Məhkəmə qərarları › İş №2(107)-380/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-380/2020

20.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-380/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-852/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-852/2019 nömrəli qətnaməsi (Zamin Tahirov) ilə iddia tələbi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 215 sayla qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X8 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 anaları İddiaçı yanında saxlanılması; ərizənin verildiyi xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ayda hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx xxxxxxxx 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 215 sayla rəsmiləşdirdikləri nikahın pozulması, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulub, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə aliment tələbi hissəsində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, nikahın pozulmasına dair iddianı təmin etməklə, hər uşağa ayda 130 (bir yüz otuz) manat olmaqla hər ay cavabdehdən 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxxxx 2013cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 215 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2018ci il tarixdə X10 adında iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra yaşamaq üçün Bakı şəhərinə getmiş, orada 4 il kirayədə yaşamışlar. Lakin Balakən rayonu Qullar kəndində qeydiyyatdadırlar. Bundan sonra cavabdehlə birlikdə Rusiyanın Tümen şəhərinə- valideynlərinin yanına getmişlər. xx xxxx 2018-ci ildə Rüstəm adlı oğulları Rusiyada anadan olmuşdur. Rusiyada yaşadıqları dövrdə cavabdehlə bir yerdə kafedə işləmişlər. Orada yaşadıqları dövrdə artıq cavabdehlə aralarında mübahisələr yaranmış, orada 1 il yaşadıqdan sonra cavabdeh onu və uşaqlarını valideynlərinin yanında qoyaraq, Balakən rayonuna qayıtmışdır. Artıq 1 ildən çoxdur ki, cavabdehlə heç bir əlaqəsi yoxdur, ayrı yaşayır, cavabdeh onunla və uşaqlarla maraqlanmır. Faktiki ər-arvad münasibətləri pozulmuşdur. Gələcəkdə onların barışıb ərarvad kimi yaşamaları qeyri-mümkündür. O, qəti qərara gəlmişdir ki, nikahlarını ləğv etdirsin. Müvəqqəti Rusiyaya valideynlərinin yanına getdiyi üçün məhkəməyə vəkalətli nümayəndəsi və vəkili vasitəsilə müraciət etmişdir. Cavabdeh uşaqlara baxmağa borcludur, bu, onun bir ata kimi vəzifəsidir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin tərəflərin uzun müddətdir ki, ayrı yaşadıqlarını, tərəflər arasında ər-arvad münasibətlərinin mövcud olmadığını, nikahlarının formal xarakter daşıdığını, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 anaları İddiaçı yanında və himayəsində yaşadıqlarını, təmsil etdiyi iddiaçının nikahın pozulmasına təkid etdiyini bildirərək, iddianın təmin olunmasını, İddiaçı ilə Cavabdeh ilə arasında xx xxxxxxxx 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 215 sayla rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2015ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 anaları İddiaçı yanında saxlanmasını və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ayda hər uşağa 130 manat olmaqla, iki uşaq üçün 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında göstərmişdir ki, o, İddiaçı ilə nikahlarını xx xxxxxxxx 2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 215 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2018-ci il tarixdə X10 adında iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra yaşamaq üçün Bakı şəhərinə getmiş, orada 4 il kirayədə yaşamışlar. Bundan sonra iddiaçı ilə birlikdə Rusiyanın Tümen şəhərinə iddiaçının valideynlərinin yanına getmişlər. xx xxxx 2018-ci ildə Rüstəm adlı oğulları Rusiyada anadan olmuşdur. Rusiyada yaşadıqları dövrdə iddiaçı ilə bir yerdə kafedə işləmişlər. Orada yaşadıqları dövrdə artıq iddiaçı ilə aralarında mübahisələr yaranmış, orada 1 il yaşadıqdan sonra Balakən rayonuna qayıtmışdır. Artıq 1 ildən çoxdur ki, iddiaçıdan ayrı yaşayır. Faktiki ər-arvad münasibətləri pozulmuşdur. Birgə nikahlarından olan iki uşağı hazırda iddiaçının himayəsində, Rusiya Federasiyasında arzuolunmaz şəraitdə yaşayır. Belə ki, iddiaçı onları işlədiyi kafeyə gətirir. Burada uşaqların yanında siqaret çəkilir, spirtli içki qəbul edilir. Bunlar uşaqların tərbiyəsinə mənfi təsir göstərir. İddiaçı uşaqları belə vəziyyətdə kafedə böyüdür, uşaqların təlim-tərbiyəsi ilə maraqlanmır. İddiaçı uşaqları ilə müvvəqqəti olaraq Tümen şəhərində valideynlərinin evində yaşayır. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur, aylıq qazancı dəyişən xarakter daşıyır. Ayda təqribən 1000-1200 manat arası pul qazanır. O, iddiaçı ilə aralarında olan nikahın pozulmasına və ondan aliment tutulmasına razıdır. Uşaqlarına lazım olan miqdlarda aliment ödəyəcəkdir. Çünki uşaqlar onun uşaqlarıdır və o, uşaqları üçün heç nə əsirgəməyəcəkdir. Lakin iddiaçı ilə nikah pozulduğu təqdirdə uşaqların iddiaçının yanında deyil, onun yanında saxlanmasını xahiş edir. Belə ki, o, uşaqlar üçün daha yaxşı həyat şəraiti yaradacaq və uşaqları daha yaxşı tərbiyə edəcəkdir. İddianın təmin olunmasına etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: Cavabdeh verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-852/2019 nömrəli qətnaməsinin xx.xx.2015-ci il tarixdə doğulmuş X8 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 iddiaçıya verilməsi və aliment tutulması hissəsində ləğv edilərək, uşaqların onun yanında saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir. tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin məzmuna uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azad Balayev xx xxx 2020-ci il tarixli 02-601 saylı məktub ilə məhkəmə kollegiyasına müraciət edərək apellyasiya şikayətinə iştirakları olmadan baxılmasını, komissiyasının xx xxxx 2020-ci il tarixli rəyinin nəzərə alınmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-852/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 1141 nömrəli nikah haqqında akt qeydindən görünür ki, Cavabdeh və X4 arasında nikah Balakən rayon Qeydiyyat Şöbəsində xx xxxxxxxx 2013-cü il tarixdə 215 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qardaşova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 481967 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X5 vilayəti Tavda rayonu vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş İV-Aİ seriyalı 870363 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxx 2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd X19 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 748 nömrəli arayışdan görünür ki,Cavabdeh X11 (anası), X7 (bacısı), X12 (qardaşı), İddiaçı (həyat yoldaşı), X2 (oğlu) ibarət ailəsi vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən işin məhkəmə araşdırması ilə əlaqədar tərəflərin birgə nikahından anadan olmuş azyaşlı uşaqların boşanmadan sonra hansı valideynin yanında qalması ilə bağlı rəy vermək üçün Balakən rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın xx xxxx 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, komissiyanın üzvləri xx.xx.2020-ci il tarixdə rayonun Qullar kəndində Cavabdeh maddi məişət şəraitinin müayinə edilməsi məqsədi ilə onun nasına məxsus evdə olmuşlar. Ev 2 otaq. Tam təmir edilməyən mətbəx və tikintisi davam edən hamamdan ibarət birmərtəbəli fərdi yaşayış evidir. Evdə uşaqların yaşamaları üçün qənaətbəxş şərait vardır. Cavabdeh bildirdiyinə görə o, faktiki olaraq Bakı şəhərində təmirli və yaxşı şəraiti olan evdə yaşayır və uşaqlaını böyütmək üçün normal imkanları vardır. Həmin tarixdə komissiya üzvləri Tülü kəndində, İddiaçı atası Ə. Qardaşova məxsus olduğu bildirilən ünvana getmiş, həmin evdə hal-hazırda heç kimin yaşamadığı müəyyən olunmuş, bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı ilə telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Cavabdeh bildirdiyinə görə keçmiş arvadı Rusiya Federasiyasında yaşayır, iaşə müəssisəsi işlədir (sahibkarlıq fəaliyyəti), uşaqlarının təlim tərbiyəsi ilə məşğul olmur. Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Komissiyası iddiaçı və cavabdehin rayon ərazisində olan ünvanlarında faktiki yaşamadıqları üçün onların mənzil məişət şəraitlərinin müayinə olunmasının, uşaqların psixoloji cəhətdən harısı valideynə daha sıx bağlı olmasını və qərardadla müəyyən edilmiş digər müşahidələrin təmin edilməsinin mümkün olmadığını, eyni zamanda yaranmış situasiyada Cavabdeh valideynlik hüquqlarının həyata keçirilməsi sahəsində hüquqlarının pozulmasını qeyd edərək müvafiq qərarın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin aşağıda göstərilən maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx xxxxxxxx 2013-cü ildə Balakən rayon Qeydiyyat şöbəsində 215 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2018-ci il tarixdə X10 adında iki uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılıqla və xasiyyətlərinin uyğun gəlməməsi ilə bağlı ayrılmışlar və uzun müddətdir ki, ayrı yaşayırlar. Ərarvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasında təkid edir. Cavabdeh də iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına razıdır. Tərəflərin birgə nikahından doğlumuş yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı yanında yaşayırlar və onun himayəsindədirlər. İddiaçı tərəf nikahın pozulması, nikah pozularkən uşaqların iddiaçının yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün cavabdehdən 130 manat sabit pul məbləğində aliment tələb edir. İşin faktiki hallarından görünür ki, iddiaçının cavabdeh ilə nikahın pozulması barədə qərarı qətidir və boşanmadan sonra hər iki uşağının özünün yanında qalmalarını istəyir. Cavabdeh də boşanmağa razıdır, lakin o da boşanmadan sonra hər iki uşağının özünün yanında qalmalarını istəyir. İşin məhkəmədə müəyyən edilmiş faktiki halarından görünür ki, xeyli müddətdir ki, tərəflər ayrı yaşayırlar və onların nikahı formal xarakter daşıyır. Tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Birinci instansiya məhkəməsi uşaqların kimin himayəsində qalması ilə bağlı iddiaçının və cavabdehin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların anaları İddiaçı yanında saxlanılması, az yaşlı uşaqların mənafeyi, onların ana qayğısı və nəvazişindən məhrum olunmaması, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına lazımi şəraitin yaradılması zərurəti ilə bağlıdır. Beləki, ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. X15 Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və X16 Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (xx xxxx 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi də ailənin qorunmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində deyilir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 41 və «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddələri hər kəsin, o cümlədən uşaqların sağlamlığının qorunmasını dövlətin prioritet vəzifələrindən biri kimi qeyd etmişdir. Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Heç şübhəsiz ki, ailə uşağın tərbiyə edildiyi başlıca yerdir. Uşağın tərbiyəsi ilə bağlı valideynlər bərabər hüquqlara və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Yuxarıda göstərilən qanun normaları konteksində məhkəmə nəzərə çatdırır ki, uşaqların, xüsusən azyaşlı uşaqların əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Məşhur alman psixoloqu Piliqrim «Ana uşaqları» adlı əsərində uşağın anaya psixoloji cəhətdən daha çox bağlılığını qeyd edir. Azyaşlıuşağın hətta müəyyən zaman kəsiyində ana qayğısı və nəvazişindən, ana ilə daimi ünsiyyətdən məhrum edilməsi onun psixikasına ziyan vurmuqla, əqli və fiziki inkişafına, tərbiyəsinə olduqca mənfi təsir göstərir. Lakin məhkəmə onu da vurğulayır ki, nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanması, heç də cavabdehi onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. İş üzrə Cavabdeh iddiaçı ilə birgə nikahdan olan az yaşlı uşaqların iddiaçının himayəsində arzuolunmaz şəraitdə yaşadığını, iddiaçının onları hər gün işlədiyi kafeyə gətirdiyini, burada uşaqların yanında siqaret çəkildiyini, spirtli içki qəbul edildiyini, bunun uşaqların tərbiyəsinə mənfi təsir göstərdiyini, iddiaçının uşaqları belə vəziyyətdə kafedə böyütdüyünü,uşaqların təlim-tərbiyəsi ilə maraqlanmadığını bildirib, nikah pozulduğu təqdirdə uşaqların iddiaçının yanında saxlanmasına qarşı etiraz etsədə, bu halların mövcud olması, iddiaçının uşaqların təlimtərbiyəsi ilə məşğul olmaması, onları tərbiyələrinə mənfi təsir göstərəcək şəraitdə saxlaması və böyütməsi, uşaqlara münasibətdə öz valideynlik vəzifələrini yerinə yetirməməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi, uşaqları fiziki və psixi təzyiq altında saxlaması, bununlada az yaşlı uşaqların iddiaçının yanında saxlanmasının onların fiziki və psixi sağlamlığına və tərbiyəsinə mənfi təsir göstərməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, uşaqların iddiaçının yanında saxlanmasına etirazın əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görədə məhkəmə cavabdehin tərəflər arasında nikah pozulduğu təqdirdə uşaqların iddiaçının yanında saxlanmasına etirazla bağlı bildirdiyi məlumatları əsassız sayır və qəbul etmir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətində cavabdehin göstərdiyi dəlillərə münasibət bildirirək qeyd edir ki, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Balakən rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyasının xx xxxx 2020-ci tarixli rəyindən də göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl də övladları ilə birlikdə ölkə xaricində yaşayıb. Uşaqlar hər ikisi onun yanındadırlar. Həmçinin Cavabdeh da Balakən rayonu Qullar kəndində qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır və orada taksi fəaliyyəti ilə məşğul olur. Aylıq qazancı 1000-1200 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə iddiaçı və cavabdehin birgə nikahindan dünyaya gəlmiş uşaqların İddiaçı himayəsində qalması işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh dəgöstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Yuxarıda göstərilən qanun normalarının və qərarların tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-852/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-852/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar