Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-363/2025 20.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- "xxxx" QSC) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən, Borclu əsas borca görə 705,45 manat, əsas borca hesablanmış faiz borcuna görə 64,86 manat, cərimə üzrə 61,20 manat, xidmət haqqı, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 6,00 manat, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,50 manat, cəmi 840,01 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 21 manat olmaqla alınıb onun xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(033)-1207/2015 nömrəli məhkəmə əmri ilə Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan Borclu xx.xx.2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən, xx.xx.2015-ci il tarixə olan əsas borca görə 705,45 (yeddi yüz beş manat qırx beş qəpik) manat, əsas borca hesablanmış faiz borcuna görə 64,86 (altmış dörd manat səksən altı qəpik) manat, cərimə üzrə 61,20 (atmış bir manat iyirmi qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 6,00 (altı) manat, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 840,01 (səkkiz yüz qırx manat bir qəpik) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 21 (iyirmi bir) manatın kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Kreditor "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin müvafiq olaraq müəyyən etdi və əmr etdi hissəsinin maliyyə arayışında qeyd edilmiş borc məbləğinin uyğunlaşdırılması ilə əlaqədar məhkəmə əmrində müvafiq düzəlişin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(033)-1207/2015 nömrəli məhkəmə əmrində buraxılmış yanlışlığın düzəldilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinın ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şikayət vermişdir. Ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinın şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)- 1207/2015 saylı qərardadını xx.xx.2024-cü il tarixdəcə rəsmi qaydada almışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadı ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə poçt vasitəsi ilə də göndərilmiş, poçtla göndərilmiş məhkəmə qərardadı ərizəçi tərəfindən 21 yanvar 2025-ci il tarixdə alınmış, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən isə şikayət 21 yanvar 2025-ci il tarixdə verilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin qərardadın bundan daha əvvəl, yəni xx.xx.2024-cü il tarixdəcə ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilməsi nəzərə alınmamışdır. Göründüyü kimi, qərardad ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyindən, şikayətin verilmə müddəti həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixindən hesablanmalı idi. Belə olduqda müəyyən edilir ki, qərardaddan şikayətin verilməsi müddəti 29 gün ötürülmüşdür. Eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qərardaddan şikayət verilmə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayətinə baxılması ilə bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilməli və ərizəçinin şikayəti MPM-nin tələblərinə riayət edilməsi üçün iş materialı ilə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 366 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-1207/2015 saylı qərardadından ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin və ərizəçinin şikayəti MPM-nin tələblərinə riayət edilməsi üçün iş materialı ilə Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-363/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-363/2025
20.02.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver