Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-421/2025 01.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) X6 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(046)-718/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2016-cı il tarixdə doğulmuş X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(046)-718/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı uşağın yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı qaytarılması (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsi, Göyçay rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli e-2(046)-718/2025-011 saylı qərardadının ləğv edilib iddianın icraata götürülməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(046)-718/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e- 2(046)-718/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 Cavabdeh yanında qalması müəyyən edildiyindən, İddiaçı Göyçay rayonunda yaşamaması müəyyən edildiyindən (xx.xx.2020-ci il tarixdə ölkə sərhədlərini tərk etmiş) və Cavabdeh (FİN – xxxxxxx) Laçın rayonun, Hocaz kəndində qeydiyyatda olduğundan, iddia ərizəsinə Göyçay Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ödənilmiş dövlət rüsumu ilə birlikdə qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətdə göstərilmişdir ki, iddiaçının tələbinin bir hissəsi alimentin alınmasından ibarətdir və maddi normanın tələbinə görə iddiaçı hazırkı tələblə özünün qeydiyyatda olduğu rayonun məhkəməsinə müraciət edərkən ərazi aidiyyəti qaydalarını pozmamışdır. Halbuki həmin qətnamə qəbul edilfdikdən sonra tərəflər ailə münasibətlərini bərpa edərək birgə yaşamışlar və cavabdeh Rusiya Federasiyasını tərk edərkən Fəxri atası ilə yaşamağı üstün tutaraq sonuncu ilə qalmışdır. Uşağın atası ilə birlikdə yaşamasını iddiaçının iddia ərizəsinə əlavə etdiyi arayış təsdiq edir. Həmin arayışdan görünür ki, X4 Federasiyası Tambov şəhəri 17 saylı orta ümumtəhsil məktəbin 2-ci sinfində təhsil alır. Buna baxmayaraq məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi sübutları nəzərə almamış, hazırda işin faktiki halları dəyişsə də 2020-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsini sübut kimi qəbul edərək uşağın anasının yanında qalması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan uşağın atasının yanında yaşaması, təhsil alması ilə bağlı faktiki halları aydınlaşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmənin uşağın cavabdehin yanında qalması barədə müəyyən etdiyi hallar sübut edilmir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh Laçın rayonundan məcburi köçkün olmaqla Göyçay rayonunun Qarabağlar kəndində məskunlaşmışdır. Həmçinin məhkəmənin istinad etdiyi tərəflər arasında nikahın pozulması mübahisəsi ilə bağlı Göyçay rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixdə qəbul etdiyi qətnamədən də görünür ki, iddiaçı cavabdehə qarşı nikahın pozulması tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir və məhkəmə ərazi aidiyyəti məsələsini mübahisələndirmədən işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul etmişdir. Hansı ki, cavabdeh 2020-ci ildə də Laçın rayonunda qeydiyyatda olmaqla Göyçay rayonunun Qarabağlar kəndində məskunlaşmışdı. Odur ki, Göyçay rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli e-2(046)-718/2025- 011 saylı qərardadının ləğv edilib iddianın icraata götürülməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçının iddia ərizəsi öyrənilərkən onun məhkəmədən xahişinin 25 oktyabr 2016-cı il tarixdə doğulmuş uşağı X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən xeyrinə alimentin tutulmasından ibarət olması müəyyən edilmişdir. İş materiallarından müəyyən edildiyi kimi Göyçay Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(046)-348/2020 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşağı-25 oktyabr 2016-cı il tarixdə doğulmuş X3 anası Cavabdeh himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulması qət edilmişdir. İddiaçının hazırkı iddia ərizəsindən isə onun alimentə dair iddiasının uşaq tələbinin davamını təşkil etməsi, alimentə dair tələbin uşaq tələbinə dair iddiasının təmin edilməsindən asılı olması müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsində isə uşaq tələbinə dair iddiaların iddiaçının yaşayış ünvanı üzrə verilməsi imkanları nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(046)-718/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(046)-718/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(046)-718/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-421/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-421/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver