Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-422/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər DSMF-nin Yevlax şəhər Şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadov) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadov) xx.xx.2019-cu il tarixli qərardadı ilə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı vurulmuş zərərin cavabdeh DSMF-nin Yevlax şəhər Şöbəsindən tutulması hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixliqətnaməsindən apelyasiya şikayəti vermişdir. İşin hаllаrı : İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər DSMF-nin Yevlax rayon şöbəsinə və Cavabdeh2 ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində istehsalat xəsarəti alaraq əlil olduğundan və ona dəymiş zərərə görə hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən hissəsinin-966 (doqquz yüz altmış altı) manatın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Yevlax şəhəri 57 nömrəli SMD-də fəhlə işləyərkən 1990-cı tarixdə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almış və buna görə 57 saylı SMD-dən hər ay müavinət alırmış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə onun işlədiyi 57 nömrəli X3 “Cavabdeh2"' ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə “Cavabdeh2"in balansına keçənədək 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC-nin tərəfindən isə xx xxxxxx 2005-ci ildən 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314 S xx.xx.2005-cı il tarixli sərəncamında 57 nömrəli X3 "xxxx" ASC-nin balansına keçirilərkən təbii ki, müəssisənin borcları da "Cavabdeh2" ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar Cavabdeh2 ASC-dən 138manat ödənc alırmış. Bu ödənc hər ay davam edirmiş, ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilmir. Nəticədə yanvar-iyul ayları üçün 7 ay ərzində hər ay 138 manat olmaqla 966manat məbləğ ona ödənməmişdir. O, dəfələrlə Cavabdeh2 ASC-yə müraciətlər edərək ona ödəniləcək məbləği şirkətdən tələb etsə də, həmin məbləğ onlara qaytarılmadığından, istehsalatda baş verən bədbəxt hadisənin qurbanı olaraq o, aidiyyatı ödənci artıq 9 aydırki, almamaqdadır. Cavabdeh2 ASC-nin Yevlax rayonunda da idarəsi fəaliyyət göstərir. Bu müəssisə onun xəsarət aldığı 57 saylı SMD-nin hüquqi varisidir. Davamlı olaraq yanvar 2010-cu il tarixədək ödənilən ödəncin əsassız olmayan səbəblərdən dayandırılması onun hüquqlarını pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-cı il tarixli 374S nömrəli sərəncamı ilə X13 57 nömrəli SMD Cavabdeh2 ASC-nin balansına verilmişdir. Bu səbəbdən də əmək zədəsinə görə veriləcək ödənc bu müəssisənin üzərinə qoyulmuşdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ona göndərmiş olduğu xx xxxx 2009-cu il tarixli məktubunda açıq şəkildə rəsmi olaraq bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X9 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri : İddiaçı аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. О, аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instаnsiyа məhkəməsi tərəfindən mаddi və prоsessuаl hüquq nоrmаlаrı pоzulmuşdur. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bildirmişdir ki, onun 1990-cı illərdə 57 saylı SMD-də iş vaxtı istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almış və buna görə həmin vaxtdan ona ödənclər ödənilmiş, lakin 2019-cu ilin 01 yanvar tarixindən həmin müavinət dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə onun işlədiyi 57 nömrəli X3 “Cavabdeh2"' ASC-nin balansına keçmişdir. Cavabdeh 2009-cu ildə də onlara ödəncləri verməmiş və dayandırmışdır. Dövlət Əmək Müfəttişliyinin məktubu ilə 2009-cu il tarixdən ödənclər ödənilmişdir. Ona görə də məhkəmədən şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apelyasiya şikyətinin əsassız olduğunu bildirərək qeyd etdi ki, düzdür iddiaçı “Yevlax Kəndtikinti” 57 saylı X2 işləyərkən istehsalat xəsarəti almış, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə həmin müəsissə Cavabdeh2 ASC-nin balansına verilmiş, Dövlət Əmək Müfəttişliyinin xx.xx.2009-cu il tarixli 001352 nömrəli göstərişi əsasında həmin müəssisədə xəsarət almış İddiaçı xx.xx.2019-cu il tarixədək aylıq ödəncin verilməsi həyata keçirilmişdir. Lakin həmin müəssisədə işləmiş X6 iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 9781/2019 nömrəli qətnaməsi ilə həmin iddia iddia rədd edildiyindən bu iş üzrə iddiaçının da aylıq ödənci dayandırılmışdır. Bu səbəbdən məhkəmə qərarının preyudisial əhəmiyyət daşımasına istinad edərək birinci instansiya məhkəməsinin qtənaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası müəyyən edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 saylı Yevlax TSEK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli müayinə aktından “Çıxarış”dan görünür ki, İddiaçı 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək “YevlaxKəndtikinti” 57 saylı X1 işlədiyi dövrdə əmək zədəsi alması ilə əlaqədar olaraq 1998-2003-cü illər üçün 4.140.000 manat məbləğində ödənişinin Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 tərəfindən onun hüquqi ünvanına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 S saylı sərəncamından görünür ki, Yevlax şəhəri, Nizami küçəsi, 6 ünvanında yerləşən “Yevlaxkəndtikinti” 57 saylı X5 Cavabdeh2 ASC-nin balansına verilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq DSMF-nin Yevlax rayon şöbəsi xx.xx.2020ci il tarixli **********3 nömrəli məktubunda bildirir ki, İddiaçı şöbədən müavinət almır, xx.xx.1991-ci il tarixdən İİ (ikinci) dərəcəli əlil kimi əmək pensiyası alır. Əlavə olaraq Cavabdeh2 ASC özəlləşdiyi üçün Dövlət X11 Yevlax rayon şöbəsi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.5-ci bəndinə uyğun olaraq dövlət müəsissələrinin özəlləşdirilməsi başa çatdığı üçün ona verilən müavinət ödənilə bilməz. Müavinət özəlləşən Cavabdeh2 ASC tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Cavabdeh2 ASC xx.xx.2020-ci il tarixli məktubunda bildirir ki, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC-nin balansına verilmiş, Dövlət Əmək Müfəttişliyinin xx.xx.2009-cu il tarixli 001352 nömrəli göstərişi əsasında həmin müəssisədə xəsarət almış İddiaçı xx.xx.2019-cu il tarixədək aylıq ödəncin verilməsi həyata keçirilmişdir. Lakin həmin müəssisədə işləmiş digər şəxs X6 iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9781/2019 nömrəli qətnaməsi ilə həmin iddia iddia rədd edildiyindən bu iş üzrə iddiaçının da aylıq ödənci dayandırılmışdır. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş Qaydaların (bundan sonra mətndə-Qaydalar) 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3-cü bəndinə əsasən bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Dövlət Əmək Müfəttişliyinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubun məzmundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.10-cu bəndinə əsasən iddiaçının xəsarət aldığı “Yevlax Kəndtikinti” 57 saylı X4 Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə Cavabdeh2 ASC-nin balansına verildiyindən, həmin müəssisə zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyi halda onun hüquqi varisi olaraq zərərçəkənə zərərin əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında müəyyən etdi ki, iddiaçının “Yevlax Kəndtikinti” 57 saylı X1 işlədiyi dövrdə əmək zədəsi alması, 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilməsi, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC-nin balansına verilməsi, Dövlət Əmək Müfəttişliyinin xx.xx.2009-cu il tarixli 001352 nömrəli göstərişi əsasında həmin müəssisədə xəsarət almış iddiaçıya xx.xx.2019-cu il tarixədək aylıq ödəncin verilməsinin həyata keçirilməsi, həmin tarixdən ödəncin dayandırılması hazırkı işin mübahisəsiz halıdır, bu faktları tərəflər və işdə olan sübutlar təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2019-cu il tarixdən uddiaçıya ödənilməli olan ödəncin dayandırılması əsasını araşdırmamış və həmin münasibətə tətbiq edilməli olan hüquq normasını düzgün seçməmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, qeyd edilən Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmayaraq, 2003-cü ilin oktyabrın 1-dən etibarən, bu Qaydaların 2.1.1 və 2.1.2-ci bəndlərində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək, 2.1.3-cü bəndində nəzərdə tutulan müəssisələrin isə onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.3-cü bəndində görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ödəncin müavinətlə əvəz edilməsi haqqında DSMF-nin yerli orqanlarına müraciət etməmişdir. Bundan əlavə iddiaçının “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC-nin balansına verilsə də, həmin müəssisə iddiaçıya ödənci xx.xx.2019-cu il tarixədək ödəmişdir. Qeyd edilən ödəncin dayandırlması əsası kimi cavabdeh tərəfindən “Yevlax Kəndtikinti” 57 saylı X2 işləmiş digər şəxs X6 iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9781/2019 nömrəli qətnaməsi ilə həmin şəxsin iddiasının rədd edilməsini əsas olaraq irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edilən arqumenti əsassız hesab edir, birincisi qeyd edilən qərar üzrə tərəflər, iddianın predmeti və əsası eyni deyilidr. Belə ki, qeyd edilən qərarda iddiaçı 1992-ci il tarixdən ona ödənilməyən ödəncləri tələb edir və “Yevlax Kəndtikinti” 57 saylı X4 Dövlət Əmlak Komitəsinin də iştirakı ilə idarəetməyə dair müqaviləsinin bağlanması zamanı X8 barəsində hər hansı bir qeydiyyatın mövcud olmamasına və digər hallara əsaslanılmışdır. Hazırkı vəziyyətdə iddiaçıya ödənilməli olan ödənc xx.xx.2019-cu il tarixədək ödənilmiş və bunun əsası kimi Dövlət Əmək Müfəttişliyinin xx.xx.2009-cu il tarixli ******* nömrəli göstərişi olmuşdur. Qaydaların 4.3-cü bəndinə əsasən aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Məhkəmə kollegiyası yekunda müəyyən etdi ki, cavabdeh olan Cavabdeh2 ASC tərəfindən iddiaçıya istehsalat xəsarətinə görə xx.xx.2019-cu il tarixədək ödədiyi ödəncin dayandırılmasının hüquqi əsası olmamış və hər hansı bir qərara əsaslanmamışdır. Birinci instansiya məhkəməsi isə işin hallarını düzgün müəyyən etməyərək tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməyərək səhvə yol vermişdir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının əvvəllər işlədiyi və xəsarət aldığı müəsissə özəlləşdirilmə və idarəetməyə dövründə deyil, həmin mərhələni keçmiş, cavabdeh xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənc ödəmiş, eyni zamnda, iddiaçı istahslat xəsarəti üçün qanunvericiliklə müəyyən edilən məbləği əldə etməklə bağlı təyin edilən müavinəti seçmək hüququndan istifadə etməmişdir. Qaydaların tələbinə görə müavinəti seçmək iddiaçının hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aylıq ödəncin cəmi 966 manat ödənilməyən hissəsinin ödənilməsini xahiş etmiş, həmin ödəncin aylıq məbləğinin 138 manat olması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyаsı bel nəticəyə gəlir ki, apelysiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İddia tələbinin məbləği iki min manatdan çox olmadığından hazırkı qətnamə üzrə kassasiya şikayətinin verilə bilmir. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. İddiaçı hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən 966 (doqquz yüz altmış altı) manat hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi təmin edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-422/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-422/2020
13.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver