Məhkəmə qərarları › İş №2(107)-373/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-373/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-373/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızının, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızının və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(014)-64/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(014)-64/2021 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia təmin olunmuş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə CN-0050 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 mülkiyyətində olan Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində yerləşən 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı satılmasına dair əqdin etibarlı hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon AİKnın 25 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə və qeydiyyat kitabında 23 oktyabr 2000-ci il tarixdə 15394 sayı ilə qeydiyyata alınmış CN:0050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində ümumi birgə mülkiyyətlərinə verilmiş 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin aralarında alqı-satqısına dair əqdin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 29 yanvar 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iş üzrə cavabdehlərin ərizəsi əsasında 12 aprel 2021-ci il tarixli qərardadla qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək göstərdi ki, Ağdaş rayon AİK-nın 25 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə və qeydiyyat kitabında 23 oktyabr 2000-ci il tarixdə 15394 sayı ilə qeydiyyata alınmış CN:0050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində 2.77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçiləri ilə 2003-cü ilin yanvar ayında aralarında olan qarşılıqlı razılaşma əsasında cavabdehlərə məxsus 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni 250 ABŞ dolları əvəz (haqq) ödəməklə onlardan almışdır, Cavabdeh1 özünün şəxsiyyət vəsiqəsinin surətini, digər cavabdehlər isə həmin torpaq sahəsindəki paylarının ona satılmasına razı olmaları barədə yazılı ərizə və izahatlarını, dövlət aktının əslini və həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona tanıdaraq təhvil vermişlər. Cavabdehlər yaxın vaxtlarda alqı-satqını rəsmiləşdirmək üçün sənədlərini qaydaya saldıqdan sonra notariat ofisinə gələcəklərini bildirmişlər. Həmin vaxtdan o, faktiki olaraq cavabdehlərdən aldığı həmin torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüquqlarımı həyata keçirir. Cavabdehlərə dəfələrlə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməyi təklif etsə də onlar dolayısı ilə notariat kantoruna gəlməkdən boyun qaçırdıqları üçün aralarında olan alqı-satqını notariat kontorunda rəsmiləşdirmək mümkün olmamışdır. X2 2019-cu ilin may ayında Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində vəfat etmişdir.Vicdanlı alıcı kimi torpaq sahəsini razılaşmaya uyğun olaraq haqqını ödəməklə notariat qaydasında tələb olunan əqdi tamamilə icra etsə də, cavabdehlər bu gün də ona məlum olmayan səbəblərdən aralarında olan alqı-satqını notariat qaydada təsdiqlənməsindən boyun qaçırırlar. Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar cavabdehlərlə aralarında yaranmış mübahisəli hüquq münasibətləri 2005-ci ildən əvvəl yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun və ailəsinin mülkiyyətində olan pay torpaq sahəsi ilə bağlı mərhum həyat yoldaşı, digər ailə üzvləri ilə İddiaçı arasında olanlar barəsində onun məlumatı olmamışdır, həmin vaxt o Rusiya Federasiyasında olmuşdur, qayıtdıqdan sonra bilmişdir ki, İddiaçı atası Əhmədiyyə Abdullayev torpağı müvəqqəti istifadəyə götürmüşdür. İş üzrə cavabdeh Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mülkiyyətlərində olan pay torpaq sahəsinin iş üzrə İddiaçı satılmsı barədə mərhum anası Kifayət Məmmədovanın adından yazılmış izahatda olan imza ona məxsus deyildir, öz adından izahat yazmamış və imza etməmişdir, mülkiyətlərində olan torpaq sahəsi İddiaçı satılmamış, müvəqqəti istifadəyə verilmişdir, torpağın geri qaytarılmasını tələb edir. İş üzrə cavabdeh Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mülkiyyətlərində olan pay torpaq sahəsinin iş üzrə İddiaçı satılmsı barədə mərhum anası Kifayət Məmmədovanın adından yazılmış izahatda olan imza ona məxsus deyildir, öz adından izahat yazmamış və imza etməmişdir, mülkiyətlərində olan pay torpaq sahəsi İddiaçı satılmamış, müvəqqəti istifadəyə verilmişdir, torpağın geri qaytarılmasını tələb edir. İş üzrə Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mülkiyyətlərində olan pay torpaq sahəsi iş üzrə İddiaçı satılmamışdır, 18 il müddətinə icarəyə verilmişdir, torpağın geri qaytarılmasını tələb edir. İş üzrə şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Aşağı Zeynəddin kəndinin bələdiyyə sədridir. 2003-cü ildə İddiaçı Cavabdeh1, X2, Cavabdeh4, X6 və Cavabdeh3 məxsus Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən 2,77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini Cavabdeh1, X2, Cavabdeh4, X6 və Cavabdeh3 250 ABŞ dolları ödəməklə satın almışdır. 2003-cü ildən etibarən həmin torpaq sahəsi iddiaçıya təhvil verilmiş, odur ki, iddiaçı həmin torpaqdan indiyə qədər istifadə edir. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində şahid X5 ifadəsinə uyğun ifadə verərək 2003-cü ildən etibarən tərəflər arasında alqı-satqı bağlandığını, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdehlər tərəfindən təhvil verildiyini, odur ki, iddiaçı həmin torpaqdan indiyə qədər istifadə etdiyini təsdiq etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə öz qətnaməsində əsassız, absurd sübut və ifadələrlə ədalətsiz və qanunsuz qərar çıxarmış, həqiqəti gizlətmiş, ekspert rəyini səhv yorumlayaraq vətəndaşların ədalətə olan güvənini zəiflətməyə çalışmışdır. Mübahisə üzrə məhkəmə təqdim edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı CN-0050 (kod ********) saylı yox, JN-0050 (kod ********) saylı dövlət aktıdır (məhkəmə dövlət aktının nömrəsini saxtalaşdırmışdır). Məhkəmə ekspertizaya təqdim edilmiş “mülki işin 10-cu vərəqəsində olan Cavabdeh3 adından olan izahatın mətni İbrahimova (Məmmədova) Aidə Zaməddin qızı tərəfindən yox, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur” rəyi ola-ola məhkəmənin nəticəyə gəldiyi hissə rəyin tam əksini qeyd etməklə həqiqətin gizlədilməsinə xidmət etmişdir. Məhkəmə CN-0050 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında (dövlət aktının əsli JN seriyası ilədir) qeyd edilən 2.77 hektar torpaq sahəsinin Ağdaş Rayon AİK-nin 25 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 mülkiyyətinə verildiyini göstərsə də, torpaq sahəsinin alqı-satqısının sübutu kimi məhkəməyə təqdim edilən izahatda göstərilən imzaların Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 razılığı olmadan imzalandığı, onu imzalayan şəxsin qəyyumluq orqanından həmin imzanı çəkməyə səlahiyyətinin olub olmadığını araşdırmadan qətnamə çıxarmışdır. Bu da qanunsuzdur. Mübahisə predmeti olan torpağın 2003-cü ildən hazıradək iddiaçının istifadəsində olması həmin torpağın 18 illiyinə ona icarəyə verilməsi ilə əlaqədar olmuşdur, bu fakt isə onunla sübut olunur ki, Cavabdeh1 həmin illərdə Rusiyada olması səbəbindən torpağı icarəyə götürürük bəhanəsi ilə X2 və evladları aldadılaraq satılmaya dair izahata imza etdirilmişdir. İmzanı isə evladların etdiyi şübhəlidir. Məhkəmə bu məsələni tam və hərtərəfli araşdırmamış, 2 nəfər pulla tutulmuş şahidin ifadələrinə əsaslanaraq əsassız qətnamə çıxarmışdır. Torpağın iddiaçıya təhvil verilməsi və hazıradək iddiaçının həmin torpaqdan istifadə etməsi əqdin bağlanılmasının əsası kimi qəbul edilə bilməz. Əlbəttə torpaq icarəyə verildikdə icarəyə götürənə təhvil verilməlidir. İcarəyə götürmə onun satın alınması mənasına gəlməz. Onların yaşı kiçik olduğundan alqı-satqı hər iki valideynin icazəsi ilə həyata keçirilməli, Mülki Məcəllənin tələblərinə ciddi əməl edilməlidir. Lakin məhkəmə Mülki Məcəllənin qəyyumluqla bağlı müddəalarını nəzərə almamışdlır. Ataları Rusiyada olmuş, razılığı alınmamış, mərhum anaları isə qəyyumluq orqanından icazə almalı olduğu halda bunu etməmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(014)- 64/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(014)-64/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(014)-64/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Ağdaş rayon AİK-nın 25 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə və qeydiyyat kitabında 23 oktyabr 2000-ci il tarixdə 15394 sayı ilə qeydiyyata alınmış CN:0050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4, X6 və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində 2.77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçiləri olan cavabdehlər və mərhum X2 ilə iddiaçı arasında olan qarşılıqlı razılaşma əsasında alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni iddiaçı tərəfindən 250 ABŞ dolları əvəz ödəməklə cavabdehlərə məxsus 2,77 hektar torpaq sahəsini satın almış, cavabdehlər isə pulu ondan alaraq torpaq sahəsini ona təhvil vermişlər. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 26 iyul 2021-ci il tarixli 4/816 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqəsində olan X1 adından olan izahatın mətni və həmin izahatda «Cavabdeh4» əlyazmaları qarşısındakı imza, 11-ci vərəqəsində olan Cavabdeh4 adından olan izahatın mətni və həmin izahatda «Məmmədova» soyadı qarşısındakı imza İbrahimova (Məmmədova) Aidə Zaməddin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqəsində olan X1 adından olan izahatda «Məmmədova S.» əlyazmaları qarşısındakı imza, 9-cu vərəqəsində olan X4 adından olan izahatın mətni və həmin izahatda «Məmmədova» soyadı qarşısındakı imza Nəbiyeva (Məmmədova) Səidə Zaməddin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 10-cu vərəqəsində olan Cavabdeh3 adından olan izahatın mətni İbrahimova (Məmmədova) Aidə Zaməddin qızı tərəfindən yox, Nəbiyeva (Məmmədova) Səidə Zaməddin qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 336.1, 390.3, 404.1, 404.2 və 405.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi üçün lazım olan imza və sərbəst yazı nümunələrini təqdim etməkdən imtina etmiş, iş üzrə keçirilmiş məhkəməxəttşünaslıq ekspertizasının rəyi ilə mərhum X1 adından olan izahatda adlarının qarşısında olan imzaların və öz adlarından olan izahat və həmin izahatlardakı imzaların Məmmədova (İbrahmiova) Aidə Zaməddin qızı və Nəbiyeva (Məmmədova) Səidə Zaməddin qızı tərəfindən icra olunması müəyyən edilmiş, yəni torpağın mülkiyətçiləri olan ailənin üzvlərinin hamısı iradələrini sərbəst surətdə ifadə edərək mülkiyyətlərində olan pay torpaq sahəsini iş üzrə iddiaçıya 250 ABŞ dollarına satmış, pulu öz aralarında bölmüş, satılmış torpağı isə iddiaçıya təhvil vermiş, keçən 18 il ərzində torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuş, bu gün də onun istifadəsində və sahibliyindədir, iş üzrə cavabdehlərin məhkəmə iclasında ziddiyyətli izahat vermələri, yəni Aidə və Səidə Məmmədovaların torpağı iş üzrə iddiaçıya müvəqqəti istifadəyə verdiklərini, Cavabdeh3 isə torpağı icarəyə verdiklərini bildirmələri, bu barədə hər hansı bir sübut təqdim etməmələri onların etirazlarının əsassız olduğunu göstərir, buna görə də iddia təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə CN-0050 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 mülkiyyətində olan Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində yerləşən 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin iddiaçıya satılmasına dair əqd etibarlı hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində mübahisə predmeti olan torpağın 2003-cü ildən hazıradək iddiaçının istifadəsində olmasının həmin torpağın 18 illiyinə ona icarəyə verilməsi ilə əlaqədar olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, onların iş materiallarına əlavə edilmiş izahatlarından həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi deyil, iddiaçıya satılması qeyd edildiyindən onların bildirdikləri inandırıcı deyildir. Həmçinin, torpaq sahəsinin iddiaçıya verilməsindən 18 il ötməsinə baxmayaraq həmin torpaq sahəsinin hal-hazırda da iddiaçının istifadəsində olduğu, cavabdehlərin isə ötən dövr ərzində həmin torpaq sahəsinin geri qaytarılması ilə bağlı iddiaçıya qarşı heç bir tələbinin olmaması işin mübahisəsiz halıdır. Bu da onu göstərir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə və Ağdaş Rayon Məhkəməsi bu iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(014)-64/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(014)-64/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar