Məhkəmə qərarları › İş №2(107)-328/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-328/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-328/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, X9, X8, İddiaçı5, X11 Cavabdeh1 Alışan oğluna qarşı torpaq sahəsinə qanunsuz sahibliyi müddətində əldə edilmiş gəlirlərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə qanunsuz sahibliyi müddətində əldə edilmiş gəlirlərin əvəzinin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X11 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X9, X8, İddiaçı5, X11 Cavabdeh1 Alışan oğluna qarşı torpaq sahəsinə qanunsuz sahibliyi müddətində əldə edilmiş gəlirlərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)- 287/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X13, X12, İddiaçı5, X19 və Cavabdeh1 Alışan oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətinə verilmişdir. xx.xx.2002-ci il tarixli müqaviləyə asasən İddiaçı1 tərəfindən həmin torpaq sahəsinin 10665,18 kv.m hissəsi Cavabdeh1 Alışan oğlunun istifadəsinə verilmişdir.

2. Cavabdeh1 Alışan oğlu 2017-ci ildə məhkəmədə iddia qaldıraraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, həmin torpaq sahəsi İddiaçı1 tərəfindən satılmışdır. Üç instansiyada davam etmiş məhkəmə proseslərinin nəticəsi olaraq Şəki Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(024)-709 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı torpağın alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməmişdir.

3. İddiaçılar Qax rayon Məhkəməsində cavabdehə qarşı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə olunmuş torpaq sahələrindən cavabdehin gəlir olaraq əldə etdiyi 34200 manat məbləğin ondan alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi, son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğ ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi, ilkin iddianın qalan hissəsi rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Cavabdeh1 ödənilməsi və qarşılıqlı iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir.

5. Üç instansiyada davam etmiş məhkəmə proseslərinin nəticəsi olaraq Şəki Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi qətnaməsinin nəticə hissəsində “qətnamə eyni anda icra edilsin” cümləsi qətnamədən xaric edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılma tələbinin təmin olunması, həmçinin “qətnamə eyni anda icra edilsin” cümləsi qətnamədən xaric edilməsi hissəsində qüvvədə saxlanılmış, qətnamə qalan hissədə ləğv olunaraq yeni apellyasiya baxışına göndərilmiş, növbəti apellyasiya baxışında Şəki Apelyasiya Məhkəməsinin 25 may 2021 -ci il tarixli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(024)-250/2019 nömrəli qətnaməsi qismən- “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə cavabdehdən alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi bu hissədə təmin edilməmişdir.

6. Bundan başqa, xx.xx.2019-cu il tarixli 4Ə-2479 nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi ilə iddiaçılar İddiaçı1, X10, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 sözügedən torpaq sahəsini X4. X14 adına xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və AN 454197 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Yuxarıda göstərilən bütün qərarlar qəbul edilərkən qeyd olunan torpaq sahəsi X14 mülkiyyətində olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X13, X12, İddiaçı5 və X18 Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdiyi 34200 manat məbləğin sonuncudan alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X13, X12, İddiaçı5 və X18 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdikləri gəlir 34200 manat müəyyən edilərək, həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi, qalan 14700 manatının cavabdehdən alınaraq onlara verilməsini xahiş etmişlər.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı1 və X13 əvvəlki məhkəmə iclaslarına gəlmələrinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş, İddiaçı1 inzibati qaydada həbs olunmuş, Günay Hətəmova gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Cavabdeh1 gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 gəlmişdir.

9. Məhkəmə işə iddiaçılar İddiaçı1 və X13 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Əvvəlki məhkəmə iclasında iddiaçılar, İddiaçı1, X13, sonuncu məhkəmə iclasında İddiaçı2 Hümmət qızı, İddiaçı5 və X18 iddia tələbini müdafiə etmiş, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 isə məhkəmə iclasında iddianı qəbul etməmişdir.

11. İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X13, X12, İddiaçı5 və X18 iddia ərizəsində bu qətnamənin 1-6-cı bəndlərində göstərilən hallı qeyd etməklə bərabər göstərmişlər ki, qətnamənin torpaqdan çıxarılma hissəsi qüvvəyə mindiyi üçün və məhkəmədən artıq cavabdehin ucbatından torpağına aid olan gəlirdən davamlı olaraq hər il məhrum olmağının qarşısının heç olmazsa bu il (2021) alınmasını təmin etməsi xahiş olunduğu üçün həmin hissə icraya yönəldilmişdir, bütün səylərinə baxmayaraq cavabdeh yenə də könüllü olaraq torpaqdan çıxmamış və tələb etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş pul ödənilsin. İstər icraçıya, istərsə də cavabdehə izah olunmuşdur ki, pul tələbi ilə torpaqdan çıxarılma qanuni qüvvəyə minmiş qətnamə hissəsinə əsasən eyni anda icra olunmalı deyil, “sən torpağı təhvil ver, biz yığım vaxtı olduğundan bu ilki (2021) yığımı yığıb gəlirlərini də sənə ödəyək”. Lakin, cavabdeh qəsdən icranı ləngidərək artıq işçi qüvvəsi cəlb etməklə bu ilki yığımı da həyata keçirmişdir. Qeyd edir ki, bu ilki fındıq məhsulu hər yerdə olduğu kimi, onlara məxsus torpaqda da əvvəlki illərə nisbətdə xeyli bol olmuşdur. Göründüyü kimi, artıq iki ayrı məhkəmə mübahisəsi ilə cavabdehin torpağından qanunsuz istifadə etdiyi sübut olunduğu halda, cavabdeh qanunsuz olaraq həmin torpaqdan istifadə etməklə saysız-hesabsız gəlir əldə etməkdədir. Bu hissədə qeyd etmələri zəruridir ki, Ali məhkəmə və Şəki Apelyasiya Məhkəməsi cavabdehin mübahisəli torpağa qanunsuz sahibliyinin 2017-ci ildən, yəni onun alqı-satqı müqaviləsinin tanınması ilə bağlı iddia qaldırdığı tarixdən hesablanmasının doğru olmaması barədə qənaətə gəlmişdir. Cavabdehin 2017-ci ildə qaldırdığı həmin iddianın təmin olunmaması barədə yekun qərar 30 oktyabr 2018-ci ildə olmuşdur. Məhkəmələrin mövqeyinə və eyni zamanda işin mübahisəsiz hallarına görə həmin tarix artıq cavabdehin torpağa qanunsuz sahibliyini bildiyi və bilməli olduğu ildir. Yəni həmin tarixdən cavabdehin mübahisəli torpaq sahəsini tərk etməli olmasını bilməsi mübahisəsizdir. Bu hal da birmənalı olaraq Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun hesab edilməlidir. Bütün bu qənaət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 2019-cu il, 2020-ci il və 2021-ci il üçün fındıq və qoz yığımından əldə etdiyi və dəymiş ziyan kimi iddiaçıya ödənilməli olan bir məbləğ var. Qeyd edir ki, hamıya məlum olduğu kimi fındıq və qoz yığımı iyul-avqust aylarında həyata keçirilir. AR Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya biliməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.” Hal-hazırda yaranmış bu vəziyyətlə əlaqədar, digər məhkəmə işi üzrə müəyyən olunmuş hallara və sübutlara əsasən cavabdehin iddiaçılara 3 il (2019, 2020 və 2021) üzrə ödənilməli olduğu zərər fındıq məhsulunun gəliri üzrə 29.160 manat, qoz məhsulunun gəliri üzrə 1560 manat, cəmi 30.720 manat məbləğini təşkil edir. Hələ nəzərə alınsa ki, 2021-ci ilin məhsulu daha boldur və yüksəkdir, o zaman bu məbləğ daha da arta bilər. Göründüyü kimi, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişlər və hazırda da edə bilmirlər. İddiaçıların həmin torpaq sahəsini təyinatı üzrə istifadə edərək kənd təsərrüfatını inkişaf etdirməklə bərabər xeyli gəlir də əldə edə bilmək imkanları hüquqən mümkün olduğu halda, cavabdehin özbaşınalığı ucbatından bunu faktiki həyata keçirə bilməməkdədirlər. Hansı ki, cavabdeh qanunsuz olaraq həmin torpaqdan illərdir ki, saysız-hesabsız gəlir əldə edir. Qeyd edirlər ki, iddiaçılardan İddiaçı1, X10, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 maddi sıxıntı səbəbindən sözügedən torpaq sahəsini X4 və aralarında razılığa gəlmişlər ki, alqı-satqı tarixindən 3 il müddətində torpağı istifadə etməklə gəlirini satan şəxslər götürəcəkdir. Lakin, göründüyü kimi cavabdehin təqsiri ucbatından bu günə kimi həyata keçirmək mümkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıların konstitusiya ilə qorunan hüquqları pozulmuş, onlar ciddi sıxıntılara məruz qalmışlar və bu hal hazırda davam etməkdədir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdikləri gəlir 34200 manat müəyyən edilərək, həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi, qalan 14700 manatının cavabdehdən alınaraq onlara verilməsini xahiş etmişlər.

12. Əvvəlki məhkəmə iclasında iddiaçı, İddiaçı1, Ramazanova (Hətəmova) Günay Nəriman qızı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərmişlər ki, 05 avqust 2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinin verdiyi icra vərəqəsi verildikdən sonra icra məmuru tərəfindən Cavabdeh1 qardaşı Cavabdeh2 onlara məxsus torpaq sahəsindən çıxarılması tələb olunsa da, Cavabdeh2 bundan imtina edərək ona ödəməli olduqları məbləği ödəməyəcəkləri təqdirdə çıxmayacağını bildirmiş, bundan sonra isə fındıq ağaclarının və qoz ağaclarının məhsulunu yığmış və 25 avqust 2021-ci il tarixdə həmin torpaq sahəsindən çıxmışdır.

13. Məhkəmə iclasında İddiaçı2 Hümmət qızı, X13, X12, İddiaçı5 və X18 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahş etdilər.

14. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Alşan oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbində göstərilənlər əsassızdır. Belə ki, sözügedən məhkəmə qətnaməsi ilə onun mübahisəli torpaqdan çıxarılması qət edildikdən sonra həmin ərazidə olan fındıq və qoz məhsullarını yığmamışdır. İddiaçılardan alınaraq ona ödənilməli olan 19800 manat pulu iddiaçılar ona tam ödəmədikləri üçün mübahisəli torpaq sahəsindən çıxmasa da, 2021-ci ilin avqust ayında icra məmurunun tələbi ilə torpaq sahəsindən çıxmışdır. Qeyd edir ki, yaşadığı rayon ərazisində fındıq yığımı sentyabr ayının ortalarından başlayır və torpaqdan çıxan zaman yetişməmiş fındığın yığılması mümkün deyildir. İddiaçıların bu barədə göstərdikləri böhtandır. İddianı qəbul etmir və məhkəmədən iddianın rədd edilməsi bardə qətnamə çıxarılmasını xahiş edir.

15. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-6-cı bəndlərində göstərilən hallara əlavə olaraq müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin tərəfindən 25 may 2021-ci il tarixli, 2(107)-772/2021 saylı qətnamə üzrə Cavabdeh1 JN-0007 KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumi birgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi boşaldılaraq iddiaçılara təhvil verilməsi, İddiaçı1, İddiaçı2 Hümmət qızı, X13, X12 və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000(on səkkiz min) və 10(on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla cəmi- 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi barədə 10 iyun 2021-ci il tarixdə icra vərəqəsi verilmiş, icra sənədinin icrası ilə əlaqədar 06 avqust 2021-ci il tarixdə icra məmuru tərəfindən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 tələbin mahiyyəti izah edilərək sözügedən torpaq sahəsindən çıxması tələb olunmuş, lakin Cavabdeh2 İddiaçı1 və digər iddiaçılar tərəfindən ona ödənilməli olan 19530 manat məbləğ tam ödənilməyəcəyi təqdirdə həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. 26 avqust 2021-ci il tarixdə isə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılmışdır.

16. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilən Şəki Apellyasiya məhkəməsini icra vərəqəsinə əsasən Cavabdeh1 25 avqust 2021-ci il tarixdə mübahisəli torpaq sahəsindən çıxarıldığı üçün ondan yalnız 2021-ci il tarixdə fındıq və qoz məhsulunun yığımından əldə olunan gəlir cavabdehdən alınaraq yalnız iddiaçı Ramil Məmmədova verilməlidir. Çünki məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.0665 ha torpaq sahəsi Reyestr nömrəsi **********6, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə X11 mülkiyyətinə verilmişdir. Bu səbəbdən də həmin tələblə bağlı iddiaçılar qismində çıxış etməli şəxslər İddiaçı1, İddiaçı2 Hümmət qızı, X13, X12 və İddiaçı5 yox, Ramil Məmmədovdur. İddiaçılar İddiaçı1, İddiaçı2, Günay Hətəmovanın, Məryət Hətəmovanın və İddiaçı5 hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

17. Məhkəmə İddiaçı1, İddiaçı2, Günay Hətəmovanın, Məryət Hətəmovanın və İddiaçı5 müvafiq subyektiv hüququnun olub-olmamasını araşdıraraq qeyd etmişdir ki, həmin iddiaçıların Qax rayonu Qaşqaçay kəndində yerləşən yuxarıda qeyd olunan torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olması və sözügedən əvvəlki məhkəmə qətnaməsinə əsasən fındıq və qoz ağaclarının dəyərini iddiaçı Cavabdeh1 ödəməli olmaları onlara həmin tələblə bağlı məhkəməyə müraciət etmək hüququ vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə onların hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Ona görə də, iddia tələbi onlara münasibətdə təmin edilməməlidir.

18. Məhkəmə sorğusu əsasında “statistika idarəsi tərəfindən verilmiş məktubla bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4.50 manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 5 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi çıxarılan zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyində AR KTN-nın Qax rayon X23 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli AKT-dan istifadə edilməklə 180 ədəd fındıq ağaclarının məhsuldarlığının 10-15 kq olduğu göstərilmişdir. Odur ki, məhkəmə mübahisənin ədalətli həll edilməsi üçün 180 ədəd fındıq kolunun hər birindən əldə olunan məhsulun orta hesabla 12 kq-hesablanaraq 180 ədəd fındıq ağacı x 12 kq fındıq=2160 kq fındıq və fındığın orta bazar dəyəri 4.50 manat x 2160 kq fındıq məhsulu=9720 manat, 10 ədəd məhsuldarlığı 10 ədəd qoz ağacı x 13 kq qoz məhsulu=130 kq qoz məhsulu x 5 manat=650 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir.

19. Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-287/2022 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən 2021-ci il ərzində qanunsuz istifadə edərək əldə etdiyi 10370 manat pulun alınaraq iddiaçı X15 verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

21. İş materiallarında olan Reyestr nömrəsi **********6, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.0665 ha torpaq sahəsi X11 mülkiyyətindədir.

22. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 iddiası təmin edilərək İddiaçı1 ilə Cavabdeh1 arasında Qax rayonu Qanlıqobu adlanan ərazidə yerləşən J№ 0007, KOD 40311018 nömrəli torpağ mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 10665.18 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Aşağı-Malax Bələdiyyəsində bağlanmış müqavilə bağlanmış hesab edilmişdir.

23. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli 2(107)-2102/2017-ci il tarixli qətnaməsindən görünür k, apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli 2(102)-1977/2018 saylı qətnaməsinin surətindən görünür ki, Hətəmov Nərman Şəfaət oğlunun kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli 2(107)-2102/17 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasya Məhkəməsinə göndərilmişdir.

25. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(024)-709 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməmişdir.

26. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi boşaldılaraq iddiaçılara təhvil verilməsi, son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğ ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi, ilkin iddianın qalan hissəsi rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Cavabdeh1 ödənilməsi və qarşılıqlı iddianın qalan hissəsi rədd edilməsi, iş üzrə 50(əlli) manat ekspertiza xərcinin ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 birgə qaydada alınaraq müvafiq hesaba ödənilməsi, Qətnamənin eyni anda icra edilməsi qət edilmişdir.

27. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı və Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 Nərman qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019saylı qətnaməsi qismən, yəni qətnamənin nəticə hissəsində “qətnamə eyni anda icra edilsin” cümləsi qətnamədən xaric edilmiş və qətnaməni qalan hissəsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

28. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(102)- 748/2020 nömrəli iş üzrə qətnaməsi ləğv edilərək ilkin iddia tələbi üzrə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulması hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

29. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)- 250/2019 nömrəli qətnamə qismən “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbinin bu hissədə təmin edilməməsi qət edilmişdir.

30. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(107)-772/2021 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə qəbul edilərkən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyi ilə müəyyən edilmişdir ki, AR KTN-nın Qax rayon X23 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli AKT-dan istifadə edilməklə 180 ədəd məhsuldarlığı 10-15 kq olan fındıq topasının (kolu) orta bazar dəyəri 18000 manat, 10 ədəd məhsuldarlığı 13 kq olan qoz ağacının orta bazar dəyəri 1500 manat təşkil edir və iş materiallarında olan "xxxx" MMC-nin 10 dekabr 2019cu il tarixli, 9 saylı arayışı ilə müəyyən edilmişdir ki, hazırda bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4.5 (dörd manat əlli qəpik) manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 4 (dörd) manatdır.

32. İş materiallarında olan Qax rayon İcra və Probasiya şöbəsinin 26 sentyabr 2022ci il tarixli № 10041/1 saylı məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(107)-772/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 JN-0007 KOD 40311018 saylı torpağa müllkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumi birgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməli, İddiaçı1, İddiaçı2 Hümmət qızı, X13, X12 və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500(bir min beş yüz) manat olmaqla cəmi-19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunan icra sənədi 21 iyun 2021-ci il tarixdə Qax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, tərəfindən ‘‘İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. İcra işinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 JN-0007 KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi təmin edilmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. Hal-hazırda icra vərəqəsində qeyd olunan İddiaçı1, İddiaçı2 Hümmət qızı, X13, X12 və İddiaçı5 Cavabdeh1 xeyrinə 180(bir yüz səksən) ədəd fındıq ağacına görə 18000(on səkkiz min) və 10(on) ədəd qoz ağacına görə 1500(bir min beş yüz) manat olmaqla cəmi- 19500(on doqquz min beş yüz) manat pul və ödənilmiş 30(otuz) manat dövlət rüsumu ödənilməsi istiqamətində tədbirlər görülməklə 3000(üç min) manat məbləğin tələbkara ödənilməsi təmin edilmiş, qalıq qalan 16530 manat məbləğin ödənilməsi istiqamətində tərəfindən görülmüş qanunamüvafıq tədbirlər davam etdirilir.

33. İş materiallarında olan Qax rayon Statistika İdarəsinin 20 sentyabr 2022-ci il tarixli qəbindən görünür ki, 2021-ci il üçün 1 kq fındığın orta bazar qiyməti 4.50 manat, 1 kq qozun orta bazar qiyməti isə 5 manat təşkil etmişdir.

34. İş materiallarında olan Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 06 avqust 2021-ci il tarixli Aktdan görünür ki, həmin tarixdə icra məmuru tərəfindən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 tələbin mahiyyəti izah edilərək sözügedən torpaq sahəsindən çıxması tələb olunsa da, Cavabdeh2 İddiaçı1 və digər iddiaçılar tərəfindən ona ödənilməli olan 19530 manat məbləğ tam ödənilməyəcəyi təqdirdə həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir.

35. İş materiallarında olan Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 26 avqust 2021-ci il tarixli Aktdan görünür ki, həmin tarixdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılmışdır.

36. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.

37. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, X13, X12, İddiaçı5, X19 və Cavabdeh1 Alışan oğlu аpellyаsiyа şikаyətləri vermişlər.

Apellyasiya şikayətinin dəlilləri

38. İddiaçılar İddiaçı1, İddiaçı2, X13, X12, İddiaçı5 və X19 öz verdikləri apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Ali məhkəmə və Şəki Apelyasiya Məhkəməsi cavabdehin mübahisəli torpağa qanunsuz sahibliyinin 2017-ci ildən, yəni onun alqı-satqı müqaviləsinin tanınması ilə bağlı iddia qaldırdığı tarixdən hesablanmasının doğru olmaması barədə qənaətə gəlinmişdir. Cavabdehin 2017-ci ildə qaldırdığı həmin iddianın təmin olunmaması barədə yekun qərar 30 oktyabr 2018-ci ildə qəbul olunmuşdur. Məhkəmələrin mövqeyinə və eyni zamanda işin mübahisəsiz hallarına görə həmin tarix artıq cavabdehin torpağa qanunsuz sahibliyini bildiyi və bilməli olduğu tarixdir. Yəni həmin tarixdən cavabdehin mübahisəli torpaq sahəsini tərk etməli olmasını bilməsi mübahisəsizdir və bu hal Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 2019-cu il, 2020-ci il və 2021-ci il üçün fındıq və qoz yığımından əldə olunmuş məbləğ dəymiş ziyan kimi iddiaçıya ödənilməlidir. Eyni zamanda həmin torpaq sahəsində yerləşən 180 (bir yüz səksən) ədəd fmdıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacma görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pulun iddiaçılardan cavabdehin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qüvvəyə minmiş, həmin məbləğin bir hissəsi iddiaçılar tərəfindən cavabdehə ödəmniş və hal-hzırda da mütəmadi olaraq ödənməkdədir.

39. Hazırkı işin hallarına diqqət etsək mübahisəsiz şəkildə aydın olar ki, cavabdeh tərəfindən 2017-cı ildə iddia qaldırılaraq mübahisəli torpaq sahəsinə dair alqı- satqı müqaviləsinin bağlanmış hesab edilməsi xahiş olunmuş, bu ış üzrə yekun məhkəmə qəran 2018-cı ilin oktyabr ayında qəbul olunaraq iddia tələbi təmin edilməmişdir. Bəhs olunan maddənin birinci tələbinə (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bürün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər) əsasən, hansı əsasla olmasından asılı olmayaraq cavabdehin iddia tələbinin təmm olunmaması həmin tarixdən onun iddiaçılara məxsus olan mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildiyi tarixdir. Demək ki, iddiaçıların 2019-cu il tarixindən cavabdehin onlara məxsus olan torpaq sahəsindən götürdüyü gəlirləri qaytarması barədə tələbləri qanuni və əsaslı olmuşdur.

40. Bütün bu qanunvericlik normalarının tələblərinə zidd olaraq işə baxan məhkəmə mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozaraq, mülkiyyətlərində olan torpaq sahəsində cavabdeh tərəfindən 2018-ci ilədək (vicdanlı sahib hesab olunan tarixədək) aparılmış yaxşılaşdırmanın dəyəri olaraq 19500 manat məbləği ödəməli olduqları halda, həmin mülkiyyətçilərin torpaqlarına vicdansız şəkildə sahiblik edərək 2019-2021-ci illər ərzində qanunsuz olaraq oradan gəlir əldə edən cavabdehdən bunun əvəzini ala bilmək imkanından onları məhrum etmişdir.

41. Məhkəmə cavabdehin 2019-2021-ci illər üzrə mübahisəli torpaqdan heç bir fayda götürmədiyini, məhsul yığmadığını qeyd etsə də, bunun sübutu iş materiallarında olmamışdır. Halbuki, verdiyi bu izahatın sübut etmə yükü cavabdehin üzərinə düşür.

42. Cavabdeh tərəfindən 3 il ərzində heç bir məhsul əldə etməməsi barədə verdiyi izahatın sübutu təqdim edilməmişdir. Qeyd edək ki, işə baxan məhkəməyə mübahisəsiz şəkildə bəlli olmuşdur ki, 2018-ci ilə kimi cavabdeh həmin torpaqdan hər il məhsul əldə etmişdir. Eyni zamanda cavabdehin xeyrinə daha əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçılardan tutulan vəsait ekspert tərəfindən həmin ağacların məhsuldarlığından hesablanaraq müəyyən olunmuşdur. Məhkəmə digər hallar kimi buna da əhəmiyyət verməmişdir.

43. Ona görə də, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)- 287/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddanın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.

44. Cavabdeh1 Alışan oğlu öz verdiyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçıların (Məmmədov Ramil istisna olmaqla) əvvəlki iddia tələblərinin eynisi olan iddia tələbinə münasibətdə 2 dəfə Ali Məhkəmə, 1 dəfə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən qeyd edilmişdir ki, cavabdehin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair etibarlı müqaviləninin bağlanmadığının müəyyən edilməsi də iddiaçıları bu halı sübut etmək yükündən azad etmir. Çünki tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmaması mübahsəli sahənin icarəyə verildiyi barədə birmənalı qənaət üçün əsas ola bilməz! Bu da onu deməyə əsas verir ki, cavabdeh torpaq sahəsini zəbt və ya qanunsuz yolla əldə etməmişdir.

45. Heç bir məhkəmə qərarında torpağın onun qanunsuz istifadəsində olduğu qeyd edilməmiş, bununla bağlı hər hansı bir sübut da iddia ərizəsinə əlavə edilməmişdir.

46. Eyni zamanda, torpaqdan istifadə etməklə saysız-hesabsız gəlir əldə etməyini sübut edəcək hər hansı bir dəlil iş materiallarında mövcud deyildir. Təkcə həmin illər üzrə deyil, ondan əvvəlki iki ildə də o heç bir gəlir əldə etməmişdir. Əksinə xeyli miqdarda ziyan çəkmişdir. Belə ki, ağacların sulanması, qulluğun edilməsi, onların yanmaması üçün işçi qüvvəsindən istifadə etmişdir. Son 5 ildə demək olar ki, ümumiyyətlə 1 manat olsun belə gəlir əldə etməmişdir.

47. Tərəflər arasında olan mübahisə 23 noyabr 2021-ci il tarixində yekunlaşmış, icra sənədi üzrə icra hərəkətləri 2022-ci ilin avqust ayına kimi davam etmişdir. Lakin məhkəmə 2021-ci il ərzində torpaq sahəsindən istifadə etməyini qanunsuz hesab etmişdir. Məhkəmə mübahisənin məhkəmə müstəvisində araşdırddığını nəzərə almamaqla kobud səhvə yol vermişdir. Məhkəmənin qətnaməsindən belə basa dümək olur ki. Ali məhkəmənin qərarı 2021-ci ilin noyabr ayında yekunlaşsa da, hakim 2021-ci ilin yalnız dekabr ayına görə məndən 10370 manat məbləğində pul tutub, bu da absurd, gülünc və əsassızdır.

48. İş materiallarında onun 2021-ci ildə 10370 manat məbləğində pul əldə etməyinə dair hər hansı bir mötəbər sübut iş materiallarında mövcud deyil.

49. Ən vacib xüsus ondan ibarətdir ki, Qax rayon Məhkəməsi iddianı qismən təmin edərkən, faktiki olaraq həmin hissədə qüvvədə olmayan, Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilən məhkəmə qətnaməsinə istinad edərək, 2019-cu il tarixində Qax rayon Məhkəməsində baxılan iş üzrə ağacların məhsuldarlığı ilə əlaqədar "xxxx" MMC-nin xx.xx.2019- cu il tarixli, 9 saylı arayışına əsaslanmışdır. Halbuki, Qax rayon Məhkəməsində həmin işə baxılarkən X18 adlı şəxs ümumiyyətlə tərəf olmamış, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 9 saylı arayışı isə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilməmiş, 2019-cu ilin dekabr ayında 1 gün ərzində tezbazar alınmış arayış olmuşdur. Lakin məhkəmə, həmin arayışı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş arayış kimi təqdim etmişdir. Axı 2019-cu ildə Qax rayon Məhkəməsində işə baxılarkən ekspertizanın təyin edilməsi barədə qərardadda "xxxx" MMC-nin izi-tozu yoxdur.Zəruri olaraq qeyd edilməlidir ki, həmin əsassız arayışa istinad edilməklə təmin edilmiş Qax rayon Məhkəməsinin 2(024)-250/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi məhz həmin hissədə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-772/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.

50. Məhkəmə qətnamə qəbul edərkən, Qax rayon Məhkəməsinin 2(024)-250/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilməyən hissəsinin, yəni İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq mənə, yəni Cavabdeh1 ödənilməsi hissəsində qətnamənin bugünə kimi icra edilməməsini, yalnız ümumi məbləğdən 2000 (iki min) manat ödənildiyini nəzərə almamışdır.

51. Ona görə də, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)- 287/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və idda tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

53. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və X18 öz verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

54. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 Alışan oğlunun nümayəndəsi Cavabdeh2 öz verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

55. İddiaçılar İddiaçı1, İddiaçı2, X13, X12 və İddiaçı5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın.

157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

57. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzhürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayadaya riayət edilməklə yaranır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri

59. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

60. Hər iki tərəf Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)- 287/2022 nömrəli qətnaməsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

62. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçıların apellyasiya şikayəti qismən əsaslıdır və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar vardır.

63. Bu qətnamənin 4-cü, həmçinin 26-28-ci bəndlərindən göründüyü kimi, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə Cavabdeh1 JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi qət edilmiş və qətnamənin həmin hissəsi apellyasiya və kassasiya qaydasında dəyişdirilməmişdir. Beləliklə, hazırki iş üzrə Cavabdeh1 JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsinə sahibliyinin qanunsuz olduğu həmin məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hazırki iş üzrə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir. Bu qətnamənin 56-cı bəndindən göründüyü kimi, Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Qax Rayon Məhkəməsinin 2(024)-250/2019 saylı qətnaməsi 10 dekabr 2019-cu il tarixdə çıxarılmışdır, bu da onu göstərir ki, Cavabdeh1 Alışan oğlu həmin vaxt JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsinə sahibliyinin qanunusuz olduğunu artıq bilirdi. Belə olan halda, iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 2019-cu ildən etibarən cavabdehin həmin torpaq sahəsindən götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

64. Bu qətnamənin 6-cı, həmçinin 21-ci bəndlərindən göründüyü kimi, xx.xx.2019-cu il tarixli 4Ə-2479 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə iddiaçılar İddiaçı1, X10, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 sözügedən torpaq sahəsini X4. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin alqı-satqı müqaviləsi bağlanan vaxt fındıq və qoz məhsullarının yığılması mövsümü artıq keçmişdi, yəni cavabdeh həmin torpaq sahəsindən 2019-cu il üçün gəlir götürdüyü zaman torpaq sahəsinin mülkiyyətçisi iddiaçılar İddiaçı1, X10, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 olmuşlar. 2020-2021-ci illər ərzində həmin torpaq sahəsindən cavabdehin götürdüyü və ya götürməli olduğu gəlirlər isə torpaq sahəsinin mülkiyyətçisi olaraq X15 düşürdü.

65. İddiaçılar iddia ərizəsində Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdiyi gəlirin 34200 manat müəyyən edilməsini xahiş etmiş, eyni zamanda 3 il (2019, 2020 və 2021) üzrə ödənilməli olduğu zərərin fındıq məhsulunun gəliri üzrə 29.160 manat, qoz məhsulunun gəliri üzrə 1560 manat, cəmi 30.720 manat təşkil etdiyini qeyd etmişlər. İddiaçılar qalan 3480 manat pulun tələb edilməsi hissəsində məhkəməyə heç bir sübut və ya dəlil təqdim edə bilməmişlər.

66. Məhkəmə kollegiyasının son iclasında iddiaçılar İddiaçı1 və X18 məhkəməyə ərizələr təqdim edərək hal-hazırda Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etdiyi üç il üçün cəmi 31.110 manat pulun alınaraq onlara ödənilməsinə razı olduqlarını, həmin pulun 2019-cu il üçün hesablanan 10.370 manat hissəsinin iddiaçılar İddiaçı1, X10, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5, 2020-2021-ci illər üçün hesablanan 20.740 manat hissəsinin isə iddiaçı X15 verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyinə əsaslanmaqla, Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin bir il üçün 10.370 manat müəyyən etməsinə, həmçinin iddiaçıların ərizələrində həmin məbləğin göstərilməsinə baxmayaraq, iddiaçıların iddia ərizəsində torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğini bir il üçün 10.240 manat hesablamaqla üç il üçün cəmi 30.720 manat tələb etmişlər. Məhkəmə kollegiyası bu qətnamənin 58-ci bəndində göstərilmiş Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsaslanmaqla, Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin bir il üçün 10.240 manat müəyyən edilməklə hesablanmalı olduğu qənaətinə gəlir.

67. Məhkəmə kollegiyası iddiaçıların iddia tələbinin Cavabdeh1 Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin hesablanaraq həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi, halhazırda hansı hissədə ödənilmiş, hansı hissədə ödənilməmiş olduğu məsələləri həmin qətnamənin icrası qaydasında müəyyən edildiyindən və hazırki qətnamə ilə həmin pulların əvəzləşdirilməsinin qət edilməsi qətnamənin icrası zamanı qeyri-müəyyənlik yaradacağından həmin tələb təmin edilə bilməz və həmin məsələ məhkəmə qətnaməsinin icrası prosesində həll edilməli olan məsələdir.

68. Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.0665 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixədək JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixli 4Ə-2479 nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi ilə X5, hal-hazırda ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağacları isə həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən yetişdirilməklə onun mülkiyyətində olmuşdur. Bu qətnamənin 26-cı bəndindən göründüyü kimi, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Cavabdeh1 ödənilməsi qət edildiyindən həmin dəyəri ödənilən fındıq və qoz ağacları iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 mülkiyyətinə keçmişdir. xx.xx.2019-cu il tarixdə mübahisəli torpaq sahəsi X2 yuxarıda qeyd edilən məhkəmə qətnaməsi hələ qəbul edilmiş olmasa da, torpaq sahəsinin üzərində faktiki olaraq həmin fındıq və qoz ağacları mövcud olmuşdur. Həmin alqı-satqı müqaviləsinə əlavə qeyd-şərt olmadığından belə prezumpsiya oluna bilər ki, X18 mübahisəli torpaq sahəsini üzərində olan fındıq və qoz ağacları ilə birlikdə almışdır. İddiaçılar hazırki iş üzrə iddia ərizəsində göstərir ki, torpaq sahəsi X3 aralarında razılaşma olmuşdur ki, alqı-satqı tarixindən 3 il müddətində torpaq istifadə etməklə gəlirini satan şəxslər götürəcəkdir. Elə həmin ərizədən də, görünür ki, əldə ediləcək gəlir deyildikdə həmin torpaq sahəsində olan fındıq və qoz ağaclarından yığılan məhsul nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iki nəticəyə gəlməyə əsas verir. Birinci, bu razılaşma qeyd olunan ağacların da torpaq sahəsi ilə birlikdə X1 dolayı olaraq təsdiq edir. İkincisi, X18 qoz və fındıq ağaclarından əldə olunacaq gəlirləri könüllü olaraq digər iddiaçılara verəcəyini öhdəsinə götürmüşdür. Bununla bərabər, xx.xx.2019-cu il tarixdən etibarən mübahisəli torpaq sahəsi və üzərindəki qoz və fındıq ağacları X11 mülkiyyətində olduğundan qeyd edilən ağaclardan cavabdehin əldə etdiyi gəlirlərin 2020-2021-ci illər üçün hesablanan hissəsi (bax 64-cü bənd) cavabdeh tərəfindən X15 ödənilməlidir. Eyni zamanda, gələcəkdə ağacların dəyəri olan 19.500 manatın müvafiq hissəsi X18 tərəfindən könüllü olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 verilmədiyi təqdirdə, sonuncuların X15 qarşı tələb hüququ yaranacaqdır.

69. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi dəqiq və aydın yazılmalı olduğundan və iddiaçıların iddia ərizəsində yazdığı cavabdehin Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində istifadə edərək əldə etdiyi gəlir ifadəsinin həmin torpaq sahəsində yerləşən fındıq və qoz ağaclarından əldə etdiyi gəlir olaraq dəqiqləşdirilməsi iddia tələbindən kənara çıxılması hesab olunmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 6.8-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin qərarın 9.1-cu bəndində isə göstərilmişdir ki, 9.1. iddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

70. Məhkəmə kollegiyası Cavabdeh1 Alışan oğlunun apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin apellyasiya şikayəti qismən - hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olması hissəsində əsaslı olsa da, iddia tələbinin rədd edilməli olması hissəsində qismən əsassızdır. İddia tələbinin təmin və rədd edilməli olan hissələri bu qətnamənin 62-67-ci bəndlərində ətraflı izah edildiyindən həmin halların təkrarlanmasına zərurət görülmür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 44-45-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 62-ci bəndində izah olunduğu kimi, Cavabdeh1 JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665.18 kv.m torpaq sahəsinə sahibliyinin qanunsuz olduğu Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamə həmin hissədə apellyasiya və kassasiya qaydasında dəyişdirilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 46 və 48-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən vicdanlı sahibdən onun əmlakdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh isə həmin əmlakdan sahibliyinin qanunsuz olduğunu bildiyi vaxt ərzində heç bir gəlir götürmədiyini iddia etsə də, nə ağacların məhsul verməyən ağac olduğunu, nə də məhsul vermiş olduğu halda həmin ağacların məhsulunu yığmamaqla özündə saxlayaraq iddiaçılara verməməsinin əsaslı olduğunu təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 47-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlillərinin əsassızlığı bu qətnamənin 63-cü bəndində güniş izah edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 49-cu bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsində həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyinə, həm də "xxxx" MMC-nin 10 dekabr 2019-cu il tarixli, 9 saylı arayışına istinad edilmişdir. Qax Rayon Məhkəməsinin həmin rəyə istinad etdiyi qətnaməsinin həmin hissədə ləğv edilməsinin səbəbinin həmin rəyin mötəbərliyi ilə əlaqəsi olmamış, iddiaçıların həmin tələblərinin əsassızlığı səbəbi ilə iddia həmin hissədə rədd edilmiş, həmin iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarında "xxxx" MMC-nin rəyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyinin mötəbərliyi mübahisələndirilməmişdir. Cavabdeh hazırki apellyasiya şikayətində həmin rəyin mötəbərliyini mübahisələndirməsinə baxmayaraq, onun əksini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 50-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Qax rayon Məhkəməsinin 2(024)-250/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsi üzrə verilmiş icra vərəqəsinin hal-hazıradək icra edilməməsi hazırki iş üzrə məhkəmə baxışının predmeti deyildir və məhkəmə qərarlarının icrası qaydasında baxılmalı olan məsələdir. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, fındıq və qoz ağaclarından əldə etdiyi (və ya etməli olduğu) gəlirlərin əvəzini hazırki iş üzrə iddiaçılara ödəməsi ilə birlikdə, hazırki iş üzrə cavabdehin (apellyatorun) Mülki Məcəllənin 157.6-cı maddəsinin tələbinə əsasən bu qətnamə ilə müəyyən edilmiş 2019-2021-ci illər ərzində həmin fındıq və qoz ağaclarına sərf etdiyi xərcləri ayrıca iddia qaldırmaqla hazırki iş üzrə iddiaçılardan tələb etmə hüququ qorunur. Belə ki, Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

71. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2, X13, X12, İddiaçı5, X19 və Cavabdeh1 Alışan oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-287/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçılar İddiaçı1, İddiaçı2, X9, X8, İddiaçı5, X11 Cavabdeh1 Alışan oğluna qarşı torpaq sahəsinə qanunsuz sahibliyi müddətində əldə edilmiş gəlirlərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Qax rayonunun Qaşqaçay kəndində yerləşən xx.xx.2019-cu il tarixədək JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olmuş, hal-hazırda ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətində olan 1.0665 ha torpaq sahəsindən 2019-cu il ərzində qanunsuz istifadə edərək əldə etdiyi 10.240 manat pul Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5; həmin torpaq sahəsindən 2020 və 2021-ci illərdə qanunsuz istifadə edərək əldə etdiyi 20.480 manat pul Cavabdeh1 alınaraq iddiaçı X16 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir.

72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, X13, X12, İddiaçı5 və X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh1 Alışan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-287/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X9, X8, İddiaçı5 və X11 Cavabdeh1 Alışan oğluna qarşı sonuncunun Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində istifadə edərək (həmin torpaq sahəsində yerləşən fındıq və qoz ağaclarından) əldə etdiyi gəlir 34200 manat müəyyən edilərək, həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi, qalan 14700 manatının cavabdehdən alınaraq onlara verilməsini tələbinə dair iddiası qismən təmin edilsin. Qax rayonunun Qaşqaçay kəndində yerləşən xx.xx.2019-cu il tarixədək JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olmuş, hal-hazırda ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətində olan 1.0665 ha torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2019-cu il ərzində istifadə edərək gəlir kimi əldə etdiyi 10.240 manat pul Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 verilsin. Həmin torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2020 və 2021-ci illərdə istifadə edərək gəlir kimi əldə etdiyi 20.480 manat pul Cavabdeh1 alınaraq iddiaçı X16 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar