Məhkəmə qərarları › İş №2(107)-444/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-444/2023

27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-444/2023 27.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə, Balakən Rayon Məhkəməsinin “dəqiqləşdirilmiş iddia ərizəsinin geri qaytarılması barədə” 16 yanvar 2023-cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2010cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 onun himayəsinə verilməsi, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutmaqla xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul (ümümi 440 manat) məbləğində alimentin Cavabdeh tutulması və uşaqların saxlanılması, habelə mənafeyi üçün ona verilməsi, əmək qabiliyyətli olsa da azyaşlı uşaqlarına baxdığı üçün işləmədiyi, maddi yardıma ehtiyacı olduğu nəzərə alınaraq Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunu nəzərə almaqla hər ay sabit pul məbləğində 345 (üç yüz qırx beş) manat pulun Cavabdeh onun özünün saxlanılması üçün tutulması, birgə nikah dövründə alınmış hər hansı daşınmaz əmlakın cavabdehlə aralarında bölünməsi, cavabdeh tərəfindən nikahdan qabaq alınmış və ya hədiyyə kimi qəbul edilmiş daşınmaz əmlakda ona və uşaqlarına yaşama hüququnin verilməsi və alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 16 yanvar 2023-cü il tarixli, e- 2(019)-184/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 onun himayəsinə verilməsi, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutmaqla xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul (ümümi 440 manat) məbləğində alimentin Cavabdeh tutulması və uşaqların saxlanılması, habelə mənafeyi üçün ona verilməsi, əmək qabiliyyətli olsa da azyaşlı uşaqlarına baxdığı üçün işləmədiyi, maddi yardıma ehtiyacı olduğu nəzərə alınaraq Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunu nəzərə almaqla hər ay sabit pul məbləğində 345 (üç yüz qırx beş) manat pulun Cavabdeh onun özünün saxlanılması üçün tutulması, birgə nikah dövründə alınmış hər hansı daşınmaz əmlakın cavabdehlə aralarında bölünməsi, cavabdeh tərəfindən nikahdan qabaq alınmış və ya hədiyyə kimi qəbul edilmiş daşınmaz əmlakda ona və uşaqlarına yaşama hüququnin verilməsi və alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulması tələbinə dair dəqiqləşdirilmiş iddia ərizəsi İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadından şikayət verərək, Balakən Rayon Məhkəməsinin qeyd olunan qərardadının ləğv olunmasını və dəqiqləşmiş iddiasının təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuşdur. Hazırda faktiki olaraq Balakən rayonu Qazma kəndində valideynlərinin evində 2 övladı ilə birlikdə yaşayır. Onunla Cavabdeh arasında nikah xx.xx.2009-cu ildə bağlanılıb, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd aparılmış, bu əsasa görə Balakən Rayon Qazma Kənd İcra Nümayəndəliyi tərəfindən AZ-İ № seriyalı 460070 saylı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 azyaşlıdırlar, qayğıya, nəvazişə və qulluğa ehtiyacları var. Övladları böyüdükcə maddi tələbatları da günü gündən artır. Tək, evdar və işləməyən bir qadın olaraq uşaqlarıa baxmaq təbii ki, bir ana üçün çətindir. Hazırda bir yerdə ailə kimi yaşamayacaqları üçün uşaqların qida, geyim, müalicə və digər tələbatlarını ödəmək ona kifayət qədər çətin olacaqdır. Boşanma səbəbi cavabdehin onu döyməyidi, o istəmirdi boşanmağı sadəcə onu məcbur edir,hətta evdə yaşamağa da imkan vermir, hər gün dava salırdı. Məcburiyyətdən valideynlərinin evinə getdi, evsiz pulsuz qoydu ki, yenə razı olsun evə qayıtmağa və döyülməyə, təhqir olunmağa. Heç bir normal qadın, özü də uşaqlı qadın istəyərəkdən boşanmır, istəyərəkdən ərindən aliment istəmir, o, evdar qadındır, onu döyür ki boşansın və hər nə iş olsa qəbul etsin, işləsin, uşaqları da düşünmür. xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 azyaşlı olması faktı şübhəsizdir və iş materiallarındakı doğum haqqında şəhadətnaməylə və şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Onların azyaşlı olması səbəbindən işləyə bilmir. Ona görə də hesab edir ki, onun özü üçün də "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu - 345 manat cavabdehdən alınaraq ona ödənilməlidir. Belə ki, o, işləsəydi maddi yardıma ehtiyacı olmazdı. Bundan başqa qeyd etməlidir ki, uşaqlar azyaşlı olduğu üçün ananın himayəsində qalmalıdır. Belə ki, azyaşlı uşaqlar bioloji baxımdan anaya daha çox bağlı olur. Uşaqların ananın himayəsinə verilməməsi uşaqların mənəvi-psixoloji durumuna çox mənfi təsir göstərə bilər. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan belə bəyanat verilməzdi. Belə ki, birincisi, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikincisi,ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırkı işdə ana və uşaqları birbirindən ayırmaq üçün müstəsna şərait mövcud deyildir. Atanın malik olduğu maddi imkanlar (mənzil şəraiti, daimi qazanc və s.) ana nəvazişini və qayğısını əvəz edə bilməz. Ataya münasibətdə uşaqların anaya qarşı emosional bağlılığının yüksək olması hər kəsə məlumdur. Qeyd edilənləri nəzərə alaraq Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadının ləğv edilməsini və dəqiqləşmiş iddiasının təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tаrixli, e-2(019)-184/2023 saylı qərardadı ilə həmin məhkəmənin “dəqiqləşdirilmiş iddia ərizəsinin geri qaytarılması barədə” 16 yanvar 2023-cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 onun himayəsinə verilməsi, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutmaqla xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul (ümümi 440 manat) məbləğində alimentin Cavabdeh tutulması və uşaqların saxlanılması, habelə mənafeyi üçün ona verilməsi, əmək qabiliyyətli olsa da azyaşlı uşaqlarına baxdığı üçün işləmədiyi, maddi yardıma ehtiyacı olduğu nəzərə alınaraq Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunu nəzərə almaqla hər ay sabit pul məbləğində 345 (üç yüz qırx beş) manat pulun Cavabdeh onun özünün saxlanılması üçün tutulması, birgə nikah dövründə alınmış hər hansı daşınmaz əmlakın cavabdehlə aralarında bölünməsi, cavabdeh tərəfindən nikahdan qabaq alınmış və ya hədiyyə kimi qəbul edilmiş daşınmaz əmlakda ona və uşaqlarına yaşama hüququnin verilməsi və alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulmasını xahiş etmişdir. Bundan başqa iş materiallarından görünür ki, aliment tələbinə dair iddia ərizəsinə əlavə olaraq dəqiqləşmə kimi verilmiş uşaqların onun himayəsinə verilməsi, aliment, əmlakın bölünməsi və sair tələbinə dair hazırki dəqiqləşdirilmiş iddia ərizəsinin icraata qəbul edilmədən ona qaytarılması barədə ərizə-vəsatət İddiaçı iradə ifadəsi olaraq şəxsən özü tərəfindən verilmiş və imzalanmış, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadı da iddiaçının həmin vəsatətinə və qanunvericiliyn tələbinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, tələblərin bir hissəsi (birgə nikah dövründə alınmış hər hansı daşınmaz əmlakın cavabdehlə aralarında bölünməsi, cavabdeh tərəfindən nikahdan qabaq alınmış və ya hədiyyə kimi qəbul edilmiş daşınmaz əmlakda ona və uşaqlarına yaşama hüququnin verilməsi) qeyri-müəyyən olduğundan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə istnad etməklə də dəqiqləşdirilmiş iddia ərizəsini geri qaytara bilərdi. Həmin maddənin tələbinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 149.2.3-ci maddəsinə əsasən, iddiia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində bir neçə tələbi aydın göstərməmiş, birgə nikah dövründə əldə edilmiş və ya cavabdeh tərəfindən birgə nikahdan qabaq əldə edilmiş və yaxud ona hədiyyə olunmuş daşınmaz əmlakların mövcuduluğu qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.3-cü maddəsinin tələbinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Dəqiqləşdirilmiş iddia ərizəsindəki tələblərin bir-biri ilə bağlılığı olmadığından həmin tələblərin bir iddia ərizəsində birləşdirilməsi də yol verilməzdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsi 16 yanvar 2023-cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadı ilə İddiaçı həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də İddiaçı Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(019)-184/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar