar verilmiş yeni JN-155 nömrəli Dövlət Aktına əsasən onların qanuni mülkiyyətləri olan torpaq sahəsini 2003-cü il 03 noyabr tarixdə 4Ə-120 nömrəli alqı-satqı müqaviləsi əsasında Turaclı kənd sakini Qazıyeva (Həsənova) Tamara Köçəri qızına və 4Ə-121 nömrəli alqı-satqı müqaviləsi ilə Turaclı kənd sakini X3. Həmin vaxtı o və qardaşı Məhəmməd yetkinlik yaşına çatmamış, onun 14 və qardaşının isə 11 yaşı olmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra anası Zərxanım Abdulcəlilovaya həmin torpaq sahəsində onların da payının olduğunu və nə üçün torpaq sahəsini satdığını soruşduqda anası ehtiyac üzündən bunu etdiyini bildirmişdir. Beləliklə də, dövlət tərəfindən aqrar islahatla əlaqədar verilmiş torpaq sahələri üzərində olan mülkiyyət hüquqları pozulmuş və aidiyyəti orqan, yəni Qax rayon İcra Hakimiyyəti yanında “Yaş bərpası, qəyyumluq və himayəçilik” komissiyasının onların mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı zamanı hüquqlarının müdafiəsini həyata keçirməsi təmin edilməmiş, həmin komissiyanın müvafiq rəyi alınmamışdır. Həmin torpaq sahəsində alqısatqıdan əvvəl onun və qardaşının da payı olmuş, torpaq sahəsi satılarkən onların hüquqları pozulmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı ilə Qazıyeva (Həsənova) Tamara Köçəri qızı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 4Ə-120 reyestr nömrəli və Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı ilə X27 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2006-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər İddiaçı2 digər İddiaçı1 izahatına uyğun izahat verərək məhkəmədən Cavabdeh Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı ilə Qazıyeva (Həsənova) Tamara Köçəri qızı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 4Ə- 120 reyestr nömrəli və Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı ilə X27 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2006-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh notariusu X33 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı, İddiaçı1 və İddiaçı2 ilə X27 arasında xx xxxxxx 2003-cü il tarixdə 4Ə-121 reyestr nömrəli “Torpaq alqısatqı müqaviləsi” bağlanmış və həmin müqavilə əsasında satıcı qismində iştirak etmiş adıçəkilən şəxslər birgə mülkiyyət hüququ əsasında onlara məxsus JN-0391 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Turaclı kəndi ərazisində yerləşən 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata Rəfiqə Məmmədovaya satmışlar. Eyni zamanda Cavabdeh Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəli qızı, İddiaçı1 və İddiaçı2 ilə Qazıyeva (Həsənova) Tamara Köçəri qızı arasında xx xxxxxx 2003-cü il tarixdə 4Ə-120 reyestr nömrəli “Torpaq alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqavilə əsasında satıcı qismində iştirak etmiş adıçəkilən şəxslər JN-0391 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən birgə mülkiyyət hüququ əsasında onlara məxsus Qax rayonu Turaclı kəndi ərazisində yerləşən 2.33 ha pay torpaq sahəsinin qalan 1.16 ha hissəsini 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata Tamara Qazıyevaya satmışlar. Həmin vaxtı mübahisəli torpaq sahəsinin digər yetkinlik yaşına çatmayan mülkiyyətçiləri Briliyant Məmmədrəhimova və İddiaçı2 hər iki müqaviləyə imza etməmiş, müqaviləyə ancaq Zərxanım Abdulcəlilova imza etmiş, Briliyant Məmmədrəhimova və İddiaçı2 azyaşlı olduqları üçün atası X4 rayon DNK-a ərizə təqdim edərək sözügedən torpaq sahəsində övladları Briliyant Məmmədrəhimova və İddiaçı2 payının satılmasına etiraz etmədiyini bildirmişdir. İddianın əsassız olduğunu göstərərək qanuni həll edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Qazıyeva (Həsənova) Tamara Köçəri qızı iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx xxxxxx 2003-cü il tarixdə JN-0391 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini köhnə pul vahidi ilə 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata almış, bu barədə Cavabdeh 4Ə-120 reyestr nömrəli “Torpaq alqı-satqı müqaviləsi” bağlanmışdır. Alqı-satqı müqaviləsi qanunun tələblərinə uyğun olaraq bağlanmış, müqavilənin şərtlərinə əməl etmiş, pulu ödəyərək torpaq sahəsini almışdır. Turaclı kəndində bütün kənd əhli bir-birini tanıyır və torpaq sahələrinin kimə məxsus olmasını bilirlər. Bu vaxta qədər nə üçün iddiaçılar özlərinin torpaq payının satılması ilə maraqlanmamışlar. Onlar bunu bilmiş, lakin susmuşlar. Həmçinin alqı-satqıdan 15 ildən artıq müddət keçmişdir. İddiaçıların yetkinlik yaşına çatdıqdan sonra iddia qaldırmaq üçün nəzərdə tutulan müddət keçmişdir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X27 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx xxxxxx 2003-cü il tarixdə JN-0391 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini köhnə pul vahidi ilə 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata almış, bu barədə Cavabdeh 4Ə-121 reyestr nömrəli “Torpaq alqı-satqı müqaviləsi” bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən həmin məbləği notariat kontorunda həmin şəxslərə ödəmişdir. Turaclı kəndində bütün kənd əhli bir-birini tanıyır və torpaq sahələrinin kimə məxsus olmasını bilirlər. Alqı-satqıdan 15 ildən artıq müddət keçmişdir. Bu vaxta qədər nə üçün iddiaçılar özlərinin torpaq payının satılması ilə maraqlanmamışlar. Onlar bunu bilmiş, lakin susmuşlar. İddiaçılar yetkinlik yaşına çatdıqdan sonra bir il müddətində torpağa dair iddia qaldıra bilərdilər. İddiaçı1 2007-ci ildə, İddiaçı2 isə 2011-ci ildə 18 yaşına çatmışlar. Həmin müddətlərdən isə bir ildən artıq müddət keçmişdir. Onlar bu barədə iddia qaldıra bilməzlər. Alqı-satqı müqaviləsi notariat kontorunda qanunauyğun şəkildə bağlandığı üçün əsaslıdır və etibarsız hesab edilə bilməz. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı izahat verərək göstərmişdir ki, xx xxxxxx 2003-cü il tarixdə ailənin ağır maddi vəziyyəti ilə əlaqədar pula ehtiyacı olduğu üçün JN-0391 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun və övladları İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətində olan Qax rayonu Turaclı kəndində yerləşən 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata X21, digər alqısatqı müqaviləsinə əsasən isə həmin torpaq sahəsinin qalan 1.16 ha hissəsini isə11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata Qazıyeva (Həsənova) Tamara Köçəri qızına satmışdır. Həmin tarixdə Rəfiqə Məmmədova və Tamara Qazıyeva ilə aralarında notariat kontorunda ayrı-ayrı alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilə bağlanan zaman övladları Briliyant və Məhəmməd azyaşlı olduqları üçün onlar müqaviləyə imza etməmiş, onların əvəzinə özü imza etmiş, uşaqların atası Qəhrəman Məmmədrəhimov isə Briliyant və Məhəmmədin həmin topraq sahəsində olan payının satılmasına etiraz etmədiyini bildirmişdir. Övladlarının həmin torpaq sahəsinin satılmasından xəbərləri olmuşdur. Birilyant və Məhəmməd yetkinlik yaşına çatdıqdan sonra nə üçün onların payını satdığını soruşduqda bunu maddi ehtiyac ucbatından etdiyini və torpağın satışından əldə olunan pulu onların maddi ehtiyaclarının ödənilməsinə sərf etdiyini onlara demişdir. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnaməsi çıxarılmışdır. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-992/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X27 və Qazıyeva (Həsənova) Tamara Köçəri qızına qarşı Cavabdeh bağlanmış xx.xx.2003-cü il tarixli, 4Ə-120 və xx.xx.2003-cü il tarixli, 4Ə-121 reyestr nömrəli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2006-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)- 992/2019 nömrəli qətnaməsindən üçüncü şəxslər X27 və Qazıyeva (Həsənova) Tamara Köçəri qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 2(102)-5069/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-992/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən apelyasiya qaydasında baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3198/2019 nömrəli qərardadı ilə Qazıyeva (Həsənova) Tamara Köçəri qızı və X27 hazırkı məhkəmə icraatına cavabdeh qismində, Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Qax rayon X24 1998-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, anaları Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızına və X10 JN-155 nömrəli Dölət Aktı əsasında verilmiş 2.33 ha torpaq sahəsini, həmin torpaq sahəsinə sonradan X7 ölümü ilə əlaqədar verilmiş yeni JN-155 nömrəli Dövlət Aktına əsasən onların qanuni mülkiyyətləri olan torpaq sahəsini 2003-cü il 03 noyabr tarixdə 4Ə-120 nömrəli alqı-satqı müqaviləsi əsasında Turaclı kənd sakini Qazıyeva (Həsənova) Tamara Köçəri qızına və 4Ə-121 nömrəli alqı-satqı müqaviləsi ilə Turaclı kənd sakini X3. Həmin vaxtı İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmamış, birinin 14 və digərinin isə 11 yaşı olmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra onlar həmin torpaq sahəsində onların da payının olduğunu və nə üçün torpaq sahəsini satdığını soruşduqda anası ehtiyac üzündən bunu etdiyini bildirmişdir. Beləliklə də, dövlət tərəfindən Aqrar İslahatla əlaqədar verilmiş torpaq sahələri üzərində olan mülkiyyət hüquqları pozulmuş və aidiyyəti orqan, yəni Qax rayon İcra Hakimiyyəti yanında “Yaş bərpası, qəyyumluq və himayəçilik” komissiyasının onların mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı zamanı hüquqlarının müdafiəsini həyata keçirməsi təmin edilməmiş, həmin komissiyanın müvafiq rəyi alınmamışdır. Həmin torpaq sahəsində alqı-satqıdan əvvəl İddiaçı1 və İddiaçı2 da payı olmuş, torpaq sahəsi satılarkən onların hüquqları pozulmuşdur. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnаməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri X31 apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnаməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X27 və Qazıyeva (Həsənova) Tamara Köçəri qızı, vəkilləri X30 apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçün şəxs Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnаməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. AzərbaycanRespublikasınınMülkiProsessualMəcəlləsinin (bundansonra AzərbaycanRespublikasınınMPM) 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tətqiq edilmiş: - Torpağa mülkiyyət hüququna dair JN-155, KOD 40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax Rayon X24 1998-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə Qax rayonu Turaclı kəndi ərazisində yerləşən 2.33 ha pay torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı, X5, İddiaçı2 və X7 ümumibirgə mülkiyyətnə verilmişdir. - Torpağa mülkiyyət hüququna dair JN-0391, KOD 40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu Turaclı kəndi ərazisində yerləşən 2.33 ha pay torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı, X5, İddiaçı2 ümumibirgə mülkiyyətnə verilmişdir. - 4Ə-120 reyestr nömrəli xx xxxxxx 2003-cü il tarixli Torpaq alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilədə Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəli qızı, X5 və İddiaçı2 birgə mülkiyyət hüququ əsasında onlara məxsus JN-0391 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Turaclı kəndi ərazisində yerləşən 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata Qazıyeva (Həsənova) Tamara Köçəri qızına satdığı qeyd olunmuş, müqaviləyə satıcı qismində Zərxanım Abdulcəlilova, alıcı qismində isə Tamara Qazıyeva imza etmişlər. Həmin müqaviləyə torpağın digər birgə mülkiyyətçiləri Briliyant Məmmədrəhimova və İddiaçı2 azyaşlı olduğundan imza etməmişlər. - 4Ə-121 reyestr nömrəli xx xxxxxx 2003-cü il tarixli Torpaq alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilədə Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəli qızı, X5 və İddiaçı2 birgə mülkiyyət hüququ əsasında onlara məxsus JN-0391 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Turaclı kəndi ərazisində yerləşən 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata X6 qeyd olunmuş, müqaviləyə satıcı qismində Zərxanım Abdulcəlilova, alıcı qismində isə Rəfiqə Məmmədova imza etmişlər. Həmin müqaviləyə torpağın digər birgə mülkiyyətçiləri Briliyant Məmmədrəhimova və İddiaçı2 azyaşlı olduğundan imza etməmişlər. - iddiaçıların atası X8 Qax rayon DNK-a yazdığı ərizənin surətindən görünür ki, Qəhrəman Məmmədrəhimov sözügedən torpaq sahəsindən övladları Briliyant Məmmədrəhimovanın və İddiaçı2 payının satılmasına etiraz etmədiyini bildirmişdir. - Qax RİHB-nın Turaclı kənd İƏ üzrə nümayəndəsinin verdiyi xx.xx.2018-ci il tarixli, 534 saylı arayışdan görünür ki, Məmmədrəhimova (Abdulcəlilova) X23 rayonu Turaclı kəndində yaşayır və onun ailə tərkibi özündən, əri X14, oğlu İddiaçı2, qızı X11, nəvələri X25, X18 və X22 ibarətdir. - İV-ЖГ 449857 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 valideynləri X14 və X2r. - Vİİ-ЖГ 374258 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 valideynləri X14 və X2r. - Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Qax rayonu Turaclı kəndində qeydiyyatdadır. - Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Qax rayonu Turaclı kəndində qeydiyyatdadır. -xx.xx.2018-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)- 5069/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli 2(107)-992/2019 nömrəli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası ilk öncə Azərbaycan RespublikasıAli Məhkəməsinin Cavabdeh təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə-120 reyestr nömrəli alqı-satqı müqaviləsinin bir tərəfi olmuş Qazıyeva (Həsənova) Tamara Köçəri qızının və Cavabdeh təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli alqı-satqı müqaviləsinin tərəfi olmuşX27nın işə cavabdeh qismində cəlb edilməmələrinin onların hüquq və vəzifələrinin pozulmasına səbəb olmasına və alqı-satqıların onların anaları Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı tərəfindən həyata keçirilməsinə və müqavilə tərəfi kimi də onun cavabdeh kimi cəlb edilməsinin zəruriliyinə dair göstərişlərini nəzərə alaraq xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Qazıyeva (Həsənova) Tamara Köçəri qızı və X27 birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman üçüncü şəxs qismində iştirak etdiklərinə və məhkəmə proseslərindən xəbərdar olduqlarına görə hazırkı məhkəmə icraatına cavabdeh qismində cəlb etmiş, Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı isə birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman şahid qismində dindirildiyindən və iş üzrə tərəf kimi cəlb edilmədiyindən Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızını hazırkı məhkəmə icraatına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Məhkəmə kollegiyasında təqdim edilmiş sənədlərin tədqiqatından və iş üzrə tərəflərin izahatlarından müəyyən edilmişdir ki, JN-0391, KOD 40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Turaclı kəndi ərazisində yerləşən 2.33 ha pay torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Məmmədrəhimova (Abdulcəlilova) Zərxanım Abdulcəlil qızı, X5, İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir. Zərxanım Abdulcəlilova özünün X5 və İddiaçı2 birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata Qazıyeva (Həsənova) Tamara Köçəri qızına satmış və bu barədə Qax rayon DNK-da xx xxxxxx 2003-cü il tarixli, 4Ə-120 reyestr nömrəli Torpaq alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman satıcı qismində Zərxanım Abdulcəlilova, alıcı qismində isə Tamara Qazıyeva imza etmiş, həmin müqaviləyə torpağın digər birgə mülkiyyətçiləri Briliyant Məmmədrəhimova və İddiaçı2 imza etməmişlər. Eyni zamanda həmin tarixdə Zərxanım Abdulcəlilova özünün, X5 və İddiaçı2 birgə mülkiyyətində olan 2.33 ha pay torpaq sahəsinin 1.16 ha hissəsini 11041567 (on bir milyon qırx bir min beş yüz altmış yeddi) manata X9, bu barədə Qax rayon DNK-da xx xxxxxx 2003-cü il tarixli 4Ə-121 reyestr nömrəli Torpaq alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə satıcı qismində Zərxanım Abdulcəlilova, alıcı qismində isə Rəfiqə Məmmədova imza etmişlər. Həmçinin həmin müqaviləyə də torpağın digər birgə mülkiyyətçiləri Briliyant Məmmədrəhimova və İddiaçı2 imza etməmişlər. Həmin vaxtı Briliyant Məmmədrəhimova və İddiaçı2 atası X4 rayon DNK-a ərizə təqdim edərək hər iki müqavilə üzrə ümumibirgə torpaq sahəsindən övladları Briliyant Məmmədrəhimova və İddiaçı2 payının satılmasına etiraz etmədiyini bildirmişdir. Həmin alqı-satqı müqavilələri əsasında X21 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Seriya MH: № ******* saylı, Həsənova (Qazıyeva) Tamara Köçəri qızına isə Seriya MH: № ******* saylı Çıxarış verilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 alqı-satqı bağlanan zaman yetkinlik yaşına çatmadığı üçün müqaviləyə valideyni Zərxanım Məmmədrəhimovanın imza etdiyini, atası Qəhrəman Məmmədrəhimovun isə torpaq sahəsindən onlara düşən payın satılmasına onların əvəzindən razılığını bildirdiyini, bununla da mülkiyyət hüquqlarının pozulduğunu bildirmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan 4Ə-120 reyestr nömrəli və 4Ə-121 reyestr nömrəli Torpaq alqı-satqı müqavilələri xx xxxxxx 2003-cü il tarixdə bağlanmış və icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qanunun mənasından da göründüyü kimi, alqı-satqı müqavilələrinin etibarsızlığı barədə iddia müqavilə bağlanıldqdan və icra olunduqdan sonra bir il ərzində irəli sürülməli idi.Belə ki, həmin müqavilələr bağlanarkən yuxarıda sadalanan pozuntular baş versə də, iş materiallarında olan iddiaçıların şəxsiyyət vəsiqələrindən görünür ki, İddiaçı1 2007-ci ildə, İddiaçı2 isə 2011-ci ildə 18 yaşına çatmışlar. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarında onlara məxsus torpaq sahəsinin satılmasından və sözügedən müqavilələrin bağlanmasından 2014-cü il tarixdə məlumatlı olduqlarını bildirmişlər. Göründüyü kimi həmin vaxt İddiaçı1 25 yaş, İddiaçı2 isə 21 yaşına çatmışdır. Yəni, iddiaçıların onlara məxsus torpaq sahəsinin satılmasından məlumatları olduqları vaxt artıq yetkinlik yaşına çatdıqlarından onların iddia etdikləri müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbi irəli sürmək hüquqları yaranmışdır. İddiaçı1 yetkinlik yaşına çatmasından 11 il, İddiaçı2 yetkinlik yaşına çatmasından isə 7 il keçməsinə baxmayaraq onlar hüquqları pozulduğunu bildikləri halda sözügedən alqı-satqı müqavilələrinin etibarsızlığına dair məhkəməyə müraciət etməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 354.1-ci maddəsinəəsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinəəsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzindəəqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışəqd mübahisəyəəsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinəəsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuşşəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Kollegiya qeyd edir ki, MM-nin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar doğulduğu gündən bu günə qədər Qax rayonu Turaclı kəndində yaşadıqları halda torpaq sahəsinin satılmasından xəbərdar olmamaları qeyri-mümkündür. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda sadalan hər iki halda iddiaçılar tərəfindən etibarsız əqdlər üzrə müddət ötürülmüşdür. Bununla yanaşı,məhkəmə kollegiyasının iclasında iddiaçıların izahatları və onların valideyni müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zərxanım Məmmədrəhimovanın (Abdulcəlilovanın) izahatından məlum olur ki, həmin torpaq sahəsi ailənin maddi durumu ilə əlaqədar satılmış və ailəyə xərclənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən iddiaçılar yetkinlik yaşına çatmayaraq birinin 14 və digərinin isə 11 yaşı olsa da, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.4-cü və Mülki Məcəlləsinin 36.2-ci maddələrinə istinad etmişdir. Ailə Məcəlləsinin 55.4-cü maddəsinəəsasən uşaq gəlirinə, vərəsəlik və ya hədiyyəşəklindəəldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Mülki Məcəlləsinin 36.2-ci maddəsinəəsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.5-ci maddəsinə görə isə uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqavilələri bağlanarkən iddiaçılar yetkinlik yaşına çatmayaraq birinin 14 və digərinin isə 11 yaşı olsa da analarının himayəsində olmuşlar və alqı-satqı müqaviləsi imzalanan zaman “Qəyyumluq və himayəçilik” komissiyasının rəyinin alınmaması məcburi olmamışdır. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh bağlanmış xx.xx.2003-cü il tarixli, 4Ə-120 və xx.xx.2003-cü il tarixli, 4Ə-121 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddəti ötürdüklərindən birinci instansiya məhkəməsi iddia tələbinin əsassız sayaraq iddianı rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X16rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(024)-723/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-3198/2019
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-3198/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver