Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-337/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh2, ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğvi, sənədlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1540/2020 nömrəli qətnaməsindən cavabdeh ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzili üzrə Cavabdeh1 ASC-nin Mingəçevir şəhər filialı ilə oun, yəni İddiaçı arasında Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Azərbaycan Respublikası ƏMDK- nm yanında DƏDRX-nin X13 həvalə edilməsi və ipotekaya qoyulmiş sənədlərin ona qaytarılmasının isə Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1540/2020 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzili üzrə "Cavabdeh1" ASC-in Mingəçevir şəhər filialı ilə İddiaçı arasında Mingəçevir şəhər 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən narazı qalan cavabdeh ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X15 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı əmlakı bu mənzildir. İddiaçının uzaqdan tanıdığı X1 fəaliyyəti ilə məşğul idi. Həmin şəxs iddiaçını və X7 adlı şəxsləri aldadaraq onların mülkiyyətimdə olan Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzilini və X3 mülkiyyətində olan Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 saylı evin 44 saylı mənzilini “Cavabdeh1’’ ASC-dən kredit götürərək ipoteka ilə yüklü etmişdir. Belə ki, Cavabdeh1 ASC-nin Mingəçevir filialı ilə X11 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, MF-Ş/205K №-li “Kredit müqaviləsinə” əsasən T.H.Məmmədova 34000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi X4 (Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 77, mənzil 14) və İddiaçı qızma məxsus (Mingəeçvir şəhəri, Y.Muradov küçəsi ev 11, mənzil 7) 2 ədəd mənzil xx xxxx 2009- cu il tarixli “ipoteka müqaviləsi” nə əsasən ipoteka ilə yüklü edilmişdir. X2 müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə Cavabdeh1 ASC xx xxxx 2010-cu il tarixdə X8, X4 və İddiaçı qarşı kredit üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönədilməsi, əmlakların açıq hərracdan satılaraq Cavabdeh1ASC-yə olan borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-10/2012 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər Məhkəməsinin 2(051)10/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən borclu X5 22062 manat əsas borc, 9133 manat faiz borcu cəmi 31195 manat kredit borcu və 20 manat dövlət rüsumu "Cavabdeh1” _ ASC-yə verilməli, pulun tutulması ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməli X3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş 44000 manat qiymətləndirilmiş, Mingəçevir şəhər M.Maqomayev küçəsi 77 saylı evin 60,24 kv yaşayış sahəsindən ibarət olan 4 otaqlı 14 saylı mənzili və İddiaçı mülkiyyətində olan 24000 qiymətləndirilmiş, Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 45,93 kv m yaşayış sahəsi olan 3 otaqlı 7 saylı mənzili açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə edilən vəsaitdən 31195 manat kredit borc və 20 manat dövlət rüsumu tutularaq tələbkara verilməli, mənzilin açıq hərracdan satışından kredit borcun ödənilməsindən sonra qalan hissəsi mənzillərin ayrılıqda dəyərləri nəzərə alınmaqla Ç.Q.Paşayevə və İddiaçı verilməsinə dair olan iş üzrə icra sənədi xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhər İcra bölməsinin icraatına daxil olmuşdur. xx xxxxx 2012-ci il tarixdə Mingəçevir şəhər İcra şöbəsinin icra məmuru Z.Rəfiyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti müvafiq olaraq məhkəməyə, tələbkara məlumat üçün göndərilmiş, iş üzrə borcluya icra sənədinin könüllü icra etməsi üçün vaxt verilmişdir. Sonra iş üzrə borclular Ç.Q.Paşayevə və İddiaçı məxsus mənzillər hərrac vasitəsi ilə satılmalı olduğundan xx.xx.2012ci il tarixdə hərracın təşkilatçısı olan Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMCyə göndərilmişdir. Hərrac keçirilməsinə baxmayaraq mənə, yəni İddiaçı və Ç.Paşayevə məxsus mənzillər satılmamışdır. Sonra ipoteka saxlayana ipotekanı alması təklif olunsa da həmin mənzil ipoteka saxlayan tərəfindən qəbul olunmadığına görə icra sənədi Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icra məmurunun xx xxxxxx 2013-cü il tarixli qərarı ilə icra olunmadan Mingəçevir şəhər Məhkəməsinə geri qaytarılmışdır. Hazırda iddiaçının tələbilə eyni məzmunlu digər cavabdeh olmuş X7 da Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, onun iddiası təmin olunmamış, qətnamədən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən şikayət təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Eyni kreditin təminatı olmuş və eyni ipoteka müqaviləsi əsasında, xx xxxx 2009- cu il tarixli ipoteka müqaviləsi ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almış, X3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhər M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzili yüklülükdən azad edilmiş, sənədləri özünə qaytarılmışdır. Ona görə də Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzili üzrə Cavabdeh1 ASC-nin Mingəçevir şəhər filialı ilə iddiaçının, yəni İddiaçı arasında Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Azərbaycan Respublikası ƏMDK- nm yanında DƏDRX-nin X13 həvalə edilməsi və ipotekaya qoyulmiş sənədlərin ona qaytarılmasının isə Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051 )-10/2012 nömrəli qətnaməsinə əsasən, X5 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edimiş mənzilə yönəldilməsi, X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 77 saylı evin, 14 saylı mənzilinin və İddiaçı mülkiyyətində olan Mingəçevir Şəhəri, Y.Mansurov küçəsi 11 saylı evin, 7 saylı mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərlərinin nəzərə alınması Ç.Q.Paşayevə və İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə Cavabdeh2nə göndərilmişdir, icra işi açılmış və müxtəlif icra tədbirləri aprılmışdır. İcra sənədinin icra edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmiş Mingəçevir Şəhəri, Y.Mansurov küçəsi 11 saylı evin, 7 saylı mənzili açıq hərracda satılması üçün hərrac mərkəzinə göndərilmişdir. “xxxx” MMC tərəfindən Mingəçevir şəhər İcra bölməsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktuba əsasən əmlak satılmadığından hərracın baş tutmaması bildirilmişdir. “xxxx” MMC tərəfindən 2 dəfə hərrac keçirilmiş, lakin mənzil hərracda satılmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, sözügedən mənzil Cavabdeh1 ASC-yə təklif edilmiş bank isə sözügedən mənzili almamışdır. Bu səbəbdən də icra sənədi “icra haqqında” Qnunun 23.1.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1540/2020 nömrəli qətnaməsi əsassız olduğu üçün ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o hazırki əmlakın mübahisəsi ilə bağlı neçə illərdir ki, məhkəmələrdədir. Eyni kredit üzrə ipoteka predmeti olmuş əmlakın birinə münasibətdə ipotekaya xitam verilsə də, onlara məxsus olan əmlak hələ də ipotekadadır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2, LPO prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. LPO prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər; Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051)-10/2012 nömrəli qətnamə əsasən, X5 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzilinin və İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınması Ç.Q.Paşayevə və İddiaçı verilməsi qət edilmişdir. xx xxxxxx 2013-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2-10 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi icra olunmadan geri, Mingəçevir şəhər məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını aydınlaşdırmış və qətnamədə göstərilən nəticə işin hallarına uyğundur. Kollegiya qeyd edir ki, hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələb əsaslıdır. Çünki ipoteka predmeti olan fərdi yaşayış evi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda ipoteka qoyan hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” xx xxxx 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ASC-nin Mingəçevir filialı ilə X11 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, MF-Ş/205K №-li “Kredit müqaviləsinə ” əsasən T.H.Məmmədova 34000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi İddiaçı Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzilini xx xxxx 2009-cu il tarixli “ipoteka müqaviləsi” nə əsasən ipoteka ilə yüklü edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(051)- 10/2012 nömrəli qətnamə əsasən, X5 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, X9 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44000 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhəri M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzilinin və İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınması Ç.Q.Paşayevə və İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün adiyyəti üzrə Mingəçevir şəhər İcra bölməsinə göndərilmişdir. İcra işi açılmış və müxtəlif icra tədbirləri aparılmışdır. İcra sənədinin icra edilməsi məqsədi ilə ipoheka yüklü edilmiş Mingəçevir şəhəri Y.Muradov küçəsi 11 saylı evin 7 saylı mənzili satılması üçün hərrac mərkəzinə göndərilmişdir. “xxxx” MMC tərəfindən 2 dəfə hərrac keçirilmiş, lakin mənzil hərracda satılmamışdır. “xxxx” MMC tərəfindən Mingəçevir şəhər İcra bölməsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktuba əsasən əmlak satılmadığından hərracın baş tutmaması bildirilimişdir. Sözügedən mənzil Cavabdeh1 ASC-tə təklif edilmiş bank isə sözügedən mənzili almamışdır. Ona görə də icra sənədi “İcra haqqında” Qanunun 23.1.4-cü madəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. İkincisi, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual əsasları düzgün müəyyən edilmiş, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən onlara göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini, hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyini, hərracların keçirilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməli olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka saxlayana lazımınca xəbərdar edilmişdir. Kollegiya işin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələbi əsaslıdır. Apellyasiya şikayətində qeyd edilən dəlillərə nəzər yetirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1540/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1540/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-337/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-337/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver