Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-418/2025 01.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi və azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, qüvvə) X14 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2(025)-429/2025 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi və azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 2024-cü ildən il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan 2000 manat alimentin silinməsini və əsas alimentin miqdarının azaldılaraq 300 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2(025)-429/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi və azaldılması” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilməsi və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada şikayət göndərərək, 24 fevral 2025-ci il tarixli, e-2(025)-429/2025 saylı qərardadın ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi və azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Qəbələ rayon Məhkəməsi tərəfindən qəbul edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(025)-429/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e- 2(025)-429/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının eyni tərəflər arasında eyni predmet üzrə, yəni “nikahın pozulması və uşaq” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli e-2(025)-1191/2024 nömrəli qətnaməsi mövcuddur. Belə ki, sözügedən qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2013-cü il iyun ayının 22-də qeydə alınmış 76 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 cavabdeh - anaları Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanaraq, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 500 (beş yüz) manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin e2(025)-1191/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmiş və həmin işə Şəki Apellyasiya Məhkəməsində baxılması xx.xx.2025-ci il tarixə (2(107)-352/2025 nömrəli mülki iş) təyin edilmişdir. Hər iki tərəfin (iddiaçı və cavabdehin) apellyasiya şikayətində alimentlə bağlı məsələ mübahisələndirilmişdir. Hazırkı iddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətində alimentin çox olması barədə etirazını hazırkı ərizədə də göstərmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh ödəməli olduğu aliment məbləğinə Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 1191/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə münasibət bildirilmişdir və hal-hazırda həmin işə Şəki Apellyasiya Məhkəməsində baxılmaqdadır və apellyasiya məhkəməsi tərəfindən aliment məsələsinə münasibət bildiriləcəkdir. Bu səbəbdən məhkəmə iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin yolverilməz olduğunu bildirir. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən cəmi 61 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 60 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə Kapital Bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 60 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. X8 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2(025)-429/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2(025)-429/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, e-2(025)-429/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-418/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-418/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver