Məhkəmə qərarları › İş №2(107)-324/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-324/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-324/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının götürülməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- yaşayış evindən çıxarılma, mənzildən istifadə hüququ, evə köçürülmə tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı Qurbanhacı oğlu və vəkili X6 iştirakı ilə, Balakən Rаyоn Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(019)-745/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı oğlu Cavabdeh qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehə məxsus olan 1 ədəd stol və 6 ədəd stulun, 1 ədəd taxtın, 2 ədəd şkafın (qab qacaq və paltar yığan), 1 ədəd trimonun, 1 ədəd kamotun, 1 ədəd telefon tutacağının, 1 ədəd divanın, 2 ədəd xalçanın, 1 ədəd yataq dəstinin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı Qurbanhacı oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və 26 oktyabr 2015-ci il tarixdə doğulmuş qızı X7 ilə birlikdə evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rаyоn Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(019)-745/2020 saylı qətnaməsi ilə (hakim H.Q. Səlimov) İlk iddia təmin edilmişdir. Cavabdeh qızının üzərinə, özünə məxsus olan 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd taxt, 2 ədəd şkaf (qab qacaq və paltar yığan), 1 ədəd trimo, 1 ədəd kamot, 1 ədəd telefon tutacağı, 1 ədəd divan, 2 ədəd xalça, 1 ədəd yataq dəstini İddiaçı Balakən rayonu Qazma kəndində yerləşən evindən çıxartmaq vəzifəsi qoyulmuş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 11.10.2016-cı il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X1, X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Balakən Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsi ilə 05 fevral 2018ci il tarixdən başlayaraq cavabdeh X4 26 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh İddiaçı gəlinidir. İddiaçının oğlu–X10 02 dekabr 2014-cü il tarixdə rəsmi nikahla Cavabdeh ilə evlənmişlər. Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz apardığı əşyaları da həmin evdə yerləşdirmişdir. Birgə nikahlarından 26 oktyabr 2015-ci ildə X7 adında bir uşaqları olmuşdur. Cavabdeh 20 may 2016-cı ildə uşağı ilə birlikdə iddiaçının evindən çıxıb atası evinə getmişdir, o vaxtdan da valideynlərinin yanında yaşayır. 11.10.2016-cı il tarixdə mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X1, X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasa da özünə məxsus əşyaları oradan aparmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yoxdur və o uşağı ilə birlikdə həmin evə köçürülə bilməz. Birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, fərdi yaşayış evindən istifadə hüququnun olmamasını, buna baxmayaraq iddiaçı tələb etsə də, əşyalarını sonuncunun mülkiyyətində olan evdən götürməməsini nəzərə alaraq hesab etmişdir ki, ilk iddia tələbi əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilk iddia təmin edilməli, Cavabdeh üzərinə, özünə məxsus olan 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd taxt, 2 ədəd şkaf (qab qacaq və paltar yığan), 1 ədəd trimo, 1 ədəd kamot, 1 ədəd telefon tutacağı, 1 ədəd divan, 2 ədəd xalça, 1 ədəd yataq dəstini İddiaçı Balakən rayonu Qazma kəndində yerləşən evindən çıxartmaq vəzifəsi qoyulmalıdır. Qarşılıqlı iddia təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı, Mülki Məcəllənin 27.2-ci maddəsi, Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu X10 ilə nikahlarını 02 dekabr 2014-cü ildə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində 28 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə yaşadıqları müddətdə 26 oktyabr 2015-ci il tarixdə X7 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra onun iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələr yaranmağa başlamışdır. Buna görə də ailə münasibətləri uzun sürməmişdir. 20 may 2016-cı il tarixdə iddiaçının oğlundan ayrılaraq atası evinə qayıtmışdır. Hazırda iddiaçının oğlu ilə birgə nikahlarından olan uşaq özünün himayəsindədir. Lakin iddiaçının oğlu ilə aralarında olan nikah pozulmamışdır. Hal-hazırda o, İddiaçı ailə üzvü hesab edilir. İddiaçının oğlu ona müraciət edərək həmin evə qayıtmasını xahiş edir. İddiaçı ilə bir evdə yaşamaq çətin olduğu üçün müvəqqəti olaraq həmin evdən çıxmışdır. İddiaçı ona məxsus olan əmlaklarının az bir hissəsini qeyd etmişdir. Onun həmin evdə taxt, şkaf, tirmo, tumba ilə birlikdə yataq dəsti, şkaf, stol-stul, kamot, televizor altlığı ilə birlikdə qonaq dəsti, künс divan, mətbəx mebeli, sandıq, qab-qacaq və qızıl-zinət əşyaları iddiaçı və onun digər ailə üzvlərinin istifadəsindədir. O, həmin evdənözü üçün bir neçə paltarını götürərək evdən çıxmışdır. Qalan bütün əşyaları oradadır. O, dəfələrlə gəlin köçdüyü evə qayıdıb orada yaşamağa cəhd göstərsə də, cavabdeh İddiaçı Qurbanhacı oğlu onu uşaqla birlikdə evə buraxmamış və ora qayıdıb yaşamasına maneçilik törətmişdir. Onun başqa yaşamağa şəraiti və imkanı yoxdur.Bundan əlavə o bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışısının əhatə dairəsindədir. Lakin Balakən rayon Məhkəməsi bu dəlilə düzgün qiymət verməmişdir. Həmin məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Lakin onun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilmədiyinə görə o keçmiş ailə üzvü hesab edilmir. Qeyd edilənlərə əsasən, Balakən Rаyоn Məhkəməsinin 21 oktyabr, 2(019)-745/2020 saylı qətnaməsi ləğv edilməli və ilkin iddia əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Qurbanhacı oğlu və nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rаyоn Məhkəməsinin 21 oktyabr, 2(019)- 745/2020 saylı qətnaməsinin dəyişdirilmədən sağlanılmasını xahiş etmişdir. Cavabdeh teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Balakən Rаyоn Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(019)-745/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edirlər. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh qızı İddiaçı Qurbanhacı oğlunun gəlinidir. İddiaçının oğlu–X14 oğlu 02 dekabr 2014-cü il tarixdə rəsmi nikahla Cavabdeh Təyib qızı ilə evlənmişdir. Cavabdeh qızı İddiaçı Qurbanhacı oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz apardığı əşyaları da həmin evdə yerləşdirmişdir. Birgə nikahlarından 26 oktyabr 2015-ci ildə X7 adında bir uşaqları olmuşdur. Cavabdeh Cavabdeh 20 may 2016-cı ildə uşağı ilə birlikdə iddiaçının evindən çıxıb atası evinə getmişdir, o vaxtdan da valideynlərinin yanında yaşayır. 11.10.2016-cı il tarixdə mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı Qurbanhacı oğlunun adına, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı Qurbanhacı oğlunun, Muradova Nazilə Məhəmməd qızının, X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh Təyib qızı iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasa da özünə məxsus əşyaları oradan aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2014-cü ilin dekabr ayında, yəni cavabdeh iddiaçının evinə gəlin köçdüyü vaxtdan yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Apelyatorun şikayətinin yeganə dəlili iddiaçının oğlu ilə aralarında olan nikahın pozulmamış olmağı və hələ də Muradov X8 ailə üzvü hesab edilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın və ya qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Odur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından, Cavabdeh İddiaçı oğlunun xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yoxdur və o uşağı ilə birlikdə həmin evə köçürülə bilməz. Yəni şikayətin dəlili əsaslı deyildir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Balakən Rаyоn Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(019)-745/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rаyоn Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(019)-745/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar