Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-433/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi X6, vəkili X7 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bağışlamadan imtina və əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-1390/2020 nömrəli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-1390/2020 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia rədd edilmiş, iddiaçı İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 mənzil 15 ünvanda yerləşən 3 otaqlı evin alqı-satqısına dair 251872 saylı xx.xx.2005-ci il tarixli alqısatqı və Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh hədiyyə edilməsinə dair xx.xx.2015-ci il tarixli AN-İ № ******* saylı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmçinin onun nəticələrinin ləğv olunaraq əmlakının geri qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı İddiaçı Cavabdeh qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, bağışlamadan imtina və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 mənzil 15 ünvanda yerləşən 3 otaqlı evin alqı-satqısına dair 251872 saylı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən xx.xx.2015-ci il tarixdə Cavabdeh AN-İ № ******* saylı bağışlama müqaviləsindən imtina edilməsi və əmlakının qeri qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı idda tələbinin dəqiqləşdirilməsi iddianın həcminin artırılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 mənzil 15 ünvanda yerləşən 3 otaqlı evin alqı-satqısına dair 251872 saylı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin və Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən xx.xx.2015-ci il tarixdə Cavabdeh AN-İ № ******* saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv olunaraq əmlakının geri qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin və əlavə ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, mərhum qardaşına məxsus 2 otaqlı evi valideynlərinin razılığı ilə satmış və əldə olunan vəsait hesabına xx xxxxxxxx 2001-ci il tarixdə alqı- satqı yolu ilə ünvan 1 mənzil 15 ünvanda yerləşən 3 otaqlı evi almış və valideyinləri ilə birlikdə orada yaşamışdır. Sonradan bacısı Cavabdeh Türkiyədən gələndən sonra cavabdeh öz vəsaiti hesabına ona bir otaqlı ev almışdır. Sonra isə ona məxsus olan ünvan 3 , mənzil 15 ünvanda yerləşən 3 otaqlı evi satmağı təklif etmiş və 2005-ci ildə Xəyalə adlı xanıma satdığı deyərək ona 20000 manat pul vermişdir. Bundan sonra o, ünvan 4 mənzil 41 ünvanda yerləşən evi alaraq həmin evə köçmüşdür. Həmin ünvanda yaşayarkən Mingəçevir Bələdiyyəsinin 41\5 saylı, xx xxxxxx 2007-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri, Samux küçəsindəki ərazidən 400 kv. metr torpaq sahəsi mənzil tikintisi üçün onun xüsusi mülkiyyətinə verilmişdir. Evin satışından əldə etdiyi pulun qalığına Samux küçəsində 400 kv. metr torpaq sahəsinə iki mərtəbəli 184 kv. metr yaşayış sahəsi olan ev tikdirmiş və birinci mərtəbəsində yaşamağa başlamışdır. Bu dövrdə o, xəstələnmiş onkoloji xəstə olmuş və bu səbəbdən Cavabdeh növbəti dəfə Türkiyədən gəldikdə onu dilə tutub ünvan 2 ünvanda 400 kv. metr torpaq sahəsində yerləşən 184 kv. metr yaşayış sahəsi olan iki mərtəbəli evini ələ keçirmək üçün onun xəstən olmasından istifadə edərək oğlanlarmın evi satıb onu çöldə qoyacağı ilə qorxudaraq, evin ona bağışlanmasına nail olmuşdur. Cavabdeh əvəzində onun həmin evdə ömürlük yaşamağı təmin edəcəyini bildirmişdir. Ona görə də o,özünə məxsus olan mübahisəli evi xx xxxx 2015-ci il tarixdə notarial qaydada cavabdehə bağışlamışdır. Daha sonra onun xəstəliyi kəskinləşdiyindən və müalicəsinə böyük miqdarda pul tələb olduğundan cavabdeh ona ünvan 4 mənzil 41 ünvanda yerləşən evini də satdırmışdır. Satışdan əldə etdiyi pulu müəalicəsinə xərcləməyi təklif etmiş və onun təkidi ilə həmin ev xx.xx.2015-ci il tarixdə Ramal Rzayev adlı şəxsə satılmışdır. 