Məhkəmə qərarları › İş №2(107)-349/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-349/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-349/2025 01.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin ödənilməsi) X12 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1508/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 oktyabr 2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı izahat verərək göstərdi ki, Cavabdehlə aralarında bağlanmış nikah 2020-ci ildə pozulmuşdur. Birgə nikahdan 23 dekabr 2013-cü il tarixdə doğulmuş Nəzakət Fətullayeva cavabdehin, 10 oktyabr 2011-ci il tarixdə doğulmuş X7 isə onun himayəsində yaşayır. Cavabdehə yanında qalan bir uşağın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat aliment ödəyir. Cavabdeh eyni zamanda alimentin artırılmasını tələb edir. Cavabdeh onun yanında qalan uşağın xərclərinin qarşılanmasında heç bir köməklik etməmişdir. Göyçay Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(046)-381/2022 nömrəli qətnaməsi ilə 10 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Fətullayeva (Nəbıẏeva) Elfanə Bəhlul qızının xeyrinə ödəməli olduğu hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilmişdir. Özü heç yerdə işləmir. Cavabdehin normal aylıq gəliri vardır. Uşağın saxlanmasında çətinlik çəkir. Bütün bunlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də 10 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil telefon nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.

4. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1508/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia qismən təmin edilmiş, 30 oktyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq 10 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilməsi, Cavabdeh 36,8 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir;

5. İddiaçı özünün heç yerdə işləmədiyini, cavabdehin isə işləməklə yüksək gəlir əldə etdiyini qeyd edərək bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment təyin olunmasını tələb edir. Cavabdeh daimi iş yeri və digər sabit gəlir mənbəyi barədə rəsmi məlumat yoxdur. İddiaçının yanında azyaşlı uşağın olması, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

6. Məhkəmə qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, uşaqlar üçün yaşayış minimumunu, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq hesab etmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 30 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır.

8. Məhkəmə qərara gəlmişdir ki, cavabdehdən 36,8 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.2, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul olunmuş məhkəmə qətnaməsindən narazıdır, belə ki, hazırda himayəsində olan 23 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı ona hər ayda 120 manat aliment ödənişini həyata keçirir. Lakin hazırda iddiaçının himayəsində olan digər övladı 10 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan həray 140 manat məbləğdə aliment ödəməyi barədə qətnamə qəbul olunmuşdur. Hesab edir ki, qəbul olunmuş qətnamə əlalətsizdir. Ona görə ki, onun himayəsində olan X1 üçün aliment ödənişi 120 manat olmuş, lakin iddiaçının himayəsində olan digər övladı X2 üçün ondan 140 manat məbləğdə aliment ödəməyi barədə qətnamə qəbul olunmuşdur. Belə olan halda uşaqların saxlanması üçün qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan, maddi təminatın nəzərə alınaraq aliment, müəyyən olunmalıdır. Hesab edir ki, qəbul olunmuş məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, işin faktiki halları nəzərə alınmadan qəbul olunmuşdur. Ona görə də məhkəmə qətnamənin ləğv olunmalı ədalətli qərar qəbul olunmalıdır. İddiaçı ata kimi onun himayəsində olan övladı ilə maraqlanmır və ona heç bir diqqət qayğı göstərmir. Uşağı maddi cəhətdən təmin etmir. Uşağlı bütün qayğı və ehtiyacını o, qarşılayir. Uşağı təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. İsmayıllı rayon məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(037)- 1508/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini onun tərəfindən ödənilməsi qeyri mümkündür, belə ki, heç yerdə işləmir və maddi imkanı yoxdur. Qətnamə tam qanunsuz, əsassızdır və ədalətsizdir.

11. Məhkəmə qətnaməsində heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi saxta, həqiqəti əks etdirməyən sənədlər və onun öz mənafeyi baxımından söylədiyi fikrə əsaslanaraq heç bir sübutla təsdiq olunmayan izahatına istinadan son nəticəyə gəlmişdir.

12. Məhkəmə qətnaməsində maddı hüquq normalarına düzgün istinad etməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin təyin edilməsi tələbinə dair işin bütün faktiki halları aydınlaşdırılmadan qətnamə qəbul edilmişdir.

13. Məhkəmənin, alimentin təyin edilməsi, məhkəmə qətnaməsində maddi hüquq normalarına formal yanaşaraq ancaq iddiaçının mənafeyini nəzərə almış, onun aliment ödənişini həyata keçirə bilməyəcəyini nəzərə almamışdır və nəticədə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir.

14. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1508/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi aliment ödənişindən azad olunmağı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1508/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı alimentin təyin edilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1508/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

20. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Apellyasiya şikayətindən görünür ki, cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1508/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.

29. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 10 oktyabr 2011-ci il təvəllüdlü X7 və 23 dekabr 2013-cü il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Lakin sonradan münasibətləri pisləşdiyindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları anaları Cavabdeh himayəsində saxlanılmışlar. Həmçinin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Sonradan tərəflərin birgə nikahlarından olan uşaqlarından 10 oktyabr 2011-ci il təvəllüdlü X7 yaşayışını atasının himayəsində davam etdirdiyindən İddiaçı iddiası üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(046)381/2022 nömrəli qətnaməsi ilə İddiaçı onun yanında yaşayan 10 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 xeyrinə ödəməli olduğu hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qəbul olunmuş məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normaları pozulmaqla, işin faktiki halları nəzərə alınmadan qəbul olunmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

35. Qanunun normasından da göründüyü kimi qanunverici, tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir.

36. Göründüyü kimi qanunvericiliyin əsl məqsədi tərəflərin biri-birindən aliment almalarını deyil, daha az təminatlı valideynin xeyrinə aliment tutulmasını müəyyən etmişdir. Hansı ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqlarının, o cümlədən hazırda da cavabdehin himayəsində olan 23 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 120 manat alimentin tutulması qət edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdehin işləməsi və əmək haqqı alması halları müəyyən edilməmişdir.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1508/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası rədd edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1508/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar