Məhkəmə qərarları › İş №2(107)-373/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-373/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-373/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibаrət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Göyçay rayon xüsusi notariusuna və Cavabdeh2 QSC-yə, cavabdeh tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 16 saylı Ucar ərazi idarəsinə qarşı ipotekaya xitam verilməsi, yüklülük çıxarışın ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1828/2019 nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Göyçay rayon xüsusi notariusuna və Cavabdeh2 QSC-yə, cavabdeh tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 16 saylı Ucar ərazi idarəsinə qarşı ipotekaya xitam verilməsi, yüklülük çıxarışın ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1828/2019 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmuş, onun iddia ərizəsini əsassız olaraq geri qaytarmışdır. Belə ki, tələbində olan ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh Göyçay rayon xüsusi notariusuna qarşı tələbində tələbinin əsasını göstərmişdir. Belə ki, müqaviləni təsdiq etməli olmayan notariusu cavabdeh kimi göstərməsi qanunidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1828/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1828/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Göyçay rayon xüsusi notariusuna və Cavabdeh2 QSC-yə, cavabdeh tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 16 saylı Ucar ərazi idarəsinə qarşı ipotekaya xitam verilməsi, yüklülük çıxarışın ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qeyd edilən tələbin mahiyyətindən göründüyü kimi iddiaçının tələbinin cavabdeh olan Göyçay rayon xüsusi notariusa yönələn hissəsi ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlı olmuşdur. Lakin bu halda cavabdeh notariat orqanına yönələn tələb qeyd edilməmişdir. Belə ki, müqavilənin xitamı müqavilənin bağlanması anı ilə bağlı olmayan məsələdir. Müqavilənin xitamı müqavilənin icra edilməsi və digər hallarda xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Cavabdeh Göyçay Rayon xüsusi notariusu müqaviləni təsdiq etsə də, iddiaçı müqavilənin etibarsızlığını deyil, xitamını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddiada Göyçay rayon xüsusi notariusuna qarşı yönələn tələb qeyd edilməmiş, ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə qərardadı qanuni və əsaslı olmuşdur. Bundan əlavə müəyyən edilir ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-3033/2019 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 QSC-nin cavabdehlər X6, X4, X7, İddiaçı, X1, X2 və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər X8 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin işin icraatı dayandırılmışdır. MPM-in: 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddiaçının və ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri və qanunvericiliyin normalarını əsas tutaraq hesab edir ki, iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1828/2019 nömrəli qərardadının ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1828/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar