Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-378/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «üzr istənilməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Təkzib, üzr istənilmə, şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatları yazılı qaydada təkzib etmək, üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-il tarixli, 2(016)-718/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan həmin məlumatları yazılı qaydada təkzib etmək və üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona vurduğu mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 20.000 manat miqdarında pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun, cəmi 20.150 manat məbləğində pulun tutularaq ödənilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli olmaqla Ağsu rayonu, Cəlayir kəndində yerləşən kənd orta məktəbində uzun müddətdir ki, fiziki hazırlıq üzrə müəllim işləyir. Məktəb kollektivində çox mehriban və qarşılıqlı hörmətə əsaslanan mühiti vardır. xx.xx.1997-ci il təvəllüdlü, Ağsu rayonu Cəlayir kənd sakini Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova “Elektron ünvan ünvanından aşağıdakı məzmunda elektron müraciət edərək göstərmişdir ki, “Cənab Nazir, Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X5 radikal dini qrupların üzvləridir və kənd camaatı arasında dövlət və dövlətçilik əlehinə təbliğatla məşğuldurlar. X5 Bakı İslam Universitetinin məzunudur və bir neçə il bundan qabaq Cəlayir kənd məscidində məscidin axundu Hacı Balakişinin etirazına baxmayaraq dini dərs adı ilə azyaşlı uşaqlara dövlət və hakimiyyət əlehinə müxalif ideyalar aşılamağa çalışmışdır. Mənvə mənim həmyaşıdlarım da həmin şəxsin dərslərinin müxalif ideyaları ilə tanış olmuşuq. Kənd məscidinin axundu Rəhimov Balakişinin səyi nəticəsində və nardaran hadisələrindən sonra bu şəxs kənddə müxalif fəaliyyətinə ara vermişdir. İddiaçı isə daima kənddə hakimiyyət əlehinə çıxışlar etmiş məktəbdə şagirdlərə dini radikal ideyalar aşılamağa cəhd göstərmişdir. Dillərindən “haqq”, “quran” düşməyən bu şəxslər dini öz çirkin məqsədləri üçün istifadə edirlər. Son zamanlar bu şəxslər Azərbaycan Respublikasının hüquq mühafizə orqanları əməkdaşları haqqında müxalif internet kanallarında əsassız, qərəzli və böhtan çıxışlar edirlər. Bu sadəcə istiqamətini dəyişmiş təbliğatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunlara həmin kanallarda cavab verməsinə baxmayaraq bunlar həmin qərəzli hərəkətlərini davam edir, camaat arasında dövlət və hakimiyyətə qarşı inamsızlıq yaradırlar. Bu şəxslərin əməllərinin cavabsız qalmamağını sizdən xahiş edirəm”. Cavabdeh o və X5 barəsində yazmış olduğu həmin müraciətlə əlaqədar Ağsu Rayon prokuroru Rəşad Mansurov tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Ağsu rayon Cəlayir kənd sakini Cavabdeh X5 barəsində Ağsu Rayon Polis Şöbəsinə böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı rayon prokurorluğuna ünvanlanmış xx.xx.2021-ci il tarxili müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh Muğbil Qənbərov barəsində dövlət və dövlətçilik əleyhinə təbliğat aparması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş müraciətlər əsasında Ağsu rayon Polis Şöbəsinin İTB-də araşdırma aparılmış, araşdırma nəticəsində müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmadığından, müraciət arayışla işə alınmışdır. Odur ki, Cavabdeh Muğbil Qənbərov barəsində böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnuz vardır”. Göründüyü kimi, Cavabdeh o və Muğbil Qənbərov barəsində yazmış olduğu həmin müraciət əsassız olduğundan və müraciətdə qeyd edilənlər təsdiqini tapmadığından işə alınmışdır. Bundan əlavə, tərəfindən Cavabdeh barəsində cinayətin törədilməsi ilə bağlı bilə-bilə yalan xəbərçilik etməsi ilə bağlı prokurorluğa edilmiş müraciətlər əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh müraciətində onun barəsində göstərmiş olduğu xüsusatlar inkar edilmişdir. Belə ki, Cavabdeh izahatında göstərmişdir ki, M.Qənbərovun və İddiaçı radikal dini qruplaşmanın üzvləri olduğunu eşitmiş, onların konkret olaraq hansı dini qruplaşmaya mənsub olduqlarını bilməmişdir. Belə olan halda müraciət edən şəxs məlumatın mənbəyini təqdim etməlidir, lakin belə bir mənbə iş materiallarında mövcud deyildir. Göründüyü kimi, şəxsin özünün vermiş olduğu izahatdan da açıq-aşkar görünür ki, onun barəsində iddia etdikləri əsassız olmaqla, onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olmuş, barəsində mənfi rəy formalaşdırmışdır. Cavabdeh onun Cəlayir kənd məktəbində dövlətçilik əleyhinə müxtəlif fikirlər səsləndirdiyini eşitdiyini göstərdiyi halda həmin məlumatın mənbəyini göstərməmiş, verdiyi həmin məlumatı təsdiq edəcək bir sübut belə təqdim etməmişdir. Buradan da belə nəticəyə gəlmək mümkündür ki, Cavabdeh heç bir əsası və sübutu olmayan fikirlərlə AR DİN-ə müraciət etmişdir. Cavabdehin barəsində verdiyi həmin yalan məlumat onu bir müəllim kimi nüfuzdan salmışdır. Bir şəxsi dövlət əleyhinə təbliğat aparmaqda günahlandırmaq ağır bir ittiham olmaqla cavabdehin qeyd etdiyi həmin yalan məlumatlar cəmiyyətə, dövlətə, Vətənə sədaqətli və yararlı fərdlərin yetişdirilməsində mühüm rol oynayan bir müəssisədə, yəni məktəbdə müəllim kimi fəaliyyət göstərdiyi halda onu şübhəli bir vəziyyətə salmış və barəsində mənfi rəyin formalaşmasına şərait yaratmışdır. Bundan əlavə, Cavabdeh ona qarşı qərəzli olmasını təsdiq edən daha bir sübut da odur ki, 07 sentyabr 2020-ci il tarixdə (bu iş üzrə DİN-nə müraciətindən 3 gün əvvəl) Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq cavabdeh onun “Rusiyada müəllim işlədiyi dövrdə narkotiklə bağlı kriminal aləmlə əlaqədə olub, ona görə də Rusiyada müəllimlik hüququndan məhrum edilib” qeyd etmişdir. Bununla bağlı, onun cavadeh Cavabdeh qarşı “şərəf və ləyaqət, təkzib, üzr istənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-599/2022 saylı qətnaməsi vardır ki, məhkəmə tərəfindən Cavabdeh üzərinə Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi olaraq müraciət edərək təkzib edilməsini qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4623/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bütün bu faktlar Cavabdeh göstərilən məzmunda müraciət edərkən izahatında göstərdiyi kimi özünün vətəndaşlıq borcunu deyil, onun barəsində cinayət işinin başlanması, bundan istifadə edərək həbsinə nail olmaq üçün yaxın qohumları ilə birlikdə bütün imkanlarından istifadə etdiyini və ona qarşı qərəzli münasibətini təsdiq edir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələnməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Cavabdeh tərəfindən həmin müraciətdə göstərilənlər onun şərəf və ləyaqətini ləkələmişdir. Belə ki, o, Ağsu rayon Cəlayir kənd tam orta məktəbdə müəllim işləməklə kənd sakinləri və müəllim kollektivi arasında hörməti olan bir şəxsdir. Cavabdeh həmin müraciətdə qeyd etdikləri ilə ona böhtan atmış, onu dövlət əleyhinə fikirlər yaymaqda, hakimiyyət əleyhinə çıxışlar etməkdə, dini radikalizmdə təqsirləndirmişdir. Bütün bunlar, onun şərəf və ləyaqətini ləkələmişdir. Həmin məlumatlar isə həqiqətə uyğun olmamaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi daşıyır. Belə ki, həmin məlumatlarla əlaqədar Ağsu Rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində məlumatların doğruluğu sübuta yetirilməmişdir. Həmçinin, Cavabdeh Azərbaycan Respublikası X11 etdiyi müraciətində Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X2 radikal dini qrupların üzvləridir, kənd camaatı arasında dövlət və dövlətçilik əleyhinə təbliğatla məşğul olmasını bildirdiyi halda bunu təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. O, izahatında onların həmin əməli etdiyindən şübhələndiyini, fəaliyyətilərinin yoxlanmasını bildirir. Ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəlliminin özünü bu cür müdafiə etməyə çalışması isə çox gülüncdür. Məgər, o, hər hansı müəssisə sahibi, yoxsa hər hansı bir vəzifəli şəxs olmaqla səlahiyyət sahibidir ki, onun fəaliyyətinin yoxlanmasını istəyir? Əgər həqiqətən verdiyi məlumatda şübhəsi var idisə bunu məlumat verərkən də bildirmiş olardı. Lakin görünən odur ki, cavabdeh onun barəsində mənfi rəy formalaşdırmaq istəmiş, hətta daha irəli gedərək onun həbsinə nail olmaq istəmişdir. Bundan əlavə, o həmin müraciətində fəaliyyətinin yoxlanılması kimi bir fikir ifadə etməmiş, birbaşa olaraq barəsində yalan məlumat verməklə “onun əməlinin cəzasız qalmamasını” istəmişdir. Bundan əlavə, Cavabdeh ərizəsində göstərdiyi onun radikal dini qruplaşmanın üzvü olmağı barədə məlumatları kənd camaatı arasında yayılan söz-söhbətlərdən, adı yadında qalmayan şəxslərdən aldığını, onun hansı radikal dini qruplaşmanın üzvü olmağını bilmədiyini göstərir. Belə olan halda sual yaranır ki, barələrində şikayət etdiyinşəxslərin hansı radikal dini qruplaşmanın üzvü olmasını bilmirsənsə, onda həmin şəxslərin barəsində bu cür ittihamla niyə çıxış edirsən? Cavab isə məlumdur. Cavabdeh onun barəsində bilərəkdən yalan məlumatlar verməklə onun şərəf və ləyaqətini alçaltmaq, mənəvi sarsıntı yaşamağını arzu edərək, barəsində mənfi rəy formalaşdırmaq istəmişdir. Bu Cavabdeh onun barəsində həmin yalan məlumatı bilərəkdən yaymaqla onun şərəf və ləyaqətini alçaltmaq istəyinin bariz sübutudur. Belə ki, bu hal cavabdehin ona qarşı münasibətinin qərəzli olmasını, buna görə Cavabdeh da ondan qisasçılıq hissi ilə yazdığını göstərir. Cavabdeh dayısı X3, qardaşı Ağsu rayon Polis Şöbəsinin müstəntiqi X8, həmin şöbənin baş təhqiqatçısı X6 ilə birlikdə 2021-ci ilin sentyabr-dekabr aylarında ard-arda üç dəfə xüsusi ittiham qaydasında Ağsu Rayon Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə şikayət edərək onun və M.Qənbərovun 03 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etdiyi halda, guya özünün vətəndaşlıq borcunu yerinə yetirib, onların fəaliyyətinin yoxlanmasını istədiyini göstərmişdir. Onun qeyriləri ilə birlikdə xüsusi ittiham qaydasında şikayətlərini maddi və prosessual əsaslar olmadığından Ağsu Rayon Məhkəməsi icraata götürməkdən imtina etməsinə dair qərarlar qəbul etsə də, Cavabdeh ona və M.Qənbərova qarşı olan qərəzli münasibəti qəbul edilmiş sonuncu 08 dekabr 2021-ci il tarixli qərarından Səki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət vermiş və xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətinə baxılarkən də ondan şikayətçi olduğunu bildirmişdir . Bütün bu hallar da cavabdehin ona qarşı qərəzli mövqedə olduğunu, AR DİN-ə yalan və böhtandan ibarət məlumatlar verməklə onun qanunsuz olaraq böhtandan ibarət məlumatlar əsasında həbsinə nail olmaq, ona mənəvi zərər vurmaq, şərəf və ləyaqətini ləkələyən məlumatlar verməklə barəsində yaşadığı kənddə, tanıdığı insanlar arasında, cəmiyyət içərisində, işlədiyi kollektivdə mənfi rəyin formalaşdırmağa çalışmışdır. Cavabdeh tərəfindən əsassız olaraq AR DİN-ə müraciət edilməsi nəticəsində onun şərəf və ləyaqəti ləkələnmiş, ona ciddi mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin bu hərəkətləri nəticəsində o, ciddi sarsıntı keçirmiş və ali təhsilli müəllim kimi ləyaqəti alçaldılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, o, iddiaçı ilə bağlı dövlət orqanlarına müraciət etmişdir. Çünki iddiaçı dövlət orqanında işləyən dövlət işçilərinə qarşı həmişə şər-böhtan xarakterli məlumatlar yaymışdır. O özü də bələdiyyə sədri işlədiyi müddətdə ona qarşı da belə ifadələr işlətmişdir. Onun ərizəni yazmaqda məqsədi iddiaçının fəaliyyətinin araşdırılmasıdır.
5. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-il tarixli, e-2(016)-718/2023 nömrəli qətnaməsi ilə (hakim A.Əsgərov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətin həqiqətə uyğun olmayan hesab edilməsi barədə yazılı təkzib verilməsi, ləyaqətin müdafiəsi ilə bağlı Cavabdeh mənəvi zərərin əvəzi kimi 1.000 (bir min) manat və dövlət rüsumu olaraq ödənilmiş 7,50 (yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 142,50 (yüz qırx iki manat əlli qəpik) manatının iddiaçıya aid edilməsi, İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə elektron müraciət ünvanlayaraq “Cənab Nazir, Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X5 radikal dini qrupların üzvləridir və kənd camaatı arasında dövlət və dövlətçilik əlehinə təbliğatla məşğuldurlar. X5 Bakı İslam Universitetinin məzunudur və bir neçə il bundan qabaq Cəlayir kənd məscidində məscidin axundu Hacı Balakişinin etirazına baxmayaraq dini dərs adı ilə azyaşlı uşaqlara dövlət və hakimiyyət əlehinə müxalif ideyalar aşılamağa çalışmışdır. Mən və mənim həmyaşıdlarım da həmin şəxsin dərslərinin müxalif ideyaları ilə tanış olmuşuq. Kənd məscidinin axundu Rəhimov Balakişinin səyi nəticəsində və nardaran hadisələrindən sonra bu şəxs kənddə müxalif fəaliyyətinə ara vermişdir. İddiaçı isə daima kənddə hakimiyyət əlehinə çıxışlar etmiş məktəbdə şagirdlərə dini radikal ideyalar aşılamağa cəhd göstərmişdir. Dillərindən “haqq”, “quran” düşməyən bu şəxslər dini öz çirkin məqsədləri üçün istifadə edirlər. Son zamanlar bu şəxslər Azərbaycan Respublikasının hüquq mühafizə orqanları əməkdaşları haqqında müxalif internet kanallarında əsassız, qərəzli və böhtan çıxışlar edirlər. Bu sadəcə istiqamətini dəyişmiş təbliğatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunlara həmin kanallarda cavab verməsinə baxmayaraq bunlar həmin qərəzli hərəkətlərini davam edir, camaat arasında dövlət və hakimiyyətə qarşı inamsızlıq yaradırlar. Bu şəxslərin əməllərinin cavabsız qalmamağını sizdən xahiş edirəm” qeyd etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf və ləyaqəti ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir.
9. Məhkəmə qeyd etmişdir ki, şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimaimənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir.
10. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir.
11. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir.
12. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə-hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür.
13. Məhkəmə qeyd etmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır.
14. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti-yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə-ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür.
15. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinmişdir ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir.
16. Məhkəmə araşdırması zamanı cavabdeh qeyd olunan məzmunlu elektron ərizənin onun tərəfindən yazıldığını, ərizəni yazmaqda məqsədinin iddiaçının fəaliyyətinin araşdırılmasından ibarət olduğunu və aidiyyəti üzrə həmin nazirliyə müraciət etməsini inkar etməmişdir
17. Məhkəmə hesab etmişdir ki, iş materiallarının 11-ci vərəqəsində olan iddiaçı barəsində Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdəki söz və ifadələrin ləyaqəti ləkləyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan mənəvi zərərlə bağlı məbləği həddən artıq çox hesab edərək bildirir ki, iddiaçı həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
19. Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab etmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 142,50 manatı iddiaçıya, 7,50 manatı cavabdehə aid edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46, 63-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, 23.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermişlər.
23. İddiaçı apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, birinci intansiya məhkəməsi tərəfindən Cavabdeh tərəfindən onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi tamamilə əsassız olmuş, iddiaçı kimi ona dəymiş mənəvi zərərin əvəzi düzgün müəyyən edilməmişdir.
24. Belə ki, işin hallarından da göründüyü kimi, o Ağsu rayonu, Cəlayir kəndində məktəbdə müəllim işləməklə yaşadığı kənd əhalisi arasında müsbət xarakterizə edilən və kənd sakinləri arasında tanınan bir şəxsdir. Cavabdeh tərəfindən barəsində böhtan xarakterli məlumatlardan ibarət ərizə ilə AR DİN-nə müraciət edilməsi, eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq barəsində narkotik vasitələrlə əlaqədar ittihamlar irəli sürməsi şərəf və ləyaqətini alçaltmış, bir müəllim kimi barəsində mənfi rəyin formalaşmasına səbəb olmaqla dərin mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. Belə olan halda, məhkəmə tərəfindən şərəf və ləyaqətinin alçaldılması nəticəsində ona dəymiş mənəvi zərərin cüzi məbləğlə qiymətləndirilməsi tamamilə ədalətsizdir.
25. Cavabdehin hərəkətləri nəticəsində mənəvi iztirab çəkməyi və bu hərəkətlərin onun psixoloji cəhətdən sarsılmağına səbəb olması işin mübahisəsiz halıdır. Belə olan halda, bir müəllim kimi onun şərəf və ləyaqətinin ağır böhtanlarla alçaldılması nəticəsində cavabdehin sadəcə cüzi məbləğlə məsuliyyətə cəlb edilməsi və məhkəmə tərəfindən qərar qəbul edilərkən dəymiş mənəvi zərərin dərəcəsinin nəzərə alınmaması qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
26. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçı kimi onun cavabdehdən tələb etdiyi mənəvi zərərin məbləğini həddən artıq hesab edilməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassız olmaqla, yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına da zidd olmuşdur.
27. Belə ki, müvafiq qərarda qeyd edilmişdir ki, “ mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdı.” Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçı kimi onun şərəf və ləyaqətini ağır ittiham xarakterli məlumatlarla alçaltması, eyni zamanda, cavabdehin bələdiyyə sədri olmaqla maddi vəziyyətinin yaxşı olması, cavabdehin bu hərəkətləri nəticəsində bir müəllim kimi yaşadığı kənddə və işlədiyi məktəbdə nüfuzdan düşməyini, bunun nəticəsində ağır mənəvi sarsıntılar keçirməyi nəzərə alınmamışdır.
28. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən də göründüyü kimi yuxarıda qeyd olunan qərarlardakı göstərişlərin heç biri nəzərə alınmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh ARDİN-nə etmiş olduğu müraciətdə onun barəsində saxta ittihamlar irəli sürmüş, onu dini radikalist adlandırmaqla dövlət və dövlətçilik əleyhinə fəaliyyətlə məşğul olmaqda ittiham edərək ona böhtan atmışdır. Cavabdehin barəsində AR DİN və AR Təhsil Nazirliyinə etdiyi müraciətlərdə heç bir əsas və sübutu olmadan qərəzli şəkildə onu dini radikalist və narkotik vasitələrlə əlaqəsi olan bir şəxs kimi qələmə vermiş və qeyd olunan yalan məlumatların AR DİN-nə verilməsi ilə cavabdeh bilə-bilə yalan xəbərçilik etmişdir. Cavabdehin yol vermiş olduğu bu hərəkət isə təhlükəlilik dərəcəsinə görə məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.
29. Bundan əlavə, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş və nəzərə almamışdır ki, cavabdeh həmin məlumatları barəsində şərəf və ləyaqətimi alçaltmaq və onun barəsində cəmiyyətdə mənfi rəy formalaşdırmaq məqsədi ilə yazmışdır.
30. Bundan əlavə, məhkəmə tərəfindən onun cəmiyyətdə bir şəxsiyyət kimi rolu, yaşı, peşəsi və digər zəruri hallar nəzərə alınmamışdır. Belə ki, o ali təhsilli bir müəllim olmaqla şagirdləri tərəfindən və yaşadığı kənd əhalisi tərəfindən sevilən, hörmət olunan bir şəxsdir. Cavabdehin bu hərəkətləri nəticəsində onun həm işgüzar nüfuzu zədələnmiş, həm də şərəf və ləyaqəti alçaldılaraq böhtana məruz qalmışdır. Belə olan halda, məhkəmə tərəfindən bu hallara da obyektiv qiymət verilməli, şəxsi xarakterizə edən hallar düzgün şəkildə qiymətləndirilməklə cavabdehin hərəkətləri nəticəsində iddiaçı kimi onun hansı iztirablar keçirməyi, psixoloji olaraq hansı sarsıntılar keçirməyi, yaşı ilə əlaqədar həmin mənəvi sarsıntıların səhhətinə təsiri və s. kimi hallar nəzərə alınmalı və mənəvi zərərin əvəzi olaraq təmin edilən məbləğ də bu hallara uyğun olaraq məyyən edilməli idi.
31. Lakin göründüyü kimi, məhkəmənin qətnaməsi bu hissədə əsaslandırılmamış və ədalətsiz qətnamə qəbul edilmişdir. Halbuki, zərərin məbləği ağlabatan və ədalətli olmalıdır
32. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini və ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1.000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir.” Məhkəmənin bu əsaslandırmasına münasibətdə bildirmək istəyir ki, tərəfindən cavabdehin maddi vəziyyəti barədə heç bir sübutun təqdim edilməsinə ehtiyac olmamaqla, cavabdehin bələdiyyə sədri olması özü tərəfindən də məhkəmədə bildirilmiş və belə olan halda, bələdiyyə sədri olan bir şəxsin maddi vəziyyəti ilə əlaqədar hər hansı sübutun məhkəməyə təqdim edilməsinə ehtiyac olmamışdır. Bundan əlavə, məhkəmə cavabdehin maddi vəziyyəti ilə əlaqədar məlumatlı olmadığı təqdirdə, əsaslandırmasında cavabdehin ailə və əmlak vəziyyətini nəzərə aldığını qeyd etməsi də absurddur.
33. Eyni zamanda, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mənəvi zərərə görə müəyyən edilən məbləğ ədalətli olmalıdır. Belə ki, yuxarıda qeyd olunanları da nəzərə aldıqda müəyyən olunur ki, cavabdehin hərəkətləri nəticəsində onun dərin mənəvi sarsıntı keçirməyi işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin bir şəxsin şərəf və ləyaqətini alçaltmasına görə cüzi məbləğdə məsuliyyətə cəlb edilməsi ədalətli deyil.
34. Odur ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-718/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi aşağıdakı əsaslara görə əsassızdır, iddia tələbi rədd edilməlidir. O, İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi elektron müraciətində şərəf və ləyaqəti alçaldan ifadələrə yol verməmişdir. Sadəcə narahatlıq doğuran məsələlərin həlli üçün Azərbaycan Respublikası Kontitusiyasında nəzərdə tutulmuş hüquqlarından istifadə etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində onun İddiaçı barəsində müraciətdə qeyd edilən hansı ifadələrin şərəf və ləyaqəti alçaldan ifadə olması barədə əsaslandırma aparılmamışdır. Birinci instansiya məhkəməsi yalnız ümumi olaraq bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası DİN-ə etdiyi müraciətindəki ifadələr şərəf və ləyaqəti alçaldan ifadələrdir. Ona görə hesab edir ki, mübahisələndirilən qətnamə düzgün qətnamə ola bilməz, birinci instansiya məhkəməsi səhv qətnamə çıxarmışdır.
36. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasında qeyd olunan qanun normasının tələblərini nəzərə almamışdır. Cavabdeh narahatlığına səbəb olmuş məsələnin həlli üçün Konstitusiyada nəzərdə tutulmuş müraciət etmək hüququndan istifadəsini nəzərə almamışdır. Həmçinin Cavabdeh müraciətində hansı ifadələrin şərəf və ləyaqəti alçaldan ifadə olmasını müəyyən etməmişdir, əsaslandırma aparmamışdır.
37. Birinci instansiya məhkəməsi şərəf və ləyaqəti alçaldan ifadələrin hansı ifadələrdən ibarət olması, eyni zamanda mənəvi iztirabın mövcud olması və iddiaçıya 1000 manat məbləğində mənəvi zərərin dəyməsini əsaslandırmamışdır.
38. Göründüyü kimi birinci instansiya məhkəməsi yalnız iddiaçının tələblərini araşdırmış, cavabdehin tələblərini araşdırmamışdır, bildirdiyi arqumentlərə heç bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan normasını pozmaqla səhv qətnamə çıxarmışdır.
39. Odur ki, Ağsu rayon Məhkəməsinin 2(016)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və cavabdehin vəkili kollegiyanın iclasına gəlməmişlər. İddiaçı məhkəməyə göndərdiyi teleqramında məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərsə də cavabdeh və onun vəkili gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Konstitusiyasının; 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 57-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
45. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
47. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanunu: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 1.2-ci maddəsinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
49. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Apellyasiya şikayətlərindən görünür ki, tərəflər birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirirlər.
51. Belə ki, iddiaçı Ağsu Rayon Məhkəməsinin 2(016)-718/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh isə Ağsu rayon Məhkəməsinin 2(016)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Ona görə də kollegiya Ağsu rayon Məhkəməsinin 2(016)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə elektron qaydada müraciət ünvanlayaraq müraciətində “Cənab Nazir, Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X5 radikal dini qrupların üzvləridir və kənd camaatı arasında dövlət və dövlətçilik əlehinə təbliğatla məşğuldurlar. X5 Bakı İslam Universitetinin məzunudur və bir neçə il bundan qabaq Cəlayir kənd məscidində məscidin axundu Hacı Balakişinin etirazına baxmayaraq dini dərs adı ilə azyaşlı uşaqlara dövlət və hakimiyyət əlehinə müxalif ideyalar aşılamağa çalışmışdır. Mən və mənim həmyaşıdlarım da həmin şəxsin dərslərinin müxalif ideyaları ilə tanış olmuşuq. Kənd məscidinin axundu Rəhimov Balakişinin səyi nəticəsində və nardaran hadisələrindən sonra bu şəxs kənddə müxalif fəaliyyətinə ara vermişdir. İddiaçı isə daima kənddə hakimiyyət əlehinə çıxışlar etmiş məktəbdə şagirdlərə dini radikal ideyalar aşılamağa cəhd göstərmişdir. Dillərindən “haqq”, “quran” düşməyən bu şəxslər dini öz çirkin məqsədləri üçün istifadə edirlər. Son zamanlar bu şəxslər Azərbaycan Respublikasının hüquq mühafizə orqanları əməkdaşları haqqında müxalif internet kanallarında əsassız, qərəzli və böhtan çıxışlar edirlər. Bu sadəcə istiqamətini dəyişmiş təbliğatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunlara həmin kanallarda cavab verməsinə baxmayaraq bunlar həmin qərəzli hərəkətlərini davam edir, camaat arasında dövlət və hakimiyyətə qarşı inamsızlıq yaradırlar. Bu şəxslərin əməllərinin cavabsız qalmamağını sizdən xahiş edirəm”dən ibarət fikirlər işlətmişdir. Onun həmin müraciəti 10 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınmışdır. Qeyd edilən müraciətdəki fikirlərin onun şərəf və ləyaqətini alçaltdığını, işgüzar nüfuzunu ləkələdiyini göstərən iddiaçı həmin məlumatları yazılı qaydada təkzib etmək və üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən xeyrinə mənəvi ziyanın tutulmasını tələb etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
57. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə qismən, cavabdehin apellyasiya şikayətlərinin dəlilləri ilə isə razılaşaraq, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
58. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.
59. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir.
60. Apellyasiya məhkəməsi qeyd edir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir.
61. Yuxarıda sadalanan mülki qanunvericiliyin normalarına görə, şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyətli şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir.
62. Kollegiya qeyd edir ki, şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimaimənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə-hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür.
63. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır.
64. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsasdır.
65. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının iddia ərizəsində istinad etdiyi iş materiallarının 11-ci vərəqəsində olan cavabdehin iddiaçı barəsində Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdəki söz və ifadələri ləyaqəti ləkləyən məlumatlar kimi qiymətləndirmişdir.
66. Birinci instansiya məhkəməsi bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarının 11-ci vərəqəsində olan iddiaçı barəsində Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdəki söz və ifadələrin ləyaqəti ləkələyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur.
67. Məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir.
68. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndinə görə hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
69. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
70. Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.
71. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normalar baxımından birinci instansiya məhkəməsi iddiaçının barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə edilmiş müraciətdəki hansı məlumatın onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmasına aydınlıq gətirməmiş, qətnamədə cavabdehin müraciətindəki həmin məlumatın iddiaçının Konvensiyasının 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan hüququ və həmin hüququn məhdudiyyəti ilə ziddiyyət təşkil edib-etməməsini qeyd etməmişdir.
72. Hazırkı mübahisədə cavabdehin iddiaçının barəsində hüquq mühafizə orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron qaydada müraciət göndərməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən belə müraciətin göndərilməsi onun dövlət orqanına müraciət etmək, habelə söz və fikir azadlığı hüquqlarının ifadəsi olmaqla yanaşı, məsələ iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qorunması hüququ baxımından da təhlil edilməli, cavabdehin qeyd olunan hüquqlarından qanunla müəyyən edilmiş hədlər çərçivəsində istifadə edib-etmədiyinə, iddiaçının hüquqlarına müdaxilənin qanuna zidd və mütənasib olub-olmadığına, iddiaçının həmin əməldən zərər çəkib-çəkmədiyinə hüquqi qiymət verilməlidir.
73. Ali Məhkəmənin Plenumu “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999cu il tarixli qərarında vurğulanmışdır ki, əgər məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.
74. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir.
75. Oxşar mübahisələrin qanuni həlli müvafiq məlumatları dövlət orqanına ünvanlamış şəxsin məqsədi, belə müraciətin onun hansı qanuni mənafeyini təmin etmək üçün zəruri olması, müraciətlə əldə etmək istədiyi hüquqi nəticə, məlumatları yaymış şəxsin onların həqiqətə uyğun olduğunu sübuta yetirməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallara hüquqi qiymət verilməsini tələb edir. Bu baxımdan hazırkı işdə cavabdehin sözügedən müraciətindəki məlumatların məzmununun, iddiaçının şərəf və ləyaqəti ləkələyən olub-olmamasının aydınlaşdırılması əhəmiyyətlidir.
76. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron qaydada etdiyi müraciətdə İddiaçı barəsində sonuncunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyəcək söz və ifadələrdən istifadə olunması görünmür.
77. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin əsas dəlilləri üzrə birgə dəyərləndirmə aparılmasını daha doğru hesab edir.
78. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi elektron müraciətində şərəf və ləyaqəti alçaldan ifadələrə yol verməməsi, Azərbaycan Respublikası Kontitusiyasında nəzərdə tutulmuş hüquqlarından istifadə etməsi, birinci instansiya məhkəməsinin qətnaməsində İddiaçı barəsindəki müraciətdə qeyd edilən hansı ifadələrin şərəf və ləyaqəti alçaldan ifadə olması barədə əsaslandırma aparılmaması, onun Konstitusiyada nəzərdə tutulmuş müraciət etmək hüququndan istifadəsinin nəzərə alınmasması, mənəvi iztirabın mövcud olması və iddiaçıya 1000 manat məbləğində mənəvi zərərin dəyməsini əsaslandırmamasına dair dəlilləri ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin isə Cavabdeh tərəfindən barəsində böhtan xarakterli məlumatlardan ibarət ərizə ilə AR DİN-nə müraciət edilməsinin şərəf və ləyaqətini alçaltması, bir müəllim kimi barəsində mənfi rəyin formalaşmasına səbəb olmaqla dərin mənəvi iztirab keçirməyinə səbəb olması, cavabdehin hərəkətləri nəticəsində mənəvi iztirab çəkməyi və bu hərəkətlərin onun psixoloji cəhətdən sarsılmağına səbəb olmasının işin mübahisəsiz halı olması, belə olan halda, məhkəmə tərəfindən şərəf və ləyaqətinin alçaldılması nəticəsində ona dəymiş mənəvi zərərin cüzi məbləğlə qiymətləndirilməsinin tamamilə ədalətsiz olması, iddiaçı kimi ona dəymiş mənəvi zərərin əvəzinin düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, dövlət orqanlarına müraciət vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur.
79. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
80. Dövlət orqanlarına müraciət və müraciətdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülməsini tələb etmək hüququ, həmçinin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
81. Cavabdeh hüquq mühafizə orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə şəxsi müracətində iddiaçı barəsində araşdırılmasını tələb etdiyi məlumatları göstərmişdir. Bu hala görə isə cavabdehin mülki-hüquqi məsuliyyətinə cəlb edilməsi şübhəsiz ki, onun öz fikrini ifadə etmək azadlığına qeyri-adekvat və demokratik cəmiyyətdə zəruri olmayan müdaxiləyə gətirib çıxarardı ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, cavabdeh hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsinə müraciət etməklə iddiaçının fəaliyyətinin araşdırılması və onun barəsində müvafiq tədbirin görülməsini xahiş etməsinə görə hər hansı formada hüquqi məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilmiş fikir və söz azadlğına qeyriadekvat bir müdaxilə üçün zəmin yaradır. Sübuta ehtiyac yoxdur ki, cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə şəxsən müraciətində göstərdiyi və araşdırmasını tələb etdiyi məlumatlarda ifadə etdiyi fikrindən daşındırmağa məcbur edilməsi söz və fikri ifadə etmək azadlığına qeyri-adekvat və əsassız bir müdaxilə olardı, bu da demokratik cəmiyyətdə zəruri deyildir.
82. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehin Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq barəsində narkotik vasitələrlə əlaqədar ittihamlar irəli sürməsinin şərəf və ləyaqətini alçaltması, bir müəllim kimi barəsində mənfi rəyin formalaşmasına səbəb olmaqla dərin mənəvi iztirab keçirməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin məsələ üzrə onun iddia tələbinə Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 26 aprel 2022-ci il tarixli, 2(107)-2022 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir.
83. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin tam ləğv edilməsinə dair mövqe istisna olmaqla iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Belə ki, iddiaçı tərəf cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə onun şərəf və ləyaqətini ləkələyən məlumatlardan ibarət müraciət yazdığını göstərsə də, cavabdehin yazdığı müraciətində göstərdiyi məlumatların onun hüquq mühafizə orqanının rəhbər vəzifəli şəxsinə həmin məlumatları çatdırmaqla onların araşdırılması və bu barədə müvafiq tədbir görülməsini tələb etməsində ifadə olunan müraciət hüququnun həyata keçirilməsinə aid olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir.
84. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
85. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
86. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti isə təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-il tarixli, 2(016)-718/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı onun şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan həmin məlumatları yazılı qaydada təkzib etmək və üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona vurduğu mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 20.000 manat miqdarında pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun, cəmi 20.150 manat məbləğində pulun tutularaq ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.
87. İddia təmin edilmədiyindən iddiaçının iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-il tarixli, e-2(016)-718/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı onun şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan həmin məlumatları yazılı qaydada təkzib etmək və üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona vurduğu mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 20.000 manat miqdarında pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun, cəmi 20.150 manat məbləğində pulun tutularaq ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.