Məhkəmə qərarları › İş №2(107)-398/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-398/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-398/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və maddi zərər tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, maddi zərər) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X17 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və maddi zərər tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları ünvan 1ində yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus, rəsmi ölçüləri 0,3663 ha olmaqla Kadastr nömrəsi **********0497 olan, Cavabdeh2 adına işlənmiş plan ölçü sənədinin cizgiləri daxilində yerləşən torpaq sahəsi 0.41 ha hesab edilərək 30 avqust 2004-cü il tarixdə torpaq sahəsinin alqı-satqısı haqqında aktla cavabdeh X1. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ünvan 1idə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onların razılığı ilə və şahidlərin iştirakı ilə 30 avqust 2004-cü il tarixdə 2000 ABŞ dolları məbləğində pula aldıqları ünvan 1ində yerləşən 0,41 ha torpaq sahəsinin alqı-satqısı haqqında cavabdehlərlə X13 arasında tərtib olunmuş alqı-satqı əqdinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən 0,42 ha torpaq sahəsində onlar tərəfindən, torpağı alarkən cavabdehlərə verdikləri dolların Azərbaycan manatına məzənnəsinə görə verdikləri 3400 manat, torpağın təmizlənməsi və baxımına bu günə qədər xərclənmiş 3000 manat, əkdikləri və hazırda orada qalan 70 topa fındıq kolunun birinin 150 manatdan hesablanmaqla ümumilikdə 10500 manat, əkdikləri və hazırda orada olan 10 ədəd qoz ağacının birinin qiyməti 600 manat olmaqla cəmi 6000 manat, kanalın qazılması üçün verilən 880 manat, cavabdehlərin qohumları tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasya ağacı, birinin maddi qiyməti 20 manat olmaqla cəmi 4400 manat pulun, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin ümumilikdə cəmi 28180 manat pulun və iddianın qaldırılması üçün dövlət rüsumu adı altında ödənilmiş 30 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh1 iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona qarşı qaldırılmış iddia tələbini və iddianın həcminin artırılmasına dair ərizəni qəbul etmir. Çünki o həmin torpaq sahəsini satmamışdır. 2004-cü ildə pula ehtiyacı olmuş, kənd sakini X13 faizlə pul vermişdir. Ondan 200 ABŞ dolları istəmiş, əvəzində 0.41 ha torpaq sahəsini aldığı barədə akt tərtib edib qol çəkdirmişdir. Heç bir şahid olmadan notarius olmadan, 2 ildən sonra o rəhmətə getmişdir. Ondan sonra 2016-cı ildə bir neçə dəfə torpağını sənədlə satmadığı üçün geri istəmişdir. Onun ailə üzvləri torpağı geri vermək istəməmişdir. Onun oğlu İddiaçı2 kriminal keçmişi olan şəxs telefonla zəng vurub onu öldürməklə hədələmişdir. 2019-cu ildə o qəti şəkildə pulu ödəməklə torpağı geri istəmişdir. Onlar heç bir əsası olmayan iddia ilə onu məhkəməyə vermişlər. Onlar 17 ildir ki, həmin torpaq sahəsini zəbt edərək istifadə edirlər. Torpaq vergisini bu illər ərzində o özü ödəmişdir. Hikmət heç bir vərəsəlik hüququ olmadan həmişə Rusiyada yaşayıb tüfeyli həyat tərzi keçirir. Həmçinin torpaq sahəsi tək ona məxsus deyil. Torpaq sahəsi icarayə verilmiş, 2016-cı ildən isə geri tələb edilmişdir. Lakin İddiaçı2 torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Həmin torpaq sahəsində onun tərəfindən əkilmiş sayı dəqiq yadında qalmasa da fındıq ağacı (topası) əvvəldən olmuşdur. Həmin torpaq sahəsinin ətrafında heç bir kanal yoxdur. Ərazidə kəsilən akasiya ağacları da yoxdur. Torpaq sahəsi icarədara verildikdə orada yəqin ki, 40 ədəd fındıq əkilib. Bundan əlavə aktda heç bir qiymət göstərilməyib. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə etirazı məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərin məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı2 məhkəməyə teleqram göndərərək mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 çıxış edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi cavabdehlə İddiaçı2 atası X13 arasında torpaq sahəsinin alqı-satqısına dair hər hansı razılaşma olmamış, cavabdeh iddiaçının atasından 200 ABŞ dolları pul götürmüş, o da əvəzində Cavabdeh1 digər cavabdehlərlə birgə mülkiyyətində olan ünvan 1ində yerləşən 0,41 ha torpaq sahəsinin alqı-satqısına dair akt imzalatmışdır. Cavabdeh və iddiaçının atası olan X13 arasında torpaq sahəsinin alqı satqısına dair hər hansı razılıq olmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də, iddianın Cavabdeh1 aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilən 0,3663 ha torpaq sahəsi kadastr nömrəsi **********0497 olan X11 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşir. İddiaçılar İddiaçı1 və İddiaçı2 0,42 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixdə vəfat etmiş X13 tərəfindən Cavabdeh1 2000 ABŞ dolları ödənilməklə 30 avqust 2004-cü il tarixdə alındığını, torpaq sahəsinin alqı-satqısı həyata keçirilən zaman torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığından notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmadığını və torpaq sahəsinə dair sənədlər hazır olduqda müqavilənin imzalanacığı barədə X13 ilə Cavabdeh1 razılığa gəldiklərini, lakin sonradan Cavabdeh1 torpaq sahəsinin alqı-satqısına dair müqavilə imzalamaqdan imtina etdiyini bildirmişlər. X13 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və onun ölümündən sonra İddiaçı1, İddiaçı2 və X7 adında vərəsələri qalmışdır. Həmin torpaq sahəsi 2004-cü ildən iddiaçıların istifadəsindədir və iddiaçılar torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edirlər, eyni zamanda bildirirlər ki, torpaq sahəsi üzərində 70 ədəd fındıq topası,10 ədəd qoz ağacı 220 ədəd akasiya ağacı əkmişlər, torpaq sahəsini metal torla hasarlamış və su kanalları qazılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin torpaq sahəsinə görə Cavabdeh1 ödənilmiş 2000 ABŞ dollarının Azərbaycan manatına uyğun məzənnə ilə 3400 manat, torpağın təmizlənməsi və baxımına görə çəkilmiş xərclərin, 70 topa fındıq kolunun 10 ədəd qoz ağacının, cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağacının dəyərinin, əkilmiş ağaclara qulluq göstərilməsinə görə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh1 iddia tələbinə etiraz edərək 2004-cü ildə X8 faizə pul verdiyini bilərək ondan 200 ABŞ dolları götürdüyünü və torpaq sahəsinin alqı-satqısı barəsində onunla hər hansı razılığa gəlmədiyini, lakin X13 verdiyi 200 ABŞ dolları müqabilində əvəzində 0.41 ha torpaq sahəsini aldığı barədə 30 avqust 2004-cü il tarixdə akt tərtib edib qol çəkdirdiyini bildirmişdir. O, X13 vəfat etdikdən sonra torpaq sahəsini iddiaçılardan tələb etdiyini lakin iddiaçılar torpaq sahəsini zəbt edərək qaytarmaqdan imtina etdiklərini bildirmiş və iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edirlər. Məhkəmə ilk öncə iddia tələbinin “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə” dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İşdən göründüyü kimi, iddiaçı tərəf torpaq sahəsinin alqı-satqısına dair notariat kontorunda bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsinin ona satılması barədə mülahizəsi əsassızdır və həmin torpaq sahəsinin ona satılmasını təsdiq edən hal kimi irəli sürdüyü cavabdehlərlə onun arasında 30 avqust 2004-cü il tarixli akt tərtib edilməklə müqavilə bağlaması olmuşdur. İddiaçının qeyd etdiyi akt iddia ərizəsinə əlavə edilmiş, həmin sənəd AKT adlandırılmış, həmin sənəd onlar tərəfindən imzalanmışdır. İddiaçı qeyd olunan “akt” adlandırılan sənədi alqı-satqı müqaviləsi kimi başa düşməkdə yanılır. Qeyd olunan hal Mülki Məcəllədə (646 və 648-ci maddələri) nəzərdə tutulmuş mənada alqı-satqı müqaviləsin ehtiva etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Halbuki tərəflər qeyd edilən tələblərin heç birinə əməl etməmişlər. Ona görə də iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə daha sonra iddia tələbinin iddiaçının cavabdehə torpağını almaq üçün ödəmiş olduğu pul tələbinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, Cavabdeh1 tərəfindən iddiaçıların vərəsəsi olduğu xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 200 ABŞ dolları pul almışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia tələbi iddiaçının cavabdehə torpağını almaq üçün ödəmiş olduğu pul hissəsində qismən 200 ABŞ dolları həcmində təmin edilməli, qalan hissəsi isə (1800 ABŞ dolları) iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyindən rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh1 X4 200 ABŞ dolları pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə daha sonra iddia tələbinin “ünvan 1ində yerləşən və iddiaçıların istifadəsində olan torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş və hazırda orada qalan 70 topa fındıq kolunun, 10 ədəd qoz ağacının, kanalın qazılması üçün çəkilmiş xərclərin, iddiaçılar tərəfindən əkilmiş və cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağaclarının dəyərinin ödənilməsi, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərcin ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissələrdə də qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1ində X11 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən 0,3663 ha torpaq sahəsi 2004cü ilin avqust ayından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilir. 0,3663 ha torpaq sahəsi iddiaçıların istifadəsində olduğu müddətdə torpaq sahəsində 70 topa fındıq, 10 ədəd qoz ağacı, 220 ədəd akasiya ağacı iddiaçılar tərəfindən əkilmiş, həmin ağaclara qulluq göstərilmişdir. Torpaq sahəsində əkilmiş 220 ədəd akasiya ağacı cavabdehlər tərəfindən kəsilmişdir. Eyni zamanda iddiaçılar tərəfindən torpaq sahəsinin mütbitləşdirilmiş, setkadan hasar çəkilmiş və su arxları düzəldilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 sentyabr 2021-ci il tarixli 408 nömrəli ekspert rəyinə əsasən 15 yaşı olan 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyərə 660 manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi” ünvan 1ində X11 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş və hazırda orada qalan 70 topa fındıq kolunun, 10 ədəd qoz ağacının, kanalın qazılması üçün çəkilmiş xərclərin, iddiaçılar tərəfindən əkilmiş və cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağaclarının dəyərinin ödənilməsi” hissəsində qismən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 sentyabr 2021-ci il tarixli 408 nömrəli ekspert rəyinə uyğun olaraq təmin edilməli və cavabdehlərdən 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 manat, 0.41 ha torpaq sahəsinin münbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 manat alınaraq iddiaçılara verilməlidir. Məhkəmə iddia tələbinin “220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarının ziyanı (220əd x 30m) - 6600 manat” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir Halbuki iş materiallarından da görünür ki, hər iki ekspertiza zamanı 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyərinin 660 manat təşkil etməsi müəyyən edilmiş, iddia tələbi də bu hissədə təmin edilmişdir. Yenidən əlavə olaraq akasiya ağaclarına görə cavabdehlərdən 6600 manat pulun tutulması iddiaçıların əsassız varlanmasına səbəb olur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin əsasları və ekspert rəyi bu hissədə əsaslı deyil. Ekspert bu nəticəyə gəlməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına istinad edir, hansı ki, həmin qərarda eyni ağaclara görə iki dəfə ziyanın müəyyən edilməsi öz əksini tapmamışdır. Məhkəmə iddia tələbinin bu hissəsi üzrə iddianın təmin edilməsi üçün yetərli sübutların olmadığı qənaətindədir Məhkəmə sonda iddia tələbinin rədd olunan hissələrinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş tələbin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsasında yaranmış olmasına, əsassız varlanma nəticəsində və ya zərər vurmadan yaranan öhdəlik nəticəsində ona zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbi (məhkəmənin rədd olunması qənətinə gəlinən) təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini (rədd olunan hissə üzrə) dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2004-cü ildə iddiaçıların qanun üzrə vərəsəsi olduqları xx.xx.2006-cı il tarixdə vəfat etmiş X13 tərəfindən Cavabdeh1 verilmiş 200 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla), ünvan 1ində X11 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidi İddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 300 manat ekspertiza xərci, iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 300 manat ekspertiza xərci alınaraq “X6 ” MMC-nin hesabına köçürülməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 311 manat mütəxəssis xərci alınaraq (Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməlidir. Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2004-cü ildə iddiaçıların qanun üzrə vərəsələri olduqları xx.xx.2006-cı il tarixdə vəfat etmiş X13 tərəfindən Cavabdeh1 verilmiş 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla), ünvan 1ində X11 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 300 manat ekspertiza xərcinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 300 manat ekspertiza xərci alınaraq “X6 ” MMC-nin köçürülməsi, kod 201218, VÖEN **********,SWİFT kod AİİBAZ2X, M\h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400C**********208. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 311 (üç yüz on bir) manat mütəxəssis xərcinin alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 152, 646, 648, 1091, 1092 və 1093-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan 30 avqust 2004-cü il tarixli aktdan görünür ki, Cavabdeh1 özünə məxsus 0,41 ha, yəni 4100 kv.m, torpaq sahəsini aktı imzaları ilə təsdiqləyən yoldaşların şahidliyi ilə Danaçı kənd sakini X10 razılaşma qiyməti ilə satmışdır. İşdə olan ünvan 1 İnzibati Ərazi nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 017095 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti ünvan 1 inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 564 nömrəli arayışdan görünür ki, 04 sentyabr 2006-cı il tarixdə vəfat etmiş X8 vəfatından sonra sağ qalmış varisləri X12, İddiaçı2, X9r. İşdə olan reyestrdə 2V-799 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,21 ha olan torpaq sahəsindən xx.xx.2006-cı il tarixdə ölmüş X8 vərəsələri kimi İddiaçı2 və İddiaçı1 bərabər hissədə pay almışdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin 16 fevral 2021-ci il tarixli məktubundan da görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında sorğuda qeyd olunan Cavabdeh2 və ailə üzvlərinin (subyekt saylı- 6) ümumbirgə mülkiyyətində ünvan 1i ünvanında A 228153 və A 144646 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan 1440,03 kv.m. və 1032 kv.m. kənd təsərrüfatı təyinatlı və JN-1580 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində qeyd olunan 0,70 ha yaşayış məntəqəsinin torpaqlarının olması qeyd edilmişdir. Sorğuda qeyd olunan 0,41 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvanlı Reyestri Xidməti tərəfindən verilmiş 03 may 2021ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1ində yerləşən naturada istifadə etdikləri 0.3663 ha torpaq sahəsi elektron melumat bazasına gorə DTXK-nin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin cizgiləri daxilində yerləşir. Həmin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, kadastr nömrəsi **********0497 olan torpaq sahəsi üçün Cavabdeh2 adına DTXK tərəfindən Plan və ölçü sənədi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/05/38 ümumi smeta dəyəri 311 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən daşınmaz əmlakın reyestr nömrəsi **********81 olan 1,3261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 dekabr 2020-ci il tarixli 532 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,41 ha torpaq sahədə salınmış 15 yaşı olan, 70 ədəd fındıq topasının, 15 yaşı olan 10 ədəd qoz ağacının və kəsilərək məhv edilmiş 220 ədəd akasiya ağacının hazırki bazar dəyəri təxminən 10535,00 (on min beş yüz otuz beş) manat müəyyən edilir. O cümlədən: -15 yaşlı 70 ədəd məhsuldar fındıq topasının dəyəri - 7875,00 manat; -15 yaşlı 10 ədəd qoz ağacının dəyəri - 2000,00 manat; - kəsilərək məhv edilmiş 220 ədəd akasiya ağacının dəyəri - 660,00 manat. Qeyd: 15 illik fındıq ağacları bazarlarda satılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7,50 manat qiymətləndirilməklə, 15 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 112,50 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 sentyabr 2021ci il tarixli 408 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,41 ha torpaq sahəsində salınmış 15 yaşı olan 70 ədəd fındıq topasının, 15 yaşı olan 10 ədəd qoz ağacının və kəsilərək məhv edilmiş 220 ədəd akasiya ağacının, hazırki bazar dəyəri təxminən - 10535,00 (7875 + 2000 + 660) manat, 220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarına dəymiş ziyan - 6600 (220 x 304) manat olmaqla, ümumilikdə - 19075 (7875 + 2000 + 660 + 6600+ 1940) manat müəyyən edilir. O cümlədən:15 yaşlı 70 ədəd məhsuldar fındıq topasının dəyəri (70əd x 112,50) - 7875,00 manat;-15 yaşlı 10 ədəd qoz ağacının dəyəri (10əd x 200) - 2000,00 manat;Yaşıllıq və ya hasar məqsədilə əkilmiş 220 ədəd akasiya ağacının dəyəri (220əd x 30 m)- 660,00 manat. Təkrar ekspertiza zamanı aşkar edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən kəsilərək məhv edilmiş 100 ədəd akasiya ağacının ziyanı 3000 (100 əd x 30 m) manat təşkil etdiyindən, 220 ədəd akasiya ağacına görə dəymiş ziyanın miqdarı - 6600 manat təşkil edir. O cümlədən:220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarının ziyanı (220əd x 30m) - 6600 manat təşkil edir. Bölgədə 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə təqribən 1940 manat xərc çəkilmişdir. Qeyd: 15 illik fındıq ağacları bazarlarda satılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7.50 manat qiymətləndirilməklə, 15 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 112.50 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Qeyd: ilkin ekspertizanın nəticəsi ilə əlavə ekspertizanın nəticəsi arasındakı fərq ilkin ekspertiza zamanı tədqiq olunan akasiya ağacının yeni əkilmiş növünün, əlavə ekspertiza zamanı isə kəsilmiş akasiya ağaclarına dəymiş ziyanın da qiymətləri nəzərdə tutulmuşdur. Rəyə baxış aktı əlavə olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş əlavə məhkəmə mühəndis-texniki, əmtəəşünaslıq və aqrotexniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Həmin qətnamədən İddiaçı2 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlərin onlara satdığı mübahisəli torpaq sahəsində gördükləri abadlıq, torpağın yararlı vəziyyətə gətirilməsi, həmin torpaqda əkdikləri ağaclar və orada görülən digər işlərlə bağlı, çəkilən xərclər haqqında iddia ərizəsində ətraflı qeyd etmişdir. Lakin Zaqatala Rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prossesual pozuntulara yol vermişdir. Belə ki, həmin torpaq sahəsində əkdikləri fındıq kollarına, qoz və akasya ağaclarına verilmiş ilkin ekspert rəyindən narazı olduğu üçün təkrar ekspertiza keçirilməsi üçün vəsatət vermiş və vəsatəti Zaqatala Rayon Məhkəməsi tərəfindən əsaslı qəbul olunaraq təmin olunmuşdu. İlkin ekpert rəyindən narazı olmağının səbəbi ekspertin sözügedən mübahisəli torpaq sahəsində iştirak etmədən öz təsəvvürünə görə qiymətləri müəyyən etməsi oldu. Təkrar ekspertiza keçirilərkən ekspert şəxsən özü həmin ərazidə iştirak etdi və ikinci dəfə daha dəqiq ekspert rəyi verdi. Ekspert ilkin rəyindəki qiymətləri əkdikləri ağacların yeni əkilmiş olduğunu təsəvvür edərək yazdığını və ikinci ekspert rəyini ərazidə olan ağacları gördükdən sonra yenidən hesablayaraq vermişdir. İlkin ekspert rəyində ekspert həmin ərazidə əkdikləri akasya ağaclarını görmədən, ölçüsü müəyyən olunmadan yeni əkilmiş ağac tingləri kimi təsəvvür edib qiymət çıxarıb lakin təkrar ekspertiza zamanı akasya ağaclarının ölçüləri müəyyən olunaraq ikinci rəy verilib. Hakimin ilkin ekspert rəyini qəbul etməsi lakin ikinci ekspert rəyini qəbul etməməsi qərəzlidir. Hər iki ekspert rəyində ağacların qiymətinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən aparılmışdır. Ekspert ilkin rəyi ağacları görmədiyindən cavan ağac tinglərinə görə, ikinci rəyi isə akasya ağaclarını gördükdən və ölçüləri müəyyən olunduqdan sonra verdiyini bildirsə də, Zaqatala Rayon Məhkəməsinin bunu qəbul etməməsi əsassız və qanunsuzdur. Fərziyyəylə verilmiş ilkin rəydəki akasya ağaclarına hesablanmış 600 manatla razılaşan məhkəmə tam və dəqiq olan təkrar ekspertiza rəyiylə razılaşmır. İlkin rəy təsəvvürə əsasən verilib, təkrar ekspertiza rəyi əraziyə, əkilən ağaclara baxıldıqdan, onların ölçüləri müəyyən olunduqdan sonra verilib və hesablama hər iki rəydə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən aparılmışdır. Həmin ekspert rəyinin bütün hallarıyla razı olan Zaqatala Rayon Məhkəməsi təkrar ekspertiza rəyindəki akasya ağaclarının qiymətləndirilməsiylə razılaşmır. Bu da qərəzdən başqa hal deyil. Zaqatala Rayon Məhkəməsi onun əkdiyi akasya ağaclarının orta bazar qiymətindən aşağı qiyməti götürməsi, təkrar ekspertizanın rəyini əsassız olaraq qəbul etməməsinin nəticəsində cavabdehlərin əsassız varlanmasına səbəb olur. Zaqatala Rayon Məhkəməsi mənim əkdiyim qulluq etdiyim ağacların qiymətini aşağı qəbul etməklə cavabdehlərin əsassız varlanmasına səbəb olur. Lakin məhkəmə bu hissədə də maddi hüquq normasını düzgün tətbiq etməyərək mənim əsassız varlanmağı qənaətinə gəlib. Əsassız varlanma fındıq və qoz ağaclarında olmadı, akasya ağaclarmda oldu???????? Zaqatala Rayon Məhəkəməsində cavabdehlərə həmin mübahisəli torpaq sahəsinin alınması üçün tərəfindən verilmiş 2000 min ABŞ dollarıyla bağlı hakim heç bir araşdırma aparmadan cavabdehin qəbul etdiyi 200 ABŞ dolları hissəsində qətnamə qəbul etdi. Həmin alqı satqı müqaviləsi Zaqatala rayonu Danaçı Bələdiyyəsi və Ərazi Nümayəndəsinin və digər şahidlərin iştirakıyla tərtib olunmuşdur. Onların məhkəmədə iştirakı üçün məhkəmə şərait yaratmadı. 200 dollara torpaq satmaq heç kim üçün inandırıcı ola bilməz, bu hal mümkün deyil. Cavabdeh 200 dolları qəbul edərək sübut etdi ki, həmin torpaq onlar tərəfindən satılıb lakin aldıqları pulu danaraq cılız rəqəm olan 200 ABŞ dollarmı götürdüklərini bildirdi. İndiyədək məhkəmələrdə olan bu predmetlə bağlı işlərdə Zaqatala rayonunda 200 ABŞ dolları kimi cılız qiymətə torpaq satıldığı qeyd olunmayıb. Çünki bu mümkün deyil. Zaqatala Rayon Məhəkəməsində heç bir əsas olmadan işin dəfələrə təxirə salınması, hakimin birinci ekspert rəyinin fərziyyələrlə verilmiş olmasına baxmayaraq onu qəbul etməsi lakin təkrar ekspert rəyiylə razılaşmaması qərəzlidir. Məhkəmə 600 manatı əsaslı varlanma lakin 6000 manatı əsassız varlanma kimi qəbul edib. Bu absurddur. Təkrar ekspertizadan sonra verilmiş ekspert rəyində qeyd olunan qiymətlər ekspertin həmin ərazidə iştirakından, gözüylə ağacları gördükdən, ölçülərini götürdükdən sonra hesablayaraq müəyyən olunmuş qiymətlərdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)- 45/2021 saylı qətnaməsinin qismən, yəni, iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsi ilə cavabdehin Cavabdeh1 məhkəməyə təqdim etdiyi etirazda bildirdiyinə görə torpaq ətrafında heç bir kanalın olmadığı halda kanalın-arxın düzəlməsi xərci olaraq -1940 manat pulun cavabdehlərdən tutulub iddiaçılara verilməsi əsassız varlanmadır. Bundan əlavə ekspertiza zamanı qiymətlərinin həddən artıq şişirdilməsi də Əsassız varlanmadır. İddiaçı cavabdehlərtərəfindən hər-hansı bir ağacın kəsilməsini və ya məhv edilməsini sübutu yetirə bilməmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində torpaq sahəsinin ətrafında heç bir kanal olmasını qeyd etmişdir. Bundan başqa iddiaçıların iddia tələbinin həcminin artırılmasına dair ərizədə iddiaçılar göstərmişlər ki, akasiya ağacları cavabdehlərin qohumları tərəfindən kəsilmişdir. Məhkəmə qətnaməsində isə 220 ədəd akasiya ağacı cavabdehlər tərəfindən kəsilmişdir qeyd edilib. İlk növbədə ziyanın vurulmasının (ağacların kim tərəfindən kəsilməsi) müəyyən edilməsi lazım idi.Ziyanın vurulması sübuta yetirilmədən onun cavabdehlərdən tutulması əsassız və qanunsuzdur. Bundan başqa əgər həmin torpaq sahəsindən 220 ədəd kəsilmiş akasiya ağacı vardırsa bu foto və ya video formasında nə iddiaçılar, nə də mütəxəssis və ya ekspert rəylərində aydın formada görsənmir. Həmçinin torpaq sahəsi ətrafına setkanın çəkilməsinin sübutu yoxdur. Qətnamədə su arxlarının düzəldilməsinə çəkilən xərc qeyd olunur. Həmin torpaq sahəsi yerləşən ərazidə su arxları yoxdur, yəni bu hal da iddiaçılar tərəfindən sübuta yetirilmir,sübutu yoxdur.Su arxlarına görə cavabdehdən pulun tutulması absurddur. Çünkü həmin ərazidə su hövzəsi yoxdur. Lakin qətnamədə göstərilən “X6” MMC-nin rəyində faktiki mövcud olmayan kanalın-arxın düzəlməsi xərci olaraq -1940 manat göstərilmişdir. Bildirirəm ki, məhkəmənin qətnaməsində əsaslandığı 30 avqust 2004-cü il tarixli aktdan görünür ki, həmin aktda 1 nəfər- Cavabdeh1 adı var. Qətnamədə cavabdeh kimi qeyd edilmiş digər heç bir şəxsin adı yoxdur. Belə olan halda hesab edirəm ki, Cavabdeh1 başqa şəxslərə qarşı iddia tələbi ümumiyyətlə baxıla bilməzdi, digər cavabdehlərin adları çıxarılmalı idi. Çünki digər şəxslər iddiaya cavab verməli olan şəxslərdeyildir. Cavabdeh1 ona bildirməsinə görə “X2 faizə pul verən şəxs idi. Ondan cavabdel Cavabdeh1 200 Dollar borc almışdır. Onlar əvəzində notariusun təsdiq etmədiyi 41 sotu qanunsuz olaraq götürüb zəbt edib, qanunsu olaraq həmin sahəyə fındıq ağacları əkiblər. Həmin torpaqlar özü münbit suvarılmayan torpaqlardır. Çünki onun yaxınlığında heç bir çay və yaxud digər su hövzəsi yoxdur. Həmin torpaq sahəsində heç bir akasiya ağacları yoxdur, torpaq sahəsinin suvarılması üçün də su arxı-kanalı yoxdur. Həmçinin onlar fındıq ağaclarını yaşıl hasar kimi sıx əkiblər. Adi fındıq topası şəklində əkməyiblər. Düzgün şəkildə ekspertiza keçirilsə idi. Hər şey məlum olardı. Həmçinin həmin fındıq ağacları düzgün formada əkilmədiyi üçün də bar-məhsul vermir. Mən hesab edir ki, onlar bu pulun əvəzinə mənim torpağımı zəbt ediblər. Torpaq sahəsinə girib orda qanunsuz olaraq ağaclar əkiblər. Həmin ağacları çıxarıb aparsınlar. Çünki onların ağacları Cavabdeh1 lazım deyil. Həmin torpaq sahəsinin də vergilərini Cavabdeh1 vermişdir. Cavabdeh1 həmişə Rusiya Federeasiyasında olmuşdur. Cavabdeh1 ora girib ağac kəsmək imkanında olmamışdır. Bu mümküı deyil. İndiyə kimi istifadə ediblər, indi də çıxarıb aparsınlar fındıq ağaclarını. Onlar 17 il cavabdehin torpağından istifadə ediblər, nə icarə haqqı ödəyiblər nə də vergi veriblər. Seydi Mahmudov özü vergilərini ödəmişdir və vergi ödənilməsi barədə sənəd məhkəməyə təqdim edilmişdir. Bu neçə illər ərzində Cavabdeh1 onlara neçə dəfə müraciət edərək faiz olaraq Cavabdeh1 verdikləri pulu geri qaytarmağı və əvəzində isə onların cavabdehin torpaq sahəsindən çıxmalarını bildirmişdir. Onlar torpaq sahəsindən çıxmayıblar. Cavabdeh1 17 il ərzində həmin torpaq sahəsinə girməmişdir iddiaçılar özləri fındıq ağacları əkib gəlir götürüb özgə torpağını istifadə ediblər. Həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən əkilmiş sayı dəqiq xatırlamadığı fındıq ağacı (topası) əvvəldən olmuşdur. Həmin torpaq sahəsinin ətrafında heç bir kanal yoxdur.Ərazidə kəsilən akasiya ağacları da yoxdur. Torpaq sahəsi icarədara verildikdə orda yəginki 40 ədəd fındıq əkilib. Həmçinin torpaq sahəsində 10 ədəd 15 yaşlı qoz ağaclarının olması qeyd edilmişdir. Həmin torpaq sahəsində 2-3 ədəd qoz ağacı var. Həmin qoz ağacları da yabanı halda bitmişdir. Cavabdeh1 mütəxəssis və ekspertiza rəyləri ilə razı deyildir. Yenidən düzgün ekspertiza keçirilməsin istəyir. Bu barədə vəsatət verir.Apellyasiya şikayətinə əlavə edilir. Çünki mütəxəssis rəyi kifayət qədər aydın deyil həmçinin şişirdilmiş qiymətlərlə qiymətləndirilib. Həmçinin mütəxəssis rəyində 220 ədəd akasiya ağaclarına 2 dəfə qiymət qoyulub. Mütəxəsss Rəyi əsasında da həmin idarə ekspert rəyi verib. Ona görə də Cavabdeh1 heç bir rəy ilə razı deyildir. Təkrar ekspertiza keçirilməsini və ekspertizanın başqa ekspertiza idarəsinə verilməsini, ekspertiza xərcinin də cavabdeh Seyid Mahmduovdan tutulmasını xahiş edir.Həmçinin aparılan tədqiqatların yerində foto və video çəkilişinin aparılmasını istəyir. Çünki işdə ekspert rəyinə əlavə edilən foto şəkil ümumi çəkilib və ekspert rəyində göstərilənləri tamamlamır.” Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)- 45/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir/ 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006cı il tarixli qərarı xx.xx.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsinin qismən, yəni, iddianın təmin edilmədiyi hissədə, cavabdeh isə həmin qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən – yuxarıda göstərilən həcmdə təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində heç bir rəylə razı olmaması, mütəxəssis rəyinin kifayət qədər aydın olmaması, qiymətlərin şişirdilmiş olması, 220 ədəd akasiya ağaclarına 2 dəfə qiymət qoyulması, təkrar ekspertiza keçirilməli və ekspertizanın başqa ekspertiza idarəsinə verilməli olması, ekspertiza xərcinin də ondan tutulmalı olması ilə bağlı göstərdiklərini nəzərə alaraq qeyd edir ki, iş üzrə məhkəmə kollegiyası tərəfindən kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühəndis-texniki ekspertizаları təyin edilmiş, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli 9/2736 nömrəli rəy alınmışdır ki, həmin rəydə göstərilmişdir: Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, qərarda qeyd edilən ağac və kolların iş materiallarında olan “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 408 saylı mütəxəssis rəyinə əsasən 2020-ci il üzrə nəzəri orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: - 15 yaşlı 70 edəd məhsuldar fındıq topasının dəyəri (70əd x 112,50m) - 7875,00 manat; -15 yaşlı 10 ədəd qoz ağacının dəyəri (10əd x 200m) - 2000,00 manat; - 220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarının ziyanı (220 x 30m) - 6600 manat. Cavabdeh1 apellyasiya şikayətində həmçinin mübahisəli torpaq sahəsində akasiya ağaclarının mövcud olmaması, torpaq sahəsinin ətrafında torpaq sahəsinin suvarılması üçün su arxı kanalının olmaması, həmin sahəyə setka çəpərin çəkilməməsi, iddianın yalnız ona qarşı yönəldilməli olması, iddiaçıların ona məxsus torpaq sahəsini 17 il əvəzsiz istifadə edib məhsulunu götürdükləri, istədikləri halda həmin ağacları çıxarıb apara bilmələri ilə bağlı münasibət bildirərək qeyd edir ki, mülki işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində 220 ədəd akasiya ağacları mövcud olmuşdur, sonradan kəsilib məhv edildiyindən hal-hazırda mövcud deyildir. Həmin ərazidə su arxı kanalı və setka çəpərin olması və iddiaçıların 17 il ərzində əkib becərdikləri ağacları çıxarıb aparmalarının qeyri-mümkünlüyü ekspert rəyləri ilə müəyyən edilmişdir. Cavabdeh1 yalnız özünün cavabdeh olmalı olması məsələsinə gəlincə isə, geri alınan torpaq sahəsi digər cavabdehlərlə birlikdə onlara aid olduğundan iddiaçı onlara qarşı da tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, hazırki iş üzrə apellyator olan cavabdeh digər cavabdehlərin adından çıxış etməyə səlahiyyətli deyildir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində akasiya ağaclarının hər birinin qiymətinin 30 manat olmalı olması barədə, həmin məbləğin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə müəyyən edilməsi barədə və atası Həsən Osmanovun torpaq sahəsini alarkən cavabdehlərə 2000 ABŞ dolları pul verdiyi halda, məhkəmənin həmin məbləği səhv olaraq 200 ABŞ dolları müəyyən etməsi ilə bağlı, göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da atasının torpaq sahəsini almaq üçün 2000 ABŞ dolları ödəməsi barədə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etməmişdir. Cavabdeh isə iddiaçıların atasından 200 ABŞ dolları aldıqlarını etiraf etməklə onları həmin hissədə sübut etmə yükündən azad etmişdir. Akasiya ağaclarının qiymətlərinə gəlincə həmin kəsilmiş ağacların cəmi qiymətinin 660 manat olması ekspert rəyləri ilə müəyyən edilmişdir. Nazirlər kabinetinin qeyd olunan qərarında göstərilən qiymət isə təbiətə dəyən ziyanla bağlıdır ki, hazırki iş üzrə iddiaçı özünə dəyən zərəri tələb edir. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməməsinə gəlincə isə, iddiaçı tərəf olan apellyator torpaq sahəsinin alqı-satqısına dair notariat kontorunda bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlərlə onun atası arasında 30 avqust 2004-cü il tarixdə tərtib edilmiş akt isə alqı-satqı müqaviləsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edildiyi kimi, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə baxarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 03 dekabr 2020-ci il tarixli 532 nömrəli və 15 sentyabr 2021-ci il tarixli 408 nömrəli rəylərinə istinad etməsinə münasibət bildirərək qeyd edir ki, adi halda Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertlərin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. Qeyd olunduğu kimi Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bu baxımdan, ekspert rəyinin qiymətləndirilməsi zamanı ilk addım həmin rəyin məzmunu deyil, ekspertiza rəyini vermiş subyektin etkspertiza aparmaq səlahiyyəti araşdırılmalıdır. Əgər bu sualın cavabı mənfi olarsa, o halda ekspert rəyi sübut kimi hər hansı gücə malik olmayacaqdır və onun məzmununun araşdırılması əhəmiyyətsizdir. Ədliyyə Nazirliyindən məhkəməyə daxil olmuş 04 iyun 2021-ci il tarixli məktubda da yuxarıda qeyd olunanalarla bağlı göstərilmişdir ki, ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertizası fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna əsaslı dəyişikliklər edilmiş, “Məhkəmə ekspertinin etik davranış kodeksi”, “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları", həmçinin “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli qərarları ilə təsdiq olunmuş, digər normativ sənədlərin layihələrinə isə baxılmaqdadır. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olunmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimlənmə məsələləri tam həllini tapdıqdan sonra ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır Lakin bu iş başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanunaziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Məhkəmə kollegiyası bütün yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışı ərzində keçirilmiş kompleks məhkəmə ekspertizası ilə bağlı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş ekspert rəyində “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 408 saylı mütəxəssis rəyinə istinad edərək qoyulmuş suallara eyni məzmunlu cavablar verilmişdir. Göründüyü kimi, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi həmin rəylərin doğruluğunu qəbul edərək müvafiq rəyi vermişdir. Həmin rəydə ekspert qarşısında ünvan 1ində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə etdikləri hazırda mübahisələndirilən 0,41 ha torpaq sahəsinin (iddiaçıların dediyinə görə) kimə məxsus olmasının müəyyən edilməsi ilə bağlı suala cavab verilməmişdir ki, həmin sual üzrə daha öncə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 3 may 2021-ci il tarixli rəy və ona əlavə edilmiş “torpaq sahəsinin yerləşmə vəziyyətinin Sxemi”ndən görünür ki, həmin torpaq sahəsi ölçüləri 0,3663 ha olmaqla Kadastr nömrəsi **********0497 olan, Cavabdeh2 adına işlənmiş plan ölçü sənədinin cizgiləri daxilindədir. Məhkəmə kollegiyası apellyatorların apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan apellyatorlar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar