Məhkəmə qərarları › İş №2(107)-444/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-444/2020

10.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-444/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və cavabdeh İbrahimov Nofəl Yelmar oğlunun iştirakları ilə, İddiaçı İbrahimova Ramidə Söhrab qızının cavabdeh İbrahimov Nofəl Yelmar oğluna qarşı aliment tələbinə dair iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1588/2019 nömrəli qətnaməsindən iddiaçı İbrahimova Ramidə Söhrab qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1588/2019 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin edilmiş, xx xxxxx 1984-cu il tarixdə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində anadan olmuş, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan İbrahimov Nofəl Yelmar oğlundan xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2011-ci il təvəllüdlü İbrahimli Yusif Nofəl oğlu, xx xxxxxx 2006-ci il təvəllüdlü İbrahimov Abbasəli Nofəl oğlu, xx xxxxxxx 2007-ci il təvəllüdlü İbrahimov Şahmalı Nofəl oğlunun 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin iddiaçı İbrahimova Ramidə Söhrab qızının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh İbrahimov Nofəl Yelmar oğlundan iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı İbrahimova Ramidə Söhrab qızı cavabdeh İbrahimov Nofəl Yelmar oğluna qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimov Nofəl Yelmar oğlu ilə birgə nikahlarından olan İbrahimli Yusif Nofəl oğlu, İbrahimov Abbasəli Nofəl oğlu, İbrahimov Şahmalı Nofəl oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaqlara sabit pul məbləğində 160 manat alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İbrahimova Ramidə Söhrab qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İbrahimov Nofəl Yelmar oğlu ilə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları anadan olmuşdur. İbrahimli Yusif Nofəl oğlu, İbrahimov Abbasəli Nofəl oğlu, İbrahimov Şahmalı Nofəl oğlu. Hazırda cavabdehlə ayrı yaşayırlar. cavabdehlə ayrıldıqları vaxtdan o ailəsi ilə maraqlanmamış, uşağın saxlanılması üçün heç bir maddi yardım etməmişdir. Uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə israrlıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İbrahimov Nofəl Yelmar oğlu iddianı qismən qəbul edərək izah etmişdir ki, iddiaçı İbrahimova Ramidə Söhrab qızı ilə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə İbrahimli Yusif Nofəl oğlu, xx xxxxxx 2006-ci il tarixdə İbrahimov Abbasəli Nofəl oğlu, xx xxxxxxx 2007-ci il tarixdə İbrahimov Şahmalı Nofəl oğlu adlı üç uşaqları olmuşdur. Aldığı aylıq əmək haqqı ilə iddiaçının tələb etdiyi alimenti ödəməyə gücü çatmır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İbrahimova Ramidə Söhrab qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İbrahimova Ramidə Söhrab qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunun düzgün tətbiq və təfsir edilməməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından apelyasiya icraatı qaydasında dəyişdirilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Cavabdeh DYP əməkdaşıdır, yüksək məbləğdə əmək haqqı alır. Onun əmək haqqından başqa gördüyü işə uyğun olaraq əlavə faiz şəklində gəlirləri vardır. Ümumiyyətlə cavabdehin aylıq əmək haqqı və gəlirləri 1000 manatdan çoxdur, uşaqların saxlanması üçün o, hər ay 500-600 manat ödəmək imkanına malikdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)- 1588/2019 nömrəli qətnmaməsinin apelyasiya qaydasında dəyişdirilərək iddianın tam təmin edilməsini, cavabdehdən onun xeyrinə hər uşağa 160 manat miqdarında sabit məbləğdə alimentin tutulmasına dair məhkəmə aktı çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh İbrahimov Nofəl Yelmar oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1588/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı İbrahimova Ramidə Söhrab qızı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı İbrahimova Ramidə Söhrab qızıtərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1588/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdəolanAğdaş RPŞ-nin tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbtahimova Nofəl Yelmar oğlu xx xxxxx 1984 tarixdə Ağdaş rayon Yuxarı Qəsil kəndində anadan olmuşdur. İşdəolanxx xxxxxx 2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İbrahimova Ramidə Söhrab qızı 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdəolanAğdaş RPŞ-si tərəfindən verilmiş xx xxxx 2016-ci il tarixli AZE 12737529 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İbrahimov Abbasəli Nofəl oğlu xx xxxxxx 2006-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası İbrahimov Nofəl Yelmar oğludur , anası İbrahimova Ramidə Söhrab qızıdır. İşdəolan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx xxxx 2016-ci il tarixli AZE 12737567 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İbrahimov Şahmalı Nofəl oğlu xx xxxxxxx 2007-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası İbrahimov Nofəl Yelmar oğludur , anası İbrahimova Ramidə Söhrab qızıdır. İşdəolan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx xxxx 2016-ci il tarixli AZE 12737567 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İbrahimli Yusif Nofəl oğlu xx xxxxxx 2011-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası İbrahimov Nofəl Yelmar oğludur , anası İbrahimova Ramidə Söhrab qızıdır. İşdəolan Ağdaş rayon Kotavan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli AZ-T 001947 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov Nofəl Yelmar oğlu ilə İbrahimova Ramidə Söhrab qızı xx xxxxxx 2005-ci il tarixdə 05 №-li akt qeydi ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3, 5, 8 və 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndinə, Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 100.2-ci maddələrinə, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-cimaddələrinə istinad etməkdə haqlı olmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı İbrahimova Ramidə Söhrab qızı ilə cavabdeh İbrahimov Nofəl Yelmar oğlu xx xxxxxx 2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə İbrahimli Yusif Nofəl oğlu, xx xxxxxx 2006-ci il tarixdə İbrahimov Abbasəli Nofəl oğlu, xx xxxxxxx 2007-ci il tarixdə İbrahimov Şahmalı Nofəl oğlu adlı üç uşaqları olmuşdur. İddiaçı İbrahimova Ramidə Söhrab qızı cavabdeh İbrahimov Nofəl Yelmar oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimov Nofəl Yelmar oğlu ilə birgə nikahlarından olan İbrahimli Yusif Nofəl oğlu, İbrahimov Abbasəli Nofəl oğlu, İbrahimov Şahmalı Nofəl oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaqlara sabit pul məbləğində 160 manat alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İbrahimov Nofəl Yelmar oğlu birinci instansiya məhkəməsinin iclasında aldığı aylıq əmək haqqı ilə iddiaçının tələb etdiyi alimenti ödəməyə gücü çatmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxxxx 2019-cu il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdeh İbrahimov Nofəl Yelmar oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Cavabdeh İbrahimov Nofəl Yelmar oğlunun məhkəmə kollegiyasına təqdim etdiyi xx xxx 2018-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, o, Azərbaycan Beynəlxalq Bankından xx xxx 2018-ci il tarixdə 60 ay müddətinə, illik 24 %-lə, hər ay 431 manat ödəmək şərti ilə 15000 manat kredit götürmüşdür. Onun məhkəmə kollegiyasına təqdim etdiyi digər bir kredit müqaviləsinin surətindən görünür ki, o, xx xxx 2019-cu ildə “xxxx” ASC-dən illik 23%-lə, xx.xx.2020-ci ilədək ödəmək şərti ilə 1500 manat kredit götürmüşdür. Həmin kreditlər onun iddiaçı ilə birgə nikah dövründə götürülmüşdür. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının və qərarların tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin daha çox gəlirlərə malik olması barədə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmin halla bağlı məhkəmə kollegiyası iddiaçıya izah edir ki, o, Azərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin daha artıq gəlirlərə malik olması barədə sübutlar əldə etdiyi halda məhkəməyə təyin edilmiş alimentin məbləğinin artırılması barədə iddia ilə müraciət edə bilər. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İbrahimova Ramidə Söhrab qızının apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1588/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İbrahimova Ramidə Söhrab qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1588/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar