Məhkəmə qərarları › İş №2(107)-401/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-401/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-401/2025 18.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanması və alimentin tutulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(046)- 359/2025 saylı “mülki işə baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməsi” barədə qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 dekabr 2011-ci il tarixdə anadan olmuş X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbləri ərazi aidiyyatı üzrə pozulmuşdur. Belə ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, hazırkı mülki iş baxılması üçün Bakı şəhəri. Suraxanı rayon Məhkəməsinə göndərilməsi barədəd qərardad qəbul edilməsini xahiş etmişdir Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 15 yanvar 2025-ci il tarixli, e- 2(046)-359/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyatda olduğu yerə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi verərək ərizəsində Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(046)-359/2025 saylı qərardadının edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticəni tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşağının Cavabdeh himayəsində yaşaması, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, X4 S.Cəfərov küçəsi ev 9 mənzil 137-də qeydiyyatda olması və yaşaması ilə əsaslandıran məhkəmə, sübut kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2013-cü il tarixli, 2(010)-1435/2013 saylı qətnaməsinə istinad etmiş, iddiaçı ilə cavabdeh arasında nikah pozularkən onların birgə nikahdan anadan olmuş azyaşlı uşağının məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlanmasını, uşağın saxlanması üçün iddiaçıdan aliment tutularaq cavabdehə verilməsini qeyd etmişdir. Halbuki iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, azyaşlı Abbas Məmmədov 2024-cü ilin iyun ayından iddiaçının yanında yaşayır. Buna baxmayaraq məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi sübutları nəzərə almamış, hazırda işin faktiki halları dəyişsə də 2013-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsini sübut kimi qəbul edərək Abbas Məmmədovun hazırda anasının himayəsində yaşaması qənaətinə gəlmişdir. Halbuki azyaşlı Abbas Məmmədov iddiaçının himayəsində yaşamaqla Göyçay şəhəri 9 saylı orta məktəbdə təhsil alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçının tələbinin bir hissəsi alimentin alınmasından ibarətdir və maddi normanın tələbinə görə iddiaçı hazırkı tələblə özünün qeydiyyatda olduğu rayonun məhkəməsinə müraciət edərkən ərazi aidiyyəti qaydalarını pozmamışdır. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(046)-359/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(046)-359/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, elektron məhkəmə sistemindən görünür ki, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, X4, S.Cəfərov küçəsi, ev 9, mənzil 137-də qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-1435/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahdan 18 dekabr 2011-ci il tarixdə anadan olmuş azyaşlı uşaqları X1 yetkinlik yaşına çatanadan saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşağı məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlanmış, uşağın saxlanması üçün iddiaçıdan aliment tutularaq cavabdehə verilmişdir. Göründüyü kimi tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaq Cavabdeh himayəsində yaşayır, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, X4, S.Cəfərov küçəsi, ev 9, mənzil 137-də qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-ci maddəsinə görə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi, prosessual qanunvericiliyin iddiaçının seçməsinə görə aidiyyət qaydalarını tənzimləyən 36.3-cü maddəsində iddianın alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçının özünün yaşadığı yerə görə verilməsi göstərilməklə bu halı az yaşlı uşağın rəmi şəkildə himayəsində olmayan iddiaçıya şamil etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti olaraq Cavabdeh qeydiyyatda olduğu yerə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsi 15 yanvar 2025-ci il tarixli, e-2(046)-359/2025 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də iddiaçının nümayəndəsi və vəkilinin Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(046)-359/2025 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(046)-359/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar