Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-420/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-maddi ziyan, mənəvi zərər, kompensasiya ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X1 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(051)-1779/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyan əvəzi 1000 manat, mənəvi ziyan əvəzi olaraq 10000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh arvadı ilə birlikdə qonşuluqda yaşayan qayınanasının evində yaşayır. Cavabdehin qayınanası daima onu və anasını təhqir edib. Elə cavabdehi də üzərlərinə salan qayınanası olmuşdur. Cavabdeh 08 noyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində ona qarşı “sağ əlində sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə sol ön birinci paradantozu dişin travmatik düşməsi” ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə fiziki zor tətbiq etmişdir. Cavabdeh həmin hadisə ilə əlaqədar Gəncə Hərbi Məhkəməsinin 16 mart 2021- ci il tarixli, 3-1(095)-37/2021 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Cavabdeh ona həm mənəvi, həm də maddi ziyan vurmuşdur. Belə ki, o, ali təhsillidir. Qadın olduğu üçün yad kişinin onu vurması ona ağır iztirab vermişdir. Dişinin təmir olunması üçün 100 manat əlavə xərc çəkmişdir. Ahıl anasının və azyaşlı uşağının yanında köməksiz vəziyyətdə qalıb cavabdeh tərəfindən döyülməsi onu çox incitmişdir. Cavabdeh qarşısında acizliyi və müdafiəsizliyi səbəbindən iztirab çəkmişdir. Cavabdehin cəzalandırılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə, Zaqatala rayon Prokurorluğuna, Gəncə Hərbi Məhkəməsinə dəfələrlə xərc çəkib getmişdir. Pandemiya səbəbi ilə avtobuslar işləmədiyindən o, taksi tutmağa məcbur qalmışdır. Cavabdeh etdiyi əməldən peşman olmamış, ona vurduğu ziyanın aradan qaldırılmasına çalışmamış, əksinə təhdidlərini artırmışdır. Eləcə də cavabdehin zərbəsi nəticəsində onun bir ədəd dişi düşmüşdür. Düşən bir dişin bərpa olunması üçün üç ədəd dişin qoyulması tələb olunur ki, bunun üçün də ona 450 manat məbləğində vəsait lazımdır. Odur ki, cavabdehdən maddi ziyan əvəzi 1000 manat, mənəvi ziyan əvəzi olaraq 10000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(051)-1779/2021 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyanın əvəzi olaraq 450 (dörd yüz əlli) manat, mənəvi ziyanın əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 650 (altı yüz əlli) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh qonşudur. Cavabdeh 08.11.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında blokda aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı iddiaçıya qarşı sağ əlində, sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə sol ön birinci paradantozlu dişin travmatik düşməsinə səbəb olan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə fiziki zor tətbiq etmişdir. Ona görə də cavabdeh Gəncə Hərbi Məhkəməsinin inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Bu hallar məhkəmə iclasında tədqiq edilən, mötəbər mənbələrdən əldə edilmiş sənədlərlə sübuta yetirildiyindən, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin hazırkı mübahisə üzrə iddiaçıya maddi ziyana görə 1000 manat və mənəvi ziyana görə isə 10.000 manat məbləğində zərər vurulması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdehin iddiaçıya qarşı etdiyi hərəkət zorakılıqdır. Hər bir zorakılıq isə xəsarətin dərəcəsindən asılı olmayaraq, hüquq pozuntusudur. Hər bir hüquq pozuntusunun, yəni istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizliyin törədilməsi, zərərçəkən şəxsə mənəvi zərərin vurulmasına səbəb olur. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarlarında da öz əksini tapmışdır. Belə olan halda zərərçəkənin istənilən formada xəsarət alması, yəni onun cavabdeh tərəfindən döyülməsi və zəif tərəf kimi zorakılığına məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu da iddiaçının mənəvi zərərə məruz qalması üçün yetərlidir. Həmin vaxt iddiaçının işləməsi və yaxud evdar qadın olması, onun mənəvi zərərə məruz qalmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Bu hallar yalnız mənəvi zərərin məbləği zamanı nəzərə alınır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh maddi ziyanın əvəzi olaraq 450 (dörd yüz əlli) manat, mənəvi ziyanın əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 650 (altı yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, 71, 88, 217.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1-ci, 1096.2-ci 1097.1-ci, 1115ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh arvadı ilə birlikdə qonşuluqda qayınanasının evində yaşayır. Cavabdehin qayınanası daima onu və anasını təhqir edib. Elə cavabdehi də onların üzərinə salan qayınanası olmuşdur, cavabdeh 08 noyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində ona “sağ əlində sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu iyəsində qançırlar bərk, alt çənədə sol ön birinci paradantozu dişin travmatik düşməsi” ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə fiziki zor tətbiq etmişdir, cavabdeh həmin hadisə ilə əlaqədar Gəncə Hərbi Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3-1(095)-37/2021 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır, cavabdeh ona həm mənəvi, həm onu vurması ilə ağır iztirab vermişdir, yaşlı anasının və azyaşlı uşağının yanında köməksiz vəziyyətdə qalıb cavabdeh tərəfindən döyülməyi onu çox incitmişdir. Cavabdeh qarşısında acizliyi və müdafıəsizliyi səbəbindən iztirab çəkir. Cavabdehin cəzalandırılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinə, Zaqatala Rayon Prokurorluğuna, Gəncə Hərbi Məhkəməsinə dəfələrlə xərc çəkib getmiş, pandemiya səbəbi ilə avtobuslar işləmədiyindən, taksi tutmağa məcbur qalmışdır. Cavabdeh isə etdiyi əməldən peşman olmamış, ona vurduğu ziyanın aradan qaldırılmasına çalışmamış, əksinə təhdidlərini artırmışdır, eləcə də cavabdehin zərbəsi nəticəsində bir ədəd dişi düşmüşdür. Düşən dişin bərpasına 450 manat məbləğində vəsait lazımdır. Odur ki, cavabdehdən maddi ziyanın tutularaq ona verilməsi barədə iddia qaldırmışdır. Bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096,1097-ci maddələrə istinad etmişdir. İşə baxan məhkəmə qətnaməsində göstərmişdir ki; “Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə iddiaçının 1000 manat məbləğində maddi ziyana və 10000 manat məbləğində mənəvi zərərə məruz qalmasını, yəni almış olduğu maddi ziyanın və mənəvi zərərin cavabdehin hüquqazidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür». Qətnamənin 3-cü səhifəsi 2-ci abzası) Halbuki, onun iddia tələbinin maddi hüquqi əsasını məhz mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsiyyətinə və əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməsi təşkil edirdi. Bu səbəbdən də işin hallarını düzgün qiymətləndirməyən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinad edərək hesab etmişdir ki, «Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıya maddi ziyan inzibati xətanın təqsirli olaraq törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də iddiaçının sağlamlığının pozulması, yəni alt çənədə sol ön birinci paradantozlu dişin bərpa olunması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, dava-dərman alınmasına, protezləşdirməyə çəkdiyi xərclərinin əvəzi ödənilməlidir» Halbuki, məhkəmə nəzərə almamışdır ki, həmin inzibati işlə əlaqədar o, Zaqatala Hərbi Prokurorluğuna, Gəncə Hərbi Məhkəməsinə getmək üçün də vəsait xərcləmişdir. Qərarın məzmunundan da bu hal öz təsdiqini tapır. “Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, döyülmə nəticəsində iddiaçı dərəcəsinin təyin olunmayan bədən xəsarəti almış, onun sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nayihəsində qançırlar bərk, alt çənədə dişin travmatik düşməsi ilə nəticələnən zədə almışdır. Nəzərə alınsa ki, iddiaçının qabaq dişinin travmatik düşməsi, onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, bu hal başqa-başqa şəxslərlə ünsiyyətdə olan zaman iddiaçının narahatçılıq keçirməsinə və özünə inam hissini itirməsinə səbəb olmuşdur, eləcə də iddiaçı xəsarət aldığı və ondan sonra kəskin ağrılar içirməklə fiziki əzab çəkmişdir. Bu isə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyinə görə iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə mənəvi zərərə görə 10000 manat məbləğində pul tələbi ilə bağlı o qənaətdədir ki, inzibati xəta nəticəsində iddiaçının sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə dişin travmatik düşməsi ilə nəticələnən zədə əmələ gəlmiş, şübhəsiz ki, iddiaçının çəkdiyi fiziki əzab nəticəsində keçirdiyi iztirab, sarsıntı onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı müalicə və müayinə olunmaqla sağlamlığını tam şəkildə bərpa etsə də, həmin müddət ərzində iddiaçı əvvəlki fəal həyat tərzindən məhrum olduğundan, mənəvi zərərə məruz qalmış, lakin zərərin məbləğinin 10000 manat həcmində olması, işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına uyğun deyildir». Baxmayaraq məhkəmə ona vurulan zədələri - sağ said və qarın hiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, çənədə dişin travmatik düşməsi- sadalasa da həmin anlarda onun keçirdiyi mənəvi iztirabı heç qiymətləndirməmiş, həmin xəsarətləri alarkən aldığı mənəvi zərbənin ağırlığını nəzərə almayaraq mənəvi zərər hesabına ona 200 manat pulun ödənilməsini qət etmişdir. Məhkəmə cavabdehtin ona qarşı törətdiyi hərəkətin zorakılıq olmasını nəzərə alsa da, təyin etdiyi əmlak məsuliyyəti törədilmiş qanunsuz, zorakı hərəkətlərə mütənasib olmamışdır. Halbuki, onun iddia tələbində qeyd etdiyi, məhkəmənin istinad etmədiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə isə cüzi məbləğlə, 200 manatla vurulmuş mənəvi ziyanın əvəzini yetərli hesab etmişdir. O, törədilmiş inzibati xətanın qurbanı kimi pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddianı qaldırsa da, hüquqlarını bərpa edə bilməmişdir. Onun keçirdiyi iztirabın əvəzinin dəyəri yoxdur, ancaq onun bərpa olunması üçün müəyyən şərtlər mövcuddur ki, onlardan da biri məhkəmənin ona ədalətli davranışı, restitusiya, kompensasiya və sosial yardım ola bilərdi ki, o da bundan məhrum qalmışdır. Qeyd edilənlər əsasən o, Mingəçevir Şəhər Məhkəməsinin 29.11.2021-ci il tarixli 2(051)-1779/2021 saylı qətnaməsinin rədd olunan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normaların pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Bu səbəbdən ləğv edilməli, işə mahiyyəti üzrə baxıb yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində İddiaçı sağlamlığının pozulması ilə əlaqədar olaraq vurulmuş zərərin ödənilməsi həcmini müəyyənləşdirərkən öz qənaətini belə əsaslandırır ki, iddiaçının məhkəməyə mötəbər sübut təqdim etməsə də, alt çənədə sol ön birinci paradantoz dişin düşməsi və həmin dişin bərpası üçün "xxxx" MMC-nin verdiyi rəy əsasında 450 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Lakin "xxxx" MMC- nin fəaliyyət istiqaməti qaşınar və daşınmaz əmlakın qiymətləndirməsi təşkil edir və şəxsin səhhətinə vurulan xəsarət və ya digər ziyanın müəyyən edilməsi ixtisaslaşdırılmış tibb müəssisəsi və ya məhkəmə-tibbi ekspertizanın səlahiyyətinə aiddir. Bu səbəbdən "xxxx" MMC-nin tərtib etdiyi rəy məhkəmə tərəfindən mötəbər hesab edilə bilməz. Bununla yanaşı məhkəmənin iddiaçıya mənəvi zərər vurulmasına dair qənaəti də mülahizə xarakteri daşıyır və mötəbər sübutlarla təstiqini tapmır. Belə ki, məhkəmə bu qənaətini onunla əsaslandırır ki, iddiaçının cavabdeh tərəfindən dərəcəsi təyin edilməyən bədən xəsarəti almaqla döyülməsi nəticəsində fiziki əzab çəkməklə iztirab keçirmişdir. Lakin məhkəmə bu fiziki əzab çəkməklə iztirab keçirmənin nədə ifadə olunduğunu və maddi sübutla təstiq edilməsini hüquqi cəhətdən əsaslandırmır. Hər bir halda məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.4, 218.1 və 220.4-cü maddələrinin tələblərinə ciddi əməl edilməklə baxmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1779/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsi ləğv edilməli işə mahiyyəti üzrə baxılaraq iddia tələbin rədd edilməsi haqda qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi ona münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını maddi ziyanın cavabdehdən tutulması hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini cavabdehə münasibətdə qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni maddi ziyanın tutulmasına hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(051)-1779/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşudurlar. Cavabdeh 08.11.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında blokda aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı iddiaçıya qarşı sağ əlində, sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə sol ön birinci paradantozlu dişin travmatik düşməsinə səbəb olan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə fiziki zor tətbiq etmişdir. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3-1(095)-37/2021 saylı qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Cavabdeh İddiaçı qarşı dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə fiziki zor tətbiq etməsi faktı üzrə o, Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyan əvəzi 1000 manat, mənəvi ziyan əvəzi olaraq 10000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 450 (dörd yüz əlli) manat, mənəvi ziyanın əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 650 (altı yüz əlli) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsini qət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdehi tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdeh qarşısında acizliyi və müdafıəsizliyi səbəbindən iztirab çəkir. Cavabdehin cəzalandırılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinə, Zaqatala Rayon Prokurorluğuna, Gəncə Hərbi Məhkəməsinə dəfələrlə xərc çəkib getmiş, pandemiya səbəbi ilə avtobuslar işləmədiyindən, taksi tutmağa məcbur qalmışdır. İnzibati işlə əlaqədar o, Zaqatala Hərbi Prokurorluğuna, Gəncə Hərbi Məhkəməsinə getmək üçün də vəsait xərcləmişdir. Qərarm məzmunundan da bu hal öz təsdiqini tapır. Cavabdeh isə etdiyi əməldən peşman olmamış, ona vurduğu ziyanın aradan qaldırılmasına çalışmamış, əksinə təhdidlərini artırmışdır, eləcə də cavabdehin zərbəsi nəticəsində bir ədəd dişi düşmüşdür. Düşən dişin bərpasına 450 manat məbləğində vəsait lazımdır. Odur ki, cavabdehdən maddi ziyanın tutularaq ona verilməsi barədə iddia qaldırmışdır. Məhkəmə cavabdehin ona qarşı törətdiyi hərəkətin zorakılıq olmasını nəzərə alsa da, təyin etdiyi əmlak məsuliyyəti törədilmiş qanunsuz, zorakı hərəkətlərə mütənasib olmamışdır. Onun keçirdiyi iztirabın əvəzinin dəyəri yoxdur, ancaq onun bərpa olunması üçün müəyyən şərtlər mövcuddur ki, onlardan da biri məhkəmənin ona ədalətli davranışı, restitusiya, kompensasiya və sosial yardım ola bilərdi ki, o da bundan məhrum qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərini əsaslanmamış və dediyi faktları təsdiqləyəcək sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi maddi ziyana görə cavabdehdən 450 manat məbləğində pulun tutulmasını qət etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən stomatoloq həkimlərlə aparılmış sorğu əsasında verilmiş 18.11.2021-ci il tarixli, 255 nömrəli rəydən görünür ki, bir ədəd yeri boş dişin bərpa olunması üçün üç ədəd diş qoyulmalıdır. Bir ədəd “keramikazirkon” dişin qiyməti 150 manat olmaqla, üç ədəd dişin qiyməti 450 manat təşkil edir. İddiaçı sağlamlığının pozulması ilə bağlı əlavə xərclər çəkdiyini bildirsə də, o, müalicəyə, əlavə qidalanmaya və dava–dərman alınmasına dair mötəbər sənədlər təqdim etməmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, məhkəmə işə cüzi məbləğlə, 200 manatla vurulmuş mənəvi ziyanın əvəzini yetərli hesab etmişdir. O, törədilmiş inzibati xətanın qurbanı kimi pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddianı qaldırsa da, hüquqlarını bərpa edə bilməmişdir. Onun keçirdiyi iztirabın əvəzinin dəyəri yoxdur, ancaq onun bərpa olunması üçün müəyyən şərtlər mövcuddur ki, onlardan da biri məhkəmənin ona ədalətli davranışı, restitusiya, kompensasiya və sosial yardım ola bilərdi ki, o da bundan məhrum qalmışdır. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi 200 manat mənəvi ziyanla razılaşır. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə iddiaçının 1000 manat məbləğində maddi ziyana və 10.000 manat məbləğində mənəvi zərərə məruz qalmasını, yəni almış olduğu maddi ziyanın və mənəvi zərərin cavabdehin hüquqazidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində İddiaçı sağlamlığının pozulması ilə əlaqədar olaraq vurulmuş zərərin ödənilməsi həcmini müəyyənləşdirərkən öz qənaətini belə əsaslandırır ki, iddiaçının məhkəməyə mötəbər sübut təqdim etməsə də, alt çənədə sol ön birinci paradantoz dişin düşməsi və həmin dişin bərpası üçün "xxxx" MMC-nin verdiyi rəy əsasında 450 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Lakin "xxxx" MMC-nin fəaliyyət istiqaməti qaşınar və daşınmaz əmlakın qiymətləndirməsi təşkil edir və şəxsin səhhətinə vurulan xəsarət və ya digər ziyanın müəyyən edilməsi ixtisaslaşdırılmış tibb müəssisəsi və ya məhkəmə-tibbi ekspertizanın səlahiyyətinə aiddir. Bu səbəbdən "xxxx" MMC-nin tərtib etdiyi rəy məhkəmə tərəfindən mötəbər hesab edilə bilməz. Bununla yanaşı məhkəmənin iddiaçıya mənəvi zərər vurulmasına dair qənaəti də mülahizə xarakteri daşıyır və mötəbər sübutlarla təstiqini tapmır. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, inzibati xətanın törədilməsi ilə əlaqədar iddiaçının alt çənədə soldan 1–ci ön dişi düşmüşdür. Bir ədəd yeri boş dişin bərpa olunması üçün üç ədəd Almaniya istehsalı olan keramika-zirkon dişin hazırlanması üçün zəruri olan 450 manat məbləğində vəsaiti maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçı cavabdehin hüquqazidd hərəkəti nəticəsində maddi ziyana məruz qalmışdır. Cavabdeh isə sağlamlığa vurduğu ziyana görə iddiaçıya maddi yardım etməmişdir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıya maddi ziyan inzibati xətanın təqsirli olaraq törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də iddiaçının sağlamlığının pozulması, yəni alt çənədə sol ön birinci paradantozlu dişin bərpa olunması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, dava–dərman alınmasına, protezləşdirməyə çəkdiyi xərclərinin əvəzi ödənilməlidir. Məhkəmə, iddiaçının sağlamlığının pozulması ilə əlaqədar olaraq vurulmuş zərərin ödənilməsi həcmini müəyyənləşdirərkən öz qənaətini belə əsaslandırır ki, iddiaçı sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər, o cümlədən müalicəyə, əlavə qidalanmaya və dava–dərman alınmasına dair mötəbər sənədlər təqdim etməsə də, qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən qəsdən törədilmiş inzibati hüquqpozma nəticəsində iddiaçının alt çənədə sol ön birinci paradantozlu dişi düşmüşdür. Həmin dişin bərpa olunması üçün iddiaçının 3 ədəd dişinin üzərinə Almaniya istehsalı olan keramika-zirkon diş qapaqları qoyulmalıdır. Həmin zirkon keramik diş qapaqlarının 1 ədədinin hazırkı vaxta orta bazar qiyməti, Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-nin stomatoloq həkimlərlə aparılmış sorğu əsasında verdiyi rəyə görə 150 manat təşkil edir. Ona görə də məhkəmə iddianın maddi ziyana aid hissəsinin 450 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası ekspertizanın təyin edilməməsinə münasibət bildirərək qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmələrə ekspertiza təyin edilməsi hüququnu tanımışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(051)-1779/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehin hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamış, bu hüquq yalnız iddiaçıya məxsus olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(051)-1779/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-420/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-420/2022
03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver