Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-355/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi olmaqla) qаrşı (açar sözlər: Əmək mübahisələri - Əmək haqqı tələbi, iddiaya cavab verməli olmayan filial) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X5 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı vəkili Vəkil, Cavabdeh - Cavabdeh nümayəndəsi X7, Üçüncü şəxs – Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi olmaqla) qarşı “vəsaitin ödənilməsi və aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən məktəbin direktoru X11 ilə işçi İddiaçı arasında 02 dekabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən X17 rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialında kiçik texniki işçi kimi işə götürülmüş, onun aylıq əmək haqqının məbləği 156 manat təşkil edir.
2. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən məktəbin direktoru X11 ilə işçi İddiaçı arasında 02 dekabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən əsasən X17 rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialında xadimə kimi işə götürülmüş, onun aylıq əmək haqqının məbləği 179.50 manat təşkil edir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Şəki rayon üzrə təhsil sektoru tərəfindən İddiaçı 18 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı 3-29-69/1-M-422/2-4/2024 nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə Şəki-Zaqatala Regional Təhsil ldarəsinin Şəki rayonu üzrə təhsil sektorunda baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” qərarına uyğun olaraq ümumi təhsil müəssisələrində kiçik xidmətedici işçi vəzifəsi üzrə ştat vahidlərinin sayı sinif komplektlərinin sayından asılıdır. Baş Kəldək kənd ümumi orta məktəbin Aşağı Kəldək filialında 6 sinif komplekti olduğu üçün 2 (iki) ştat vahidi kiçik xidmətedici işçi ştatı var. Onlardan 1 ştat vahid Allahverdiyev Araz digər 1 ştat vahid isə hərəsində 0.5 ştat vahid olmaqla İddiaçı və Cavadova Ayşə tərəfindən icra olunur. Baş Kəldək kənd ümumi orta məktəbi üzrə 120 nömrəli, 15 sentyabr 2016-cı il tarixli əmr ilə Baş Kəldək kənd ümumi orta məktəbin Cücəmiş filialında sinif komplektlərinin sayının azalmasına əsasən məktəbdə mövcud olmuş 1.5 ştat vahid kiçik xidmətedici işçi vəzifəsi ixtisara düşmüşdür. Həmin əmrə əsasən ixtisara düşən ştat vahidlərini tənzimləmək üçün (işçi çıxarılmamaq şərti ilə) onun üzərində olan 1 ştat vahid iş həcmi 0.5 ştat vahid iş həcmində saxlanılmışdır. Gələcəkdə işlədiyi müəssisədə sinif komplektlərinin sayında artım olduğu halda müraciəti təmin edilə bilər. Ümumi təhsil müəssisələrində əmək normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir. Məktəbin direktoru onun iş həcmi barədə Şəki rayonu üzrə təhsil sektoruna rəsmi məlumat vermişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən İddiaçıya ünvanlanmış 28 mart 2024-cü il tarixli məktubdan görünür ki, onun Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı birbaşa müraciətinə X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində baxılmışdır. Müraciəti ilə bağlı Cavabdehnə sorğu məktubları göndərilmişdir. Müfəttişlik tərəfindən Əmək və X18 vasitəsilə aparılan araşdırma zamanı məlum olmuşdur ki, o, xx.xx.2010-cu il tarixdən Şəki Təhsil Şöbəsinin sabiq müdiri X3 tərəfindən xadimə işinə qəbul edilmişdir. Hazırkı dövrdə məktəbə rəhbərlik edən direktor Taleh Novruzov təqdim etdiyi izahatında 2018-ci ildə həmin məktəbə direktor təyin edildiyini və sabiq direktorun dövrünə aid heç bir kadr sənədlərin mövcud olmadığını bildirmişdir. Eyni zamanda T. Novruzov 2016-cı ildə sabiq direktor tərəfindən onun 1 (bir) ştat işinin 0.5 ştat vahidinə endirilməsini qeyd etmişdir. Araşdırma zərurəti ilə əlaqədar son 3 (üç) ilin iş vaxtının uçotu tabelləri və əmək haqqı hesablama cədvəlləri müəssisədən tələb edilmiş və təqdim edilmişdir. Həmin sənədlərdə onun 0.5 ştat vahidinə uyğun iş saatlarında işləməyi müəyyən edilmişdir. Həmçinin onun xx.xx.2022-ci il tarixədək olan dövrdə ƏMAS-də əmək müqaviləsi bildirişlərində ştat məlumatları tam olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biridir. Qeyd olunan maddənin tələbini və ƏMAS-də əmək müqaviləsi bildirişlərinə baxış keçirilərkən işəgötürən şəxs qismində Şəki Təhsil Şöbəsinin sabiq müdiri X1 olması müəyyən edilir. ƏMASdə olan məlumatların hüquqi qüvvəyə malik olmasını nəzərə alaraq onun təqsiri olmadan 2016-cı ildən etibarən əmək haqqısı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. Cavabdeh Şəki rayonu üzrə təhsil sektoru tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdən yenidən Şəki rayonu Baş Kəldək kənd məktəbinə xadimə işinə qəbul edilmişdir. Məktəb tərəfindən təqdim edilən yazılı formada bağlanılan əmək müqaviləsində müqavilənin bağlanma tarixi düzgün qeyd edilməmiş və işə başlama tarixində müvafiq düzəliş edilmişdir. Qeyd olunanlarla bağlı məktəb direktoru Taleh Novruzov izahatında texniki səhv etdiyini və sonradan oxunmaq şərti ilə düzəlişlər apardığını bildirmişdir. Eyni zamanda həmin əmək müqaviləsinin onun tərəfindən 07 fevral 2024-cü il tarixdə imzalanmasını bildirmişdir. Məcəllənin tələblərinə əsasən əmək müqaviləsi dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Məcəllənin 44-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır, iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Qeyd olunan maddələrin tələblərinə əsasən Taleh Novruzov tərəfindən ƏMAS-də müvafiq qeydiyyat xx.xx.2022-ci il tarixdə aparılsa da həmin qeydiyyat üçün əsas olan yazılı formada bağlanılmış əmək müqaviləsi tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Həmçinin əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri həmin dövrə qədər razılaşdırılmamışdır. T.Novruzov izahatında onun işə qəbul edilməyi ilə bağlı daha əvvəl müqavilə bağladığını bi!dirərək həmin müqaviləni təqdim edilməs! üçün müddət istəmiş, lakin heç bir sənəd təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq tərəflərindən Şəki rayonu, Baş Kəldək kənd ümumi orta məktəbinin direktoru X6 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin ödənilməsini təmin edərək nəticəsi barədə X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə rəsmi məlumat verilməsi üçün Şəki rayonu, Baş Kəldək ümumi orta məktəbinə göstəriş məktubu göndərilmişdir. Müraciətində qeyd etdiyi məsələlər ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehndən 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq iddiaçı-İddiaçı verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı nümayəndəsi (vəkili) Vəkil vəsatətinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsi hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə anadan olmuşdur. 15 sentyabr 2010-cu ildə 111 nömrəli əmrlə Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına 1 ştat vahidi ilə işə qəbul edilmişdir. İşə qəbul edildiyi gündən hal-hazıradək həmin məktəbdə əmək fəaliyyətini davam etdirməkdədir. İşlədiyi müddətdə işində hər-hansı bir nöqsana yol verməmişdir. İşə başladığı müddətdə onun əmək haqqı barədə direktor tərəfindən ona şifahi məlumat verilmiş və keçən müddət ərzində o, illər üzrə artımlarla əmək haqqını almışdır. Daha sonra onunla birlikdə işləyən, ondan daha sonra işə girmiş digər işçilərin ondan daha artıq əmək haqqı aldığını hiss etdikdən sonra araşdırılma aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən ona ünvanlanmış həmin məktubu aldıqdan sonra tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesindən keçilmiş, Şəki 1 X4 mediatoru Dərya Yaşarlı tərəfindən 03 iyun 2024-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞŞ/MT018/2024-00835 nömrəli arayış verilmişdir. Onun 1 ştat işinin 0,5 ştata çatdırılmasından ümumiyyətlə məlumatı olmamış, bununla bağlı ona heç bir əmr təqdim edilməmiş, onunla hər-hansı bir müqavilə bağlanmamışdır. Məktəb rəhbərliyi tərəfindən o, qanunsuz olaraq 1 ştat vahidi işdə işləyən işçinin görməli olduğu işi görməyə məcbur edilmişdir. Ancaq bunun müqabilində ona 0,5 ştat vahidi iş üçün əmək haqqı ödənilmişdir. Göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən 28 mart 2024-cü il tarixdə verilmiş 3-175/2- M17136/2024 nömrəli cavab məktubunda da, göstərilmişdir.
8. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı iddia tələbi ilə müraciət edərək 2016-cı ildə ştatların endirilməsi dövründən ona ödənilməli olan vəsaitin cavabdeh orqandan alınaraq verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisyardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 saylı qərarına uyğun olaraq sinif komplektlərinin sayları nəzərə alınmaqla müəyən olunur. Ümumtəhsil Məktəblərində nümunəvi ştatlar hər cari tədris ili başlamazdan əvvəl, yəni sentyabr ayında sinif komplektləri nəzərə alınmaqla təsdiqlənir. 2016-cı ildə Şəki rayon Baş Kəldək ümumi orta məktəbində sinif komplektlərinin saylarının azalması səbəbindən kiçik xidmətedici ştatlarında ixtisar aparılmış və heç bir kiçik xidməti işçi kənarda qalmasın deyə işçilərin razılığı əsasında məktəb direktorunun müvafiq əmri ilə hər bir kiçik xidməti işçiyə 0,5 ştat vahidi olmaqla iş verilmiş və 2016-cı il tarixdən hazırkı dövrə kimi İddiaçı əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. İddiaçı işinin 1 ştat vahidindən 0,5 ştata çatdırılması barədə onun məlumatı 2016-cı il tarixdən olmuş və əmək haqqını da məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından almışdır. Bu barədə ümumiyyətlə məlumatının olmaması, bununla bağlı ona heç bir əmrin təqdim edilməməsi və hər-hansı bir müqavilənin bağlanmamasına dair iddiaçının arqumenti əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinə əsasən 2016-cı il tarixdən ona əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. Həmin müqavilə Əmək və X14 də öz əksini tapır. O ki, qaldı tərəflər arasında bağlanılan yazılı əmək müqaviləsində aşkar olunan çatışmazlıqlar bununla bağlı iddiaçının müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının işlədiyi məktəbin sabiq direktoru inzibati qaydada cərimə olunmuşdur. İddiaçı məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından 2016-cı il tarixdən əmək haqqını alması 2016-cı ildən bu barədə məlumatlı olmasını təsdiq edir. Ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. Qeyd edək ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddiaçının cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq verilməsi, həmçinin aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə iddia tələbinin iddia müddəti tətbiq olunaraq rədd edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş edirəm.
9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X15 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddianın müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, 2018-ci il tarixdən məktəbdə direktor vəzifəsində işləmişdir. 2016-cı ildə sinif komplektlərinin sayının azalmasına əsasən məktəbdə mövcud olmuş 1.5 ştat vahid kiçik xidmətedici işçi vəzifəsi ixtisara düşmüşdür. Kiçik texniki işçi vəzifəsində ştat ixtisarı olduğundan, heç bir işçinin işdən çıxarılmaması məqsədi ilə İddiaçı 1 ştat olan kiçik texniki işçi vəzifəsi 0,5 ştata endirilmişdir. 2 il ərzində heç bir etiraz etmədən işləyiblər.
12. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, o, Cavabdehndə mühasib kimi işləyir. 2016-cı ilə kimi əmək haqqısı 1 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. 2016-cı ildə sinif komplektlərinin sayının azalmasına əsasən məktəbdə mövcud olmuş 1.5 ştat vahid kiçik xidmətedici işçi vəzifəsi ixtisara düşmüşdür. Buna görə də İddiaçı 1 ştat olan kiçik texniki işçi vəzifəsi 0,5 ştata endirilmiş və əmək haqqısı 0.5 ştat vahidinə uyğun hesablanaraq ona ödənilmişdir.
13. Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsi olmaqla) qarşı “vəsaitin ödənilməsi və aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması” tələbinə dair iddia ərizəsinin “İddiaçı aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması hissəsi üzrə” icraata xitam verilmişdir.
14. Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı 05 iyul 2023-cü il tarixdən hesablanmaqla almalı olduğu əmək haqqında olan əlavələr cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdeh tərəfindən ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, Əmək Qanunverciliyinin tələblərinə əsasən, ştatlarda dəyişiklik və ya ixtisar olunmuşdursa, İddiaçı ştatında dəyişiklik edilməsi ilə bağlı qarşılıqlı razılıq əsasında əmək müqaviləsində əlavə və ya dəyişiklik olunmalı, yaxud onunla yeni müqavilə bağlanmalı idi. Lakin göründüyü kimi işəgötürən kimi cavabdeh tərəf Əmək Məcəllləsinin tələblərini pozaraq, işçi ilə yeni əmək müqaviləsi bağlamadan, onun razılığı olmadan, ştat vahidini endirmişdir. Bundan başqa ümumiyyətlə bu barədə heç bir əmr verilməmişdir. Sözügedən təhsil müəssisəsinin direktoru tərəfindən işçinin razılığı olmadan əmək müqaviləsində vəzifəyə edilən dəyişikliklər qanuna uyğun olmamışdır.
16. Bundan başqa işəgötürən məktəbin direktoru X11 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqavilələrində də səhvə yol verilmiş, əmrlərdə müxtəlif nömrələr qeyd edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin tarixi fərqli göstərilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən əmrlər verilərkən mövcud qanunvericiliyin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Mülki prosessual qanunvericiliyin tələblərinə görə cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbi İddiaçı ştat vahidinin 1 ştat vahiddən 0.5 ştat vahidə endirilməsi zamanı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün qaydalara riayət edildiyini təsdiq edən halları sübut etməli olduğu halda bunu etməmişdir.
17. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti iddiaçının tələb etdiyi 2016-cı ildən 05 iyul 2024-cü il tarixinədək şamil edilməlidir. Belə ki, iddiaçının əmək haqqının ödənilməsi, yəni pul tələbinin ödənilməsi ilə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ olduğundan iddiası məhkəməyə müraciət etdiyi 05 iyul 2024-cü ildən bir il geriyə 05 iyul 2023-cü il tarixdən olan hissədə əsaslıdır.
18. Məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 2016-cı il tarixdən 05 iyul 2023-cü il tarixədək Əmək Məcəlləsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir.
19. Məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə isnad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçıya 05 iyul 2023-cü il tarixdən hesablanmaqla alınmalı olduğu əmək haqqısına olan əlavələr cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və ŞəkiZaqatala Regional Təhsil İdarəsi tərəfindən ödənilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci, 56-cı maddəsinin 2-ci hisslərinə, 59, 82-ci maddələrinə, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e-2(075)- 1758/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisyardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 saylı qərarına uyğun olaraq sinif komplektlərinin sayları nəzərə alınmaqla müəyən olunur. Ümumtəhsil Məktəblərində nümunəvi ştatlar hər cari tədris ili başlamazdan əvvəl, yəni sentyabr ayında sinif komplektləri nəzərə alınmaqla təsdiqlənir. 2016-cı ildə Şəki rayon Baş Kəldək ümumi orta məktəbində sinif komplektlərinin saylarının azalması səbəbindən kiçik xidmət edici ştatlarında ixtisar aparılmış və heç bir kiçik xidməti işçi kənarda qalmasın deyə işçilərin razılığı əsasında məktəb direktorunun müvafiq əmri ilə hər bir kiçik xidməti işçiyə 0,5 ştat vahidi olmaqla iş verilmiş və 2016-cı il tarixdən hazırki dövrə kimi İddiaçı əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. İddiaçı işinin 1 ştat vahidindən 0,5 ştata endirilməsi barədə onun məlumatı 2016-cı il tarixdən olmuş və əmək haqqını da məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından almışdır. Bu barədə ümumiyyətlə məlumatının olmaması, bununla bağlı ona heç bir əmrin təqdim edilməməsi və hər-hansı bir müqavilənin bağlanmamasına dair iddiaçının arqumenti əsassızdır. Belə ki, iddiaçının X12 Xidmətinin ŞəkiZaqatala reqional şöbəsinə etdiyi müraciətinə verilən 28 mart 2024-cü il tarixli 3-175/2-M-17136/2024 saylı məktubda göstərilmişdir ki, araşdırma zərurəti ilə əlaqədar son 3 (üç) ilin iş vaxtının uçotu tabelləri və əmək haqqı hesablama cədvəlləri müəssisədən tələb edilmiş və təqdim olunan sənədlərdə iddiaçının 0.5 ştat vahidinə uyğun iş saatlarında işləməsi həmin sənədlərlə öz təsdiqini tapmışdır. 2016-cı il tarixdən iddiaçıya əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. O ki, qaldı tərəflər arasında bağlanılan yazılı əmək müqaviləsində aşkar olunan çatışmazlıqlar bununla bağlı iddiaçının müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının işlədiyi məktəbin sabiq direktoru inzibati qaydada cərimə olunmuşdur. İddiaçı işinin 1 ştat vahidindən 0,5 ştata endirilməsi barədə məlumatı 2016-cı il tarixdən olmuş və əmək haqqını da məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından almışdır. İddiaçının bui barədə ümumiyyətlə məlumatının olmaması, bununla bağlı ona heç bir əmrin təqdim edilməməsi və hər-hansı bir müqavilənin bağlanmamasına dair arqumenti əsassızdır. Belə ki, iddiaçının 0.5 ştat vahidinə uyğun iş saatlarında işləməsi və 2016-cı il tarixdən ona əmək haqqının 0.5 ştat vahidinə uyğun hesablanaraq ödənilməsi mübahisənin faktiki halı olmaqla aksiomadır. İddiaçı məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından 2016-cı il tarixdən əmək haqqını alması 2016-cı ildən bu barədə məlumatlı olmasını təsdiq edir. Ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-maddəsində qeyd edirlər ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 05 iyul 2024-cü il tarixdə müraciət etmiş, Cavabdeh nümayəndəsi isə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti iddiaçının tələb etdiyi 2016-cı ildən 05 iyul 2024-cü il tarixinədək şamil edilməlidir. Belə ki, iddiaçının əmək haqqının ödənilməsi yəni pul tələbinin ödənilməsi ilə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ olduğundan iddiası məhkəməyə müraciət etdiyi 05 iyul 2024-cü ildən bir il geriyə 05 iyul 2023-cü il tarixdən olan hissədə əsaslıdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 2016-cı il tarixdən 05 iyul 2023-cü il tarixədək Əmək Məcəlləsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə isnad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi Cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair ərizəsini tətbiq edərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul etməli idi. Göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e- 2(075)-1758/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin iddia müddəti tam hissədə tətbiq olunaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X15 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi X10 apellyasiya şikayəti üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
27. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməsini əsaslandırmadığından məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsində, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlamışdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
32. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. (...)
2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
33. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları (...) q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarındadır.
34. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: (...) b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
35. Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
36. Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası (...)
6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.
37. Maddə 57. İşçinin əmək funksiyası
1. İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. (...)
3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.
38. Maddə 154. Əmək haqqı
1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. (...)
39. Maddə 288. Əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır.
40. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri (...)
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. (...)
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
41. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
42. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
43. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır;
44. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
45. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
49. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
50. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 51.Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
52. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
58. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. VI. Apellyasiya məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnaməsi qismən ləğv edilməlidir.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
64. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
65. Müəyyən edilmişdir ki, iddiaçı 15 sentyabr 2010-cu ildə 111 nömrəli əmrlə Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına 1 ştat vahidi ilə işə qəbul edilmişdir. Sinif komplektlərinin sayının azalması zamanı həmin ştatlardan, o cümlədən işçilərdən birinin ixtisara düşməsi zəruriyyəti yaranmışdır. Şəki rayon Baş Kəldək ümumi orta məktəbində kiçik texniki işçi vəzifəsində ştat ixtisarı olduğundan, heç bir işçinin işdən çıxarılmaması məqsədi ilə İddiaçı 1 ştat olan kiçik texniki işçi vəzifəsi 0,5 ştata endirilmişdir. Lakin bununla bağlı iddiaçıya heç bir sənəd verilməmişdir. Sonradan, yəni xx.xx.2022-ci il tarixi qeyd edilməklə iddiaçı ilə Şəki rayon Baş Kəldək ümumi orta məktəbi arasında iddiaçının həmin məktəbə 0.5 ştat vahidi ilə xadimə işinə qəbul edilməsinə dair əmək müqaviləsi bağlanmışdır. Məktəb tərəfindən təqdim edilən yazılı formada bağlanılan əmək müqaviləsində müqavilənin bağlanma tarixi düzgün qeyd edilməmiş və işə başlama tarixində müvafiq düzəliş edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin iddiаçı İddiaçı tərəfindən əslində 07 fevral 2024-cü il tarixdə imzalanması müəyyən edilmişdir. İddiaçı 1 ştat vahid iş həcminin 0.5 ştat vahidinə endirilməsindən məlumatının olmadığını, onunla hər hansı bir müqavilənin bağlanmadığını əsas gətirərək Hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
66. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
67. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
68. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
69. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
70. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
71. Məhz buna görə də qanunverici müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
72. Qanunverici birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
73. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılarkən cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına qarşı qətnamə qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir
75. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçının iş həcminin 1 ştat vahidindən 0.5 ştat vahidinə endirilməsinə dair əmr Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin direktoru tərəfindən verilmişdir.
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin əsassız olmasına dair dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı işəgötürəni Şəki rayonu Baş Kəldək ümumi orta məktəbi olduğu halda birinci instansiya məhkəməsi yanlış olaraq seçilmiş cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək Şəki rayonu Baş Kəldək ümumi orta məktəbi ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb Cavabdeh ilə yanaşı iddiaya cavab verməli olmayan Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına da yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
77. Belə ki, prosessual qanunun məzmununa görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
78. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.
79. Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
80. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
81. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 fevral 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir.
82. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.
83. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.
84. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia müddətinin axımının başlanğıcını düzgün müəyyən etməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;
85. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür;
86. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
87. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdehnə qarşı hissədə iddia tələbinin əmək haqqına əlavələrin məhkəməyə müraciət edildiyi 05 iyul 2024-cü ildən bir il geriyə 05 iyul 2023-cü il tarixdən hesablanmalı olmasına dair apardığı əsaslandırma ilə razılaşır.
88. Lakin sonradan, yəni xx.xx.2022-ci il tarixi qeyd edilməklə iddiаçı İddiaçı ilə Şəki rayon Baş Kəldək ümumi orta məktəbi arasında iddiaçının həmin məktəbə 0.5 ştat vahidi ilə xadimə işinə qəbul edilməsinə dair əmək müqaviləsinin bağlanması, iddiаçı İddiaçı tərəfindən isə həmin müqavilənin 07 fevral 2024-cü il tarixdə imzalanması, beləliklə də iddiаçı İddiaçı 07 fevral 2024-cü il tarixdən Şəki rayon Baş Kəldək ümumi orta məktəbində 0.5 ştat vahidi ilə xadimə işləməsinə dair yazılı razılığı nəzərə alınmadan 07 fevral 2024cü il tarixdən sonrakı dövr üçün də Cavabdeh tərəfindən iddiаçı İddiaçı əmək haqqına əlavələrin ödənilməli olmasına dair gəldiyi nəticə ilə razılaşmır.
89. Kollegiya hesab edir ki, iddiаçı İddiaçı 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün də əmək haqqına əlavələrin Cavabdeh tərəfindən ödənilməli olmasına dair birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.
90. Belə ki, işdə olan Şəki rayon Baş Kəldək ümumi orta məktəbi ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsindən (düzəlş edilmiş olsa da) görünür ki, İddiaçı həmin tarixdən Şəki rayon Baş Kəldək ümumi orta məktəbinə aylıq 179.50 manat əmək haqqı ödənilməklə, iş saatları saat 09:00-dan 13:00-dək müəyyən edilməklə, yəni 0.5 ştat vahidi ilə xadimə işinə qəbul edilmişdir.
91. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
92. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
93. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnaməsi qismən – yəni iddianın cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına yönəlmiş və iddianın Cavabdehnə qarşı təmin edilmiş İddiaçı 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdeh tərəfindən ödənilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialından 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq ona verilməsi, 07 fevral 2024cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdehndən alınaraq ona ödənilməsi hissələrində iddia tələbi rədd edilməli, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnаməsi qismən - yəni iddianın cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına yönəlmiş və iddianın Cavabdehnə qarşı təmin edilmiş İddiaçı 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdeh tərəfindən ödənilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialından 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq ona verilməsi, 07 fevral 2024-cü il tarixdən sonrakı dövr üçün əmək haqqına əlavələrin Cavabdehndən alınaraq ona ödənilməsi hissələrində iddia tələbi rədd edilsin. Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, e-2(075)-1758/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov