Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-328/2025 09.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: tərəflərdən hər biri ilə uşaq qaldıqda alimentin müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X6 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(063)–1250/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh 23 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 28 aprel 2011-ci il tarixdə Ramiz, 04 noyabr 2013-cü il tarixdə Fatimə və 03 mart 2018-ci il tarixdə Damla adlı övladları doğulmuşdur. Ucar Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(063)-54/2018 saylı qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan doğulmuş 28 aprel 2011-ci il təvəllüdlü X7 və 04 noyabr 2013cü il təvəllüdlü X4 iddiaçının yanında qalması qət edilmişdir. 03 mart 2018-ci ildə doğulmuş X8 Cavabdeh himayəsindədir.
Birinci instansiya məhkəməsində icraat:
2. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28 aprel 2011-ci il təvəllüdlü X7 və 04 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən 03 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlk iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, ilk iddia üzrə cavabdehlə 23 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 28 aprel 2011-ci il tarixdə Ramiz, 04 noyabr 2013-cü il tarixdə Fatimə və 03 mart 2018-ci il tarixdə Damla adlı üç övladları doğulmuşdur. Lakin, Ucar Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə ilk iddia üzrə cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahdan doğulmuş 28 aprel 2011ci il təvəllüdlü X7 və 04 noyabr 2013-cü il təvəllüdlü X4 onun himayəsində və yanında saxlanılması qət edilmişdir. Bundan sonra, uşaqların maddi və mənəvi təlabatlarını o özü qarşılamışdır. İlk iddia üzrə cavabdeh isə bir ana kimi övladlarının necə yaşaması və hansı çətinliklərlə böyümələri ilə maraqlanmamışdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh 15 oktyabr 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 28 aprel 2011- ci il təvəllüdlü X7 və 04 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra 03 mart 2018-ci il tarixdə Damla adlı övladı doğulmuşdur. Azyaşlı uşağa baxdığından, həmçinin erkən yaşda ailə həşyatı qurduğundan hər hansı bir sənətə sahib ola bilməmişdir. Hal-hazırda işləmədiyindən hər hansı gəliri yoxdur. Bu səbəbdən də, 03 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Beləliklə, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, tərəflər 23 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 28 aprel 2011-ci il tarixdə Ramiz, 04 noyabr 2013-cü il tarixdə Fatimə və 03 mart 2018-ci il tarixdə Damla adlı övladları doğulmuşdur. Daha sonra, tərəflər arasında olan nikah ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin tələbi ilə 10 sentyabr 2018-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 28 aprel 2011-ci il təvəllüdlü X7 və 04 noyabr 2013-cü il təvəllüdlü X2 üçün ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının, 03 mart 2018-ci il təvəllüdlü X1 üçün isə ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onların valideynlik borcudur.
8. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının aylıq gəliri, həmin məbləğin onun, eləcə də ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin himayəsində olan uşaqların saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir.
9. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 28 aprel 2011-ci il təvəllüdlü X7 və 04 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 23 oktyabr 2024-cü il tarixdən başlayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində, eyni zamanda tərəflərin birgə nikahından doğulmuş 03 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 18 noyabr 2024-cü il tarixdən başlayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulmalıdır.
10. Həmçinin məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azad edildiyi 76,40 manat dövlət rüsumunun 42,55 %-i, yəni 32,50 (otuz iki manat əlli qəpik) manatı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir.
11. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh azad edildiyi 48,20 manat dövlət rüsumunun 80,85 %-i, yəni 39 (otuz doqquz manat) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməlidir.
12. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tələb edilmədiyindən həmin məbləğ ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin özünə aid edilməlidir.
13. Ucar Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(063)-1250/2024 saylı qətnaməsi ilə (hakim Xəyal Bədəlov) ilk iddia qismən təmin olunmuş, tərəflərin birgə nikahından doğulmuş 28 aprel 2011-ci il təvəllüdlü X7 və 04 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 23 oktyabr 2024-cü il tarixdən başlayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş 03 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 18 noyabr 2024-cü il tarixdən başlayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icraya yönəldilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azad edildiyi 76,40 manat dövlət rüsumunun 42,55 %-i, yəni 32,50 (otuz iki manat əlli qəpik) manatın ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh azad edildiyi 48,20 manat dövlət rüsumunun 80,85 %-i, yəni 39 (otuz doqquz manat) manatının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 100-cü maddələrinə istinad etmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 01 avqust 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 699983 nömrəli, 16 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 238516 nömrəli doğum haqqında şəhadətnamələr 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2024-cü il tarixdə verilmiş AZ-V seriyalı, 024729 nömrəli doğum haqqında şəhadətnamə Ucar Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(063)-54/2018 saylı qanuni qüvvəsini almış qətnaməsi 15 oktyabr 2024-cü il tarixli qəbz
16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun himayəsində olan 2011-ci il təvəllüdlü X7 və 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qanunsuz və əsasızdır. Belə ki, həmin uşaqlar xəstədirlər, həmçinin yaşayış minimumu haqqında qanuna əsasən alimentin məbləği uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 1 uşağa 190 manat, 2 uşağa isə cəmi 200 manat aliment kəsmişdir. Bu da onu göstərir ki, məhkəmə işə qərəzli yanaşaraq 2 uşağın mənafeyinə zidd olaraq qətnamə qəbul etmişdir.
18. Ona görə də, Ucar Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(063)– 1250/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
21. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsiinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.3-8.5-ci bəndləri: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.5. Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olubolmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi).
“Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı:
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 2024-cü ildə minimum əmək haqqı 345 manat olmuşdur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İddiaçı Ucar Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(063)-1250/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, özünün verdiyi iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
26. Bununla belə, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda, kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, bu zаmаn tərəflərin mənаfeləri аrаsındа ədаlətli tаrаzlıq prinsipinə riаyət оlunmаlıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu, yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
29. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Halbuki, hazırki işdə hər iki valideynlə uşaq qaldığından hazırki işin hüquqi əsasını məhz həmin norma təşkil etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, qanun tərəflərdən hər biri ilə uşaq qaldığı halda, tərəflərin hər birindən digərinin xeyrinə aliment tutulmasını deyil, əksinə, bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutulmasını qeyd etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflərin hər biri digərinə hər ay aliment olaraq pul ödəyəcəyi halda, əvəzləşmə baş verəcəkdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 200 manat, İddiaçı Cavabdeh xeyrinə isə hər ay cəmi 190 manat aliment olaraq pul tutulmuşdur. Belə olan halda, əvəzləşmə nəticəsində hər ay İddiaçı xeyrinə cəmi 10 manat aliment olaraq pul tutulmuş olur. Bu hal isə həm Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələblərinin, həm də uşaqların mənafeyinin pozulmasına səbəb olacaqdır. Ona görə də, qətnamə ləğv edilməli və tərəflərdən birindən digərinin xeyrinə aliment tutulmalı, digər iddia rədd edilməlidir.
30. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti İddiaçı tərəfindən verilmişdir. Ona görə də, iddiaçının ziyanına qətnamə qəbul edilməsi apellyasiya baxışının həddlərindən kənara çıxmaqla yolverilməzdir. Göründüyü kimi, tərəflər arasında olan nikah Ucar Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(063)-54/2018 saylı qətnaməsi ilə pozulduqdan hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunanadək iddiaçı cavabdehdən heç bir aliment tələb etmədən iki uşağını öz vəsaiti hesabına saxlamışdır. Hazırki iddialara baxan birinci instansiya məhkəməsi iddiaçıdan cavabdehin xeyrinə bir uşaq üçün 190 manat aliment tutmuşdur ki, həmin məbləği cavabdeh mübahisələndirməmişdir. Eyni zamanda, cavabdeh daha az maddi imkana malik olması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İddiaçının yanında qalan uşaqların xəstəlikdən əziyyət çəkmələri və daha artıq xərcə ehtiyacları olması barədə iddiaçının bildirdiklərinə cavabdeh etiraz etməmişdir.
31. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, hazırki halda Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin tutulması məqsədəuyğundur.
32. Bunlarla yanaşı, kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın”a edilmiş dəyişikliklər nəzərə alınmalıdır. Həmin Qərarın 1.2.1-ci bəndi ilə 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Hazırki halda, alimentin tutulmasının əvvəli 23 oktyabr 2024-cü ildən hesablandığından alimentin məbləği 2024-cü il üçün minimum əmək haqqının məbləğinə mütənasib müəyyən edilməli, 2025-ci il və gələcək illər üçün indeksasiyası alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti tərəfindən müəyyən edilməlidir.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(063)–1250/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddiası qismən təmin edilməli, 28 aprel 2011-ci ildə doğulmuş X7 və 04 noyabr 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 23 oktyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,145 misli olmaqla, hər ay iki uşaq üçün cəmi 0.29 misli məbləğində aliment tutulmalı, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(063)–1250/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddiası qismən təmin edilsin. 28 aprel 2011-ci ildə doğulmuş X7 və 04 noyabr 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 23 oktyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,145 misli olmaqla, hər ay iki uşaq üçün cəmi 0.29 misli məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.