24000 manata satılan evdən iddiaçı 4500 manatı dava-dərmana xərcləmiş 20000 manatı isə cavabdehə bağışlanmış evin ikinci mərtəbəsinin tamamlamasına sərf edilməsinə vermişdir. Bundan sonra cavabdeh yenə də Türkiyəyə işləməyə getmişdir. Cavabdeh oğlu və Sevda adlı həyat yoldaşı Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən evdə yaşayarkən, ona qarşı birgə yaşayış qaydalarını pozan davranışları ilə dözümsüz şərait yaradıb onu evdən məcburən çıxıb getməyə, xx.xx.2020-ci il tarixdə isə onunla səbəbsiz münaqişə yaratmış və onu sillə təpiklə vuraraq bıçaqla xəsarət yetirib döymüşdür. Faktla bağlı Mingəçevir ŞPŞ-nin TBdə araşdırma aparılmışdır. O, cavabdehlə yaxın qohumluq əlaqəsində olduğundan ona həmişə inanmış və ondan heç bir pisliyin toxunacağını güman etməmişdir. Lakin son zamanlar oğlu ilə daimi münaqişədə olması, onunla kobud rəftar olunduğunu, yaşadığı Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən evdən birdəfəlik çıxıb getməsinin tələb edidiyiııi nəzərə alaraq, iddiaçı hesab etmişdir ki, malını mülkünü bacısına etibar edən şəxsi evdən haqsız olaraq çıxarmaq istəyirlərsə, onda onun mülkiyyət hüquqları pozulmuş olur, cavabdeh bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməkdən boyun qaçırır. Cavabdehin belə niyyətini o, onunla iza edir ki, ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3, mənzil 15 ünvanda yerləşən 3 otaqlı evi satmağı o, təklif etmiş və Xəyalə adlı xanıma satdığını bildirmişdir. Lakin DƏDRX-nin Mingəçevir şöbəsinə xx.xx.2020-ci il tarixdə müraciət edib həmin mənzilin cavabdeh tərəfindən şəxsən alındığı haqda xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin surətini aldıqda müəyyən olmuşdur ki, cavabdeh onu aldadıb əmlakı ələ keçirmişdir. ünvan 3, mənzil 15 ünvandakı 3 otaqlı evin alqı-satqısına dair 251872 saylı xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, sənəd saxtadır. Belə ki, iddiaçı nikaha girdikdən sonra və xx.xx.2004-cü il tarixdə nikahın pozulması haqda şəhadətnamədən də görünür ki, o Muradova soyadında qalmış və yuxanda qeyd olunan müqaviləni imzalamamışdır, çünki, həmin evin xx.xx.2001-ci il tarixdə notarial qaydada tərtib edilmiş alqısatqı müqaviləsində o, Muradova kimi soyadını qeyd edərək 251872 saylı xx.xx.2005-ci il tarixli müqavilədən fərqli imza atmışdır. Bu imza nümunəsi də xx.xx.2015-ci il tarixdə bağışlama müqaviləsində də aydın görünür. Yuxanda qeyd edilən hallar məhkəmədə mübahisələndirilə bilər. O, hüquqlarının pozulduğunu son zamanlar onunla cavabdehin və oğlu Turalın kobud rəftar etməsi, ona qarşı xx.xx.2020-ci il tarixdə cinayət törətməsi, xx.xx.2020-ci il tarixdə ona məxsus mülkiyyətinin satılmasına dair sənədlərin əldə edilməsindən sonra bilmişdir. Hesab edir ki, o, ünvan 3, mənzil 15 ünvanda yerləşən 3 otaqlı evin alqı-satqısına dair 251872 saylı xx.xx.2005-ci il tarixli müqavilənin qanuniliyini məhkəhmədə mübahisələndirə bilər. Bununla yanaşı iddiaçıya məxsus Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən evdə ömürlük yaşamaq məqsədi ilə xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsindən cavabdehin öhdəliyi yerinə yetirmədiyinə, oğlu tərəfindən ona qarşı cinayət törətdiyinə görə imtina edib əmlakının məhkəmə qaydasında qeri tələb edə bilər. Beləliklə hesab edir ki, ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 7 mənzil 15 ünvanda yerləşən 3 otaqlı evin alqısatqısıııa dair 251872 saylı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi, həmçinin avabdehin öhdəliyi yerinə yetirmədiyi və oğlu tərəfindən ona qarşı cinayət törətdiyi əsası iliddiaçıya məxsus Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən evdə ömürlük yaşamağı məqsədi ilə xx.xx.2015-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun nəticələrinin ləğv olunaraq əmlakı geri qaytarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh təqdim etdiyi etirazında və izahatında iddianı qəbul etməmiş, həmçinin göstərmişdir ki, iddiaçı onun doğma bacısıdır. İddiaçı evləndikdən sonra ailə vəziyyəti çətin olduğuna görə anası iddiaçını 1996-cı ildə qardaşı rəhmətə getmiş mərhum qardaşının iki otaqlı evinə köçürmüşdür. Sonradan iddiaçı həmin iki otaqlı evi satıb üç otaqlı ev almışdır. Bir az keçdikdən sonra iddiaçı sonuncu evi də satmaq istədiyini bildirmişdir. Ona görə də o, iddiaçıya öz vəsaiti hesabına 1 otaqlı ev almış və iddiaçını həmin bir otaqlı evə köçürmüşdür. Sonra iddiaçı həmin üç otaqlı evi 2005-ci ildə Xəyalə adlı qadına satmışdır. İddiaçı evi satandan sonra o, bir otaqlı evə verdiyi, 7500 manat pulu iddiaçıdan almış, qalan pul isə iddiaçının özündə qalmışdır. 2007-ci ildə atası ona zəng vuraraq, bağ yeri kimi istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsinin vacibliyini bildirmiş, əks halda əlindən alınıb başqasına verəcəklərini demişdir. Onun işi olduğuna, həm də Bakı şəhərində yaşadığına görə həmin torpaq sahəsi bələdiyyənin qərarı əsasında iddiaçının adına sənədləşmişdir. Həmin vaxt sənədləşmə ilə bağlı bütün xərcləri o, çəkmişdir. Ondan sonra o, gəlmiş və çadırda yaşaya-yaşaya həmin evi inşa etdirmişdir. Həmin vaxt iddiaçının birotaqlı evi olmuşdur. İddiaçı özünə məxsus evdə yaşamışdır. 2014-cü ilin dekabr ayında iddiaçı ciddi xəstəliyə tutulmuşdur. O, bir bacı kimi 4 ay onun müalicəsi ilə məşğul olmuşdur. Həmin müddət ərzində iddiaçı xəstəxanada qalmışdır. O da hər gün iddiaçının yanına getmiş və onu tək buraxmamışdır. Nəhayət, iddiaçı 2015-ci ilin mart ayında yaxşı vəziyyətdə xəstəxanadan çıxıb əmisi qızının evinə getmişdir. 2015-ci ilin may ayında anası rəhmətə getmiş, həmin vaxt iddiaçı xəstə olduğuna görə ona dərhal bildirilməmişdir. Sonradan deyilmişdir. İddiaçı öz evinə qayıtdıqdan sonra 3.000 manat borcu olduğuna görə bir otaqlı evini satmaq istədiyini demişdir.Sonra iddiaçı öz evini 23.000 manata satmış və 3000 manat borcunu vermişdir. Həmin vaxt alıcı 3.000 manatı sonra ödəyəcəyini bildirmişdir. Ona görə də iddiaçı 20.000 manat pul almış, ondan 3.000 manat borcuna vermiş yerdə qalan 17.000 manatdan isə hər oğluna 7.000 manat pul vermişdir. Ona görə də iddiaçı uşaqlarını yanından qovmuşdur. Sonradan iddiaçı uşaqları bədxərclik etdiklərinə görə onlardan incimişdir. Ona görə də iddiaçı ona: “sən mənə yaxşılıq etmisən. Sonra mən öləndən sonra bu uşaqlar sənin bu evini satıb yeyərlər. Ona görə də gəl, sənin evini öz adına sənədləşdirək”,- demişdir. O da iddiaçının dedikləri ilə razılaşmışdır. Həmin vaxt iddiaçı ilə onun arasında heç bir mübahisə və narazılıq olmamışdır. Sonradan iddiaçı özü şəxsən onunla birlikdə notariat kontoruna getmiş və mübahisəli fərdi yaşayış evini öz iradəsini sərbəst ifadə etməklə ona bağəışlamışdır. Həmin vaxt o, iddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Bununla belə iddiaçı əsassız olaraq, xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi guya onun tərəfindən aldadıldığını, etibarından sui-istifadə olunduğunu göstərmişdir. Eyni zamanda iddiaçı Mingəçevir şəhəri, ünvan 8 ünvanındakı fərdi yaşayış evinin ona bağışlanmasına dair xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin də əsası kimi onun etibarından sui-istifadə olunmasını, iddiaçını həmin evdə daimi saxlayacağı barədə onun üzərinə öhdəlik götürdüyünü, yəni vəd verdiyini, lakin öhdəliyi yerinə yetirmədiyini göstərmişdir. Hesab edir ki, verilmiş iddia ərizəsində ona qarşı irəli sürülmüş tələbləri təsdiq edən hər hansı sübut təqdim olunmadığından, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilərək, etibarsız hesab edilməli olduğu qeyd olunan xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ona heç bir aidiyyəti yoxdur. Həmin müqavilənin qüvvədə qalması, ləğv olunması və ya onun etibarsız hesab edilməsinin ona heç bir aidiyyəti yoxdur və həmin tələb üzrə o, cavabdeh ola bilməz. Həmin xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsindən onun məlumatı olmamışdır. Bildiynə görə iddiaçı evini Xəyalə adlı şəxsə satmışdır. Alqı-satqıda da iddiaçının özü şəxsən iştirak etmişdir. Ona görə də hesab edir ki, mülki prosessual qanunvericiliyinin tələblərinə görə qeyd olunan həmin alqısatqı müqaviləsi ilə bağlı mülki mübahisədə o, cavabdeh kimi iştirak edə bilməz və bu müqavilə ilə bağlı ona qarşı irəli sürülmüş tələblər əsassızdır. İddiaçının bağışlamadan imtina, sonradan isə bağışlama müqaviləsinin etibarsız sayılması barədə tələbinə gəldikdə isə görünür ki, iddiaçı bu hissədə tələbini belə əsaslandırmışdır ki, guya onunla iddiaçı arasında olan razılaşmaya görə o, onu ömürlük saxlayacağını öhdəsinə götürmüş, bunun müqabilində isə o da mülkiyyətində olmuş Mingəçevir şəhəri, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini ona bağışlamışdır. Hazırda həmin evdə iddiaçı ilə yaşayan onun oğlu ona qarşı birgə yaşayış qaydalarını pozur. Ona görə də o, bağışlanmadan imtina edir. Lakin əsl reallıqda iddiaçının mülkiyyətində olmuş və ona bağışladığı Mingəçevir şəhəri, ünvan 8 ünvanındakı torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilməmişdən təxminən əvvəl 20 il müddətində tərəflərin mərhum atasının istifadəsində olmuş və əvvəl onun tərəfindən həmin torpaq sahəsində yaşayış sahəsi tikilərərək istifadə olunmuşdur. Həmin torpaq sahəsinin və üzərindəki tikilinin iddiaçının adına sənədləşdirilməsini, həmçinin üzərindəki yaşayış evinin tikintisinin bütün xərclərini özü çəkmiş və bu işlərin yerinə yetirilməsi ilə bağlı çəkilən xərclərdə iddiaçı iştirak etməmişdir. Qeyd olunan bu faktı iddiaçı və cavabdehin yaxın qohumları və həmin torpaq sahəsindəki yaşayış evinin tikintisində iştirak etmiş usta və fəhlələr təsdiq edə bilərlər. O, eyni zamanda bacısı İddiaçı nigahı pozulduqdan sonra ona Mingəçevir şəhərində mənzil almış, lakin həmin mənzil iddiaçı tərəfindən satılaraq pulunun bir hissəsini özünün müalicəsinə xərcləmiş, digər hissəsini isə oğlanlarına venmişdir. Mübahisə olunan həmin fərdi yaşayış evinin tikintisi 2008-ci ildən başlayaraq onun tərəfindən aparılmış və tikintisi başa çatsa da, bu günədək təmir tam başa çatdırılmamışdır. O, faktiki Bakı şəhərində fərdi qaydada ticarətlə məşğul olmuş və eyni zamanda mövsümi olaraq Türkiyə Respublikasıda işləməyə getmiş və əldə etdiyi vəsait hesabına həmin evin tikilməsini və təmirini həyata keçirmişdir, iddiaçı isə bu günədək heç yerdə işləməmişdir. İddiaçı mtibahisələndirdiyi fərdi yaşayış evinin həqiqətən də ona məxsus olduğunu və onun vəsaiti hesabına tikildiyini bildiyindən, formal olaraq onun adına sənədləşdirilmiş yaşayış evini xx.xx.2015-ci ildə ona bağışlamışdır. Verilmiş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən də görünür ki, iddiaçı ilə onun arasında onun saxlanılması ilə bağlı razılaşma olmasını təsdiq edə bilən konkret sübut təqdim olunmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının qeyd etdiyi, guya onunla aralarında olmuş onun ömürlük saxlanılması ilə bağlı razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə renta (ömürlük renta) müqaviləsi hesab olunur, Qeyd olunduğu kimi iddiaçı ilə onun arasında yazılı və ya notariat qaydasında belə bir razılaşma olmamışdır. Eyni zamanda, verilmiş iddia ərizəsində iddiaçı onun tələfindən ona qarşı lıər hansı qanunsuz hərəkətlərin edildiyini və ya ona qarşı cinayət törədildiyini deyil, digər şəxslərin hərəkətlərindən narazı olduğunu göstərmişdir. Onu da qeyd edir ki, iddiaçı faktiki olaraq onun mülkiyyətində olan fərdi yaşayış evində yaşamaqda davam edir. Belə olan halda isə iddiaçının bağışlanmadan imtina ilə bağlı göstərdiyi hallar, yəni onunla arasında onun ömürlük saxlaması barədə razılaşmanın olmasına və ya onun tərəfindən ona qarşı qanunsuz hərəkətlərin olunmasına istinad etməsi əsassızdır və onun iddiasının təmin edilməsinin əsasları kimi qəbul oluna bilməz. Bundan başqa, verilmiş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanıldığı vaxtdan 15 (on beş) ildən, xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinin bağlanıldığı vaxtdan isə 05 (beş) ildən artıq müddət keçmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının etibarsızlığını mübahisələndirdiyi alq satqı və bağışlanma müqavilələri üzrə MM-ninn 354 və 673,3-cü maddələri ilə müəyyən edilmiş müddətlər ötürülmüşdür. Qeyd olunaları nəzərə alaraq hesab edirik ki, verilmiş iddianın təmin edilməsi üçün hüquqi əsaslar yoxdur və iddia tələbləri rədd edilməlidir. Odur ki, məhkəmədən müddət tətbiq etməklə iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzi Notariat ofisinə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi işə 3-cü şəxs Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzi Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, obyektiv, hərtərəfli və tərəfsiz araşdırma aparılmadan, üstəlik maddi və prossesual hüquq normalarının tələblərini kobud surətdə pozmaqla qəbul edildiyinə görə Mingəçevir səhər məhkəməsinin sikayət verilən həmin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi iiçiin əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Qeyd edir ki, özü onkoloji xəstədir, oğlu Fərid da xəstədir. O, qarışıq astma, ağır zedisli, tez-tez təkrarlanan boğulma tutmaları diaqnozu ilə müalicələr alır. Digər oğlu isə hərbidədir. O, özünün və oğlunun müalicəsi üçün daima çətinliklər çəkir. Maddi sıxıntılar içərisində yaşayırlar. Çöldə qalmışlar. Hesab edir ki, onun iddia tələbi tam qanuni tələbdir və təmin edilməlidir. Təəssüf ki, Mingəçevir Şəhər Məhkəməsi məsələnin mahiyyətinə varmadan, obyektiv və hərtərəfli araşdırma aparmaq vəzifəsini icra etmədən qətnamə qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-1390/2020 nömrəli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı, onun nümayəndəsi X9 və vəkili X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-1390/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)- 1390/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Mingəçevir 2 nömrəli dövlət notariat kontorunda xx.xx.2001-ci il tarixdə təsdiq edilərək 4Ə-İ-383 nömrəli reyestrdə qeydə alınmış, müqavilədən görünür ki, X16 oğlu ünvan 9 mənzil 15 ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 68.21 kv.m., yaşayış sahəsi 47.31 kv.m olan mənzilini həmin vaxt dövriyyədə olan pul vahidi ilə 2.000.000 (iyirmi milyon) manata X3. İşdə olan Mingəevir 1 nömrəli dövlət notariat kontorunda xx.xx.2005-ci il tarixdə təsdiq edilərək 4Ə-03-431 nömrəli reyestrdə qeydə alınmış, 251872 saylı müqavilədən görünür ki, X12 ünvan 9 mənzil 15 ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 68.21 kv.m., yaşayış sahəsi 47.31 kv.m olan mənzilini həmin vaxt dövriyyədə olan pul vahidi ilə 63.000.000 (altımış üç milyon) manata Cavabdeh satmışdır. İşdə olan Mingəevir şəhəri Birinci dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə təsdiq edilərək 4Ə-İ-103 nömrəli reyestrdə qeydə alınmış, AN-0114002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 9 mənzil 15 ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 68.21 kv.m., yaşayış sahəsi 47.31 kv.m olan mənzilini 24.640 (iyirmi dörd min altı yüz qırx) manata X1. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Yevlax Ərazi idarəsi tərəfindən xx.xx.2007–ci il tarixdə verilmiş **********32 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 9 mənzil 15 ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 68.21 kv.m., yaşayış sahəsi 47.31 kv.m olan mənzil tam mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəevir şəhəri 2 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə 4Ə395 nömrəli reyestrdə qeydə alınmış AN-İ ******* nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, iddiaçı İddiaçı Ədil qızı mülkiyyətində olan, Mingəçevir şəhəri, ünvan 8 ünvanında 0.04 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 184.75 kv.m., yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m. olan iki mərtəbəli 4 otaqlı fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən xx.xx.2015–ci il tarixdə verilmiş **********67-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 184.75 kv.m., yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m. olan iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evi və 0.04 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 324.1, 324.2, 324.2, 324.4, 325.3, 337.1, 340.2, 354.1, 372.1 və 372.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009–cu il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 325.3–cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibalığına təsir göstərməyə bilər. Həmin Məcəllənin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1–ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 372.1–ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2–ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra–Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009–cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri–müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh doğma bacı olduqlarına görə onlar arasında daima səmimi ailə münasibəti olmuşdur. İddiaçı valideynlərinin razılığı ilə mərhum qardaşının iki otaqlı evini satmış və həmin vəsait hesabına xx.xx.2001-ci il tarixdə notarius tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1 mənzil 15 ünvanda yerləşən 3 otaqlı mənzili almış, xx.xx.2005-ci il tarixdə isə həmin mənzili notarius tərəfindən təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında cavabdehə satmışdır. Həmin müqavilə əsasında mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ondan sonra cavabandeh mübahisəli mənzili xx.xx.2007-ci il tarixdə notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X1. Həmin müqavilə əsasında X2 mübahisəli mənzil üzərində mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə isə iddiaçı özünə məxsus fərdi yaşayış evini sərbəst iradəsini ifadə etməklə notarius tərəfindən təsdiq edilmiş müqavilə əsasında cavadehə bağışlamışdır. Ondan sonra mübahisəli fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin iddiaçı hazırkı vaxtadək cavabdehin mülkiyyətində olan mübahisəli fərdi yaşyış evində yaşayır. Hazırda iddiaçı ilə cavabehin arasında narazılıq yarandığına görə iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki tələb ilə bağlı iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub–olmaması, yəni iddiaçının mübahisəli daşınmaz üzərində mülkiyyət və ya sair əşya hüquqlarının mövcudluğu, sahiblik hüququnun pozulması nəticəsində tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olubolmaması, iddiaçı tərəfindən iddianın müvafiq subyektiv hüququn qüvvədə olma müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın hazırki vəziyyətdə qanuni həll edilməsini, yəni iddianın predmeti olan, xx.xx.2005-ci il tarixdə notariat kontorunda qeydə alınmış alqı–satqı və xx.xx.2015-ci il tarixdə qeydə alınmış bağışlanma müqavilələrinin etibarlı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən iddianın müvafiq müddət ərzində qaldırılması məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Birinci instansiya məhkəməsi, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mbahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinə ilkin olaraq xx.xx.2005-ci il tarixdə notariat kontorunda qeydə alınmış alqı–satqı müqaviləsinə münasibətdə qiymət verərək qeyd edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslı deyildir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2005-ci il tarixli alqı–satqı müqaviləsi bağlanan zaman satıcı qismində yazılmış mülkiyyətçi Əliyeva Muradova) Sevinc Adil qızının əsas məqsədi mənzili alıcı qismində qeyd edilmiş Cavabdeh Adil qızına deyil, başqasına satmaq olmuşdur. Lakin həmin vaxt müştəri olmadığına, həmçinin cavabdeh iddiaçıya bir otaqlı mənzil aldığına görə tərəflər arasında yalandan əqd bağlanmışdır. Əslində isə mənzil sonradan Xumara Allahverdiyeva adlı şəxsə satılmışdır. İddiaçı həmin alqı-satqı müqaviləsini mübahisələndirməmişdir. Ona görə də həmin hal məhkəmə tərəfindən işin mübahisə edilməyən faktiki halı kim qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, tərəflər başqa bir alqı-satqı müqaviləsini pərdələmək üçün yalandan öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Ona baxmayaraq, əqd Cavabdeh Ədil qızı tərəfindən icra olunmuş və sonradan mübahisəli mənzil həqiqətən başqa şəxsə satılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş həqiqi hallarına əsasən nəzərə alır ki, hazırkı iş üzrə iddia tələbi müqavilənin etibarsızlığı ilə əlaqədar verilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə mübahisə tərəfinin ərizəsi əsasında iddia müddəti tətbiq oluna bilər, lakin iddia tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1–ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi deyil, kəsici müddət kimi müəyyən edilmişdir. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almışdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib–verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Belə ki, Mülki Məcəllənin 354.1–ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Belə olan halda qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə deyil, kəsici müddətlərə aiddir. Ona görə də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur. Mülki Məcəllənin hazırda qüvvədə olan 354– cü maddəsinə əsasən həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2–ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda, məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus, ünvan 9 mənzil 15 ünvanında yerləşən, üçotaqlı, ümumi sahəsi 68.21 kv.m., yaşayış sahəsi 47.31 kv.m olan mübahisəli mənzilin alğı–satqısına dair müqavilə xx.xx.2005–ci tarixdə notarius tərəfindən təsdiq edilmiş və həmin müqavilə əsasında mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmşdır. Ondan sonra cavabdeh həmin mübahisəli mənzili xx.xx.2007-ci il tarixdə notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Hazırda mübahisəli mənzil X5 adlı şəxsin mülkiyyətindədir. Onun adına xx.xx.2007- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bununla belə məhkəmə mübahisəli əmlaka dair bağlanan əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini həll edərkən onu da nəzərə alır ki, iddiaçı özünə məxsus fərdi yaşayış evinin satılmasında özü şəxsən iştirak etmiş və onun hüquqi nəticələrini bilmişdir. Belə ki, iddiaçı həmin mənzil satıldıqdan sonra əşyalarını çıxarmış və cavabdeh tərəfindən alınmış bir otaqlı mənzilə köçüb yaşamışdır. Bütün bu hərəkətləri iddiaçı öz iradəsinə uyğun şəkildə etmiş və hazırkı vaxta qədər isə aldadıldığını və mənzilin satılmasından xəbərsiz olduğunu bildirməmişdir. Hazırkı iddianı isə cavabdehlə münasibətləri pozulduğuna görə qərəzli münasibətin təsiri altında irəli sürmüşdür. Göründüyü kimi müqavilə icra olunduğu müddətdə və ya ondan bir il sonra iddiaçı müqaviləni mübahisələndirməmiş, nə də əmlakının qaytarılmasını tələb etməmişdir. İddiaçı həmin müqavilənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, hesab etmişdir ki, iddiaçı həmin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianı 1 il müddət ərzində deyil, 14 ildən çox müddət keçdikdən sonra irəli sürdüyündən, qanunda nəzərdə tutulmuş müddəti ötürdüyündən, iddiaçı əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də müddətin keçməsi iddianın həmin hissədə rədd edilməsi üçün hüquqi əsasdır. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almışdır ki, iddiaçı xx.xx.2005–ci il tarixdə Mingəçevir şəhəri Birinci Dövlət notariat kontorunda 4Ə–03-431 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin (əhəmiyyətsiz əqdin) etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirdiyindən, həmin müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış, Mingəçevir şəhəri 2 saylı notariat kontorunda 4Ə-395 nömrəli reyestrdə qeydə alınmış, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Birinci instansiya məhkəməsi həmin müqavilənin etibarsız sayılması ilə bağlı tələbin qanuni həll edilməsi üçün yuxarıda müəyyən etdiyi hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd etmişdir ki, Mingəçevir şəhəri 2 saylı notariat kontorunda (ofisində) xx.xx.2015ci il tarixdə bağlanmış, 4Ə–395 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı ilk növbədə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub–olmaması, malik olduğu halda, iddiaçı tərəfindən iddianın həmin subyektiv hüququn qüvvədə olduğu müvafiq müddət ərzində qaldırılması halları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi əqdlərin etibarsızlığı anlayışına aydınlıq gətirilməsini zəruriliyini nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilr. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Birinci instansiya məhkəməsi, iddia tələbinin mahiyyətinə uyğun olaraq qeyd etmişdir ki, iddiaçının iddiası müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Birinci instansiya məhkəməsi ilk növbədə bağışlama müqaviləsinin etibarlılığı məsələsinin deyil, əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülübötürülməməsi məsələsinin həll edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinə dair bağlanan əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsi ilə bağlı qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada. xx.xx.2015-ci il tarixdə iş üzrə cavabdeh olan bacısına bağışlamaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış tərəflər müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə təsdiq və icra etmişlər. Müqavilədən irəli gələn öhdəliklərə dair tərəflər arasında mübahisə olmamışdır. Həmin hal işin gedişində müqavilə tərəflərinin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, müqavilə bağlana qədər və ondan sonra iddiaçı ilə cavabdeh arasında doğma bacı kimi səmimi münasibət olmuşdur. Ona görə də tərəflər bir-biri haqqında kifayət qədər şəxsi məlumata malik olmuş, yəni doğma bacı olduqlarına görə emosional bağlılığın təsiri altında bir-birini yaxından tanımışlar. Belə olan halda cavabdehin verdiyi məlumatların yalan olduğunu iddiaçının bilə-bilməməsi inandırıcı deyildir. Eləcə də, mübahisəli fərdi yaşayış evinin məhz cavabdeh tərəfindən inşa edilməsi və bu halın da iddiaçı tərəfindən məhkəmə iclası zamanı qismən təsdiq edilməsi, həmçinin iddiaçının beş ildən artıq bir müddət ərzində susması, onu deməyə əsas verir ki, iddiaçı bağışlama müqaviləsini aldadılmanın təsiri altında deyil, öz iradəsini sərbəst ifadə etməklə həqiqətən hədiyyə vermək niyyəti ilə bağlamışdır. İddiaçının istinad etdiyi dəlillər, müqavilə bağlanan zaman da mövcud olmuşdur. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə iclası zamanı istinad etdiyi dəlilləri təsdiq edən sübutlar təqdim etməmiş, həmçinin iş materiallarında olan sənədlərlə də onun aldadılmağına imkan verən hallar və qanunda müəyyən edilmiş müddət ərzində bağışlamaqdan imtina etməsi ilə bağlı real niyyətinin olması öz əksini tapmamışdır. Eləcə də, mübahisələndirilən əqd notariat kontorunda bağlanmış, iddiaçı öz iradəsini sərbəst ifadə etmək yolu ilə bağışlama müqaviləsini notariusun yanında şəxsən imzalamışdır. Belə olan halda‚ iddiaçının bağışlamanın hüquqi nəticələrindən xəbərdar olmaması və yaxud iddiaçı tərəfindən aldadılması ilə bağlı bildirdikləri inandırıcı görünmür. Birinci instansiya məhkəməsi, həmçinin nəzərə almışdır ki, iddiaçı xx.xx.2015–ci il tarixdə Mingəçevir şəhəri 2 saylı notariat kontorunda 4Ə–395 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, hazırkı tələbi irəli sürərərkən subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin həqiqi hallarına əsasən, hesab edir ki, iddiaçı həmin əqdin etibarsız hesab edilməsi haqqında iddianı 1 il müddət ərzində deyil, 05 ildən çox müddət keçdikdən sonra irəli sürdüyündən, qanunda nəzərdə tutulmuş müddəti ötürdüyündən, iddiaçı əqdin etibarsız hesab edilməsi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də müddətin keçməsi iddianın həmin hissədə də rədd edilməsi üçün hüquqi əsasdır. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2005-ci il tarixli alqı–satqı və xx.xx.2015-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları subyektiv hüququn qüvvədə olduğu müddət ərzində verilmədiyinə görə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki qərarı qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-1390/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)- 1390/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-433/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-433/2021
10.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver