Məhkəmə qərarları › İş №2(107)-367/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-367/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-367/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və valideynin (atanın) əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması və valideynin (atanın) əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbi, maddi hüuqu normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil və Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və valideynin (atanın) əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi,faktiki çəkilmiş əlavə xərclərə görə 11.276 (on bir min iki yüz yetmiş altı) manat, mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, cəmi 11.501 (on bir min beş yüz bir) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 812/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi, faktiki çəkilmiş əlavə xərclərə görə 12.083 (on iki min səksən üç ) manat, mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, cəmi 12308 (on iki min üç yüz səkkiz) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması haqqında ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(019)-812/2019 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(019)-269/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış) xx.xx.2009-cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2019- cu il tarixdə qəbul edilmiş qətnamədə qeyd olunmuş 130 manat aliment məbləği uşağın tələbatlarının yarısının belə ödənilməsinə yetərli deyildir. Cavabdeh qətnamə üzrə ödəniləcək alimenti də vaxtlıvaxtında ödəmir. Cavabdehin bu günə ödənilməmiş 3.000 (üç min) manat aliment borcu yaranmışdır. X16 “serebral iflic” xəstəliyindən əziyyət çəkdiyindən normal uşaqlar kimi yeriməkdən, hərəkət etməkdən məhrumdur. Xəstəliyi ağır xəstəlik olduğundan övladının əqli inkişafı da öz həmyaşıdlarından xeyli geri qalmışdır. Eyni zamanda övladı İlfanın sağ gözü cərrahi əməliyyat olunaraq götürülmüşdür. İlfana “Anoftalm” (göz almasının olmaması), “Astiqmatizm”, “Əqli gerilik”, “Serebral iflic” diaqnozları təyin edilmişdir. İlfanın sol gözünə isə “görmə sinirinin atrofiyası” diaqnozu qoyulmuşdur.Görmə sinirin atrofiyasıgöz dibindən baş beyinə məlumat ötürən görmə siniri liflərinin tam və ya qismən məhv olmasıdır. Məhv olan liflərin miqdarından asılı olaraq hissəvi və tam atrofiya ayırd edilir. Xəstəlik adətən tədricən irəlilədiyindən görmə sinirinin lifləri tamamilə məhv olur və görmə qabiliyyəti də yox dərəcəsinə çataraq geri dönməz korluğa səbəb olur. Qeyd olunan xəstəliklərin müalicəsi yoxdur. İlfanın hal-hazırda ağır xəstəliklərdən əziyyət çəkməsi və gələcəkdə də davamlı olaraq müayinə və müalicəyə ehtiyacının olması, iddia ərizəsinə əlavə edilmiş tibbi sənədlərlə sübuta yetirilir. Onu da qeyd edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən X16in əlil uşaq olması müəyyən edilmişdir. Cavabdeh uşağın saxlanmasında, müayinə və müalicə xərclərinin çəkilməsində bu günə qədər ona heç bir yardım göstərməmiş və ümumiyyətlə bir ata kimi ağır xəstəlikdən əziyyət çəkən övladının səhhəti ilə maraqlanmamışdır. Bu günə qədər övladının bütün maddi ehtiyaclarını, müayinə və müalicə xərclərini təkbaşına özü, yaxın qohumlarım və xeyir sevər insanlar qarşılamışdır. Qeyd etmək istəyir ki, cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğuldur və kifayət qədər gəlir əldə edir. Mülkiyyətində 1 (bir) hektardan çox torpaq sahəsi vardır. Həmin torpaq sahəsində təsərrüfatından xeyli miqdarda gəlir əldə edir. Yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar alimentin miqdarının artırılmasına və atanın uşağa görə əlavə xərclərdə iştirakına cəlb olunması üçün birbaşa əsasdır. Xüsusilə vurğulanmalıdır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması, ən əsası müayinə və müalicə xərclərinin ödənilməsi valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment tutulmalıdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim: Z.Tahirov) 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-812/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi (artırılması), Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh hüquqi yardım üçün vəkilə-nümayəndəyə ödənilmiş 50 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 39,20 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 07 oktyabr 2019-cu il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 160 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, xx.xx.2009-cu ildə doğulmuş X1 üçün Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)- 812/2019 saylı qətnaməsi ilə təyin edilmiş bir uşaq üçün 130 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatlarının artması xüsusunda onun təminat tələbinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi yeni ailə quran və himayəsində daha bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, aylıq hər hansı qazancı (gəliri) müəyyən edilməyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması hər ay 130 manat aliment təyin edildikdən sonra iddiaçı 3 ildən artıq müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmiş, cavabdeh də bu müddət ərzində təyin edilmiş aliment ödənişindən əlavə uşağın maddi təminatında iştirak etməmişdir. Faktiki olaraq iddiaçı uşağın saxlanması üçün əsas yükü öz üzərinə götürmüşdür. Hazırki şəraitdə ayda 130 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini maksimal saxlamaq qeyri-mümkündür. Bu hallar da alimentin artırılmasını tələb edir. Ölkə üzrə uşaqlar üçün 2019-cu ildə yaşayış minimumu 160 manat, 2023-cü ildə isə 220 manat müəyyən olunmuşdur. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəratinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-812/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmış, həyat şəraiti bahalaşmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Lakin qeyd edildiyi kimi, cavabdeh yalnız təyin olunmuş aylıq alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Lakin aliment təyinatında həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 220 manat pensiya alır, həmçinin xeyrinə alimentin artırılması tələb edilən uşaq X9 250 manat pensiya alır. Cavabdeh isə xəstədir, işləmir, onun aylıq hər hansı qazanca (gəlirə) malik olması və hər ay tələb edilən 220 manat məbləğində aliment ödəmək qabiliyyətində olması iş materialları ilə müəyyən olunmur. Əksinə iddiaçının iddia ərizəsindən və məhkəmədə verdiyi izahatından da görünür ki, Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aylıq 130 manat alimenti də tam ödəmək iqtidarında deyildir və o, bununla bağlı onun aliment borcu vardır. Eyni zamanda iddiaya yazılı etirazında Cavabdeh yataq xəstəsi olduğunu, işləmədiyini, işləmək qabiliyyətinin və ödəniş qabiliyyətinin olmadığını və bu günə qədər alimentin onun arvadı tərəfindən ödənildiyini bildirmişdir. İddiaçı da cavabdehin göstərdiyi bu halları təkzib edən, cavabdehin hər ay 220 manat alimenti ödəmək qabliyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi Cavabdeh fərdi əməklə məşğul olması və kifayət qədər gəlir əldə etməsi, həmçinin cavabdehin mülkiyyətində 1 hektardan çox torpaq sahəsinin olması və həmin torpaq sahəsində təsərrüfatından xeyli miqdarda gəlir əldə etməsini göstərsə də, bu halların mövcudluğunu, yəni həqiqətən də Cavabdeh fərdi əməklə məşğul olması və kifayət qədər gəlir əldə etməsi, cavabdehin mülkiyyətində 1 hektardan çox torpaq sahəsinin olması və həmin torpaq sahəsində təsərrüfatından xeyli miqdarda gəlir əldə etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, alimentin miqdarının məhz hər ay 220 manat təyin olunması tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Lakin məhkəmə 2023-cü ildə ölkə üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi, iddiaçının və uşağın aylıq pensiya almaları, cavabdehin isə hər hansı qazancının (gəlirinin) müəyyən olunmaması, valideynlərin uşağı saxlamaq üçün bərabər vəzifələr daşıması və uşağı üçün yaşayış minimununu ödəmək vəzifəsi daşıması, bu konteksdə tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurətindən çıxış edərək, alimentin miqdarının hər ay 160 manat təyin olunmasının əsaslı olması nəticəsinə gəlir. Belə nəticə həm də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit olunmuş haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, təyin olunmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq) hər ay 160 manat sabit pul məbləğində müəyyən olunmalı, iddia uşaq üçün hər ay 160 manatdan artıq alimentin artırılması tələbi hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia alimentin artırılması tələbi hissəsində qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, iddia uşaq üçün 160 manatdan artıq alimentin artılıması tələbi hissəsində isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, işin hallarına hüquqi qiymət verərək, həmçinin hesab etmişdir ki, iddia iddiaçının faktiki çəkilmiş əlavə xərclərə görə 12083 manat pul vəsaitinin ödənilməsi tələbi hissəsində təmin edilməməli, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Alimentin artırılması hissəsində iddia tələbi təmin edilməklə təyin edilən alimentin miqdarı artırılmaqla cavabdehdən iddiaçının xeyrinə bir uşağın saxlanması üçün hər ay 160 manat alimentin tutulması nəticəsinə gəlinmişdir ki, bu aliment məbləğinin də illik ödəmə məcmuyu 1920 manat təşkil edir. İddiaçı aliment tələbi də daxil olmaqla hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Həmçinin həmin dövlət rüsumuna iddiaçının ödədiyi 50 manat mediasiya xərci də daxildir. Baxmayaraq da qanunvericiliyə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunur. Belə olan halda alimentin təmin olunmuş məbləği ilə bağlı dövlət rüsumu 39,20 manat təşkil edir ki, həmin 39,20 manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla) Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh hüquqi yardım üçün vəkilə-nümayəndəyə ödənilmiş 50 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 39,20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1, 9.4, 81.1, 81.2, 81.3-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipi, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3, 76.1, 78.1, 78.1-1, 80, 81, 88, 106.1, 112.1.3, 121.1, 217.4, 217.5, 218.3 və 119.1-ci maddələri, “X19” Azərbaycan Respublikası Qanununun 9.1.2, 8.1.2 və 9.1-1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilən qətnamə işin faktiki hallarına uyğun olmayan, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilən qətnamədir. Məhkəmə işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qətnamə ilə müəyyən edilmiş 130 (bir yüz otuz) manat alimentin, 160 (bir yüz altmış) manat artırılması uşağın saxlanılması üçün yetərli hesab edilə bilməz. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra uşağın gündəlik tələbatının artması və həyat şəraitinin bahalaşması ilə bağlı uşağın saxlanması üçün Balakən Rayon Məhkəməsi 2(019)-541/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 2023-cü il üçün alimentin 160 manat müəyyən olunması qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Qanunla 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunduğu halda, məhkəmənin 2019-cu il üçün uşaqlar üçün yaşayış minimumunu əsas götürərək, alimenti 160 manat müəyyən etməsi kobud qanun pozuntusudur. Belə çıxır ki, 2019-cu ildən 2023-cü ilə qədər olan 4 (dörd) il ərzində gündəlik tələbat mallarının qiymətində artım baş verməmiş, həyat şəraiti bahalaşmamış, uşağın saxlanması üçün 160 manat aliment yetərli olmuşdur. 2019-cu ildə 130 manat təyin edilmiş alimentin, 4 (dörd) ildən sonra cəmi 30 manat artırılaraq, 160 manat müəyyən olunması məhkəmənin işə qeyri-obeyktiv, qərəzli yanaşmasından irəli gəlir. İşə baxılarkən, qeyd olunan mühüm əhəmiyyətli hallar yuxarı instansiya məhkəməsi olan Şəki Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmalı və Balakən Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Balakən Rayon Məhkəməsi qətnamədə göstərmişdir ki, “iddiaçı 220 manat, X16 isə 250 manat pensiya alır. Cavabdeh isə heç yerdə işləmir, xəstədir və gəliri yoxdur. Bu səbəbdən aliment 160 manat tutulmalıdır”. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Belə ki, iddiaçının və X16in pensiya alması məhkəmə tərəfindən cüzi məbləğdə yəni 160 manat alimentin təyin edilməsinə əsas vermir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, İlfan Mustafayevin 14 yaşı var və uşaq fiziki məhdudiyyətli, bir gözdən məhrum uşaqdır. 14 yaşlı uşağın normal qidalanması, xəstəliyi ilə bağlı müayinə və müalicə xərcləri, təhsil alması və yaşaması üçün 160 manat aliment kifayət edə bilməz. Çünki yuxarıda qeyd edildiyi kimi maddi-məişət şəraitinin günü-gündən çətinləşməsi, ərzaq, geyim paltarlarının qiymətləri, uşağın hazırki sağlamlıq vəziyyəti bunu deməyə əsas verir. Qeyd edilən faktiki hallar işin mübahisəsiz halları olduğu halda, birinci instansiya məhkəməsi qeyd edilən faktiki halları nəzərə almamışdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd etmək istəyir ki, cavabdeh uşağın saxlanmasında, müayinə və müalicə xərclərinin çəkilməsində bu günə qədər ona heç bir yardım göstərməmiş və ümumiyyətlə bir ata kimi ağır xəstəlikdən əziyyət çəkən övladının səhhəti ilə maraqlanmamışdır. Bu günə qədər övladının bütün maddi ehtiyaclarını, müayinə və müalicə xərclərini təkbaşına onun özü, yaxın qohumları və xeyirxah insanlar qarşılamışdır. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, “cavabdeh qanunla 12083 (on iki min səksən üç) manat uşağın xəstəliyi ilə bağlı faktiki çəkilmiş əlavə xərclərin ona ödənilməsi öhdəliyini daşımır və ona görə də həmin tələb əsassızdır. Digər tərəfdən uşağın müayinə və müalicə xərclərinin hamısı tibbi sığorta tərəfindən qarşılandığından, uşağın özəl və bahalı tibb müəssisələrində müayinə və müalicə alması başa düşülən deyildir. Bu səbəbdən iddia təmin edilə bilməz”. Məhkəmənin gəldiyi nəticə səhvdir. Belə ki, onun X16 “serebral iflic” xəstəliyindən əziyyət çəkdiyindən normal uşaqlar kimi yeriməkdən, hərəkət etməkdən məhrumdur. Xəstəliyi ağır xəstəlik olduğundan övladının əqli inkişafı da öz həmyaşıdlarından xeyli geri qalmışdır. Eyni zamanda İlfan Mustafayevin sağ gözü cərrahi əməliyyat olunaraq, götürülmüşdür. İlfana “Anoftalm” (göz almasının olmaması), “Astiqmatizm”, “Əqli gerilik”, “Ağır formalı serebral iflic” diaqnozları təyin edilmişdir. İlfanın sol gözünə isə “görmə sinirinin atrofiyası” diaqnozu qoyulmuşdur. Görmə sinirinin atrofiyası – göz dibindən baş beyinə məlumat ötürən görmə siniri liflərinin tam və ya qismən məhv olmasıdır. Məhv olan liflərin miqdarından asılı olaraq hissəvi və tam atrofiya ayırd edilir. Xəstəlik adətən tədricən irəlilədiyindən görmə sinirinin lifləri tamamilə məhv olur və görmə qabiliyyəti də yox dərəcəsinə çataraq geri dönməz korluğa səbəb olur. Qeyd olunan xəstəliklərin müalicəsi yoxdur. İlfanın hal-hazırda ağır xəstəliklərdən əziyyət çəkməsi və gələcəkdə də davamlı olaraq müayinə və müalicəyə ehtiyacının olması, iddia ərizəsinə əlavə edilmiş tibbi sənədlərlə təsdiq edilməsinə baxmayaraq, Balakən Rayon Məhkəməsi işdə olan tibbi sənədləri nəzərə almamış, onun tərəfindən təqdim edilmiş mötəbər, əsaslı və təkzib olunmaz sübutları qiymətləndirməmişdir. Qətnamədə sübutların mötəbər olmaması barədə əsaslandırma ümumiyyətlə yoxdur. Həmçinin, onun uşağının özəl tibb müəssisəsində müayinə və müalicə alması valideynin (atanın) faktiki çəkilmiş əlavə xərclərə cəlbedilməsi barədə iddia tələbinin təmin edilməməsinə əsas vermir. Onun X16in xəstəliyi ilə bağlı iş materialında olan tibbi sənədlərdən də göründüyü kimi, İlfan Mustafayevin müayinə və müalicəsinin tam şəkildə dövlət hesabına tibbi sığorta ilə qarşılanması mümkün deyildir. Uşağın xəstəliyi ağır xəstəlik olduğundan, İlfan Mustafayevin digər normal uşaqlar kimi yeriməsi üçün davamlı olaraq, fizioterapiya və reabilitasiya tibbi prosedurlarından keçməlidir. Dövlət xəstəxanalarında isə uşağın davamlı olaraq, müalicə alması, yəni fizioterapiya və reabilitasiya müalicələri alması mümkün deyildir. Çünki dövlətə aid tibb müəssisələrində uşağın lazımi tibbi prosedurlardan keçməsi üçün müasir tibbi avadanlıqlar və mütəxəssislər yoxdur. Eyni zamanda uşaqlar ilə bağlı həm yerli qanunvericilikdə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilikdə uşaqların fiziki və əqli cəhətdən sağlam böyümələri üçün bütün ehtiyaclarının, o cümlədən tibbi ehtiyaclarının ən yüksək səviyyədə təmin edilməsinin vacibliyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə o, dövlətdə tibbi sığorta olduğu halda özəl tibb müəssisəsinə müraciət edə bilməz. Məhkəmənin gətirdiyi bu əsas absurd bir yanaşmadır. Çünki hər bir valideyn kimi o da övladının sağlam böyüməsini, tezliklə yeriməsini istəmişdir. Bir daha qeyd edir ki, İlfan Mustafayevə lazım olan tibbi prosedurlar özəl tibb müəssisələrində daha yaxşı və keyfiyyətli şəkildə icra edilir. Həmçinin, onun özəl tibb müəssisəsinə ödədiyi pul vəsaitlərinin təyinatı və məqsədi ağır xəstəlikdən əziyyət çəkən uşağının digər normal uşaqlar kimi yeriməsi, normal həyat keyfiyyətini bərpa etmək olmuşdur. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmadığından qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, ağır xəstəliyi, əlilliyi müəyyən edilmiş uşaqlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası valideynlər arasında sazişlə müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzləri ilə təsdiq olunur ki, övladı İlfanın müayinə və müalicəsinə son 2-3 il ərzində 12.083 (on iki min səksən üç) manat pul ödənilmişdir. Bu səbəbdən birgə nikahlarından doğulmuş uşağın atası Cavabdeh faktiki çəkilmiş əlavə xərclərə görə 12.083 (on iki min səksən üç) manat pul vəsaiti tutularaq, ona ödənilməlidir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ərarvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni alimentin miqdarının artırılması tələbinin təmin edilməməsi hissəsində və iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsi alimentin miqdarının artırılması hissəsində və iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Apellyatorun apellyasiya şikayətinin əsası Azərbaycanda uşaqların minimum yaşayış həddinin 220 manat olmasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Kollegiya şikayətin digər dəlili olan cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunması hissəsi ilə bağlı qeyd edir ki, şikayət bu hissədə də qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə bu hissədə düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi iddianın cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində aşkar şəkildə qeyd edilmişdir ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Nəzərə çatdırılmadır ki, məhkəmə valideynləri uşaqlara görə nəinki faktiki çəkilən xərclərdə iştiraka, habelə onları gələcəkdə zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alan Kollegiya iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manata aid hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşmır. İş materiallarında olan X20 PHŞ-nin X10 tərəfindən verilmiş Epikrizdən görünür ki, X9 G80.0 Serebral İflic (tetraparntie forma) diaqnozu ilə xəstədir. İş materiallarında olan X17 adına Milli Oftalmologiya Mərkəzi tərəfinlən verilmiş a/k3001 nömrəli çıxarışdan görünür ki, X3 xəstəlik diaqnozu-OD-anoftalmdır. İşdə olan qəbzlərdən görünür ki, X3 müalicəsi üçün İddiaçı X2 Mərkəzinə, Lanset» Cərrahlıq klinikası MMC-yə, «X5» MMC-yə, "xxxx" MMC-yə, «X11» MMC-yə və CİTY Hospitala fərqli məbləğlərdə ödənişlər etmişdir. İş materiallarında olan “X6 Mərkəzi” MMC-nin maliyyə arayışından görünür ki, X9 (Ş/V: AA 4591981, Fin kod: 6LV0W4B) “Uşaq serebral iflic” diaqnozu ilə “X6 Mərkəzi” MMC-də (VÖEN: **********) 2021-2022-ci illər ərzində psixoloji, fizioterapiya (müalicəvi idman və müalicəvi massaj) tibbi reabilitasiya xidmətlərindən istifadə etmişdir. X3 tibbi müalicəsi üçün 2021-2022-ci illər ərzində ümumilikdə "X6 Mərkəzi” MMC-nə 9750 (doqquz min yeddi yüz əlii) manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəf X3 tibbi müalicəsi üçün 2021-2022-ci illər ərzində 9750 (doqquz min yeddi yüz əlii) manat pul vəsaiti ödənilməsi barədə kifayət qədər sübutlar təqdim etmişdir. Ona görə də kollegiya hesab edir ki, 9750 manatın yarı hissəsi, (uşaqların saxlanması hər iki valideynin borcu olduğundan) yəni 4875 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi cavabdehin əlavə xərclərə cəlb edilməsi barədə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarını səhv təvsir etmişdir. Belə ki, həmin qərarda məsələ yetkinlik yaşına çatmış uşaqlarla bağlı valideynlərin əlavə xərclərə cəlb olunması ilə bağlı olmuşdur. Hazırkı halda isə müalicəsi üçün pul tələb edilən uşaq 2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Daha sonra birinci instansiya məhkəməsi iddianı rədd edərkən özünün sorğusu əsasında iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərə əsaslanaraq X4 Mərkəzinə işin baxılması zərurəti ilə əlaqədar X3 hansı tarixlərdə, hansı tibbi prosedurları keçməsi, həmin prosedurların qiyməti və həmin prosedurlara nə qədər xərcin ödənilməsi ilə bağlı sorğu göndərmiş, həmin sorğunun X4 Mərkəzi tərəfindən cavablandırılmaması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, X4 Mərkəzinin sorğuya cavab verməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 2021, 2022 və 2023cü illərdəki aylar üzrə X4 Mərkəzinin mədaxil və məxaric olunan vəsaitinin və gəlirlərinin nə qədər olması barədə sorğusu ilə əsaslandırmışdır. Belə ki, həmin sorğuya verilən cavabda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********581600 nömrəli arayışla müəyyən olunmuşdur ki, “X4 Mərkəzi” MMC (VÖEN **********) tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən xalis gəliri 3083.34 manat və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə təqdim edilən sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyəsi 2500 manat təşkil etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılşmır. İş materiallarında olan “X6 Mərkəzi” MMC-nin maliyyə arayışından görünür ki, X9 (Ş/V: AA 4591981, Fin kod: 6LV0W4B) “Uşaq serebral iflic” diaqnozu ilə “X6 Mərkəzi” MMC-də (VÖEN: **********) 2021-2022-ci illər ərzində psixoloji, fizioterapiya (müalicəvi idman və müalicəvi massaj) tibbi reabilitasiya xidmətlərindən istifadə etmişdir. X3 tibbi müalicəsi üçün 2021-2022-ci illər ərzində ümumilikdə "X6 Mərkəzi” MMC-nə 9750 (doqquz min yeddi yüz əlii) manat pul vəsaiti ödənilmişdir. Verilən həmin arayış mötəbər sübut olmaqla “X6 Mərkəzi” MMC-nin rəsmi möhürü ilə təsdiq edilmişdir. Yəni “X6 Mərkəzi” MMC-nin vergi bəyənnaməsində gəlirlərinin az göstərilməsi yuxarıda qeyd edilən arayışın şübhə altına alınmasına əsas ola bilməz. Daha sonra kollegiya Azərbaycan Respublikasında Dövlət büdcəsinin vəsaiti hesabına təmin olunan dövlət tibb müəssisələrinin fəaliyyət göstərməsi və Azərbaycan Respublikasında tibbi sığorta hesabına pulsuz tibbi müayinənin mövcud olması ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə bağlı qeyd edir ki, tibbi sığortanın mövcud olması iddiaçının uşağın müalicəsi üçün daha məqbul və keyfiyyətli tibbi yardım alması məqsədi ilə digər özəl tibb müəssələrinə müraciət etmək hüquqnu məhdudlaşdıra bilməz. Digər tərəfdən sığorta ilə əhatə olunmuş digər tibb müəssəsində iddiaçının uşağının müalicə almaq imkanı olmuş olsa idi iddiaçı özü bu imkanları əlavə xərc çəkmədən dəyərləndirə bilərdi. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsində rədd etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni alimentin miqdarının artırılması tələbinin təmin edilməməsi hissəsində və iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsi alimentin miqdarının artırılması hissəsində və iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən iddiaçıya kassasiya şikayəti vermək hüququ tanındığından, iddianın təmin edilən hissəsi 5000 manatdan az olduğundan cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(019)-541/2023 saylı qətnaməsi alimentin miqdarının artırılması hissəsində və iddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın təmin edilməyən 9750 manatın yarı hissəsi, yəni 4875 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı tərəf ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar