Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-416/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6, Cavabdeh1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment borcundan azad edilmə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)- 230/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)903/2018 saylı qətnaməsinə əsasən xx xxxxx 2005-ci il təvəllüdlü qızı Cavabdeh1 onun tərəfindən saxlanılması üçün təyin edilmiş aliment öhdəliyinə 21 aprel 2022-ci il tarixdən xitam verilməsi və 21 aprel 2022-ci il tarixdən 21 aprel 2023-cü il tarixədək hesablanmış aliment məbləğinin ləğv edilməsi (silinməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh2 ilə qeyri rəsmi nikahlarından xx xxxxx 2005-ci il tarixdə Cavabdeh1 adlı övladı anadan olmuşdur. Azyaşlı övladı cavabdehin himayəsində olmuşdur. Cavabdeh aliment tələbinə dair Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(033)1040/2013 saylı qətnaməsinə əsasən ondan hər ay 90 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh2 ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Daha sonra Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)903/2018 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq hər ay 117 manat müəyyən edilmişdir. Qızı Cavabdeh1 17 yaşı tamam olana kimi yəni xx.xx.2022-ci il tarixə kimi aliment məbləğini tam şəkildə ödəmişdir. xx.xx.2022-ci il tarixdə qızının toy məclisi olmuşdur. Bütün xərcləri o çəkmişdir. Toydan sonra qızı Elçin adlı şəxslə ailə quraraq Bakı şəhərinə köçmüş və orada yaşamağa başlamışlar. Həmin vaxt Cavabdeh1 17 yaşı var idi. Həmin vaxtdan sonra qızı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Qızının birgə nikahından 2023-cü il tarixdə bir uşağı dünyaya gəlmişdir. Qızı Aytac 17 yaşının tamamında ailə qurub köçdüyü üçün anasının himayəsindən çıxmışdır. Bunun üçün xx.xx.2022-ci il tarixdən aliment ödənilməsini dayandırmışdır. Lakin buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə qanunsuz aliment hesablanmış və 1400 manat aliment borcu yaranmışdır. Övladı 17 yaşına çatıb ailə qurduğu və cavabdehin himayəsində olmadığı üçün alimentin hesablanması əsassızdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qızının 17 yaşınadək o alimenti ödəmişdir. Həmin müddət ərzində onun aliment borcu yoxdur. Qızı 17 yaşında ailə həyatı quraraq Bakı şəhərinə köçmüş və artıq bir övladı da var. Bir ildən artıq müddətdir ki qızı anasının himayəsindən çıxmış və qanunsuz olaraq həmin müddət üçün aliment hesablanmışdır. O, qızının bütün nişan və toy xərclərini çəkmişdir. 17 yaşınadək yığılmış aliment borcunu o tam ödəyib. 1400 manat aliment borcu köçdüyü gündən 18 yaşınadək hesablanmış borcdur. Atalıq borcunun icrasından yayınmır. Uşağın əlavə xərclərini də çəkmişdir. Uşağın öz istəkləri ilə bağlı da xərclərini çəkmişdir. Uşaq 2 ildir ki, ərdədir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı uşağına baxmalıdır. Atalıq borcudur. Hazırda qızı üçün mebel alır və ona pul lazımdır. O, yığılmış borcu tələb edir. Uşağa paltar alıbsa da bu onun borcudur. O, alimenti tələb edir. O, nişan və toy xərclərini də qızının ərindən götürərək ödəmişdir.
5. Zaqatala Rayon Məhkəməsinin (hakim Z.Məmmədova) xx.xx.2025-ci il tarixli, e-2(033)- 230/2025 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdeh X2 qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pul vəsaitin onun özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh X4 birlikdəliklərindən anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin Zaqatala Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli 2(033)-1040/2013 qətnaməsi ilə 90 manat sabit pul məbləğində alimentin İddiaçı X4 xeyrinə tutulması müəyyən edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-903/2018 nömrəli qətnaməsi ilə həmin məbləğ artırılaraq 117 (bir yüz on yeddi) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmış və qeyd edilən tarixədək İddiaçı ödənilməmiş 1400 manat aliment borcu mövcuddur. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 17 yaşında nikaha daxil olduğunu və bu müddətdə onun Amalya Bağırovanın himayəsində olmamasını əsas gətirərək ona icra sənədi üzrə borc kimi hesablanmış 1 il ərzində ödənməli olan aliment məbləğinin silinməsini tələb etmişdir. Cavabdeh X9 iddia tələbini qəbul etməmişdir.
7. Məhkəmə araşdırmasında Cavabdeh1 nikaha xx.xx.2023-cü il tarixdə daxil olması müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə əvvəlcə onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
9. Məhkəmə qeyd etmişdir ki, qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı, aliment borcundan azad edilməsini xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 17 yaşında nikaha daxil olmasına əsaslanmaqla tələb etmiş, lakin bu hallara dair şübhə doğurmayan sübutlar təqdim edə bilməmişdir.
11. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlmişdir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
12. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh X2 qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4, 10.1, 10.2, 75.1, 75.4, 107.1, 107.2, 112.1, 112.2-ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 1, 19-cu maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.2, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə Ailə Məcəlləsinin 107.2-ci maddəsinin müddəalarını nəzərə almamışdır. Bununlada həmin maddənin tələbləri məhkəmə tərəfindən pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehin əsassız olaraq 21 aprel 2022-ci il tarixdən himayəsində olmayan övladları üçün aliment tələb etməsi ailə məcəlləsinin prinsipləri və məqsədlərinə zidd olmaqla, qanundan sui-istifadədir.
17. Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra etmişdir. İddia tələbini əsaslandıran kifayət qədər sübutları məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. İlk öncə qızının 17 yaşı tamam olanda ailə həyatı qurması işin mübahisələndirilməyən halıdır. Ailə həyatı qurarkən yetkinlik yaşına çatmadığından nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qeydiyyata aldırmışlar. Nikah bağlandıqdan 2 ay sonra 04 sentyabr 2023-cü il tarixdə övladı dünyaya gəlmişdir. Övladının 17 yaşı tamam olduqdan sonra anasının himayəsində olmaması iş materialları ilə öz təsdiqini tapir. Lakin məhkəmə sübutları tam araşdırmadan əsassız qərar qəbul etmişdir.
18. Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbləri məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Qeyd edir ki, məhkəmə iddiaçıların izahatını, mülki iş üzrə işdə olan sübutları, işin hallarını, cavabdehin məhkəmə iclasında vermis olduğu izahatını tam araşdırmamış və əsassız qərar qəbul etmişdir.
19. Məhkəmə iclasında cavabdeh X9 xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 17 yaşında ailə qurduğunu qəbul etmişdir. Cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatdan məlum olur ki, övladlarının 17 yaşında ailə qurduğunu təsdiq edir. Lakin övladlarına mebel aldığını və pul lazım olduğunu bildirərək aliment pulunu tələb edir. Görünür ki, cavabdeh alimenti övladlarının saxlanması üçün deyil, özünə pul lazım olduğu və mebel almaq istəməsi ilə bağlı tələb edir.
20. Görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 17 yaşı tamam olanda cavabdehin himayəsindən çıxmış və ailə həyatı qurmuşdur. Övladları Cavabdeh1 17 yaşında nikaha daxil olubsa, həmin vaxtdan sonra cavabdehin himayəsində deyilsə o zaman cavabdehə hansı səbəbə əsasən aliment ödənilməlidir? Yuxarıda qeyd etdiklərinə əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməli idi.
21. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-230/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddiaçının iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-230/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, onun aliment borcunun ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-230/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinin, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh təşkilat məhkəmə kollegiyasına göndərdiyi müraciətində qeyd edilmiş xüsusatların baş idarənin səlahiyyətlərində olmadığından məhkəmə proseslərinin nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etsə də, Cavabdeh1, üçüncü şəxs nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
27. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
28. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
29. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
34. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
35. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
36. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(033)-230/2025 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
38. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı ilə cavabdeh X4 birgə ailəliklərindən xx xxxxx 2005-ci il tarixdə doğulmuş övladlarıdır. İddiaçı ilə cavabdeh X9 bir müddət səmimi münasibətlərdə yaşasalar da sonradan münasibətləri pisləşmiş və onların birgə ailəliklərindən doğulmuş Cavabdeh1 anası X4 yanında qalmışdır. Sonra X9 aliment və alimentin artırılması tələbləri ilə məhkəmədə iddialar qaldırmış və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-903/2018 nömrəli qətnaməsi ilə tərəflərin faktiki nikahından xx xxxxx 2005-ci il tarixdə anadan olmuş Cavabdeh1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulan hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində müəyyən edilmişdir. Cavabdeh1 21 aprel 2023-cü il tarixdə yetkinlik yaşına çatmışdır. Lakin Cavabdeh1 2022-ci ilin aprel ayında faktiki ailə qurmaqla cavabdeh X4 himayəsindən çıxdığını əsas gətirən iddiaçı aliment öhdəliyinə 21 aprel 2022-ci il tarixdən xitam verilməsini xahiş etmiş, cavabdeh X9 tərəfindən iddia tələbi qəbul edilməmişdir.
40. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
41. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Ailə Məcəlləsinin 107.2-ci maddəsinin müddəalarını nəzərə almaması, qızının 17 yaşı tamam olanda ailə həyatı qurmasının işin mübahisələndirilməyən halı olması, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 17 yaşı tamam olanda cavabdehin himayəsindən çıxmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
42. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 ilə Cavabdeh1 nikahı haqqında 16 iyun 2023-cü il tarixdə 953 nömrəli akt qeydi tərtib edilmişdir.
43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır.
45. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflərin birgə ailəliklərindən olan övladı, xx xxxxx 2005-ci il tarixdə anadan olmuş Cavabdeh1 yetkinlik yaşına çatdıqdan sonra nikaha daxil olmuş, 21 aprel 2022-ci il tarixdən sonra Cavabdeh1 atasının himayəsində olmamış, anasının himayəsində olmaması əsası ilə digər cavabdeh X5rşısındakı aliment öhdəliklərindən azad edilməsi üçün isə digər bir əsas müəyyən edilməmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəməyə təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlar tədqiq edilmiş, sübutların tədqiqi məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının aliment borcundan azad edilməsi üçün əsasların olmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-230/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-230/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.