Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-439/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: gəlirlərinin üçdə birinin ikidə bir hissəsi miqdarında aliment) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)-172/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə X11 anadan olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay bir uşağa görə cavabdehin hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi və mediasıya prosesində ödədiyi 50 manat pulun Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə oğulları Yunis anadan olmuşdur. Cavabdehlə münasibətləri korlandığından faktiki olaraq ayrılmışlar. Hazırda o, uşağı ilə birlikdə Zaqatala rayonu Muxax kəndində yerləşən atasına məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh hərbiçidir. Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbiçi işləyir. Yüksək əmək haqqı alır. Cavabdehin maddi gəlirləri məlumdur. Ona görə də uşağın saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələb edir. Belə ki, bu müddət ərzində ailənin bərpa olunacağı ümidi ilə cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etməmişdir. Hazırda isə uşağın saxlanılmasında cavabdeh iştirak etmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Buna baxmayaraq uşağın saxlanılmasında cavabdeh onlara maddi və mənəvi köməklik göstərmir. Ona görə də o, cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir.
4. Cavabdeh nümayəndəsi X6 aliment tələbinə dair iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir ki, İddiaçı onun oğlu Cavabdeh qarşı məhkəməyə cavabdehin hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olmuşlar və iddia ilə razı deyillər. Belə ki, Cavabdeh birinci nikahından olan arvadı ilə birgə nikahdan doğulmuş oğlu olan Məhəmməd Əliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi qədər aliment ödəyir. Həmin aliment onun əmək haqqısından tutulur. Həmin aliment Qax Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmişdir. Hal-hazırki iddiaçı isə onun ikinci evliliyidir. Hazırki evlilikdən də onun bir uşağı vardır. İddiaçı bir uşağın saxlanması üçün aylıq qazancının və bütün gəlirlərinin 1/4 hissəsi qədər aliment tələb edir. Hazırki iddia tələbi də təmin olunacağı halda Cavabdeh aylıq qazancının 1/2 hissəsinin aliment olaraq tutulması ilə nəticələnəcəkdir. Bu da Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə ziddir. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində qeyd olunur ki, 2 uşağa görə qazancın 1/3 hissəsi qədər aliment tutulur. Qeyd olunanları nəzərə alaraq iddiaya baxarkən Qax rayon Məhkəməsi tərəfindən alimentin tutulmasına dair qətnamənin əldə olunaraq həmin qətnamə ilə birlikdə işin araşdırılmasını, cavabdehin qazancının Ailə Məcəlləsinin 76.1.2- ci maddəsinə uyğun alimentin kəsilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
5. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, uşağın bütün qayğısı və ehtiyacı tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə, sabit pul məbləğində aliment tələb edir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
6. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 15 aprel 2017-ci il tarixdə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşağın tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı qazancının və başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdehin nümayəndəsi X6 iddia tələbinə qarşı etirazla müraciət edərək cavabdehin birinci nikahından anadan olmuş Məhəmməd Əliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən 1/4 hissəsi qədər alimentin tutulmasını bildirərək Ailə Məcəlləsinin 76.1.2-ci maddəsini nəzərə almaqla 2 uşağa görə qazancının 1/3 hissəsi qədər alimentin hesablanmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 noyabr 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır.
9. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar
10. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir.
11. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir.
12. Məhkəmə onu da xüsusilə vurğulamışdır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
13. Məhkəmə Cavabdeh nümayəndəsi X6 iddia tələbinə qarşı etirazına və eyni zamanda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləğinin miqdarına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmiş və həmin maddəyə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment məhkəmə tərəfindən tutulur. Həmin maddənin məzmunundan görünür ki, aliment məbləğinin miqdarı valideyinlərin ortaq uşaqlarının sayına görə müəyyən edilir.
14. Cavabdehin nümayəndəsinin etirazında göstərdiyi arqumentlər iddianın rədd olunması üçün əsas ola bilməz.
15. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın yaşını və iddiaçı tərəfin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği iddia tələbində göstərilən həcmdə yəni Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi həcmində müəyyən edilməlidir.
16. Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)-172/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin olunmuş, 27 noyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 25 noyabr 2022-ci il tarixdən hesablanması, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 100 və 106-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
18. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 042877 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 15 aprel 2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 886 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Əliyev”, arvad isə “Şabanova” soyadını qəbul etmişlər.
19. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 228371 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 noyabr 2017-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası isə İddiaçıdır.
20. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1495 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu X12 ilə birlikdə X5 məxsus Muxax kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar.
21. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir
22. Qax Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(024)-957 nömrəli məhkəmə əmrindən görünür ki, borclu Qax rayonu, Güllük kəndində yaşayan Cavabdeh xx.xx.2015ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment alınaraq kreditor Qax rayonu Güllük kəndində yaşayan X8 verilməlidir.
23. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə hazırki işə baxarkən tərəfindən məhkəməyə təqdim olunmuş Qax rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-957 saylı məhkəmə əmrinə hüquqi qiymət verməmiş və həmin məhkəmə ilə onun əvvəlki nikahından olan uşaq üçün tutulan hər ay qazancın ¼ hissəsi miqdarında alimentin ödənilməsini nəzərə almayaraq hazırki iş üzrə ikinci uşağa da qazancının ¼ hissəsinin aliment kimi tutulmasını qət etmişdir. Qax rayon məhkəməsinin məhkəmə əmri ilə tutulan məbləğ, yəni qazancn ¼-i və hazırki qətnamə ilə tutulan məbləğ, yəni qazancının ¼ -i topladıqda ikisi birlikdə mənim qazancımın ½ -ni təşkil edir. Bu da mənim hüquqlarımı kobud şəkildə pozur. Eyni zamanda Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərini pozur.
25. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)- 172/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilərək, həm Qax rayon Məhkəməsinin məhkəmə əmri ilə tutulan alimentin, həm də hazırki iddia ilə tutulacaq aliment məbləğinin aylıq qazancın 1/3 qədər müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
28. İddiaçı və üçüncü şəxs X10 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)- 172/2023 nömrəli qətnaməsini alimentin məbləğinə dair hissədə mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “27 noyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən bu qətnamənin 32-ci bəndində göstərilmiş hissədə gəldiyi nəticə ilə razılaşmır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Qax Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(024)-957 nömrəli məhkəmə əmrindən görünür ki, borclu Qax rayonu, Güllük kəndində yaşayan Cavabdeh xx.xx.2015ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment alınaraq kreditor Qax rayonu Güllük kəndində yaşayan X8 verilməlidir.
35. Hazırki halda X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutulması yuxarıda göstərilən normanın tələbinə zidd olmuşdur.
36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin X11 və X9 adlı iki uşağı olduğundan cavabdehdən tutula biləcək aliment miqdarı gəlirinin 1/3 həcmində ola bilər və uşaqlardan biri - X1 üçün Qax Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(024)-957 nömrəli məhkəmə əmri ilə cavabdehdən aliment tutulduğundan, hazırki iş üzrə X2 üçün cavabdehdən tutula biləcək aliment miqdarı cavabdehin gəlirinin 1/3 hissəsinin ½ hissəsini, başqa sözlə gəlirinin 1/6 hissəsini təşkil edir.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehdən X1 üçün gəlirinin ¼ hissəsi və X2 üçün gəlirinin 1/6 hissəsi tutulduğu halda, nəticədə cavabdehin gəlirindən tutulan son məbləğ cavabdehin gəlirinin 1/3 hissəsindən artıq olduğu halda, həmin məsələ cavabdehdən X1 üçün tutularaq X8 verilən alimentin azaldılması barədə məhkəmədə iddia qaldırılması vasitəsilə həll edilə bilər.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu qətnamənin 32-ci bəndində göstərilmiş hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)-172/2023 nömrəli qətnaməsi həmin hissədə ləğv edilməli, 27 noyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməli olan aliment hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)-172/2023 nömrəli qətnaməsi “27 noyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. 27 noyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməli olan aliment hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev