Məhkəmə qərarları › İş №2(107)-326/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-326/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-326/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı “alqı-satqı müqavilələrinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)- 383/2021 nömrəli qətnaməsindən iş üzrə iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеhlər Göyçay rayon Qaraməryəm Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3 Babaş qızına və Cavabdeh4nə qаrşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin Cavabdeh2 ilə bağladığı 14 may 2018-ci il tarixli ******* nömrəli və Cavabdeh3 Babaş qızı ilə bağladığı 14 may 2018-ci il tarixli ******* nömrəli alqısatqı müqavilələrinin etibarsız sayılması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 25 oktyabr 2021-ci il tarixli, 2(046)- 383/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 №-li iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə akta əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binası əmlak payı kimi verilmişdir. Baş emalatxana binasının yerləşdiyi torpaq sahəsinə başqa fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması, torpaq sahəsinin özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi, əgər mülkiyyət hüququ qeydə alınmışdırsa hüquq müəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə vəkil tərəfindən sorğu ilə müraciət edilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 11 mart 2019-cu il tarixli **********25 saylı məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, ona verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında Qaraməryəm bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır. 26 oktyabr 2018-ci il tarixdə cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə poçt vasitəsi ilə ərizə göndərərək, sahibliyində olan emalatxananın altındakı torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi müraciətinə 26 noyabr 2018-ci il tarixli 200 saylı məktubla cavab verərək ərizənin bələdiyyənin növbəti iclasında müzakirə olunacağını bildirmişdir. Lakin ərizəsinə baxılmamışdır. Bundan sonra 03 may 2019-cu il tarixdə cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə poçt vasitəsi ilə yenidən ərizə göndərərək, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinin tələblərinə əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsini xahiş etmişdir. 06 may 2019-cu il tarixdə müraciətini xəbərnaməyə imza etməklə qəbul edən cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi cavab verməmişdir. Bələdiyyələr yaradılanadək onun istifadəsində olan, X2 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-1 №-li iclas protokolu ilə Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona əmlak payı kimi verilmiş, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının altındakı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməli olmasını hesab edərək, tərəfindən cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə qarşı 1998-ci ildən istifadəsində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. İşin məhkəmə baxışı zamanı nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini xahiş etmişdir. X3 Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2-1(116)-67/2020 saylı qərardadı ilə mümkünsüz sayılmışdır. Belə ki, o, 30 günlük iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İnzibati iş üzrə məhkəmənin verdiyi sorğulara verilən cavablardan 13 fevral 2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışında ona məlum olmuşdur ki, cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi sahibliyində olan əmlakın altında yerləşən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsini 14 may 2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, 0,10 ha hissəsini 14 may 2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Babaş qızına satmışdır. Lakin cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi sahibliyində və istifadəsində olan 0,20 ha torpaq sahəsini digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satarkən onun həmin torpağı satın almaqda üstünlük hüququnu pozmuşdur. Bu səbəbdən də hesab edir ki, alqı-satqı müqavilələri etibarsız sayılmalıdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, sahibliyində olan tikilinin yerləşdiyi mübahisəli torpaq sahəsindən istifadə etdiyi halda bələdiyyə onun torpaq sahəsini satın almaqda üstünlük hüququnu pozmuşdur. Halbuki mülkiyyətçi olmasa da onun hüquqları dövlət tərəfindən müdafiə edilir. Lakin məhkəmə onun hüquqlarını pozulmaqdan müdafiə etməmiş, onun hüququna deyil bələdiyyənin məhkəmədə sübut edə bilmədiyi hüququna üstünlük vermişdir. Bələdiyyə öz hüquqlarını həyata keçirərkən onun sahiblik və istifadə hüquqlarını pozmuşdur. Maddi normanın tələblərinə görə bələdiyyə torpaqların mülkiyyət (icarəyə) verilməsi məqsədi ilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Lakin cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsi mənim sahibliyində və istifadəsində olan 0,20 ha torpaq sahəsini digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satarkən onun həmin torpağı satın almaqda üstünlük hüququnu pozsa da məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)-383/2021 saylı qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 336 72 92 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)- 383/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: X2 Komissiyasının 1998-ci il 17 yanvar tarixli, 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş 26.10.1999-cu il tarixli 21 nömrəli aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayonu “R.Rza” adına kalxozunun ərazisində yerləşən əmlak növü “baş emalatxana binası” olaraq qeyd olunan kompleksdən bir hissə Qaraməryəm kəndində yaşayan Göyçay rayon X4 tərəfindən 1977-ci il 28 sentyabr tarixdə verilmiş pasport nömrəsi İVЖГ658490 olan şəxsə verilmişdir. Cavabdeh4 02.09.2021-ci il tarixli 1167 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, mübahisələndirilən 0.20 ha torpaq sahəsi 0.10 ha olmaqla ******* nömrəli “alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 və ******* nömrəli “alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Şəki İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli qərardının surətindən görünür ki, iddiаçı İddiaçı cavabdeh Göyçay rayon Qaraməryəm bələdiyyəsinə qarşı “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş alqısatqı müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). -14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) - 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). -337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür - 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Birincisi ona görə ki, hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmış, bu barədə Göyçay rayonu Qaraməryəm bələdiyyəsi müvafiq qərar qəbul etmiş, həmin qərar əsasında alqı-satqı müqavilələri bağlanmışdır. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin satılması ilə bağlı qərarlar qəbul edilərkən, eləcə də alqı-satqı müqavilələri bağlanarkən istinad olunan normativ hüquqi aktların hər hansı tələbi pozulmamış, mövcud prosedur qaydalara uyğun olaraq Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3y arasında alqı-satqı müqavilələri bağlanmışdır. Tikilinin yerləşdiyi torpaq sahəsi uzun müddət boş və istifadəsiz olduğu üçün hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satılması məqsədi ilə sözügedən torpaq sahəsi üzərində Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə zəruri işlərin görülməsi bələdiyyənin 28.08.2017ci il tarixdə keçirilən iclasında müzakirə edilmiş və müsbət qərar qəbul edilmişdir. Həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 26.04.2018-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh2 0.10 ha və Cavabdeh3 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında Göyçay rayonu Qaraməryəm bələdiyyəsi ilə Cavabdeh2 və Cavabdeh3 arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində keçdikdən sonra İddiaçı cavabdeh Göyçay rayon Qaraməryəm bələdiyyəsinə qarşı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin 28 avqust 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini xahiş etmiş, həmin məhkəmənin 14.09.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bundan sonra iddiaçı, cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir İkincisi, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Üçüncüsü, kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Dördüncü, nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Göyçay rayon Qaraməryəm Bələdiyyəsi mülkiyyətində olan mübahisəli torpaq sahəsini əvəzi ödənilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Babaş qızına satdığından və sonuncular həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Beləliklə də hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beşinci, məhkəmə kollegiyası cavabdehlərə münasibətdə əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası sonda ilkin olaraq bələdiyyənin adına verilmiş çıxarışa da münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehlərdə belə bir etirazın, mübahisənin olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, mübahisə, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxslər (cavabdehlər) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının bu dəlilli də əsasız olmaqla hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir Mülki Prosessual Məcəllənin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(046)- 383/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar